Məhkəmə qərarları › İş №2-1(3-6)-1152/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1152/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1152/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işdən azad olunma barədə ##.##.2022-ci il tarixli 221704********** nömrəli və ##.##.2021-ci il tarixli 221704********** nömrəli əmrlərinin İddiaçı aid hissədə ləğv edilməsi və əvvəl tutduğu vəzifə üzrə işə bərpa edilməsi, sərəncamda olduğu müddət ərzində 2021-ci ilin yanvar ayından etibarən məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin (orta aylıq əmək haqqının) bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin sözügedən qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2025ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində - vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və ##.##.2021-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-i il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2025- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra iş üzrə qanunamüvafiq hərəkətlər edilərək məhkəmə qərarı icra olunması üçün cavabdehə göndərilmişdir. Məhkəmə qərarının icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə ## ###### 2026cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-1-ci maddəsində vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaş olaraq müəyyən edilmşdir. İddiaçı hazırda 66 yaşının olmasını, ##.##.2024-cü il tarixdə vergi orqanlarında xidmətə olmanın yaş həddinə çatdığını nəzərə alaraq qeyd olunan məhkəmə qərarının icrası məqsədilə İddiaçı barədə Dövlət Vergi Xidmətinin “Əmək haqqının ödənilməsi və xidmətə xitam verilməsi haqqında” ##.##.2025- ci il tarixli 251714********** nömrəli və ##.##.2025-ci il tarixli **************** nömrəli əmrlər qəbul edilmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin dövlət büdcəsində saxlanma xərcləri və büdcədənkənar vəsaitlər üzrə xərc smetalarında 222980 “Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” xərc maddəsi üzrə vəsait nəzərdə tutulmadığı üçün vəsaitin dərhal İddiaçı ödənilməsi mümkün olmamışdır. Bununla əlaqədar, müvafiq dürüstləşmələrin aparılması məqsədilə 2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubları ilə qərarların icra edilməsi üçün müvafiq dürüstləşmələrin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmiş, lakin müvafiq dürüstləşmələr aparılmamışdır. Məhkəmə qərarların icra edilməsi məqsədilə xərclər smetasında dürüstləşmələrin aparılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin # ###### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktubu il yenidən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Cavabdehin sözügedən məktubu ilə razılaşmayan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qərarının düzgün icra edilərək İddiaçı əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və ##.##.2021-ci il tarixindən vəzifəyə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini (cərimə və s.) xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən qərar onlara sərf edilən tərzdə məhkəmə qərarını icra edərək, yəni düzgün icra etməyərək onu vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa etməyərək birbaşa “əmək haqqının ödənilməsi və xidmətə xitam verilməsi haqqında” əmr qəbul etmişlər. Üstəlik ödənişləri vəzifəyə bərpa edilən tarixədək yox, 65 yaşın tamam olan yəni, ##.##.2024-cü il tarixinədək ödənilməsini qeyd edilər və bunu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-1-ci maddəsi ilə əsaslandırmışlar. Qeyd edir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-3-cü maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəifndən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Beləliklə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-3cü maddəsini tətbi qedərək və qanuni qüvvəsini almış məhkəmə qərarını əsas götürürərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı Dövlət Vergi tərəfindən düzgün icra edilməli, İddiaçı əvvəl tutduğu vəzifəyə bərpa edilməli və ##.##.2021-ci il tarixindən vəzifəyə bərpa olunan tarixədək məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 120.2-ci maddəsinə əsasən Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) məhkəmənin verdiyi suallara münasibətdə bildirmişdir ki, hazırkı iş üzrə təqdim etdiyi ərizə məzmunca geniş olsa da hüquqi marağı cavabdehin məhkəmə qərarını natamam icra etməsi səbəbindən cərimə olunmasıdır. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, son dürüstləşmələr aparılaraq iddiaçıya işə bərpa edilən tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona 95.722, 86 manat ödənildiyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qərarına əsasən iddiaçının tələbi qismən təmin edilməklə iddiaçı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində -vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və ##.##.2021-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-1-ci maddəsində vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaş olaraq müəyyən edilməsi əsas götürülərək İddiaçı hazırda 66 yaşının olmasını, ##.##.2024-cü il tarixdə vergi orqanlarında xidmətə olmanın yaş həddinə çatdığını nəzərə alaraq qeyd olunan məhkəmə qərarının icrası məqsədilə İddiaçı barədə Dövlət Vergi Xidmətinin “Əmək haqqının ödənilməsi və xidmətə xitam verilməsi haqqında” ##.##.2025-ci il tarixli 251714********** nömrəli və ##.##.2025-ci il tarixli **************** nömrəli əmrlər qəbul edilmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin dövlət büdcəsində saxlanma xərcləri və büdcədənkənar vəsaitlər üzrə xərc smetalarında 222980 “Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi” xərc maddəsi üzrə vəsait nəzərdə tutulmadığı üçün vəsaitin dərhal İddiaçı ödənilməsi mümkün olmamışdır. Bununla əlaqədar, müvafiq dürüstləşmələrin aparılması məqsədilə 2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubları ilə qərarların icra edilməsi üçün müvafiq dürüstləşmələrin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Lakin, hələ məhkəmə qərarının icrası başa çatdırılmamışdır. İddiaçı hazırda cavabdeh tərəfindən onun məhkəmə qərarına uyğun olaraq işə bərpa edilmədiyini, vəzifəsinə bərpa olunmadan birbaşa barəsində “Əmək haqqının ödənilməsi və xidmətə xitam verilməsi haqqında” əmrin qəbul edilməsini qanunsuz hesab edərək məhkəmə qərarının tam icra edilməsini məhkəmədən xahiş edir. Hazırda tərəflər arasında iddiaçının işə bərpa edilməsi vaxtı və məcburi iş buraxma dövrü barədə mübahisə mövcuddur. Belə ki, iddiaçı məhkəmə qərarına əsasən işə bərpa edildiyi dövrdə artıq “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-1-ci maddəsinə əsasən vergi orqanlarında xidmətdə olmasının yaş həddi – 65 yaş həddinə çatdığından cavabdeh İddiaçı məhkəmə qərarı əsasında vəzifəyə (öz vəzifəsinə) bərpa olunmuş hesab edərək onunla bağlanmış əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqına” Əsasnamənin 75- ci maddəsinin 5- 1-ci bəndinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş hesab edilməsi, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi barədə müvafiq əmr qəbul etmişdir. İddiaçı isə həmin Əsasnamənin 78-3-cü maddəsinə əsasən 78-1-ci maddə ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla biləcəyini, cavabdehin yanaşmasının doğru olmadığını, onun işə bərpa edilməli olduğunu və ##.##.2021-ci il tarixindən vəzifəyə bərpa olunduğu həmin tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməli oldğunu bildirir. Bununla bağlı iddiaçı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(3-6)-1152/2026 saylı qərardadı ilə qərara izah verilməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: M a d d ə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(3-6)-1152/2026 saylı qərardadı ilə qərara izah verilməsi barədə iddiaçının ərizəsinin təmin edilməməsinə, son dürüstləşmələr aparılaraq iddiaçıya işə bərpa edilən tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə ##.##.2026-cı il tarixli Ödəniş tapşırığına əsasən 95.722, 86 manat ödənildiyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdehin cərimə olunması barədə ərizə təmin edilməməlidir. Belə ki, iddiaçının vəkili (nümayəndəsi) məhkəmənin verdiyi suallara münasibətdə bildirmişdir ki, hazırkı iş üzrə təqdim etdiyi ərizə məzmunca geniş olsa da hüquqi marağı cavabdehin məhkəmə qərarını natamam icra etməsi səbəbindən cərimə olunmasıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar