Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1128/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən 417 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişdirlər.
2. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda N №-li hərbi hissənin sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı bildirilmiş və iddiaçı barəsində N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** №-li, ##.##.2020-ci il tarixli, *** №-li (əsas: §-6, §-7) və ##.##.2020-ci il tarixli, *** №-li nizami hissə üzrə əmrlərindən Arxiv Çıxarışları məhkəməyə təqdim edilmişdir.
3. N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** №-li əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) R İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbülfəz” yazılmışdır) ##.##.2020-ci il tarixdən ezamiyyətə gəlmiş hesab edilmişdir.
4. N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** №-li əmrinə (§-6) əsasən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) ezamiyyətə gəlmiş R İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbulfəz” yazılmışdır) ##.##.2020-ci il tarixdən getmiş hesab edilmişdir.
5. N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrinə (§-7) əsasən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) R İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbulfəz” yazılmışdır) ##.##.2020-ci il tarixdən ezamiyyətə gəlmiş hesab edilmişdir.
6. N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrinə əsasən uçuşların təminatı məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) ezamiyyətə gəlmiş R İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbulfəz” yazılmışdır) ##.##.2020-ci il tarixdən getmiş hesab edilmişdir.
7. Cavabdeh N nömrəli hərbi hissənin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu ilə R İddiaçı Əbülfəz oğlunun ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək xidmət keçməsi və N nömrəli hərbi hissədə ezamiyyətdə olması barədə N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir.
8. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən R İddiaçı Əbülfəz oğlu 20 gün müddətində N saylı hərbi hissəyə (Beyləqan rayon) ##.##.2020-ci il tarixdən ezamiyyətə getmiş hesab edilmişdir.
9. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu – R İddiaçı Əbülfəz oğlunun N nömrəli hərbi hissədə (Beyləqan rayonu) ezamiyyət müddəti uzadılmış (##.##.2020-ci il tarixədək) hesab edilmişdir.
10. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən R İddiaçı Əbülfəz oğlu N nömrəli hərbi hissədən (Beyləqan rayonu) ezamiyyətdən ##.##.2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.
11. Cavabdeh N nömrəli hərbi hissənin məhkəmə sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu R İddiaçı Əbülfəz oğlu N nömrəli hərbi hissədə əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Onun əməliyyat bölməsi rəisi kimi əsas funksiyaları hərbi hissənin sülh və müharibə dövründə döyüş hazırlığına, döyüş əməliyyatlarının planlaşdırılmasına birbaşa rəhbərlik etməsidir. Məlumat üçün bildirilir ki, R İddiaçı Əbülfəz oğlu hal-hazırda xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə yerdəyişmə aparılmışdır.
12. Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin iddiaçının nümayəndəsinin müraciətinə ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün ## ##### 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1995-ci tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı bildirir ki, ##.##.2019-cu il tarixdən hal-hazıradək N №-li hərbi hissədə zabit kimi hərbi xidmət keçir. O, 44 günlük Vətən Müharibəsi dövrü N №-li hərbi hissədə əməliyyat bölmə rəisi vəzifəsində xidmət edərkən hərbi əməliyyatlar vaxtı ##.##.2020ci il tarixdən ##.##.2020-cü il tarixədək N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuşdur. N №-li hərbi hissədə onun döyüş tapşırığını yerinə yetirilməsi üzrə fəaliyyəti aşağıda göstərilənlərdən ibarət olmuşdur: Döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə yerləşən Beyləqan ön və manevr aerodromunda gecə-gündüz, sadə və mürəkkəb meteosəraitdə Vertolyotların döyüş uçuşlarını maddi texniki və döyüş təminatı üzrə təmin etmək məqsədilə ezam olunmuş, xüsusi texnikalara və şəxsi heyətə, aviasiya məhvetmə vasitələrinin və yanacaq sürtkü materiallarının təyinatı üzrə paylanmasına, saxlanılmasına və istismar qaydalarına uyğun istifadə edilməsinə, o cümlədən, döyüş texnikalarının istiqamətlər üzrə bölüşdürülməsinə və döyüş tapşırıqlarının icra olunmasında bilavasitə iştirak və rəhbərlik etmək. İddiaçı ##.##.2025-ci il tarixdə ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət etsə də, onun müraciəti bugünədək cavablandırılmamışdır.
15. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. İddiaçıya imtina olunmadığından hansı inzibati aktın mübahisələndirdiyi aydın deyil.
16. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
17. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştiraka görə “Müharibə veteranı” statusunun verilməsi artıq bir qurumun qərarı ilə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Həmin adın verilməsi üçün ilk növbədə siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldırılmalıdır. Yəni, “Müharibə veteranı” adının verilməsinə razılıq veriləndən sonra həmin status verilə bilər.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
20. Məhkəmədə iddiaçı iddia tələbinə uyğun izahat vereərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər.
21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi kollegiyası tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
24.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
25.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 22-24-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-cü il tarixədək N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam edildiyini və döyüş tapşırıqlarını yerinə yetirdiyini bildirərək, ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsini tələb edir. 30.Cavabdeh orqan isə iddiaçıya “Müharibə veteranı” adının verilməsinə görə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərildiyini, lakin təqdim olunan sənədlərin müvafiq Əsasnamənin tələblərinə uyğun olmadığından qərarın verilmədən geri qaytarıldığını bildirirək, imtina cavabı vermişdir.
31. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
32. İş materiallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Onun əməliyyat bölməsi rəisi kimi əsas funksiyaları hərbi hissənin sülh və müharibə dövründə döyüş hazırlığına, döyüş əməliyyatlarının planlaşdırılmasına birbaşa rəhbərlik etməsidir. O, daha sonra xidmət etdiyi N nömrəli hərbi hissədən ##.##.2020-##.##.2020-ci il və ##.##.2020- ##.##.2020-ci il tarixlərdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur.
33. Eyni zamanda Cavabdeh N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna hərbi qulluqçuların döyüş əməliyyatlarında iştirak etməsi haqqında akt, hərbi qulluqçuların döyüş əməliyyatlarında iştirakı ilə bağlı ezam olunması barədə arayış, hərbi qulluqçuların döyüş əməliyyatlarında iştirak etməsi haqqında hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarış və hərbi qulluqçuların döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən izahatlar əlavə olunmuşdur.
34. Göründüyü kimi iddiaçının N nömrəi hərbi hissədə əməliyyat bölməsinin rəisi olaraq əsas vəzifəsi hərbi hissənin sülh və müharibə dövründə döyüş hazırlığına, döyüş əməliyyatlarının planlaşdırılmasına birbaşa rəhbərlik etmək olmuşdur. Həmçinin iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixdək N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə təsdiqini tapmışdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Belə ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması qanuni və əsaslı olmamışdır. 38.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsassızdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilmişdir
39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.