Məhkəmə qərarları › İş №2-1(3-6)-1165/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1165/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1165/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Qəni Sadiq oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İbrahimov Qəni Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı İbrahimov Qəni Sadiq oğlu ##.##.1963-cü il təvəllüdlüdür.

2. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli Hərbi biletdən görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək hərbi xidmət keçmişdir.

3. İddiaçıya məxsus ##.##.1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Qaradağ sement zavodunda ##.##.1985-ci il tarixdən ##.##.2000-ci il tarixədək çəkicçi, X3 ##.##.2002-ci il tarixdən ##.##.2009-cu il tarixədək ikincidərəcəli yardımçı fəhlə, üçüncü dərəcəli betonçu, dördüncü dərəcəli betonçu, ##.##.2009-cü il tarixdən ##.##.2009-cu il tarixədək dördüncü dərəcəli betonçu, ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək dördüncü dərəcəli betonçu, ##.##.2010-cu il tarixdən ##.##.2012ci il tarixədək dördüncü dərəcəli betonçu,##.##.2012-ci il tarixdən ##.##.2016-cı il tarixədək dördüncü dərəcəli və beşinci dərəcəli betonçu, ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək 5-ci dərəcəli betonçu, ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək beşinci və altıncı dərəcəli fəhlə vəzifələrində işləmişdir.

4. “xxxx” BM-İN AZF-****/***-k nömrəli ##.##.2023-cü il tarixli güzəştli arayışından görünür ki, iddiaçı İbrahimov Qəni Sadıq oğlu həqiqətən X3 işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli, ** saylı Qərarının 29-cu maddəsinə əsasən " Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında fəhlə peşəsində ##.##.2002- ci ildən ##.##.2003-cü ilədək çalışmışdır. Həmin qərarın 29-cu maddəsinə əsasən maddəsinə əsasən " Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında (asfalt və beton döşəyənlər bəndi) ##.##.2003- cü ildən ##.##.2009-cu ilədək, ##.##.2009-cu ildən ##.##.2010-cu ilədək, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək, ##.##.2012-ci ildən ##.##.2016-cı ilədək, ##.##.2016-cı ildən ##.##.2017-ci ilədək, ##.##.2017-ci ildən ##.##.2022-ci ilədək betonçu peşəsində çalışmışdır. İbrahimov Qəni Sadıq oğlunun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli, ** saylı Qərarının 29-cu maddəsinin "Binaqurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün o, yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

5. xxxx MMC-nin AZF-****/***-L nömrəli ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçı İbrahimov Qəni Sadiq oğlu ##.##.2017- ##.##.2022-ci il tarixləri arasında xxxx BM-in (hal-hazırda xxxx MMC) layihələrində betonçu peşəsində çalışmışdır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Betonlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək; Betonlamanın başlanma və bitmə tarixi barədə iş icraçısından məlumat əldə etmək; Əməliyyatlar zamanı keyfiyyət şəraitinin necə təmin olunacağı barədə təlimatlandırılmaq; İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, betonlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, betonlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək; Betonlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq, betonlama prosesindən sonra betona qulluq qaydalarına tam riayət etmək; Beton gətirən maşınlardan və digər ləvazimatlardan (kran vasitəsilə verilən qablardan) betonun qəbul edilməsi qaydalarına düzgün riayət etmək; Hava şəraitinə uyğun olaraq, qurutma və mühafizə prosesində istifadə olunacaq materilları hazırlamaq; Qəlib və armaturları nəzərdən keçirmək və müşahidə olunan çatışmamazlıqların aradan qaldırılmasını təmin etmək; Beton töküləcək sahənin təmizliyini etmək, beton tökməzdən vvəl qəlibi sulamaq; Betonun homojenliyinə xələl gətirmədən standarta uyğun olaraq qəlibə yerləşdirmək, beton yerləşdirmədə maili layların əmələ gəlməməsini təmin etmək; Betonu qəlibə lazımi hündürlükdə tökmək, betonda soyuq birləşmələrin - dərzlərin olmayacağı şəkildə betonu yerləşdirmək; Betonu qəlibi açmayacaq və armaturun yerdəyişməsinə səbəb olmayan şəkildə tökmək; Betonun töküləcəyi hündür elementlər üzərində əlavə borular və ya şlanqlardan istifadə etməklə betonu tökmək, uyğun vibratordan istifadə etmək; Armatur və qəliblə təmas etmədən vibratoru uyğun müddət ərzində səthə perpendikulyar saxlamaq, betonu vibratorun ucu ilə üfüqi hərəkət etdirmək; Təzə betonu yerə qoyarkən betonun qalınlığından və lay səviyyəsindən əmin olmaq; Vibrasiya nöqtələrinin təsir sahələrinin kəsişməsinə diqqət yetirmək; Betonu yerləşdirmə işi bitdikdən sonra uyğun mastar ilə mastarlama işləmini yerinə yetirmək; Əgər beton səthi gələcəkdə boyanacaqsa, müvafiq cilalama aləti ilə cilalama prosesini həyata keçirmək; Yuxarıda sadalanan işlərdən sonra hava şəraitini nəzərə alaraq, uyğun material ilə beton səthini qoruyacaq materialı beton üzərinə çəkmək; İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə toplamaq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək.

7. İddiaçı İbrahimov Qəni Sadiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarimbəndində (a) asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz “xxxx” BM-in sizə dair ##.##.2023-cü il tarixli AZF- ****/***-K nömrəli arayışında ##.##.2002-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə vəzifəsində, ##.##.2003-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində betonçu vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz fəhlə vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarimbəndində (a) nəzərdə tutulmayıb, betonçu vəzifəsi isə asfalt və beton döşəyənlər vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

8. İddiaçı İbrahimov Qəni Sadiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan ##.##.2025-ci il tarixli imtina məktubu ilə müraciəti cavablandırmışdır. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən “xxxx” MMC-nin arayışında sözügedən müəssisədə betonçu vəzifəsində işlədiyi qeyd edilmişdir və cavabdeh hesab edir ki, qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifədən fərqlidir, bu səbəbdən iddiaçının güzəştli şərtlərlə iş stajın olmadığını imtina məktubunda qeyd edilmişdir. Hesab edilir ki, cavabdeh orqanın imtina məktubu işin faktiki hallarına və təqdim edilən sənədlərə ziddir və əsasızdır. İddiaçının ümumi stajı 25 ildən çoxdur, qeyd olunan ümümi staja daxil edilən müddətləri təsdiq edən əmək kitabçanı, hərbi bileti iddia ərizəsinə əlavə edilmişdir. İmtina məktubunda qeyd olunan əsasla bağlı qeyd edilir ki, cavabdeh orqana təqdim edilən “xxxx” MMC-nin güzəştli şərtlərlə bağlı arayışda iddiaçının qeyd olunan müəsissədə çalışdığı ##.##.2002-ci il tarixindən ##.##.2022-ci il tarixinədək (20 il, 02 ay, 02 gün) tutduğu vəzifələr göstərilmişdir və qeyd olunan vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun olması qeyd edilmişdir. Cavabdeh isə imtina məktubunda qeyd edir ki, iddiaçı tərəfindən tutulan vəzifələr AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun deyil, lakin bu faktı hər hansı bir sübutla təsdiq etmir.“xxxx” MMC-yə təkrar vəkil sorğusu göndərilərək iddiaçının tutuduğu vəzifə üzrə təlimatlarını və öhdəliklərini eyni zamanda sağlamlığına zərərli olub-olmaması barədə məlumatları təqdim edilməsini xahiş etmişdik. “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixli arayış təqdim edərək bir daha iddiaçının tutuduğu vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun olduğunu qeyd edərək, eyni zamanda iddiaçının gördüyü işin sağlamlığa ziyan olduğunu təsdiq edən sənədləri göndərmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası tamamilə əsassızdır, iddiaçının 25 ildən çox ümumi stajı vardır və 15 ildən çox zərərli iş stajı arayışlarla təsdiq edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş “xxxx” BMin iddiaçıya dair ##.##.2023-cü il tarixli AZF****/***-K nömrəli arayışında ##.##.2002- ##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə vəzifəsində, ##.##.2003-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində betonçu vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi fəhlə vəzifəsi sözügedən arayışda istinad Azərbaycan Respubliası Nazirlər kabinetinin ## ###### 2007-ci il tarixl ** nömrəli qərarla qəsdiq edilmiş siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarimbəndində (a) nəzərdə tutulmayıb, betonçu vəzifəsi isə asfalt və beton döşəyənlər vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir... Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İbrahimov Qəni Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi və iddiaçı İbrahimov Qəni Sadiq oğluna 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin fərqi hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti iddia tələbinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, iddiaçı Q.İbrahimovun Mərkəzi Filiala təqdim etmiş olduğu “xxxx” BM-in iddiaçıya dair ##.##.2023-cü il tarixli AZF****/***-K nömrəli arayışında ##.##.2002-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə vəzifəsində, ##.##.2003-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində betonçu vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi fəhlə vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarla təsdiq edilmiş siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarimbəndində (a) nəzərdə tutulmayıb, betonçu vəzifəsi isə asfalt və beton döşəyənlər vəzifəsinə aid deyil. ## ##### 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.

Tərəflərin izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; ... 9.1. ##.##.2022-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

17. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr. asfalt və beton döşəyənlər.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İbrahimov Qəni Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “İbrahimov Qəni Sadiq oğluna 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin fərqi hesablanaraq ödənilməsi” barədədir. Cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmamasına istinad edərk iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı İbrahimov Qəni Sadiq oğlunun güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. 25 ildən artıq ümumi, 20 il 2 ay 2 gün (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə izah edir ki, “betonçu” vəzifəsi mahiyyəti üzrə müvafiq siyahı üzrə “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun olmaqla peşə funksiyaları baxımından eynilik təşkil edir. Odur ki, iddiaçının işləmiş olduğu vəzifə (iş, peşə) mahiyyəti üzrə qiymətləndirilməlidir. Formal ifadələr konktestindən ifadə uyğunsuzluğunun olması iddiaçının işləmiş olduğu vəzifə üzrə əmək funksiyalarının müvafiq siyahıya uyğun olmamasına dəlalət etmir.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

25. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

26. Hazırki işdə iddiaçı ##.##.1963-cü il təvəllüdlü olmaqla ##.##.2023-cü-il tarixdə 60 yaşını tamamlamışdır.

27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

28. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.

29. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

30. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)

32. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumilikdə 25 ildən çox sığorta stajı vardır.

33. Hazırda cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirmir. Hazırda inzibati mübahisə iddiaçının “xxxx” BM-də ##.##.2002-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə fəhlə vəzifəsində, ##.##.2003-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində betonçu vəzifəsində işlədiyi işlədiyi dövrün iddiaçının güzəştli stajına aid edilib-edilməməsi ilə bağlıdır.

34. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir.

35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.

37. İddiaçının məhkəməyə təqdim etdiyi arayışlarla yanaşı işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş məhkəmənin sorğusuna cavab olaraq xxxx MMC-nin AZF-****/***-L nömrəli ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, vətəndaş İbrahimov Qəni Sadiq oğlu ##.##.2002-ci il tarixdən ##.##.2003cü il tarixədək fəhlə peşəsində, ##.##.2003-cü il tarixdən ##.##.2009-cu il tarixədək, ##.##.2009- cu il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2017-ci il tarixədək, ##.##.2017-ci tarixdən ##.##.2022-ci il tarixədək xxxx BM-nin (hal-hazırda xxxx MMC) layihələrində betonçu peşəsində çalışmışdır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: İş sahəsinin hazırlığı: Verilmiş tapşırıqlar əsasında iş sahəsinin təmizliyini təmin etmək. Lazımi alət və avadanlıqları hazırlamaq. Materialların daşınması və yüklənməsi: Tikinti materiallarının yüklənməsi, boşaldılması və düzgün yerləşdirilməsi. Avadanlıqların təhlükəsiz daşınmasını təmin etmək. Texniki dəstək: Avadanlıqların montajı, sökülməsi və digər yardımçı işləri icra etmək. Təmir işlərində usta və ya mühəndislərə kömək göstərmək. Betonlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək; Betonlamanın başlanma və bitmə tarixi barədə iş icraçısından məlumat əldə etmək; Əməliyyatlar zamanı keyfiyyət şəraitinin necə təmin olunacağı barədə təlimatlandırılmaq; İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, betonlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, betonlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək; Betonlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq, betonlama prosesindən sonra betona qulluq qaydalarına tam riayət etmək; Beton gətirən maşınlardan və digər ləvazimatlardan (kran vasitəsilə verilən qablardan) betonun qəbul edilməsi qaydalarına düzgün riayət etmək; Hava şəraitinə uyğun olaraq, qurutma və mühafizə prosesində istifadə olunacaq materilları hazırlamaq: Qəlib və armaturları nəzərdən keçirmək və müşahidə olunan çatışmamazlıqların aradan qaldırılmasını təmin etmək; Beton töküləcək sahənin təmizliyini etmək, beton tökməzdən əvvəl qəlibi sulamaq; Betonun homojenliyinə xələl gətirmədən standarta uyğun olaraq qəlibə yerləşdirmək, beton yerləşdirmədə maili layların əmələ gəlməməsini təmin etmək; Betonu qəlibə lazımi hündürlükdə tökmək, betonda soyuq birləşmələrin – dərzlərin olmayacağı şəkildə betonu yerləşdirmək; Betonu qəlibi açmayacaq və armaturun yerdəyişməsinə səbəb olmayan şəkildə tökməkBetonun töküləcəyi hündür elementlər üzərində əlavə borular və ya şlanqlardan istifadə etməklə betonu tökmək, uyğun vibratordan istifadə etmək; Armatur və qəliblə təmas etmədən vibratoru uyğun müddət ərzində səthə perpendikulyar saxlamaq, betonu vibratorun ucu ilə üfüqi hərəkət etdirmək; Təzə betonu yerə qoyarkən betonun qalınlığından və lay səviyyəsindən əmin olmaq; Vibrasiya nöqtələrinin təsir sahələrinin kəsişməsinə diqqət yetirmək; Betonu yerləşdirmə işi bitdikdən sonra uyğun mastar ilə mastarlama işləmini yerinə yetirmək; Əgər beton səthi gələcəkdə boyanacaqsa, müvafiq cilalama aləti ilə cilalama prosesini həyata keçirmək; Yuxarıda sadalanan işlərdən sonra hava şəraitini nəzərə alaraq, uyğun material ilə beton səthini qoruyacaq materialı beton üzərinə çəkmək; İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə toplamaq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək. İbrahimov Qəni Sadiq oğlunun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli, ** saylı Qərarının 29-cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a)fəhlələr: asfalt və beton döşəyənlər bəndinə uyğundur.

38. Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinə əsasən bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr böməsində asfalt və beton döşəyənlər vəzifəsi zərərli iş stajı kimi nəzərdə tutulmuşdur.

39. İş yerindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri kimi yol inşaatı, asfalt-beton örtüyünün döşəməsindən ibarət olduğu xüsusi qeyd edilmiş və siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr bölməsində olduğu qeyd edilmişdir.

40. Kollegiya qeyd edir ki, qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

41. Beləliklə, iddiaçının zərərli iş stajının yarandığı müəssislərin verdiyi arayışlardan iddiaçının pensiya hüququnun yarandığı ##.##.2023-cü il tarixədək tələb olunan-12 il 06 ay güzəştli iş stajının olduğu müəyyən edilir. Ona görə də iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin fərqinin hesablanaraq ödənilməsini cavabdehdən tələb etməkdə haqlı sayılmalıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

43. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar