Məhkəmə qərarları › İş №2-1(3-6)-115/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-115/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-115/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X15 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” barədə iddia tələbi üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- *****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1938-ci ildə Ağdam rayonunda doğulmuşdur. Ağdam rayonun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2024-cü il tarixli, *** №-li arayışına əsasən Xıdırlı kəndində daimi qeydiyyatı olmadan rayonun işğalına kimi özünə məxsus fərdi yaşayış evində 3 nəfər ailə üzvü – arvadı X4, oğulları X5 və X8 ilə birlikdə yaşamışlar. İddiaçı və oğlu X5 rayon Rabitə Qovşağında, arvadı X4 isə Xıdırlı kənd 8 illik orta məktəbində rayonun işğalına kimi müəllim işləmişdir. Azərbaycan Respublikası X1 filialının ##.##.2024-cü il tarixli ** №-li arayışına əsasən Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 1986-1990-cı illərə dair * №-li təsərrüfat başına uçot kitabının 81-ci səhifəsində onun adına 1983-cü ildə tikilmiş ümumi sahəsi 96 kv.m. olan ev və 0,12 ha. həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Qeyd olunan bu məlumatlar həmçinin Ağdam Rayonu Icra Hakimiyyəti tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 5-31/2/1-***/**** №-li məktubda da öz əksini tapmışdır. Bununla əlaqədar olaraq bildirir ki, cavabdeh inzibati orqana məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi ilə bağlı müraciət edilmiş lakin müraciət təmin olunmamışdır. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinə müraciət etmək zəruriyyəti yaranmışdır. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə əsassızdır. Belə ki, məhkəmənin əsaslı sübut kimi rol oynadığı qeyd olunan sovet pasportunun əldə olunması üçün müvafiq orqana müraciət olunsa da, orqan həmin pasport haqqında məlumatları aşkar edə bilməmişdir və nəticə olaraq onun əlində olmayan səbəblərə görə həmin sübutlar təqdim edilə bilməmişdir. Burada məhkəmə məsələyə düzgün qiymət verməmiş, həmin sənədlərin saxlanılması və bərpası vətəndaşın deyil, dövlət orqanının vəzifəsi olduğu halda, məhkəmə bunu nəzərə almamışdır. Dövlət orqanlarının arxiv məlumatının olmaması və ya sistemdə əks olunmaması vətəndaşın hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Tərəfindən mövcud olmayan və ya əldə edilməsi mümkün olmayan sənədlərin tələb edilməsi ədalətlilik və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Məcburi köçkün statusu sosial müdafiə xarakterli hüquqi statusdur. Bu cür işlərdə məhkəmələr formal yanaşmadan deyil, faktiki hallar və sosial ədalət prinsipindən çıxış etməlidirlər. Nəticə olaraq, məhkəmə yalnız sənədlərin formal çatışmazlığına istinad etmiş, iddiaçının təqdim etdiyi sübutları, müraciətlərini və cavab məktublarını lazımi şəkildə qiymətləndirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. Iddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin ##.##.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. Işğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: Iş materiallarında olan: - Azərbaycan Respublikası Ağdam rayon Icra Hakimiyyəti tərəfindən cavabdeh Komitəyə ünvanlanmış *-**/*/*-***/**** nömrəli, ## ####### 2024-cü il tarixli məktubun surətindən görünür ki, Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ####### 2024-cü il tarixli, *** nömrəli arayışına əsasən İddiaçı Ələsgər oğlu Xıdırlı kəndində daimi qeydiyyatda olmadan rayonun işğalına kimi özünəməxsus fərdi yaşayış evində 3 nəfər ailə üzvü həyat yoldaşı X4, övladları X5 və X8 ilə birlikdə yaşamışlar. İddiaçı Ələsgər oğlu və övladı 1970-ci il təvəllüdlü X5 rayon Rabitə Qovşağında, arvadı X4 isə Xıdırlı kənd 8 illik orta məktəbində rayonun işğalına kimi müəllim işləmişdir. Azərbaycan Respublikası X1 filialının ## ####### 2024-cü il tarixli, ** nömrəli arayışına əsasən Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərə dair * nömrəli təsərrüfatbaşına uçot kitabının 81-ci səhifəsində iddiaçı adına 1983-cü ildə tikilmiş ümumi sahəsi 96 kv.m olan ev və 0,12 ha həyətyani torpaq sahəsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ağdam rayon Icra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *** nömrəli, ## ####### 2024-cü il tarixli arayışının surətindən müəyyən olunur ki, iddiaçı həqiqətən ##.##.1993-cü ilədək daimi pasport qeydiyyatı olmadan Ağdam rayonunun Xıdırlı kəndində özünə məxsus fərdi yaşayış evində aşağıda göstərilən ailə üzvləri ilə birlikdə yaşamışlar.

1. Arvadı: ##.##.1948-ci ildə vəfat etmiş X4.

2. Oğlu: ##.##.1970-cı il təvəllüdlü X5.

3. Oğlu: ##.##.1977-cı il təvəllüdlü X8. İddiaçı Ələsgər oğlu işğaladək Ağdam rayon Rabitə Qovşağında, X4 8 illik orta məktəbində müəllimə, X5 rayon Rabitə Qovşağında işləmişlər. Qeyd: Ailə ##.##.1993-cü ildə Ağdam rayonu Xıdırlı kəndi ermənistan silahlı qüvvələrinin işğalından sonra doğma yurd-yuvalarını tərk etmişlər. Əsas: Ağdam rayon Dövlət arxivinin ##.##.2024-cü il tarixli ** saylı arayışı. - Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası X1 filialı tərəfindən iddaçıya təqdim edilmiş ** nömrəli, ## ####### 2024-cü il tarixli Arxiv arayışının surətindən görünür ki, X1 filialında saxlanılan Ağdam rayon Xıdırlı kənd ərazi nümayəndəliyinin 1986-1990-cı illərə dair * №-li təsərrüfatbaşına ucot kitabının 81-cı səhifəsinə əsasən iddiaçı adına 1983-cü ildə tikilmiş ümumi sahəsi 96 kv.m. olan ev və 012 (on iki) sot həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası X1 filialı tərəfindən iddiaçın nümayəndəsi və vəkilinə təqdim edilmiş ** nömrəli, ##.##.2025-ci il tarixli Arxiv arayışının surətindən müəyyən olunur ki, Ağdam rayon Rabitə qovşağının və Ağdam rayon Xıdırlı 8 illik orta məktəbin 1993-cü ilə qədər olan arxiv sənədləri, Ağdam rayonu işğal olunan zaman işğal altında qalıb məhv olmuşdur. Ona görə də iddiaçının və X6 işləməsini təsdiq edən hər hansı sənədin verilməsi mümkün olmamışdır. - Iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Komitə tərəfindən verilmiş *-**-*/*-P-*****-**/****/*** nömrəli, ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslər hesab olunur. Bildirilmişdir ki, yuxarıda qeyd olunan Qaydaların 2.4.1-ci bəndinin tələblərinə görə iddiaçı aşağıda qeyd olunan sənədlərin əsillərini Komitənin Regional idarəetmə və status şöbəsinin status sektoruna təqdim etməlidir.

1. Ərizə forması,

2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin əsli və surəti,

3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsi və ya DIN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış,

4. Məcburi köçkün düşməyi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlər təqdim edildikdən sonra iddiaçıya “məcburi köçkün” statusunun verilməsi məsələsinə baxıla bilər. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən verilmiş **/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ##.##.1938-ci il təvəllüdlü İddiaçı ##.##.1995-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı keçmiş sovet pasportu haqqında məlumat aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş *-**-*/*- *****/**** nömrəli ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Ağdam rayon şöbəsində arxiv uçot sənədlərinin 1938-ci ilin Əlifba qeydiyyat kitabında ##.##.1938-ci il təvəllüdlü İddiaçı barəsində ancaq ##.##.1956-cı il tarixdə keçmiş Ağdam rayon Hərbi Komissarlığında ilkin hərbi qeydiyyata alınmağı və ##.##.1958-ci il tarixdə keçmiş Ağdam rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilməyi qeyd olunmuşdur. Lakin onun sonrakı xidməti və qeydiyyatı barədə SHXÇDX-nin Ağdam rayon şöbəsində heç bir məlumat yoxdur. - Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Ağdam Rayon Icra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan *-**/*-***/**** nömrəli, ## ### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, ##.##.1938-ci il təvəllüdlü İddiaçı hərbi qeydiyyatı ilə bağlı hər hansı sənəd Ağdam Rayon Icra Hakimiyyətində mövcud deyil.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Inzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı ##.##.1938-ci ildə Ağdam rayonunda doğulmasını və orada işləməsini, Xıdırlı kəndində daimi qeydiyyatı olmadan rayonun işğalına kimi özünə məxsus fərdi yaşayış evində yaşamasını əsas gətirərək ona məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Kollegiya cavabdehin imtinasının əsaslı və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Hazırkı inzibati işin materiallarından görünür ki, cavabdehin iddiaya etirazında iddiaçının müraciətinə heç bir imtina verilmədiyi, ona Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4.1-ci bəndinin tələblərində qeyd olunan sənədlərin əsilləri Komitənin Regional idarəetmə və status şöbəsinin Status sektoruna təqdim edilməli olduğu və qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlər təqdim edildikdən sonra ona “məcburi köçkün” statusunun verilməsi məsələsinə baxıla bilinəcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, yuxarıda istinad olunan Qaydaların 2.4.1-ci bəndinin tələblərinə görə “məcburi köçkün statusunun verilməsi üçün rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər aşağıdakı sənədləri müvafiq quruma təqdim etməlidirlər:

1. Ərizə forması,

2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin əsli və surəti,

3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsi və ya DIN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış,

4. Məcburi köçkün düşməyi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab məktubunda göstərilən sənədlərin təqdim edilməli olduğu və bundan sonra müvafiq status və vəsiqənin verilməsinin mümkün olacağı qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan dəlilləri araşdıraraq diqqətə çatdırır ki, ##.##.1938-ci il təvəllüdlü İddiaçı barəsində “Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.1-ci bəndində müəyyən olunmuş arayışın təmin olunması məqsədilə Bakı Inzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq, iddiaçının ##.##.1995-cı il tarixdən hazırkı vaxtadək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu həmçinin işin təmin edilib-edilməməsində əsaslı rol oynayan sübutlardan biri kimi – iddiaçının keçmiş sovet pasportu haqqında məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Ağdam rayon şöbəsində arxiv uçot sənədlərinin 1938ci ilin Əlifba qeydiyyat kitabında ##.##.1938-ci il təvəllüdlü İddiaçı barəsində ancaq ##.##.1956-cı il tarixdə keçmiş Ağdam rayon Hərbi Komissarlığında ilkin hərbi qeydiyyata alınmağı və ##.##.1958-ci il tarixdə keçmiş Ağdam rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilməyi qeyd olunmuşdur. Lakin onun sonrakı xidməti və qeydiyyatı barədə SHXÇDX-nin Ağdam rayon şöbəsində heç bir məlumat yoxdur. Həmçinin apellyasiya instansiyası icraatı zamanı verilmiş müvafiq sorğuya əsasən Ağdam Rayon Icra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan məktubun məzmunundan görünür ki, ##.##.1938-ci il təvəllüdlü İddiaçı hərbi qeydiyyatı ilə bağlı hər hansı sənəd Ağdam Rayon Icra Hakimiyyətində mövcud deyildir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qanunvericiliyin tələblərinə əsasən, hüquq müəyyən edən status və ya vəsiqənin verilməsi üçün qanunvericiliyin müvafiq normalarında göstərilən və ya normativ aktlarla müəyyən edilmiş sənədlər tam və əksiksiz şəkildə müvafiq quruma təqdim edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq bir daha diqqətə çatdırır ki, qanunvericiliyin müvafiq normalarının tələbi ilə bütün sənədlər təqdim edilmədikdə, status, ad və ya vəsiqənin verilməsindən imtina edilməsi gözlənilən hüquqi nəticələrdən biri olmaqla, qeyd edilən çatışmamazlığın gözardı edilərək təmin edilməsi qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərinin pozulması halı kimi qiymətləndirilməlidir. Hüquqi müəyyənlik və qanunun tələblərinə riayət olunması prinsiplərinin təmin olunması və mövcud praktikaya əsasən, natamam sənəd təqdim edən şəxsə status və ya vəsiqə verilmir, çatışmazlıqlar aradan qaldırılmadıqda isə müraciət rədd edilir və ya baxılmamış saxlanılır. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, vətəndaşın yaşadığı və qeydiyyatda olduğu rayon işğal edilərkən o faktiki olaraq həmin rayon ərazisində qeydiyyatda olmuş, yəni həmin rayonun işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslərə (18 yaşından yuxarı) Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin ##.##.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da qeyd edilən müvafiq arayış verilir. Həmin şəxsin işğallar zamanı fiziki olaraq həmin rayon ərazisində olması və işğal nəticəsində məcburi köçkün düşməsinin faktını müəyyən edən arayış vəsiqənin verilməsi üçün əsas şərtlərdən biridir. Sözügedən arayış isə hərbi biletini itirmiş şəxslərin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsi və ya DIN-nin rayon şöbəsi tərəfindən verilir. Şəxsin işğal olunan rayonun sakini olması və həmin rayonda pasport qeydiyyatında olması və həmin rayonun işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşməsi xüsusi əhəmiyyət kəsb etməkdədir. Beləliklə, işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən birinci instansiya məhkəməsi iddiaçının ona məcburi köçkün vəsiqəsi verilməsi barədə tələbini təmin etməməkdə haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar