Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1162/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxs Dövlət Neft Şirkəti) “çıxarışın və torpaq sahəsinin plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Suraxanı Rayon İcra Hakimiyyətinin tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli 2-1 (***)-****/**** saylı qərarının icra edilməsi məqsədilə * nömrəli Zeytun sovxozunun ##.##.1989-cu il tarixli *** №-li əmri ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Hövsan qəsəbəsi, * nömrəli Zeytun sovxozunda yerləşən və iddiaçının iddia etdiyi 600,0 (altı yüz) kv.m torpaq sahəsinin mövcud istifadə vəziyyətində dair cizgisini tərtib edilmişdir.
2. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli T/*** nömrəli məktubunda öz əksini tapmış * nömrəli Zeytun sovxozunun ##.##.1989-cu il tarixli *** nömrəli əmrindən arxiv çıxarışında qeyd edilmişdir ki, sovxozda işləyən öz əməksevərlikləri ilə qulluq göstərən 9 nəfər fəhlənin mənzilə olan ehtiyaclarının nəzərə alınması və həmin adları aşağıda qeyd olunan yoldaşların hər birinə 0,06 hektar hesabı ilə fərdi mənzil tikdirmək üçün sahənin ayrılmasına dair əmr verilmişdir. Həmin əmrdə “Qədirova Ofeliya” qeyd edilmişdir.
3. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında qeyd edilmişdir ki, * nömrəli Zeytun sovxozunun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə əsasən (akt) hüquq sahibinin adı səhvən Ofelya yazıldığına görə əslində Ofilə kimi oxunsun.
4. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında Suraxanı rayonu Hövsən qəsəbəsi * nömrəli Zeytun sovxozunda yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 600 kv.m, faktiki sahəsi üzrə 810 kv.m təşkil edir. Torpaq sahəsi dörd tərəfindən mişar daşla hasarlanmışdır. Torpaq sahəsində iki ədəd bir mərtəbəli yaşayış evi vardır.
5. Cavabdehin iddiaçının müraciətinə imtinası onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlər surətdir və torpaq sahəsinin ayrılmasına dair * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin əsli təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin arxiv çıxarışında “Ofeliya”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Ofilə” kimi qeyd edilmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı təqdim edilmiş cizginin şimal-qərb tərəfində qeyd edilmiş ölçü ilə sahənin faktiki ölçüsü arasında fərqlilik olduğu müəyyən edilmişdir. Əlavə olaraq, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X1) istifadəsinə verilmiş ərazidə yerləşir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən ona ayrılmış 600.0 kv.m olan torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin qərardadı ilə iş üzrə Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmri ilə Sovxoz mənzil məişət komissiyasının rəyi və həmkərlar ittifaqı komitəsinin ##.##.1989-cu il tarixli ** №-li qərarına əsasən ona fərdi mənzil tikdirmək üçün 600.0 kv.m ona torpaq sahəsi ayrılmışdır. Müvafiq akta əsasən həmin torpaq sahəsi ona təhvil verilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və müraciətə baxılaraq bildirilmişdir ki, “təqdim olunan sənədlər surətdir və torpaq sahəsinin ayrılmasına dair * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin əsli təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin arxiv çıxarışında “Ofeliya”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Ofilə” kimi qeyd edilmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı təqdim edilmiş cizginin şimal-qərb tərəfində qeyd edilmiş ölçü ilə sahənin faktiki ölçüsü arasında fərqlilik olduğu müəyyən edilmişdir. Əlavə olaraq, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X1) istifadəsinə verilmiş ərazidə yerləşir”. Müraciətə verilmiş cavabla bağlı nəzərinizə çatdırır ki, * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin əsli ondan olmadığından onun əslini cavabdehə təqdim edə bilməmişdir. Əmrinin arxiv çıxarışında “Ofeliya”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Ofilə” kimi qeyd edilmiş uyğunsuzluq Abşeron rayon İcra hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş *** saylı arayışla aradan qaldırılmışdır. Bundan əlavə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2024-cü il tarixli akta əsasən torpaq sahəsinə dair cizgi aktı tərtib olunmuşdur. Həmçinin nəzərə çatdırır ki, qonşuluqda yerləşən torpaq sahələrinə, üzrərində olan tikililərə dair çıxarışlar mövcuddur. Göründüyü kimi, cavabdeh inzibatı orqanın müraciətin təmin edilməsindən imtinası əsassız va qanunsuz olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, mübahisələndirilən ev və torpaq sahəsi Suraxanı rayon Məhkəməsinin qətnaməsi əsasında (qanuni əsaslarla) onun istifadəsinə verildiyindən cavabdeh onun mülkiyyət hüququnun qeydə almaqdan imtina etməkdə haqlı deyildir. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmalıdır.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təqdim olunan sənədlər surətdir və torpaq sahəsinin ayrılmasına dair * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin əsli təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı * nömrəli Zeytun sovxozu direktorunun ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin arxiv çıxarışında "Ofeliya”, şəxsiyyəti təsdiq edən sənəddə isə "Ofilə” kimi qeyd edilmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı təqdim edilmiş cizginin şimal-qərb tərəfində qeyd edilmiş ölçü ilə sahənin faktiki ölçüsü arasında fərqlilik olduğu müəyyən edilmişdir. Əlavə olaraq, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X1) istifadəsinə verilmiş ərazidə yerləşir.
10. Üçüncü şəxs tərəfindən iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Limited” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neftqaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən ölçüsü 600.0 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
12. Üçüncü şəxs Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Limited” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
15. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, 3cü şəxs “Dövlət Neft Şirkəti” tərəfindən verilən apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və adicəlbetmə qaydasında cəlb edilmiş digər 3-cü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. Belə ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, * nömrəli Zeytun sovxozu ərazisində yerləşən ona ayrılmış 600.0 kv.m olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsini tələb edir.
25. Cavabdeh orqan isə ##.##.1989-cu il tarixli, *** nömrəli əmrinin əsli təqdim edilməməsini, həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq olduğunu və torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X1) istifadəsinə verilmiş ərazidə yerləşdiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
26. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə qeyd olunan arqumentlərə hüquqi qiymət verilərək, iddia tələbi təmin edilmiş və cavabdeh təşkilat həmin qərarla razılaşaraq apellyasiya şikayəti verməmişdir. Lakin 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mübahisə predmeti olan torpaq sahəsinin kontrakt ərazisində yerləşməsini əsas gətirərək Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir.
27. İş materiallarından göründüyü kimi * nömrəli Zeytun sovxozunun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə əsasən fərdi mənzil tikdirmək üçün Ofilə Qədirovaya 0,06 hektar torpaq sahənin ayrılmasına dair əmr verilmişdir. Eyni zamanda, Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən * nömrəli Zeytun sovxozunda yerləşən və iddiaçının iddia etdiyi 600,0 kv.m torpaq sahəsinə dair cizgi tərtib edilmişdir.
28. İşin apellyasiya baxışı zamanı DİN Baş Pasport, Qeyduyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı ilk dəfə ##.##.2005-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, * nömrəli Zeytun sovxozu, ev 23, mənzil 26 ünvanı üzrə sənədləşdirilərək AZE-******** nömrəli və 22.01,2013-cü il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmiş və həmin vəsiqələrin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli *** nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.
31. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – torpaq sahəsinin ayrılması barədə * nömrəli Zeytun sovxozunun ##.##.1989cu il tarixli *** nömrəli əmrini və Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş torpaq sahəsinə dair yerləşmə sxemini cavabdehə təqdim etmişdir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının torpaq sahəsi üzərində gözlənti hüququnun olması, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, torpaq sahəsinin kontrakt ərazidə yerləşməsi səbəbindən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina inzibati icraatın bərabərlik prinsipi pozur. Başqa sözlə desək torpaq sahəsinin kontrakt ərazidə yerləşməsi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas hesab edilə bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.