Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1159/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona birinci dərəcəli əlilliyin təyin olunmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı iddiaçıya azərpoçt vasitəsilə göndərilmiş, iddiaçı tərəfindən qərar ##.##.2026-cı ildə xəbərnaməyə imza edilməklə alınmışdır. Qərardan apellyasiya şikayəti həmin gündən başlayaraq 30 gün müddətində verilə bilsə də, müddətin son günü qeyri-iş gününə düşdüyünə görə ondan sonrakı iş günü, yəni ##.##.2026-cı il müddətin qurtarma günü hesab olunur. Lakin apellyasiya şikayəti göndərilən poçt zərfinin üzərində olan ştampdan məktubun poçt müəssisəsinə ##.##.2026-cı ildə verildiyi görünür. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, apellyasiya şikayəti müddət buraxıldıqdan sonra verilmişdir, ona görə də apellyasiya mümkün sayılmamalı və şikayətin qəbul edilməsindən imtina olunmalıdır. Bundan başqa, iddiaçıya izah edilmişdir ki, o, apellyasiya şikayətini poçt müəssisəsinə ##.##.2026-cı ildə, yaxud ondan əvvəlki günlərdə təqdim etmişdirsə, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilər, həmçinin, göstərilən prosessual müddət onun təqsiri olmadan buraxılmışdırsa, Bakı Apellyasiya Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Lakin iddiaçı məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etsələr də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübutlarının olmadığını bildirdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və həmin apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1159/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1159/2026
22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver