Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1157/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınma” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2000-ci il tarixində Şəki rayonu, Ikinci Biləcik kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, ölkənin ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” döyüş əməliyyatlarına 2020-ci ildə R kimi qatılmışdır. Müharibə bitdikdən sonra da hərbi fəaliyyətinə Qubadlıda N saylı hərbi hissədə davam etmişdir. # ##### 2021-ci ildə minaya düşmüş və sol ayağını dizdən aşağı itirmiş, sol gözündə görmə məhdudiyyəti yaranmışdır. # ##### 2021-ci ildən Dövlət Sərhəd Xidməti hospitalında 14 gün reanimasiyada, 2 ay müddətində palatada müalicə almışdır. 2021-ci ilin avqustunda protezlə təmin olunmuşdur. Nəticədə ##.##.2021-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq II dərəcəli əlillik” təyin olunmuşdur. X5 gedən döyüşlərdə iştirakına görə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Həmçinin, ona Dövlət Sərhəd Xidməti tərəfindən ##.##.2025-ci il tarixində, ***** nömrəli veteranlıq vəsiqəsi verilmişdir. 2022-ci ilə qədər Şəki rayonunda qeydiyyatda olmuşdur. 2022-ci ildə ailə həyatı qurmuşdur. 2022-ci ildən Bakı şəhərində yaşayır, işləyirdi. 1 il əvvəl ünvan 1 ünvanında qeydiyyata düşmüşdür. Bir neçə ay qabaq işdən çıxmışdır, işsizdir. Ailə tərkibi özü və həyat yoldaşından ibarətdir. Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu yeni yaşayış massivində kirayədə yaşayırlar. Cavabdeh inzibati orqanınn imtinası əsassızdır və onun konstitusion hüquqlarına ziddir. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunda "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarına istinad etmişdir. Lakin həmin Qaydaları heç bir açıq mənbədən əldə etmək mümkün olmamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, o, Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlildir. Ilk olaraq Şəki rayonu üzrə mənzil növbəsinə durmuş, sonradan yaşayış yerini dəyişərək Bakı şəhəri, Suraxanı rayonu üzrə qeydiyyata düşmüş və faktiki olaraq burada yaşayır. Bu səbəbdən Cavabdeh mənzil növbəsinə durmaq üçün müraciət etmişdir. Lakin ona 5 il müddətində daimi Bakı qeydiyyatının olması əsas gətirilərək imtina cavabı verilmişdir. Hesab edir ki, onun qazilik statusu və əlilliyi nəzərə alınmalı idi. Mənzil təminatı ilə bağlı qanunvericilikdə müharibə əlillərinə xüsusi sosial təminat və güzəştlər nəzərdə tutulmuşdur. 5 illik qeydiyyat tələbinin onun kimi xüsusi kateqoriyaya aid şəxslərə şamil edilməsi hüquqlarının pozulmasına səbəb olur. Birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamış, sosial müdafiə ilə bağlı qanunvericiliyin məqsədini və mahiyyətini düzgün qiymətləndirməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə götürülmə barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Iddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. IPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.2-1-ci maddəsinə görə bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. - 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”
1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli X2 icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.
2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X2 icraiyyə komitəsində uçota götürülürlər. XX çağırış Bakı şəhər X2 4-cü sessiyasının 1988-ci il # ##### tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”
4. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. Icraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır.
7. Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər.
8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.
17. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X2 Icraiyyə Komitəsinə ərizə verir. Ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Işin araşdırılmış hallarından görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. Iddiaçı ##.##.2024-cü il tarixədək Şəki rayonunun 2-ci Biləcik kəndində, həmin tarixdən isə, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Hazırkı iş üzrə iddiaçı qeydiyyatda olduğu ünvan üzrə Cavabdeh tərəfindən mənzil uçotuna alınmasını mübahisələndirir. Iş materiallarında olan: - Cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “ikinci dərəcə müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına köməklik göstərilməsi haqqında ərizənizə Cavabdeh baxılmışdır. Bildiririk ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Sizin Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisi üzrə 5 il daimi yaşayış yeri üzrə qeydiyyatınız olduğu halda Suraxanı RIHdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq hüququndan istifadə edə bilərsiniz”. - Iddiaçı tərəfindən təqdim edilmiş sosial arayışdan görünür ki, Şəki rayonu, Birinci Biləcik Ə/D, Ikinci Biləcik kəndində yaşayan İddiaçı ##.##.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ona müddətsiz ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35-37.8, G45- G46.8, G95-G95.9) diaqnozu ilə təyinat aparılmışdır. - Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş MV ***** nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, iddiaçıya müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən verilmiş sorğuya cavab məktubu ilə bildirilmişdir ki, ##.##.2000-ci il təvəllüdlü İddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2024-cü il tarixədək Şəki rayonunun 2-ci Biləcik kəndində, ##.##.2024-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş *-**-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı ilkin olaraq ##.##.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən xxxx Publik Hüquqi Şəxsi tərəfindən verilmiş *-**-*-**/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi müharibə əlili kimi yaşayış yeri üzrə Bakı şəhəri Cavabdeh güzəştli mənzil növbəsinə salınması və nəticə etibarilə həmin növbə əsasında Bakı şəhərində mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarında qeyd edilir ki, 34.Bu mənada, “yaşayış sahəsinə ehtiyacı olan şəxs” anlayışı yalnız formal hüquqi vəziyyətlə - yaşayış sahəsi üzrə qeydiyyatla deyil, məhz onun faktiki yaşayış yeri üzrə real yaşayış sahəsinə ehtiyacının mövcudluğu ilə müəyyən edilməlidir. Yəni, şəxsin müvafiq ünvanda qeydiyyatda olması və ya hüquqi statusunun dəyişməsi hələ onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün yetərli sayılmamalıdır. ...... 37.Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaşayış yeri anlayışı yalnız inzibati qeydiyyatla məhdudlaşmır, bu hal həm də faktiki yaşama, ailə, əmək fəaliyyəti, sosial münasibətlər və digər obyektiv hallar əsasında müəyyən edilməlidir. Şəxsin müəyyən ünvanda qeydiyyata düşməsi onun həmin ünvanda real olaraq daimi yaşadığını birmənalı şəkildə təsdiqləmir, çünki qeydiyyat formal xarakter daşıya və müxtəlif səbəblərlə, o cümlədən hüquqi, məişət və ya müvəqqəti ehtiyaclarla əlaqədar həyata keçirilə bilər. 38.Bu baxımdan, iddiaçının Sumqayıt şəhərində qeydiyyata düşməsi faktı ilə yanaşı, onun faktiki olaraq da yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən digər sübutların mövcudluğu araşdırılmalı, xüsusən də göstərdiyi ünvanda nə qədər müddət yaşadığı, əmək fəaliyyəti ilə harada məşğul olduğu, eləcə də gündəlik həyat fəaliyyətinin nədən ibarət olduğu, həyat yoldaşının əmək fəaliyyəti ilə məşğul olub-olmaması, olduğu təqdirdə bu barədə təsdiqedici sübutların mövcudluğu, övladının yaşayış yeri üzrə tibb müəssisəsində uçotda olub-olmaması, təhsil aldığı halda bu barədə təhsil müəssisəsinin müvafiq sənədləri də öyrənilməli və bütün bu hallar onun məhz Sumqayıt şəhərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması üçün əsasları yaradıb, həmin ərazi ilə sıx bağlı olduğu baxımından qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, XX çağırış Bakı şəhər X2 4-cü sessiyasının 1988ci il # ##### tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Məhkəmə kollegiyası eyni zamanda diqqətə çatdırır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə kollegiyası yuxarı instansiya məhkəməsinin oxşar iş üzrə qənaətini əsas götürərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaşayış yeri anlayışı yalnız inzibati qeydiyyatla məhdudlaşmır, bu hal həm də faktiki yaşama, ailə, əmək fəaliyyəti, sosial münasibətlər və digər obyektiv hallar əsasında müəyyən edilməlidir. Şəxsin müəyyən ünvanda qeydiyyata düşməsi onun həmin ünvanda real olaraq daimi yaşadığını birmənalı şəkildə təsdiqləmir, çünki qeydiyyat formal xarakter daşıya və müxtəlif səbəblərlə, o cümlədən hüquqi, məişət və ya müvəqqəti ehtiyaclarla əlaqədar həyata keçirilə bilər. Hazırkı işin faktiki hallarından, iddiaçının verdiyi izahatlardan və iddia ərizəsində qeyd etdiklərindən müəyyən edilir ki, iddiaçı ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatına alınmasına baxmayaraq, faktiki olaraq 2022-ci ildən indiyədək Bakı şəhərində yaşayır. Apellyasiya araşdırması zamanı iddiaçı 2022-ci ildən ailə həyatı quraraq Bakı şəhərində daimi yaşamış, 2024-cü ildən isə rəsmi olaraq pasport qeydiyyatına düşmüş, rəsmi iş yerinin isə mövcud olmadığını bildirmişdir. Əlavə araşdırma aparılmadan hətta iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı İddiaçı Bakı şəhərində daimi yaşama müddəti 4 il (2022-2026-cı illər ərzində) təşkil edir. Beləliklə, məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan cəmiyyətində şəhid və qazi anlayışı müqəddəsdir. Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Lakin bu müdafiənin reallaşdırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin hər bir üzvünə münasibətdə ali hörmət hissinin hüquqla uyğunlaşdırılması bəzən mümkünsüz dilemmalarla nəticələnir. Burada qarşı-qarşıya dayanan iki ali dəyər mövcuddur: 1. Cəmiyyətin həssas kateqoriyasından olan, sosial müdafiəyə ehtiyacı olan şəxslərə hörmət və sosial qayğı borcu; 2. Qanunun aliliyi və bərabər tətbiq prinsipi. Hər bir hüquqi dövlət bu iki anlayışı uzlaşdırmağa çalışır. Lakin praktiki vəziyyətlərdə bu, hər zaman mümkün olmur. Əgər hazırki halda müharibə əlili üçün istisna edilərsə, bu, digər həssas qruplardan olan şəxslərdə suallar doğura və belə hallar sosial narazılıq və hüquqi bərabərliyə inamın itməsi ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçının hazırkı vəziyyətdə mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik olmaması barədə qanuni qənaətə gəlmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır (IPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli