Məhkəmə qərarları › İş №2-1(3-6)-113/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-113/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-113/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GIRIŞ HISSƏ Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə etdiyi müraciət, ##.##.2025-ci il tarixli məktubla təmin edilməmişdir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Iddiaçının əsaslandırması: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müəllim vəzifəsində xidmət edərkən 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissədə fəaliyyəti ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində N nömrəli hərbi hissənin şəxsi heyətini döyüşə hazırlamaqdan ibarət olmuşdur. Lakin ona indiyədək müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, ##.##.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsilə cavabdehə ərizə ilə müraciət edərək “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş lakin onun müraciətinə ##.##.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. O, imtinanı əsassız və qanunsuz hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının imtina məktubunda qeyd olunmuşdur ki, ezamiyyətə göndərildiyi hərbi hissənin qeyd olunan ərazi (Şəmkir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Işin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı Şəmkir şəhərində olmuşdur, bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli, *** nömrəli Qərarına əsasən döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqlarının yerinə yetirmiş şəxslərə o şərtlə “Müharibə Veteranı” adı və vəsiqəsi verilir ki, onlar qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə, yəni (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” Həmçinin, iddia tələbi “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli 420 №li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı ##.##.1981-ci il təvəllüdlü İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. IPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1981-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Müharibə Veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barəsində Arayış-məlumatına əsasən müəyyən olunur ki, iddiaçı döyüş əməliyatları aparılan zaman (##.##.2020-##.##.2020-ci il tarixlərdə) xidmət keçdiyi – Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən R hərbi rütbəsi və “silah və atış kafedrasının hava hücumundan müdafiə silsiləsinin müəllimi” vəzifəsində, ##.##.2020-ci il tarixdən, ##.##.2020-ci il tarixədək Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə N nömrəli hərbi hissənin şəxsi heyətinin döyüşə hazırlanması məqsədilə ezam olunmuşdur; N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrinin surətindən müəyyən olunur ki, digər şəxslərlə yanaşı iddiaçı və R -R Israfilov Raiyət Mübariz oğlu ##.##.2025-ci il tarixdən Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən N nömrəli hərbi hissəyə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir; N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrinin surətindən müəyyən olunur ki, digər şəxslərlə yanaşı iddiaçı və R -R Israfilov Raiyət Mübariz oğlu ##.##.2025-ci il tarixdən N nömrəli hərbi hissədən Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə getmiş hesab edilmiş və ##.##.2020-ci il tarixdən qazan təminatından çıxarılmışlar; Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin ##.##.2020-ci il tarixli, *** nömrəli Əmrindən çıxarışın surətindən müəyyən olunur ki, iddiaçı R hərbi rütbəsi ilə silah və atış kafedrasının hava hücumundan müdafiə silsiləsinin müəllimi kimi Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə 15 gün müddətinə ezamiyyətə getmiş hesab edilmişdir; Cavabdeh aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli **/*-****/**** nömrəli məktubda göstərilmişdir ki, X5 (3GAYTS8) “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara “Müharibə veteranı” adı verilmiş və tərəflərindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. Bildirilmişdir ki, “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər onların ünvanına geri qaytarılmır, Azərbaycan Respublikası Nazirlət Kabinetində saxlanılır; Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin ##.##.2020-ci il tarixli, *** nömrəli Əmrindən çıxarışın surətindən müəyyən olunur ki, iddiaçı R hərbi rütbəsi ilə silah və atış kafedrasının hava hücumundan müdafiə silsiləsinin müəllimi kimi Şəmkir rayonunda yerləşən N №-li hərbi hissədən ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-Q***/**-**/**** saylı cavab məktubundan müəyyən olunur ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 01,02.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. - Iddiaçı barəsində təqdim olunmuş sənədlərdə ezamiyyətə göndərildiyi hərbi hissə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında qeyd olunan ərazi meyarlarına uyğun olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-***/*- *** nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, ehtiyatda olan R Israfilov Raiyət Mübariz oğlu ilə bağlı arayış-məlumat hal- hazırda Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzinin elektron-məlumat bazasında yoxdur.Sonuncu xidmət yeri kimi R Israfilov Raiyət Mübariz oğlu ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzinin Silah və atış kafedrasında atıcı və iriçaplı silahlar silsiləsində baş müəllim vəzifəsində xidmət edib.Silahlı qüvvələrin ehtiyatına buraxıldıqdan sonra ehtiyatda olan R Israfilov Raiyət Mübariz oğlu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin ##.##.2022-ci il tarixli, *** nömrəli əmri ilə Döyüş təminatı kafedrasının kəşfiyyat silsiləsində mülki müəllim kimi işə qəbul olunub. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin ##.##.2026-cı il tarixli, ** nömrəli əmri ilə Silah və atış kafedrasında atıcı və iriçaplı silahlar silsiləsində müəllim vəzifəsinə işə qəbul olunub. Cavabdeh Şəxsi Heyət Baş Idarəsi “M”-in ##.##.2026-cı il tarixli, *-**-**/*-****/**** nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, X7 (FIN: 3GAYTS8), X1 (FIN: 0U8G3F1), X3 (FIN: 5RQ1LA1) və İddiaçı (FIN: 88221DH) “Müharibə veteranı” adının verilməsinə dair sənədlər razılaşdırılması məqsədilə 2022-ci ildə 1-ci siyahıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, lakin Nazirlər Kabineti tərəfindən razılaşdırılmadan geri qaytarılmışdır.X7 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair komissiyaya daxil olmuş müraciət əsasında N nömrəli hərbi hissədən döyüş əməliyyatlarında iştirak barədə (27.09.-##.##.2020-ci il tarixlərdə) sənədlər toplanılmışdır. Hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərdə R.M.Israfilovun ezam olunduğu ərazilər kimi “Kəlbəcər, Göygöl, Goranboy, Daşkəsən, Murovdağ, Ömər aşırımı və Susuzdağ” göstərilmişdir.Komissiya tərəfindən X7 “Müharibə veteranı” adının verilməsinə dair sənədlər razılaşdırılması məqsədilə 2024-cü ilin aprel ayında 9-cu siyahıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş və Nazirlər Kabineti tərəfindən vətəndaşa “Müharibə veteranı” adı verilmişdir. “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər bizim ünvanımıza geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X14 Xidməti və Azərbaycan Respublikasının Strateji X9 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin faktiki hallarına münasibətdə iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsindən imtina qanunsuz və əsassız olmaqla hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Israfilov Raiyət Mübariz oğlu döyüş əməliyyatları zamanı R rütbəsində N nömrəli hərbi hissədə xidmət etmişdir və ona Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. Iddiaçıya münasibətdə isə cavabdeh orqanın mövqeyi iddiaçı Şəmkir rayonuna ezam olunaraq şəxsi heyətin döyüşə hazırlanmasında iştirak etməsi, lakin həmin tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirməməsindən ona “Müharibə veteranı” adı və vəsiqənin verilməsinin mümkün olmamasından ibarətdir. Iddiaçı ilə eyni vaxtda eyni əmrlə eyni hərbi hissəyə ezam olunmuş Israfil Raiyət Mübariz oğluna cavabdehin özü tərəfindən müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Belə ki, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə müharibə veteranı statusunu təsdiqedən vəsiqənin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə yuxarıda qeyd edilən Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzasına əsasən hüquqi qiymət verməmiş, həmin şərtlərin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi araşdırılmamış, yalnız iddiaçı tərəfindən döyüş əməliyyatlarında döyüş təminatının həyata keçirilməsinin iş materialları ilə təsdiqini tapması göstərilmişdir. Iddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dispozisiya şərtlərindən birinə cavab verməlidir. Hazırkı halda iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) hərbi xidmətdə olmaması və döyüş əməliyyatlarında iştirak etməməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, hazırkı iddia tələbinə Əsasnamənin 1-ci hissəsinin on birinci abzasının şərtləri baxımından qiymət verilməlidir. Həmin normaya istinadən isə iddianın əsaslı olması üçün iddiaçının hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları icra etmiş şəxs olması iş materialları ilə sübuta yetməlidir. Azərbaycan Ordusunun Təlim və X4-məlumatına əsasən müəyyən olunur ki, iddiaçı döyüş əməliyatları aparılan zaman (##.##.2020-##.##.2020-ci il tarixlərdə) xidmət keçdiyi – Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən R hərbi rütbəsi və “silah və atış kafedrasının hava hücumundan müdafiə silsiləsinin müəllimi” vəzifəsində, ##.##.2020-ci il tarixdən, ##.##.2020-ci il tarixədək Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə N nömrəli hərbi hissənin şəxsi heyətinin döyüşə hazırlanması məqsədilə ezam olunmuşdur. Göründüyü kimi, döyüş əməliyyatları zamanı iddiaçı döyüş əməliyyatlarının hər hansı bir təminat üzrə tapşırıqlarını (döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat tapşırıqları) yerinə yetirməmiş, ancaq müəllim kimi öz xidməti vəzifələrini yerinə yetirmişdir. Istər döyüş əməliyyatları aparılan zaman, istərsə də sülh dövründə iddiaçının ümumi vəzifələri ola biləcək şəxsi heyətə müəllim kimi dərs keçməkdən ibarətdir. Iddiaçıya o şərtlə müharibə veteranı adı verilə bilər ki, o, Şəmkir şəhərində yerləşən xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində ya birbaşa döyüş əməliyyatlarına cəlb edilsin, ya da ki, həmin ərazidə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş olsun. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinin yeganə əsası qismində iddiaçı ilə birlikdə ezam edilmiş Israfilov Raiyət Mübariz oğluna müharibə veteranı statusu və vəsiqəsi verilməsini və bununla da bərabərlik prinsipinin pozulmasını göstərmişdir. Lakin bunu qeyd edərkən həmin şəxsin arayış-məlumatını əldə etməmiş və onun vəziyyətinin iddiaçıdan fərqinin nədən ibarət olması, başqa sözlə həqiqətən eyni faktiki halları və hüquqi əsasların olub-olmaması aydınlaşdırılmamışdır. Apellyasiya icraatı zamanı həmin məsələlər araşdırılmış və müəyyən edilmişdir ki, Israfilov Raiyət Mübariz oğlunun sənədlərində onun ezam olunduğu ərazilər kimi “Kəlbəcər, Göygöl, Goranboy, Daşkəsən, Murovdağ, Ömər aşırımı və Susuzdağ” göstərilmişdir. Komissiya tərəfindən X6 “Müharibə veteranı” adının verilməsinə dair sənədlər razılaşdırılması məqsədilə 2024-cü ilin aprel ayında 9-cu siyahıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş və Nazirlər Kabineti tərəfindən vətəndaşa “Müharibə veteranı” adı verilmişdir. Lakin məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, döyüş əməliyatları aparılan zaman yalnız Şəmkir şəhərində xidmət keçmişdir. Göründüyü kimi, hazırkı iddia üzrə iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik prinsipinin pozulması halı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilərək iddia rədd edilməlidir.

NƏTICƏVI HISSƏ

Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. Iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar