Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1155/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmənin sorğusu əsasında əldə edilmiş cavabdehin N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissədə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında heç bir məlumat yoxdur. İddiaçı İddiaçı “Mübaribə veteranı” statusunun verilməsi ilə bağlı müraciətlərinə aidiyyəti üzrə dəfələrlə baxılmış, nəticəsi baradə ona yazılı şəkildə cavab məktubu göndərilmişdir. Həmçinin, iddiaçıya təqdim edildiyi bildirilən fəxri fərmanla bağlı hərbi hissə komandirinin şəxsi heyətin təltif edilməsi haqqında müvafiq əmrlərində hər hansı qeydiyyat aparılmamışdır. Bu səbəbdən göstərilən fəxri fərmanın hüquqi əsasını təsdiq edən sənədlərə istinad etmək mümkün olmamışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı qeyd olunan dövrdə N nömrəli hərbi hissədə hərbi xidmət keçməmiş və Vətən müharibəsi zamanı döyüş əməliyyatlarına cəlb olunmamışdır.
2. Məhkəmə sorğusu əsasında əldə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı ##.##.1997-ci il tarixdən ##.##.1999-cu il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində ##.##.2000-ci il tarixdən ##.##.2003-cü il tarixədək “R qismində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
3. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə ##.##.2020- ##.##.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
4. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə ##.##.2020- ##.##.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
5. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə ##.##.2020- ##.##.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
6. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə ##.##.2020- ##.##.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh Aparalı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavabdeh Cavabdeh Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Cavabdeh ilə əvəz edilərək iddia tələbi “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Texnoloji Nəqliyyat Departamentində sürücü vəzifəsində işləyir. Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda ##.##.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun cəbhə bölgəsində döyüş əməliyyatlarını aparan hissələrinin maddi-texniki təminatlarının həyata keçirilməsi üçün sürücü kimi işlədiyi * saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru X2 tərəfindən imzalanmış ##.##.2020-ci il tarixli,****e saylı əmr, ##.##.2020-ci il tarixli, ****c saylı əmr, ##.##.2020-ci il tarixli, ****e saylı əmr əsasında verilmiş ##.##.2020-ci il tarixli, **** saylı ezamiyyət vəsiqəsi əsasında ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinə kimi və ##.##.2020-ci il tarixli, **** saylı ezamiyyət vəsiqəsi əsasında ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinə kimi olan müddətdə sürücüsü olduğu Man TGS markalı, **JU*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə hərbi əməliyyatların aparıldığı bölgəyə ezam edilmişdir. İddiaçı Füzuli rayonunun işğal altında olan ərazilərində, Cəbrayıl və Qubadlı rayonlarında döyüş əməliyyatlarını həyata keçirən hərbi hissələrin maddi-texniki təchizatın təmin edilməsi üzrə tapşırıqları həyata keçirmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı Qərarında dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli, *** saylı Qərarına əsasən onun müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi almaq hüququ vardır. Bu hüququnun həyata keçirilməsi üçün Cavabdeh Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi barədə ##.##.2024-cü il tarixində poçt vasitəsilə göndərilən ərizə ilə müraciət etmiş və ərizəyə şəxsiyyət vəsiqəsinin surətini, ezamiyyət vəsiqəsinin surətini, hərbi biletin surətini və fəxri fərmanın surətini əlavə etmiş, lakin cavabdeh tərəfindən bu müddətə kimi heç bir cavab verilməmişdir. Bununla da cavabdeh tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr yerinə yetirilməyərək müraciətinə cavab verilməməklə və müraciəti təmin edilməməklə qanunvericiliklə nəzərdə tutulmuş hüququ pozulmuşdur.
10. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etsə də, xidməti barədə məlumatları və tələb olunan sənədləri tam şəkildə təqdim etməmişdir. Bu halda iddiaçının barəsində müvafiq araşdırma aparılmamış və araşdırmanın nəticəsinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq hər hansı inzibati akt qəbul edilməmişdir. İddiaçının müvafiq sənədlərlə və xidməti barədə dəqiq məlumatlarla Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir.
11. Məhkəmənin qərardadı ilə iddiaçı İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmiş, iş materiallarında olan sənədlər cavabdeh Cavabdeh təqdim edilmişdir.
12. Məhkəmənin qərardadı cavabdeh tərəfindən icra edilməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cəbhə bölgəsinə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir.
15. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan ərazilərdə sürücü kimi texnikanın və digər hərbi əmlakların daşınmasını təmin edərək döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar məzmunda əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: - 10-cu abzasına görə- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. --11-ci abzasına görə-2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur.
28. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir.
29. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur.
30. Belə ki, yuxarıda istinad olunan Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur.
31. Məhkəmə Kollegiyası qeyd edir ki, Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun.
32. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı bildirir ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Texnoloji Nəqliyyat Departamentində sürücü vəzifəsində işləyir. Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda ##.##.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun cəbhə bölgəsində döyüş əməliyyatlarını aparan hissələrinin maddi-texniki təminatlarının həyata keçirilməsi üçün sürücü kimi işlədiyi * saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru X2 tərəfindən imzalanmış ##.##.2020-ci il tarixli,****e saylı əmr, ##.##.2020ci il tarixli, ****c saylı əmr, ##.##.2020-ci il tarixli, ****e saylı əmr əsasında verilmiş ##.##.2020-ci il tarixli, **** saylı ezamiyyət vəsiqəsi əsasında ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinə kimi və ##.##.2020-ci il tarixli, **** saylı ezamiyyət vəsiqəsi əsasında ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinə kimi olan müddətdə sürücüsü olduğu Man TGS markalı, **JU*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə hərbi əməliyyatların aparıldığı bölgəyə ezam edilmişdir. İddiaçı Füzuli rayonunun işğal altında olan ərazilərində, Cəbrayıl və Qubadlı rayonlarında döyüş əməliyyatlarını həyata keçirən hərbi hissələrin maddi-texniki təchizatın təmin edilməsi üzrə tapşırıqları həyata keçirmişdir. Odur ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.
34. Belə ki, iş materiallarına əlavə edilmiş yuxarıda sözügedən Ezamiyyə vərəqələrindən görünür ki, Ezamiyyə vərəqələrinin arxa hissəsində Qobustandan çıxdı Bakı şəhəri Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gəldi qeydləri yazılmış və həmin qeydlər Bakı şəhəri Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin möhürü ilə təsdiq edilmişdir. (həmçinin, cəbhə bölgəsi sözləri yazılıb, lakin hansı ərazi və hərbi hissə barədə qeyd yoxdur).
35. Həmçinin, iddiaçının hərbi biletində də eyni məzmunlu qeyddir və möhür Bakı şəhəri Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin möhürüdür.
36. Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla bu halda “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” nin tələbinə görə iddia Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinə qarşı qaldırılmalı idi.
37. Belə ki, iddiaçı Əsasnamənin 11-ci abzası ilə əsaslandırır iddiasını və Əsasnamədə deyilir:”… Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir....:”
38. Məhkəmə Kollegiyası qeyd edir ki, yalnız bir ezam vərəqəsində, yəni **** nömrəli ezam vərəqəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin möhürü var və həmin ezam vərəqində ##.##.2020-##.##.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir yazılıb.( i / v-134 )
39. Lakin məhkəmə Kollegiyası diqqətə çəkir ki, yuxarıda sözügedən Əsasnamənin on və on birinci abzasları 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək olan dövrü nəzərdə tutur.
40. Həmçinin, Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin N nömrəli hərbi hissəsinin ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissədə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında heç bir məlumat yoxdur. İddiaçı İddiaçı “Mübaribə veteranı” statusunun verilməsi ilə bağlı müraciətlərinə aidiyyəti üzrə dəfələrlə baxılmış, nəticəsi baradə ona yazılı şəkildə cavab məktubu göndərilmişdir. Həmçinin, iddiaçıya təqdim edildiyi bildirilən fəxri fərmanla bağlı hərbi hissə komandirinin şəxsi heyətin təltif edilməsi haqqında müvafiq əmrlərində hər hansı qeydiyyat aparılmamışdır. Bu səbəbdən göstərilən fəxri fərmanın hüquqi əsasını təsdiq edən sənədlərə istinad etmək mümkün olmamışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı qeyd olunan dövrdə N nömrəli hərbi hissədə hərbi xidmət keçməmiş və Vətən müharibəsi zamanı döyüş əməliyyatlarına cəlb olunmamışdır.
41. Bu səbəbdən apellyasiya baxışı zamanı N nömrəli hərbi hissənin (hazırda *** saylı) komandirinə təkrar sorğu göndərilməsi barədə iddiaçının vəkilinin (nümayəndəsinin) vəsatət təmin olunmamışdır.
42. Həmçinin, göstərilən səbəbdən, o cümlədən həm Bakı şəhəri Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin möhürü ilə təsdiq edilmiş Ezamiyyə vərəqələrinə, həm də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin möhürü ilə təsdiq edilmiş Ezamiyyə vərəqələrinə istinad etməklə hazırkı işdə iddiaçının hüquqi marağı müharibə veteranı adı verilməsindən ibarət olduğunu nəzərə alaraq məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı verilmiş hazırkı iddiaya mahiyyət üzrə baxaraq iddianın rədd edilməli olması nəticəsinə gəlir.
43. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu, 11-ci abzasının və qeyd hissəsin normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, hərbi hissələrin və bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə.
44. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlər yuxarıda qeyd edilən Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzasında nəzərdə tutulmuş normanın da dispozisiya şərtlərini ödəmir.
45. Belə ki, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmişdir.Yəni Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında ezam olunmuş şəxslərə münasibətdə də nəzərdə tutulmuş həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməmişdir.
46. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə nəzər yetirsək görərik ki, o, “Döyüş təminatı, döyüş tapşırığı üzrə tapşırıqlar”ı deyil, döyüş əməliyyatlarının digər növ təminatlarını, yəni maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
47. Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2023-cü il tarixli *** nömrəli əmrində “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışına izah verilmişdir. * Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi olmaqla iki hissəyə bölünmüşdür. Döyüş dəstəyi bölmələrinə aid olan hava hücumundan müdafiə bölmələrinin tapşırıqları aşağıdakılardan ibarətdir: -- Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması, o cümlədən hava məkanını mühafizə və müdafiə etmək məqsədi ilə yerinə yetirilən kompleks tədbirlərdir. -- Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması; -- Hava məkanında Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin müdafiə və mühafizə, ölkənin inzibati, sənaye və Azərbaycan Ordusunun obyektlərinə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf etmək.
48. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərin yuxarıda qeyd edilən döyüş təminatı ilə əlaqəsi olmamış, icra etdiyi fəaliyyətlər döyüş əməliyyatlarının digər növ təminatları sırasına daxildir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv olunaraq iddia rədd edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.