Məhkəmə qərarları › İş №2-1(3-6)-1158/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1158/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1158/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Laçın rayonu Minkənd kənd orta məktəbində ## ######## 1977-ci il tarixdən ## ###### 1992-ci il tarixə kimi əmək fəaliyyəti dövrünün ümumi əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşa görə əmək pensiyasının hesablanması zamanı ##.##.2025-ci il tarixdə iddiaçıya 569 manat 23 qəpik məbləğində pensiya kəsilməsi göstərilmiş, düzgün hesablama aparmayaraq əmək kitabçasında olan əmək stajiarını hesablamalara salmağı nəzərə almamışdır. Guya əmək kitabçasında qeyd edilmiş iş stajlarının mötəbərliyində şübhələr olmasını bəhanə gətirmişlər. Iddiaçının Laçın rayonu Minkənd kənd orta məktəbində ##.##.1977-ci il tarixdən ##.##.1992-ci il tarixə kimi əmək fəaliyyəti zamanı iş stajına daxil edilməli olduğu halda staja daxil edilməmiş, nəticədə az məbləğdə pensiya təyin edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22–1.1-ci maddəsinə əsasən, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində 569,23 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. ##.##.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), ##.##.2006-cı il tarixindən ##.##.2025-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 56224,10 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (569,23 manat) dəyişiklik olmamışdır. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981-ci il tarixindən ##.##.1985-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 19 il olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Əmək kitabçanın surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan Laçın rayon Minkənd orta məktəbində ##.##.1977-ci il tarixindən ##.##.1992- ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti (2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğundan) yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının müvafiq aktına əsasən bildirilir ki, ##.##.1977-ci il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün arxiv sənədləri saxlanılmadığı üçün əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən, sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilərək, İddiaçı əmək kitabçasında qeyd edilmiş Laçın rayonu Minkənd kənd orta məktəbində ##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1981-ci ildən ##.##.1981-ci ilədək və ##.##.1985-ci ildən ##.##.1992-ci ilədək əmək fəaliyyəti dövrünün ümumi əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək kitabçanın surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan Laçın rayon Minkənd orta məktəbində ##.##.1977-ci il tarixindən ##.##.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti (2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğundan) yaranmışdır. Fondun Abşeron- Xızı regional filialının müvafiq aktına əsasən bildirilir ki,##.##.1977-ci il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün arxiv sənədləri saxlanılmadığı üçün əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən, sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilir ki, iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin olunduğundan sosial sığorta stajı 25 il kimi nəzərə alınmışdır. Məhkəmə qərarında qeyd edir ki, əksi sübut edilməyənə kimi əmək kitabçasında olan qeydlərin mötəbərliliyi prezumpsiyası qüvvədədir. Lakin məhkəmə əmək kitabçasını diqqətlə araşdırmamış və əmək kitabçasının ##.##.1992-ci il tarixində doldurulduğunu araşdırmamışdır. Halbuki, Laçın rayonu ##.##.1992-ci il tarixində işğal olunmuşdur. Işğal altında olan ərazidə əmək kitabçası necə doldurula bilər. Həmçinin vurulmuş möhürlər də Laçın rayon Xalq Təhsil Şöbəsinə aiddir. Bu ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən, cavabdeh qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçıya ##.##.2025-ci il tarixdə inzibati orqan tərəfindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli məktubla Mərkəzi Filiala müraciət etmişdir. ##.##.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 19 il olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmaqla, 569,23 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının 1977-1992-ci illərdə Laçın rayon Minkənd orta məktəbində işləməsi iddia edilir. Rayon işğal edilmiş rayonlara aid edildiyindən arxiv sənədlər aşkar edilməmişdir. Həmçinin məhkəmə əmək kitabçasını diqqətlə araşdırmamış və əmək kitabçasının ##.##.1992-ci il tarixində doldurulduğunu araşdırmamışdır. Halbuki, Laçın rayonu ##.##.1992-ci il tarixində işğal olunmuşdur. Işğal altında olan ərazidə əmək kitabçası necə doldurula bilər? Həmçinin vurulmuş möhürlər də Laçın rayon Xalq Təhsil Şöbəsinə aiddir. Bu ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Inzibati orqanın şikayəti əmək kitabçasının doldurulması qaydası ilə əlaqədardır. Yəni şəxsin 1977-1992-ci illər Laçın rayon Minkənd orta məktəbində işləməsini hansı sənəndlər əsasında müəyyən edərək əmək kitabçasına qeyd edilməsi aydın deyil. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisəli illər nəzərə alınsa iddiaçının pensiya məbləğində dəyişiklik olacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında məhkəməyə bildirdi ki, universitet imtahanlarında kəsildi, ikinci il imtahanlara girmək üçün şəxsin əmək kitabçası olmalı idi, yəni işləməli oldu. Həmin vaxtlar qardaşı kənd sovet sədri idi. Əgər cavabdehin iddia etdiyi kimi, əmək kitabçasını qeyri-qanuni yollarla almış olsaydı elə qardaşının işlədiyi kənd sovetində adını yazdırmaqla əmək kitabçasını doldurardı. Amma o, məktəbdə işləməyə başladı, daha sonra əsgərliyə getdi və sonradan 1981-1985-ci illərdə universitetdə oxudu. 1985-1992-ci illər ərzində yenidən məktəbdə müəllim işlədi. Daha sonra isə 1992-ci ilni noyabrından 2008-ci ilin mart ayına kimi Bakıda məktəb direktoru olmuşdur. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 569,23 manat müəyyən edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının ##.##.2006-cı ilədək faktiki sığorta stajının 19 il olduğunu, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən ona 25 il sığorta stajının nəzərə alındığını bildirmişdir. Bununla yanaşı, cavabdeh nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında mübahisəli əmək fəaliyyəti dövrləri nəzərə alınacağı təqdirdə iddiaçının pensiya məbləğində dəyişiklik yaranacağını təsdiq etmişdir. Deməli, hazırkı mübahisənin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında göstərilən Laçın rayonu Minkənd kənd orta məktəbində işlədiyi dövrlər ##.##.2006-cı ilədək qazanılmış faktiki staja daxil edilərsə, onun faktiki stajı cavabdeh tərəfindən avtomatlaşdırılmış qaydada nəzərə alınmış 25 ildən artıq olacaq və bu, pensiyanın yenidən hesablanmasına təsir göstərəcəkdir. Iddiaçının IT-1 ******* saylı əmək kitabçasında onun ##.##.1977-ci il tarixli *** saylı əmrlə Laçın rayonu Minkənd kənd orta məktəbində pioner baş dəstə rəhbəri vəzifəsinə qəbul edildiyi, ##.##.1978-ci il tarixli *** saylı əmrlə işdən azad edildiyi, ##.##.1981-ci ildə həmin məktəbdə yenidən pioner baş dəstə rəhbəri vəzifəsinə qəbul edildiyi və ##.##.1981-ci ildə işdən azad edildiyi, habelə ##.##.1985-ci ildə həmin məktəbə müəllim vəzifəsinə qəbul edildiyi və ##.##.1992-ci il tarixli * saylı əmrlə işdən azad edildiyi qeyd olunmuşdur. Beləliklə, mübahisə iddiaçının ##.##.1977-##.##.1978, ##.##.1981-##.##.1981 və ##.##.1985-##.##.1992-ci illərdə Laçın rayonu Minkənd kənd orta məktəbində işləməsini təsdiq edən əmək kitabçası qeydlərinin mötəbərliyi ilə bağlıdır. Hərbi xidmət və təhsil dövrləri hazırkı mübahisənin predmetini təşkil etmir və cavabdeh tərəfindən ayrıca mübahisələndirilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, eləcə də qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22.1-ci maddəsinə görə, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim qaydasında aparılır. Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir və həmin sənəddə işçinin işə qəbul edildiyi gün, ay, il, işlədiyi peşə və vəzifə, işdən çıxarılmanın əsası və tarixi barədə məlumatlar göstərilir. Müvafiq pensiya qanunvericiliyi də ##.##.2006-cı ilədək qazanılmış əmək stajının müəyyən edilməsində əmək kitabçasını əsas sübut vasitələrindən biri kimi qəbul edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit olunmuş mötəbərlik prezumpsiyasına görə, inzibati icraat zamanı fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilmiş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab edilir. Bu prinsip inzibati orqanın vəzifəsini müəyyən edir: inzibati orqan yalnız ümumi şübhəyə əsaslanmaqla şəxsin təqdim etdiyi sənədi nəzərə almamaq səlahiyyətinə malik deyil; sənədin həqiqətə uyğun olmadığını göstərən konkret, mötəbər və yoxlanıla bilən sübutlar təqdim edilməlidir. Cavabdeh apellyasiya şikayətində əmək kitabçasının ##.##.1992-ci ildə doldurulduğunu, Laçın rayonunun isə ##.##.1992-ci ildə işğal olunduğunu göstərərək, belə şəraitdə əmək kitabçasının doldurulmasını şübhəli hesab etmişdir. Məhkəmə kollegiyası bu dəlili qiymətləndirərək qeyd edir ki, əmək kitabçasının doldurulma tarixinin işə qəbul tarixindən sonra olması, özlüyündə həmin kitabçada əvvəlki dövrlər üzrə aparılmış qeydlərin saxtalığını və ya həqiqətə uyğun olmadığını təsdiq etmir. Əmək kitabçasında mübahisəli dövrlər üzrə işə qəbul və işdən azad edilmə tarixləri, əmrlərin nömrələri və vəzifələr konkret göstərilmişdir. Cavabdeh həmin əmrlərin mövcud olmadığını, əmək kitabçasındakı imza və möhürlərin saxta olduğunu, yaxud iddiaçının həmin dövrlərdə göstərilən məktəbdə işləməsinin obyektiv olaraq mümkün olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Laçın rayonunun işğalı və həmin dövr üzrə arxiv sənədlərinin saxlanılmaması faktı da, təkbaşına, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini aradan qaldırmır. Arxiv sənədlərinin saxlanılmaması və ya işğal nəticəsində həmin sənədlərə çıxışın mümkünsüzlüyü iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Əks yanaşma işğal nəticəsində arxiv sənədləri məhv olmuş və ya əlçatmaz olmuş şəxslərin sosial təminat hüququnun formal əsaslarla məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da sosial təminat hüququnun mahiyyəti ilə ziddiyyət yaradır. Cavabdehin əmək kitabçasında Laçın rayon Xalq Təhsil Şöbəsinin möhürünün olması ilə bağlı dəlili də əmək kitabçasının mötəbərliyini təkzib edən sübut kimi qəbul edilə bilməz. Iddiaçının əmək fəaliyyəti təhsil müəssisəsi ilə bağlı olmuş və cavabdeh həmin möhürün aidiyyətsiz, saxta və ya qanunsuz tətbiq edildiyini təsdiq edən hər hansı arayış, akt və ya digər sübut təqdim etməmişdir. Təkcə möhürün hər hansı quruma aid olması barədə ümumi şübhə əmək kitabçasındakı konkret iş stajı qeydlərini etibarsız saymaq üçün kifayət deyil. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırkı işdə sübutetmə yükü əmək kitabçasının saxta və ya həqiqətə uyğun olmadığını iddia edən cavabdeh inzibati orqanın üzərindədir. Cavabdeh isə əmək kitabçasındakı qeydləri təkzib edən birbaşa sübut təqdim etməmiş, yalnız arxiv sənədlərinin saxlanılmamasına, Laçın rayonunun işğalına və əmək kitabçasının doldurulma tarixinə istinad etmişdir. Bu hallar birlikdə qiymətləndirildikdə belə, əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığını təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında göstərilmiş ##.##.1977-##.##.1978, ##.##.1981-##.##.1981 və ##.##.1985-##.##.1992ci illər üzrə əmək fəaliyyəti dövrlərinin ##.##.2006-cı ilədək qazanılmış ümumi iş stajına daxil edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar