Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1130/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Bakı Şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli *** nömrəli sərəncamına əsasən, K.Marks prospekti ilə N.Nərimanov küçəsinin kəsişdiyi ərazidə 2076-cı məhəllədə yerləşən "xxxx" firmasına məxsus avtobus dayanacağının MŞBI-də təsdiq olunmuş layihəyə uyğun yenidən daşdan tikilməsinə icazə verilmişdir. Bundan sonra Bakı Şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov küçəsindəki ** nömrəli ev (əsas sahə 44,9 kv.m, köməkçi sahə 9,2 kv.m, ümumi sahə 54,1 kv.m) "xxxx" firmasının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərək ##.##.1999-cu ildə bu barədə ** nömrəli reyestr kitabında 346-cı səhifə qeydəalma 30 № *** ilə qeydiyyat aparılmış və MH seriyalı ****** nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 71 ünvanında yerləşən əmlak (köşk) ##.##.1999-cu ildə "xxxx" firmasının adına qeydiyyata alınmışdır. Sözügedən ünvana dair "xxxx" firmasının adı ilə bağlı ***** nömrəli ##.##.1995-ci ildə təsdiqlənmiş nizamnamə, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin **/**/*** nömrəli ##.##.1996-cı il tarixli məktubu, Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında 0017027 şəhadətnamə (surət), 1999-cu il tarixli texniki passport və Nərimanov Rayon Icra Hakimiyyəti başçısının *** nömrəli ##.##.1996-cı il tarixli sərəncamı arxiv qovluğunda mövcuddur. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək təsisçisi olduğu "xxxx" firmasının adına qeydiyyata alınmış əmlakın bazar dəyərinin əvəzi olaraq 1000000 manat məbləğində pul vəsaitinin (kompensasiya) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 71 ünvanında yerləşən əmlak (köşk) ##.##.1999-cu ildə təsisçisi olduğu "xxxx" firmasının adına qeydiyyata alınmışdır. Həmin firma ləğv edilsə də, adında olan əmlakla bağlı firmanın təsisçisi olaraq hər hansı tədbir görməmişdir. Hazırda həmin əmlakın yerləşdiyi ünvanda "xxxx" ASC "Dərnəgül yolu"nun yenidən qurulması üzrə söküntü işləri aparılmış və iddiaçıya məxsus "xxxx" firmasının adında olan əmlak da sökülmüşdür. Həmin əmlakla bağlı ona kompensasiya ödənilməmişdir. Həmin əmlakın bazar dəyəri hazırda 1000000 manat təşkil edir. Onun təsisçisi olduğu "xxxx" firmasının adına qeydiyyata alınmış əmlakın bazar dəyərinin əvəzi olaraq 1000000 manat məbləğində kompensasiya ona ödənilməlidir. Lakin onun cavabdehə bununla bağlı müraciəti cavabsız qalmışdır. Cavabdeh "xxxx" publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə vəsatət verərək, iddiaçı tərəfindən məhkəməyə iddia verilməzdən əvvəl tələblə bağlı cavabdehə müraciət edilmədiyini və cavabdeh tərəfindən inzibati icraat aparılmadığını bildirmiş və bu səbəbdən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı İddiaçı Qurban oğlu "xxxx" firmasının təsisçisi olsa da, firmanın adından cavabdehdən kompensasiya tələb etmək hüququ yoxdur. Cavabdehdən kompensasiya tələb etmək hüquqi bilavasitə "xxxx" firmasına məxsusdur, hal-hazırda isə "xxxx" firması ləğv edilmiş, bununla da onun hüquq qabiliyyətinə son qoyulmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.11-ci maddəsinə əsasən, hüquqi şəxs ləğv edildikdə, bütün borclar ödənildikdən sonra qalan əmlak (və ya əmlak hüquqları) onun iştirakçılarına (təsisçilərinə) verilir. Iddiaçının təsisçisi olduğu firmanın adına olan əmlak sökülən an onun kompensasiya almaq hüququ yaranıb. Firma ləğv edildikdə isə bu hüquq sahibsiz qalmır, avtomatik olaraq yeganə təsisçi kimi iddiaçıya keçir. Deməli, bu pulu tələb etmək üçün iddiaçının tam subyektiv hüququ var. Birinci instansiya məhkəməsi hüquqi şəxsin ləğvini "hüquqların tam məhvi" kimi qiymətləndirib, lakin Mülki Məcəllənin 61.11-ci maddəsini (qalan əmlakın təsisçiyə keçməsi) nəzərə almayıb. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Iddiaçının nümayəndəsi vəkil Vəkil isə məhkəməyə göndərdiyi ərizədə işlərinin çoxluğuna, eləcə də Suraxanı Rayon Polis Idarəsində aparılması nəzərdə tutulmuş istintaq hərəkətlərində iştirak etməli olduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, nümayəndənin icraatında çox işin olması onun məhkəmə iclasına gəlməməsinin üzrlü sayılmasına əsas verə bilməz, nümayəndənin bəhs etdiyi istintaq hərəkətinin təyin edilməsinə dair sübutları isə o, məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. Inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. IPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakılara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi zəruri araşdırma aparmadan iddiaçı İddiaçı iddiasını onun subyektiv hüquqa malik olmaması əsası ilə mümkün saymamaqda haqlı olmamışdır. Yuxarıda sadalanan mülki hüquq normalarından görünür ki, hüquqi şəxsin ləğvi mücərrəd bir anlayış deyildir. Onun dəqiq müəyyən olunmuş qaydası və hərəkətlər ardıcıllığı mövcuddur. Digər tərəfdən, qanunvericilik, hüquqi şəxsin ləğvi halında, onun qalmış əmlakının hüquqi müqəddəratının həllini də nəzərdə tutmuşdur. Hüquqi şəxs ləğv edildikdə, onun əmlakı ilk növbədə borcların ödənilməsi üçün istifadə olunur, borcların ödənilməsindən sonra qalan əmlak isə hüquqi şəxsin iştirakçıları arasında bölüşdürülür. Iddia ərizəsində bəhs edilən daşınmaz əmlakın "xxxx" firmasının mülkiyyəti kimi qeydiyyata alındığı nəzərə alındıqda, həmin firmanın təsisçilərinin kimliyi müəyyən edilməli, iddiaçı İddiaçı da təsisçi olub-olmaması, firmanın nə vaxt ləğv olunması, ləğv zamanı firmaya məxsus olan daşınmaz əmlakın kimin mülkiyyətinə keçməsi və sair bu kimi hallar araşdırılmalıdır. Lakin birinci instansiya məhkəməsi "xxxx" firmasının ləğv olunduğunu müəyyən olunmuş fakt kimi təqdim etsə də, bu qənaətə gəlməsinin əsasını qərardadda göstərməmişdir. Iş materiallarında, ümumiyyətlə, "xxxx" firmasının yaradılmasına və ləğv edilməsinə dair heç bir sənəd mövcud deyil. Bundan başqa, qərardadda iddiaçı İddiaçı Qurban oğlunun "xxxx" firmasının təsisçisi olduğu göstərilsə də, işdə bu barədə də sübut yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmazdan əvvəl inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan məhkəmənin yardım etmək vəzifəsinə riayət edilməlidir. Bu vəzifə işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini ehtiva edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etsin, zəruri olduğu halda, müvafiq hüquqi təkliflər versin, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratsın və bunun üçün ağlabatan vaxt təyin etsin. Birinci instansiya məhkəməsinin yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymasına yol verilmir. Hər bir konkret işin hallarından asılı olaraq məhkəmə yardım etmək vəzifəsini həm məhkəmə iclasında, həm də buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətə apellyasiya instansiyası məhkəməsində baxılarkən həmin qərardadın qanuniliyi və əsaslılığı həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirilməlidirlər. Iş materiallarından, eləcə də ##.##.2026-cı il tarixli məhkəmə iclasının video-audio yazısından görünür ki, birinci instansiya məhkəməsinin hakimi məhkəmə iclasının gedişində iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddianın mümkün sayılmamalı olması məsələsini iddiaçının nümayəndəsinin diqqətinə çatdırmışdır. Kollegiya hesab edir ki, bu hərəkət məhkəmənin yardım etmək vəzifəsinə tam şəkildə riayət etməsi kimi qəbul edlə bilməz. Belə ki, məhkəmə çatışmazlıqları iddiaçının diqqətinə çatdırmaqla kifayətlənməməli, onların aradan qaldırılmasının üsulları barədə də iddiaçını məlumatlandırmalı, zəruri olduğu halda, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Lakin hazırkı işdə bunlar baş verməmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan iddianın mümkün olub-olmaması barədə gəlinən nəticə əsaslı sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və məhkəmə icraatının davam etdirilməsi üçün iş Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətində qərardadın ləğvi ilə yanaşı, həm də iddia tələbinin mümkün sayılması xahiş edildiyinə, lakin hazırkı mərhələdə bu mümkün olmadığına görə apellyasiya şikayəti qismən, yəni qərardadın ləğvi hissəsndə təmin edilməli, digər hissədə isə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkün sayılmaması yalnız iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırıldığına görə hazırkı qərardadda mümkünlüyün yalnız həmin şərtinə qiymət verildi. Birinci instansiya məhkəməsi tərəfindən iddianın digər mümkünlük şərtləri, o cümlədən cavabdehin vəsatətində göstərilən xüsusat da yoxlanılmalı, bu vaxt Inzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrində nəzərdə tutulmuş qaydada davranılmalı, nəhayət, yalnız bütün mümkünlük şərtlərinin təmin olunduğu halda, iddianın əsaslılığı yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Məhkəmə icraatının davam etdirilməsi üçün iş Bakı Inzibati Məhkəməsinə göndərilsin.