Məhkəmə qərarları › İş №2-1(3-6)-1140/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1140/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1140/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İnqilab qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-R-****/**** saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərarında qeyd edilmişdir ki, İddiaçı İnqilab qızı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Ləkin, alıcı İddiaçı İnqilab qızı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1 -ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61 -ci maddələrini rəhbər tutaraq, İddiaçı İnqilab qızının ##.##.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir.

2. ## ###### 2022-ci il tarixli **** №-li Payçı Müqaviləsinə əsasən: 1.1. “MTK” (Üçüncü şəxs Mənzil Tikinti Kooperativi) pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 5ci mərtəbə, * №-li, 1 otaqlı mənzili tikib və “Payçı”-nın (İddiaçı İnqilab qızının) mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. “Payçı” (İddiaçı İnqilab qızı) bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 5-ci mərtəbə, * №li, 1 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya (Üçüncü şəxs Mənzil Tikinti Kooperativinə) ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı İnqilab qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park" Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 5-ci mərtəbə, 8 №li, 1 (bir) otaqlı mənzilə görə İddiaçı İnqilab qızına qaytarılacaq olan ƏDV-nin yekun məbləğindən güzəşt məbləği barədə məlumatın müvəkkil banka ‘‘Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Müştəri Xidmətləri Departamentinə ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və mənəvi ziyana görə 2 000 (iki min) manat pul məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2022-ci il tarixində “xxxx"xxxx"MTK") ilə **** saylı Payçı müqaviləsi bağlamışdır. Həmin Payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK" Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 5-ci mərtəbə, 8 №li, 1 (bir) otaqlı mənzili almış və bu mənzilə görə ƏDV daxil 70 395,00 (yetmiş min üç yüz doxsan beş) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. İddiaçı sonuncu ödənişi etdikdən sonra Üçüncü şəxs MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə ##.##.2025-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*-*/*-R-****/**** saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının (bundan sonra"Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, Alıcı İddiaçı İnqilab qızı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin imtina qərarında cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, bu tamamilə əsassız qərarlardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb. MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Əlavə olaraq cavabdehin səyyar vergi yoxlamasının yekun sənədi olan akt ilə də bir daha öz təsdiqini tapmışdır. Bundan başqa həmin Qaydanın 5.1-ci bəndinə əsasən “Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir”. İddiaçı ƏDV-nin yekun dəyərlərini ##.##.2025-ci il tarixində tamamlayaraq, ##.##.2025-ci il tarixində ƏDV-nin yekun dəyərindən güzəşt üçün ilkin müraciət etdiyi üçün qanunvericilikdə müəyyən edilmiş 90 gün müddəti ötürməmişdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, iddiaçı tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. AR Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30%-ni təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.m. və qeyri-yaşayış sahəsinin 500 kv.m-dən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Bu əsasda Qanunvericiliklə tətbiq olunan güzəştə əsasən mənə ƏDVnin 30%-i güzəşt olaraq geri qaytarılır, yəni 10 738,22 (on min yeddi yüz otuz səkkiz) manat 22 qəpik məbləğin 30%-i 3 221,46 (üç min iki yüz iyirmi bir) manat 46 qəpik iddiaçıya geri qaytarılmalı olduğu halda hal-hazıradək cavabdeh tərəfindən ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən imtina edilmişdir. Əlavə olaraq bildirilir ki, cavabdeh Qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan Alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini bildiyi 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Eyni zamanda Ali Məhkəmədə hazırda iddiaçının tələbinə uyğun 5 (beş) məhkəmə qərarları iddiaçı Alıcıların xeyrinə qəbul edilmişdir və cavabdehin üzərinə ƏDV güzəşt məbləğləri barədə məlumatların müvəkkil banka ötürülməsi qoyulmuşdur. Sonuncu Ali məhkəmə qərarı ilə məhkəmə təcrübəsinin formalaşması ilə Cavabdehin kassasiya şikayətinin mümkünsüz hesab edilməsi barədə yekun məhkəmə aktı olaraq qərardad qəbul edilmişdir. (Ali məhkəmənin qərarları və kassasiya şikayətinin mümkünsüzlüyü barədə qərardad əlavə olunur) Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti mənə geri ödənilməli olduğu halda Qaydada “Operator” kimi tanınan Cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5-ci bəndinə əsasən “elektron qaimə-faktııra və bu Qaydanın 5.1-ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, Operataor Alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin sün müvəkkil banka ölürür. Bu barədə Alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. İddiaçı tərəfindən ödənişlər müvəkkil bank olan Azərbaycan Beynəlxalq Bank ASC-nin baş ofisində Müştəri Xidməti Departamenti həyata keçirildiyi üçün cavabdeh tərəfindən ƏDV-nin güzəşt məbləği barədə məlumatlar aidiyyatı üzrə sonda müvəkkil bank Azərbaycan Beynəlxaq Bank ASC-nin baş ofisində Müştəri Xidməti Departamentinə ötürülməlidir.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin təqdim edilmiş sənədlərin araşdırılması zamanı ödənişlərin tam məbləğ üzrə (ƏDV daxil) satıcının bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Bu səbəbdən aparılmış araşdırmanın nəticəsinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2025-ci il tarixli 3-21-2-3/2-R-3229 /**** nömrəli qərar qəbul edilmişdir. Vergi orqanı tərəfindən imtina verilməsinin izahı: Qaydanın 6.1-ci maddəsinə əsasən, Qayda qüvvəyə minməzdən əvvəl yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş, lakin ödənişlərini sonradan da davam etdirən alıcılar ödənişlərini Qayda qüvvəyə minənədək tam başa vurmuş şəxslərdən fərqlənir. Məhz buna görə maddədə “bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq” ifadəsi göstərilmişdir. Yəni, ödənişlərini Qayda qüvvəyə mindikdən sonra davam etdirən alıcılar ƏDV-nin 30 faizini geri ala bilmək üçün Qaydanın qüvvəyə mindiyi tarixdən sonra etdikləri hər bir ödəniş üzrə ƏDV-ni satıcının depozit hesabına köçürməli idilər. Qaydanın keçid müddəasının 6.1-ci maddəsinə əsasən aparılmış ödənişlər iki hissəyə bölünmüşdür: 1. Qayda qüvvəyə mindiyi tarixədək ödənişlər (yəni ##.##.2022-ci ilə kimi) 2. Qayda qüvvəyə mindiyi tarixdən sonrakı ödənişlər (yəni ##.##.2022-ci ildən sonra) Sözügedən Qaydanın 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır. İddiaçının iddia ərizəsi və ona əlavə etdiyi sənədlərdən məlum olur ki, o, “xxxx" MTK ilə müqaviləni ##.##.2022-ci il tarixində – yəni Qayda qüvvəyə mindikdən sonra – bağlamış və həmin gün də ilk ödənişini etmişdir. Sonuncu ödəniş isə ##.##.2025- ci il tarixində həyata keçirilmişdir. Ödəniş qəbzlərindən görünür ki, bütün ödənişlər ##.##.2022- ##.##.2025-ci illər ərzində edilmiş və iddiaçı bu ödənişlərin heç birinin ƏDV hissəsini ayrıca ƏDV depozit hesabına köçürməmişdir. Qaydanın 5.1.2-ci bəndinə əsasən, ƏDV-nin qaytarılması üçün alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli və bunu bank sənədləri ilə təsdiq etməlidir. İddiaçı bu tələbə əməl etmədiyindən, cavabdeh tərəfindən verilmiş imtina qərarı qanuna tam uyğun və əsaslı olmuşdur. 1. İddiaçının qeydləri: İddiaçı bildirir ki, yaşayış sahəsinin dəyəri ƏDV daxil olmaqla hesablanaraq “xxxx" MTK-ya ödənilmiş, MTK isə öz növbəsində ƏDV məbləğini ödəmiş və vergi orqanına müvafiq hesabat təqdim etmişdir. O əlavə edir ki, bu hallar cavabdehin səyyar vergi yoxlamasının yekun sənədi olan aktda da öz təsdiqini tapmışdır. Cavabdehin münasibəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaiməfakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. r. Lakin iddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Beləliklə, yaşayış sahəsinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci maddəsinə əsasən 5.1.2-ci bəndinin tələblərinə uyğun deyildir. Üçüncü şəxs MTK-nın ƏDV depozit hesabı üzrə çıxarışdan göründüyü kimi Üçüncü şəxs MTK tərəfindən nə öz adından, nə də iddiaçının adından hər hansı ödəniş edilməmişdir (əlavə olunur). Həmçinin ödəniş edilmiş olsaydı belə, bu hal Qaydaların tələblərində nəzərdə tutulmamışdır. Vergi orqanının ##.##.2025-ci il tarixli **************** saylı “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərarı əsasında Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün Üçüncü şəxs MTK-da növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi ##.##.2025-ci il tarixli **************** saylı Akt ilə rəsmiləşdirilmişdir. Yəni, səyyar vergi yoxlaması məhz Üçüncü şəxs MTK tərəfindən aprel 2021-mart 2024-cü il tarixlərdə vergi qanunvericiliyinə əməl olunmasının düzgünlüyünün yoxlanılması üçün keçirilmişdir, iddiaçının əldə etdiyi mənzil üzrə ödənişlərin bir hesaba köçürməsi və Qaydanın 5.1.2-ci bəndinin tələblərini pozmuş olması birbaşa iddiaçının məsuliyyət sferasına aiddir və səyyar vergi yoxlaması aktında bu hal nəzərdə tutula da bilməzdi. İddiaçının təqdim etdiyi analoji işlərlə bağlı məhkəmə qərarlarına istinadı ilə bağlı qeyd edək ki, həmin qərarlarda olan işin halları hazırkı işin hallarından fərqlidir. Belə ki, həmin qərarların iddiaçının xeyrinə yekunlaşması məhz ödənişlərin ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portalın ##.##.2022-ci ildə istifadəyə verilməsindən əvvəl olması ilə bağlıdır. Ancaq hazırkı işin hallarından və iddiaçının ödəniş qəbzlərindən biz görürük ki, iddiaçı son ödənişini ##.##.2025-ci il tarixində etmiş və öncəki tarixlərdədə hissə-hissə ödəniş etmişdir. Yəni iddiaçının istinad olunan Qaydaların 5.1.2-ci maddəsinin tələblərinə uyğun formada ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödənilməsi üçün imkanı olmuş və bu imkanı məhdudlaşdıran hər hansı maneə olmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçı İddiaçı İnqilab qızı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Portal ##.##.2022-ci il tarixdə tam işlək vəziyyətdə olmayıb. Proqram təminatının Portala həmin tarixlərdə inteqrasiya edilməməsi birbaşa dəlildir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə iddiaçının nümayəndəsin və vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmə kollegiyası tərəfindən mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

13. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ## ###### tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il ## ### tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, hazırkı işin hallarından görünür ki, Üçüncü şəxs Mənzil Tikinti Kooperativi ilə “Payçı” adlanacaq İddiaçı İnqilab qızı arasında **** nömrəli, 04 avust 2022-cii il tarixli payçı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3cü binasında, 3-cü blok, 5-ci mərtəbə, * №-li, 1 otaqlı mənzili tikib “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin ümumi dəyəri müqaviləyə əsasən 70395 manat təşkil edir. İddiaçı İnqilab qızı tərəfindən mənzilə görə ƏDV daxil 70395 manat Üçüncü şəxs MTK-nın hesabına ödənilmişdir. Lakin, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı ödədiyi vəsait üzrə ƏDV-nin geri qaytarılmasını tələb edir.

20. Cavabdeh orqan isə alıcı İddiaçı İnqilab qızı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyin və ödənişin düzgün formada həyata keçirilmədiyini bildiriərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

21. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşır.

22. Belə ki, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) 2025-ci il tarixdə satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödəmişdir.

23. Həmçinin, sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ## ###### tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il ## ### tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.

24. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.

25. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni ##.##.2022-ci il tarixdən sonra, ##.##.2022-ci il tarixə bağlamış və müqavilələr üzrə ödənişi də həmin tarixdən sonra, ##.##.2025-ci ildə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı.

26. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə qədər müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, onun qanunla qorunun hüquqlarını pozmamışdır.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

İddiaçı İddiaçı İnqilab qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar