Məhkəmə qərarları › İş №2-1(3-6)-1172/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1172/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1172/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı İslam oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı İslam oğlunun cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli *** nömrəli şəhadətnaməsindən görünür ki, iddiaçı İddiaçı İddiaçı İslam oğluna yayılmış psoriaz, stasionar mərhələ. Xroniki “C” virus hepatiti, funksiyanın pozulmaması ilə. Neyrosirkulyator asteniya, hipertenziv tip, mülayim dərəcədə ifadə olunmuş vegetativ damar pozulması ilə. Vegetativ damar distoniyası. Sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli ağıreşitmə pıçıltı nitqinin 1,5 metr olması ilə. Sağ qulaqda 5 metr olması ilə Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır diaqnozu qoyulmuşdur.

2. İddiaçıya *******AARQH nömrəli tibbi göndəriş (Forma 88) əsasən L40.1 Generalizə olunmuş pustulyoz psoriaz, Ağırlaşma M07.3* Digər psoriatik artropatiyalar (L40.5) Hər iki əlin proksimal və distal falanqalararası oynaqların zədələnməsi ilə müşahidə olunun kəskin gedişli birinci dərəcə fəallığı psoriatik poliortitdən sonrakı vəziyyət - kontrakturası. Oynaq funksiyalarının pozulması ilə Yanaşı xəstəliklər E05.2 Toksik çox düyünlü urla müşayiət olunan tireotoksikoz,. Yanaşı xəstəliklə 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yij,. Yanaçşı xəstəliklər H93.3 Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli ncyrosensor ağır eşitmə, pıçıltı nitqi sağda, beş metr, solda ford metr. vegetativ damar distoniyası Yanaşı xəstəliklər 818.2 Virus mənşəli xroniki C hepatiti, remissiya mərhələsi, funksiyanın pozulması diaqnozu ilə ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək- 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının sağlamlıq vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş ##.##.2024cü il tarixli P********EFQ nömrəli tibbi göndərişə (Forma 88) əsasən Adi psoriaz. Artropatik psoriaz. Oynağın ankilozu. Oynağın hərəkətsizliyi Qığırdaq toxumanın degenerasiyası. Kəskin ağrı ilə və hərəkətin məhdudluğu ilə nəticələnən. Toksik çoxdüyünlü urla müşayiət olunan tireotoksikoz diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspert Komissiyasının *-**-*/*-*- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər sakini ##.##.1974cü il təvəllüdlü İddiaçı İslam oğlunun əlillik vəziyyəti DTSERA-da ##.##.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Yayılmış vulqar psoriaz, stasionar mərhələ. Hər iki əlin II-IV barmaqlarının proksimal və distal falanqalararası oynaqların zədələnməsi ilə müşayiət olunan kəskin gedişli İ (birinci) dərəcə fəallıqlı psoriatik poliartritdən sonrakı vəziyyət. Düyünlü ur, eutiroid forma. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası. Xroniki "C" virus hepatiti, davamlı remissiya mərhələsində funksiyanın pozulmaması ilə. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqi sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı oynaqlarında kəskin ağrı, zəif görmə, yüksək arterial təzyiq, başağrıları, qıcolma tutmaları, zob xəstəliyi, dırnaqlarının tökülməsi və dərisində yaranan səpkilərdən şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma zamanı ətraflarının yığıldığını bildirmiş, fotoşəkillər nümayiş etdirmiş, hal-hazırda medikamentoz preparatlardan “Tramadol”, “Zolomax”, “Karvil” qəbul etdiyini söyləmiş, “Zolomax” qəbul etdiyi zaman tutmalarının daha da artdığını qeyd etmişdir. Müayinə zamanı 5 metr məsafədən oturmuş, sakit danışmış, eşitmiş, eşitmə aparatı istifadə etməmiş, bədənində səpkilər və oynaqlarda şişkinlik hazırda izlənilməmiş, dırnaqlarının ovulub tökülməsi göbələk mənşəli olduğu düşünülmüşdür. Təngnəfəslik, aşağı ətraflarda ödem izlənilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Vətəndaş nevroloji şikayətlərini bildirə bilməmiş, səhhəti ilə əlaqəli ətraflı izah verməmiş, yalnız reseptlər təqdim etmişdir” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qulağında eşitmə zəifliyindən, oynaq ağrılarından, keyimələrdən, görmə zəifliyindən, qıcolmalardan, qulaqlarda küy olmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan “Kortexin”, “Dimedrol”, “Neoxizin”, “Atorax”, “Zolomax”, “Cocornit”, “Benevion”, “Betaserc”, “Tramadol”, “Actovegin”, “Cermioni”, “Qabapentin”, “Clonazepam”, “Nilben”, “Tioflex”, “Serrasol”, “Detoprof”, “Sakurat”, “Eslirat”, “Dexametazon”, “Baklofen”, “Praxol”, “Sulpirid” qeyd olunmuş reseptlər təqdim etmişdir. Müayinə zamanı təxminən 3 m məsafədə əyləşərək sualları sakit səs tonu ilə cavablandırmış, eşitmə cihazı istifadə etmədiyini bildirmişdir. Baxış zamanı əllərin üzərində, hər iki bud və baldır nahiyələrində kiçik səpgilər müşahidə edilmişdir. Respublika Dəri Zöhrəvi Mərkəzinin ##.##.2023-##.##.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Psoriaz. Yayılmış forma. Psoriatik artropatiya” kimi qeyd olunmuşdur. Loğman Klinikasının ##.##.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Sol beyin yarımkürəsində alın payda subkortikal yerləşməli, subsantimetrik ölçülərdə, T2, FLAİR rejimlərdə hiperintens, mikroangiopatik qlioz ocaq” kimi qeyd olunmuşdur. X2 ##.##.2023-cü il tarixli BERA testinin nəticəsi “Sağ tərəfli yüngül (İ), sol tərəfli orta (II) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd edilmişdir. * saylı X13 ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunmuşdur. Respublika Dəri Zöhrəvi Mərkəzinin ##.##.2024-##.##.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Yayilmış psoriaz. Psoriatik artropatiya” kimi qeyd edilmişdir. * saylı Dəri Zöhrəvi Dispanserinin ##.##.2024-cü il tarixli ***** nömrəli Tibbi rəyində diaqnoz “Yayılmış psoriaz. Psoriatik artropatiya” kimi qeyd edilmişdir. * saylı X13 ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, istero-nevrotik reaksiyalara meyillidir. EEQ nəticəsini nəzərə alaraq nevroloji müayinə tövsiyə olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-sadə miopik astiqmatizm. Tapetoretinal abiotrofiya (piqmentli forma). VİS OD=0.3 k/i 0.5, VİS OS=0.6 k/e” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı İddiaçı İslam oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının hərbi xidmət dövrü ilə əlaqədər əlillik kimi müəyyən edilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixli **** nömrəli Müdafiə Nazirliyin “Hərbi Həkim Komissiyanın Qərarı ilə təstiq olunmuş” arayışdan görünür ki, iddiaçı hərbi xidmət dövründə coxsaylı xəstəliklər almışdır (Yayılmış psoriaz, stasionar mərhələ. Xroniki “C” virus hepatiti, funksiyasın pozulması ilə. Neyrosirkulyator asteniya, hiperteziv tip, mülayim dərəcədə ifadə olunmuş vegetatif damar pozulması ilə. Vegetatif damar distaniyası. Sol tərəfli xroniki koxlear nefrit, sol tərəfli ağıreşitmə pıçıltı nitqinin 1,5 metr olması ilə. Sağ qulaqda 5 metr olması ilə) və digər. Həmin Komissiyanın qərarında göstərilib ki, İddiaçı İslam oğlu, hərbi R, sıradankənar hərbi xidmətə yararlıdır. ## ###### 2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, ##.##.2010-##.##.2010-cu il, ##.##.2010- ##.##.2010-cu il tarixlərdə MHKH-da, ##.##.2011-##.##.2011-ci il, ##.##.2012-##.##.2012ci il, ##.##.2012- ##.##.2012-ci il, ##.##.2017-##.##.2017-ci il tarixlərdə SQ BKH-da, ##.##.2018-ci ildən hal-hazıradək SQ BKH-da müayanə və müalicədə idi. Həmin Komissiyanın qərarında da göstərilib ki, xəstəliklər, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmətə yararsızdır. ##.##.2019-cu il tarixli Azərbaycan Respublkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyanın müayinəyə dair məlumatından görünür ki, hərbi xidmət dövrü ilə ələqədər, ona, ikinci dərəcəli əlillik təyin olunub. Qeyd edilənlərə əsasən 2019-cu il tarixlərdən yanvar ayından ona pensiya təyin olunmuşdur. Həmin pensiya 2024-cu il tarixdə yanvar ayınadək verilmişdir. Sonradan onu yenidən yoxlamışlar və ##.##.2024-cü il tarixdə Azərbaycan Respublkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Eksper Komissiyanın müayinəyə dair məlumatından görünür ki, artıq ona əlilliyin təyin edilməsindən imtina etmişdirlər, səbəb isə əlavə müalicəyə ehtiyacın olmasını göstərmişdirlər.

7. Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh xxxx ilə əvəz edilmişdir.

8. Məhkəmənin ##.##.2026-cı il taixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə “cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və əlilliyin təyin edilməsi” kimi icraata qəbul edilmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı İslam oğlunun əlillik vəziyyəti DTSERA-da ##.##.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Yayılmış vulqar psoriaz, stasionar mərhələ. Hər iki əlin II-IV barmaqlarının proksimal və distal falanqalararası oynaqların zədələnməsi ilə müşayiət olunan kəskin gedişli İ (birinci) dərəcə fəallıqlı psoriatik poliartritdən sonrakı vəziyyət. Düyünlü ur, eutiroid forma. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası. Xroniki "C" virus hepatiti, davamlı remissiya mərhələsində funksiyanın pozulmaması ilə. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqi sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı oynaqlarında kəskin ağrı, zəif görmə, yüksək arterial təzyiq, başağrıları, qıcolma tutmaları, zob xəstəliyi, dırnaqlarının tökülməsi və dərisində yaranan səpkilərdən şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma zamanı ətraflarının yığıldığını bildirmiş, fotoşəkillər nümayiş etdirmiş, hal-hazırda medikamentoz preparatlardan “Tramadol”, “Zolomax”, “Karvil” qəbul etdiyini söyləmiş, “Zolomax” qəbul etdiyi zaman tutmalarının daha da artdığını qeyd etmişdir. Müayinə zamanı 5 metr məsafədən oturmuş, sakit danışmış, eşitmiş, eşitmə aparatı istifadə etməmiş, bədənində səpkilər və oynaqlarda şişkinlik hazırda izlənilməmiş, dırnaqlarının ovulub tökülməsi göbələk mənşəli olduğu düşünülmüşdür. Təngnəfəslik, aşağı ətraflarda ödem izlənilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Vətəndaş nevroloji şikayətlərini bildirə bilməmiş, səhhəti ilə əlaqəli ətraflı izah verməmiş, yalnız reseptlər təqdim etmişdir” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qulağında eşitmə zəifliyindən, oynaq ağrılarından, keyimələrdən, görmə zəifliyindən, qıcolmalardan, qulaqlarda küy olmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan “Kortexin”, “Dimedrol”, “Neoxizin”, “Atorax”, “Zolomax”, “Cocornit”, “Benevion”, “Betaserc”, “Tramadol”, “Actovegin”, “Cermioni”, “Qabapentin”, “Clonazepam” “Nilben”, “Tioflex”, “Serrasol”, “Detoprof”, “Sakurat”, “Eslirat”, “Dexametazon”, “Baklofen”, “Praxol”, “Sulpirid” qeyd olunmuş reseptlər təqdim etmişdir. Müayinə zamanı təxminən 3 m məsafədə əyləşərək sualları sakit səs tonu ilə cavablandırmış, eşitmə cihazı istifadə etmədiyini bildirmişdir. Baxış zamanı əllərin üzərində, hər iki bud və baldır nahiyələrində kiçik səpgilər müşahidə edilmişdir. Respublika Dəri Zöhrəvi Mərkəzinin ##.##.2023- ##.##.2023cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Psoriaz. Yayılmış forma. Psoriatik artropatiya” kimi qeyd olunmuşdur. Loğman Klinikasının ##.##.2023- cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Sol beyin yarımkürəsində alın payda subkortikal yerləşməli, subsantimetrik ölçülərdə, T2, FLAİR rejimlərdə hiperintens, mikroangiopatik qlioz ocaq” kimi qeyd olunmuşdur. X2 ##.##.2023-cü il tarixli BERA testinin nəticəsi “Sağ tərəfli yüngül (İ), sol tərəfli orta (II) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd edilmişdir. * saylı X13 ##.##.2023- cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunmuşdur. Respublika Dəri Zöhrəvi Mərkəzinin ##.##.2024- ##.##.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Yayilmış psoriaz. Psoriatik artropatiya” kimi qeyd edilmişdir. * saylı Dəri Zöhrəvi Dispanserinin ##.##.2024-cü il tarixli ***** nömrəli Tibbi rəyində diaqnoz “Yayılmış psoriaz. Psoriatik artropatiya” kimi qeyd edilmişdir. * saylı X13 ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, istero-nevrotik reaksiyalara meyillidir. EEQ nəticəsini nəzərə alaraq nevroloji müayinə tövsiyə olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-sadə miopik astiqmatizm. Tapetoretinal abiotrofiya (piqmentli forma). VİS OD=0.3 k/i 0.5, VİS OS=0.6 k/e” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı İslam oğluna ## ###### 2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə həvalə edilməsi qərara alınmışdır.

11. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

12. Apelyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “L40.0,psoriaz” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 12-ci bəndinə əsasən- Xəstəlik, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş dəri və dərialtı qatın pozuntularının təzahüretmə dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən dəri funksiyasının pozulmasının təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Yanaşı xəstəliklər E05.2 Toksik çox düyünlü urla müşayiət olunan tireotoksikoz, Qalxanabənzər vəzinin xroniki. Ağırlaşma L40.5 Artropatik psoriaz (M07.0-M07.3*, M09.0*) , Psoriazın dəri forması ilə assosiasiya edən oynağların xroniki iltihabi xəstəliyi.Kəskin ağrı ilə və hərəkətin məhdudsuzluğu ilə nəticələnir. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyiəlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEKin) hüquqlarını pozmuşdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Tərəflərin izahatları

13. ##.##.2026-cı il tarixdə cavabdeh inzibati orqan "Elektron Məhkəmə" vasitəsilə prosessual hüquqi varisliyin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, icraatınızda olan inzibati iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh2 publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində cavabdeh1 publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmədən cavabdeh cavabdeh2 publik hüquqi şəxsinin (VÖEN: **********) hüquqi varis olan cavabdeh1 publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Məhkəmə kollegiyası ərizəni icraata qəbul etmiş və cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varis olan cavabdeh1 publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

15. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

16. İddiaçı İddiaçı İslam oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətininin təmin olunmamasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ##.##.2024-cü il tarixli P********EFQ nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.3.12-ci bəndinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 65-70 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası tərəfindən ilə iddia tələbi dəqiqləşmiş məzmunda icraata qəbul olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

19. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

20. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

25. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, İddiaçının sağlamlıq vəziyyəti ##.##.2024cü il tarixdə qiymətləndirilmiş və iddiaçıya əlillik təyinatından imtina olunmuşdur. Daha sonra cavabdeh tərəfindən iddiaçıya münasibətdə *-**-*/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçıya həmin qərarın hansı tarixdə verilməsi iş materiallarından müəyyən olunmur. İddiaçı isə ##.##.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

26. İşin mahiyyətinə gəldikdə işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı İslam oğluna ## ###### 2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə həvalə edilməsi barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

28. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli *** nömrəli şəhadətnaməsindən görünür ki, iddiaçı İddiaçı İddiaçı İslam oğluna yayılmış psoriaz, stasionar mərhələ. Xroniki “C” virus hepatiti, funksiyanın pozulmaması ilə. Neyrosirkulyator asteniya, hipertenziv tip, mülayim dərəcədə ifadə olunmuş vegetativ damar pozulması ilə. Vegetativ damar distoniyası. Sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli ağıreşitmə pıçıltı nitqinin 1,5 metr olması ilə. Sağ qulaqda 5 metr olması ilə Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır diaqnozu qoyulmuşdur.

29. İddiaçıya *******AARQH nömrəli tibbi göndəriş (Forma 88) əsasən L40.1 Generalizə olunmuş pustulyoz psorioz, Ağırlaşma M07.3* Digər psoriatik artropatiyalar (L40.5) Hər iki əlin proksimal və distal falanqalararası oynaqların zədələnməsi ilə müşahidə olunun kəskin gedişli birinci dərəcə fəallığı psoriatik poliortitdən sonrakı vəziyyət - kontrakturası. Oynaq funksiyalarının pozulması ilə Yanaşı xəstəliklər E05.2 Toksik çox düyünlü urla müşayiət olunan tireotoksikoz,. Yanaşı xəstəliklə 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yij,. Yanaçşı xəstəliklər H93.3 Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli ncyrosensor ağır eşitmə, pıçıltı nitqi sağda, beş metr, solda ford metr. vegetativ damar distoniyası Yanaşı xəstəliklər 818.2 Virus mənşəli xroniki C hepatiti, remissiya mərhələsi, funksiyanın pozulması diaqnozu ilə ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək- 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

30. İddiaçının sağlamlıq vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş ##.##.2024cü il tarixli P********EFQ nömrəli tibbi göndərişə (Forma 88) əsasən Adi psoriaz. Artropatik psoriaz. Oynağın ankilozu. Oynağın hərəkətsizliyi Qığırdaq toxumanın degenerasiyası. Kəskin ağrı ilə və hərəkətin məhdudluğu ilə nəticələnən. Toksik çoxdüyünlü urla müşayiət olunan tireotoksikoz diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir.

31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspert Komissiyasının *-**-*/*-*- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər sakini ##.##.1974cü il təvəllüdlü İddiaçı İslam oğlunun əlillik vəziyyəti DTSERA-da ##.##.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Yayılmış vulqar psoriaz, stasionar mərhələ. Hər iki əlin II-IV barmaqlarının proksimal və distal falanqalararası oynaqların zədələnməsi ilə müşayiət olunan kəskin gedişli İ (birinci) dərəcə fəallıqlı psoriatik poliartritdən sonrakı vəziyyət. Düyünlü ur, eutiroid forma. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası. Xroniki "C" virus hepatiti, davamlı remissiya mərhələsində funksiyanın pozulmaması ilə. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqi sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı oynaqlarında kəskin ağrı, zəif görmə, yüksək arterial təzyiq, başağrıları, qıcolma tutmaları, zob xəstəliyi, dırnaqlarının tökülməsi və dərisində yaranan səpkilərdən şikayətlənmişdir. Anamnestik məlumatlarında tutma zamanı ətraflarının yığıldığını bildirmiş, fotoşəkillər nümayiş etdirmiş, hal-hazırda medikamentoz preparatlardan “Tramadol”, “Zolomax”, “Karvil” qəbul etdiyini söyləmiş, “Zolomax” qəbul etdiyi zaman tutmalarının daha da artdığını qeyd etmişdir. Müayinə zamanı 5 metr məsafədən oturmuş, sakit danışmış, eşitmiş, eşitmə aparatı istifadə etməmiş, bədənində səpkilər və oynaqlarda şişkinlik hazırda izlənilməmiş, dırnaqlarının ovulub tökülməsi göbələk mənşəli olduğu düşünülmüşdür. Təngnəfəslik, aşağı ətraflarda ödem izlənilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuşdur. Vətəndaş nevroloji şikayətlərini bildirə bilməmiş, səhhəti ilə əlaqəli ətraflı izah verməmiş, yalnız reseptlər təqdim etmişdir” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qulağında eşitmə zəifliyindən, oynaq ağrılarından, keyimələrdən, görmə zəifliyindən, qıcolmalardan, qulaqlarda küy olmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan “Kortexin”, “Dimedrol”, “Neoxizin”, “Atorax”, “Zolomax”, “Cocornit”, “Benevion”, “Betaserc”, “Tramadol”, “Actovegin”, “Cermioni”, “Qabapentin”, “Clonazepam”, “Nilben”, “Tioflex”, “Serrasol”, “Detoprof”, “Sakurat”, “Eslirat”, “Dexametazon”, “Baklofen”, “Praxol”, “Sulpirid” qeyd olunmuş reseptlər təqdim etmişdir. Müayinə zamanı təxminən 3 m məsafədə əyləşərək sualları sakit səs tonu ilə cavablandırmış, eşitmə cihazı istifadə etmədiyini bildirmişdir. Baxış zamanı əllərin üzərində, hər iki bud və baldır nahiyələrində kiçik səpgilər müşahidə edilmişdir. Respublika Dəri Zöhrəvi Mərkəzinin ##.##.2023-##.##.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Psoriaz. Yayılmış forma. Psoriatik artropatiya” kimi qeyd olunmuşdur. Loğman Klinikasının ##.##.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Sol beyin yarımkürəsində alın payda subkortikal yerləşməli, subsantimetrik ölçülərdə, T2, FLAİR rejimlərdə hiperintens, mikroangiopatik qlioz ocaq” kimi qeyd olunmuşdur. X2 ##.##.2023-cü il tarixli BERA testinin nəticəsi “Sağ tərəfli yüngül (İ), sol tərəfli orta (II) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd edilmişdir. * saylı X13 ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunmuşdur. Respublika Dəri Zöhrəvi Mərkəzinin ##.##.2024-##.##.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Yayilmış psoriaz. Psoriatik artropatiya” kimi qeyd edilmişdir. * saylı Dəri Zöhrəvi Dispanserinin ##.##.2024-cü il tarixli ***** nömrəli Tibbi rəyində diaqnoz “Yayılmış psoriaz. Psoriatik artropatiya” kimi qeyd edilmişdir. * saylı X13 ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, istero-nevrotik reaksiyalara meyillidir. EEQ nəticəsini nəzərə alaraq nevroloji müayinə tövsiyə olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-sadə miopik astiqmatizm. Tapetoretinal abiotrofiya (piqmentli forma). VİS OD=0.3 k/i 0.5, VİS OS=0.6 k/e” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

32. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmətibbi ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinə tapşırılmışdır. Həmin qərardada əsasən Birliyin ##.##.2025-ci il tarixli T***/**** saylı eksoert rəyində qeyd edilmişdir ki, vətəndaş S.İ.Musayevin Bakı Baş Səhiyyə İdarəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli P********EFQ saylı (Forma TQS №-088) göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: L40.0-Adi psoriaz. Xroniki dəri xəstəliyi. Xəstənin gövdəsində, yuxarı və aşağı ətraflarda ağ gümüşü qartmaqla örtülmüş papula və piləkciklərlə xarakterizə olunur; Ağırlaşmalar: M24.5-Oynağın ankilozu. Oynağın hərəkətsizliyi. Qığırdaq toxumanın degenerasiyası; L40.5-Artropatik psoriaz. (M07.0- M07.3*, M09.0*). Psoriazın dəri forması ilə assosiasiya edən oynaqların xroniki iltihabı xəstəliyi. Kəskin ağrı ilə və hərəkətin məhdudsuzluğu ilə nəticələnir.; Yanaşı xəstəliklər: E05.2-Toksiki çoxdüyünlü urla müşayət olunan müşayət olunan tireotoksikoz. Qalxanabənzər vəzin xroniki xəstəliyi. Vəzidə çoxlu miqdarda düyünlərin əmələ gəlməsi qeyd olunan” diaqnoz ona stasionarda müayinələri əsasında təyin edilmişdir. Onun “MTE və PA Birliyi” phş-də məhkəmə-tibbi müayinəsi zamanı hər iki dirsək oynağını arxa səthində, xarici cinsiyyət üzvünün başında və aralıq nahiyəsində məhdud psoriaz ləkələri müəyyən olundu.

33. Beləliklə, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu ##.##.2024cü il tarixli P********EFQ nömrəli tibbi göndərişdə (Forma 88) iddiaçıya qoyulan - əsas diaqnoz: L40.0-Adi psoriaz. Xroniki dəri xəstəliyi. Xəstənin gövdəsində, yuxarı və aşağı ətraflarda ağ gümüşü qartmaqla örtülmüş papula və piləkciklərlə xarakterizə olunur; ” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Birliyin ##.##.2025-ci il tarixli T***/**** saylı rəyində öz təsdiqini tapmışdır. İddiaçıda müşayiət olunan həmin xəstəlik (əsas diaqnoz L40 -psoriaz.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.3.1-ci bəndində nəzərdə tutulmuşdur.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.

35. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

36. “Əlilliyin müəyyən olunması Meyarları”nın 12.3.1-ci bəndində L40 XBT kodu altında nəzərdə tutulan “psoriaz” əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 12.3.1.1-ci, ya da ki 12.3.1.2- ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

37. Belə ki, Meyarların 12.3.1-ci bəndinə əsasən iddiaçıya əlilik təyin olunması üçün həmin bənddə nəzərdə tutulmuş xəstəliklə yanaşı ağırlaşmalar da olmalıdır. Belə ki, buna müvafiq olaraq iddiaçıda psoriazla yanaşı pullu dəmrov, yayılma əhəmiyyətli təzahür edən yerli dəyişikliklərlə, (dərinin əhəmiyyətli infiltrasiyası, çatlarla) açıq sahələrin və əl dırnaqlarının geniş zədələnməsi ilə (12.3.1.1) və ya artopatik pullu dəmrov, birləşdirici toxumanın və oynaqların iltihabı ilə (ən çox əl və ayaq barmaqlarının distal falanqaları) səciyyələnən şişkin əl və ayaq barmaqlarının əmələ gəlməsi ilə (psoriatik daktilit), o cümlədən iri oynaqların zədələnməsi ilə (bud-çanaq, diz, çiyin-bel) və fəqərə oynaqlarının (psoriatik spondilit) statodinamik funksiyanın mülayim pozulması ilə (12.3.1.2) ağırlaşmalar da müşahidə olunmalıdır.

38. İşin apellyasiya baxışı zamanı espert rəyini tərtib etmiş məhkəmə- tibbi eksperti X3 izahatında bildirmişdir ki, “iddiaçıya qoyulmuş psoriaz diaqnozu təsdiqini tapmışdır. Artropatik pullu demirovla artropatik psoriaz mahiyyət etibarı ilə eyni mənanı kəsb edir. Psoriaz elə bir xəstəlikdir ki, bütün oynaqları, orqanları, əsasən də ciyərləri və dalağı məhv edir.”

39. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti Meyarların 12.3.1.2-ci bəndində bəndinə uyğundur.

12.3.1.2. artopatik pullu dəmrov, birləşdirici toxumanın və oynaqların iltihabı ilə (ən çox əl 65-70 Müd və ayaq barmaqlarının distal falanqaları) səciyyələnən şişkin əl və ayaq dətsi barmaqlarının əmələ gəlməsi ilə (psoriatik daktilit), o cümlədən iri oynaqların z zədələnməsi ilə (bud-çanaq, diz, çiyin-bel) və fəqərə oynaqlarının (psoriatik spondilit) statodinamik funksiyanın mülayim pozulması ilə

40. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçı İddiaçı İslam oğluna əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə həvalə edilməsini müəyyən etsə də “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini və əlilliyin müddətini müəyyən etməmişdir. Həmçinin iddiaçıya əlliliyin hansı tarixdən təyin olunmasın dair də məhkəmənin qənaəti düzgün olmamışdır.

41. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ##.##.2024-cü il tarixli P********EFQ nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.3.12-ci bəndinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 65-70 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi həmin məzmunda icraata qəbul edilmişdir.

42. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.

43. Nəzərə alınmalıdır ki, Əllilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi.

44. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir.

45. Göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi ilə əlilliyin qiymətləndirilməsi prosesinin sonrakı mərhələsi olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə tənzimlənən tibbi-sosial ekspertiza fəaliyyəti başlanır.

46. Həmin Qaydaya əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir.

47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda da qeyd olunmuşdur ki, “məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna ## #### 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddəyə əsasən 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir.”

48. Eyni zamanda qeyd olunmalıdır ki, işin halları əlilliyin müəyyən edilməsi üçün yetərli olduqda qəbul ediləcək qərarda “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti konkret göstərilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş hallarda orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinə münasibətdə xüsusi yanaşma təsbit edilmişdir.

49. Belə ki, 1.11-ci bəndə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14-cü bənddə isə göstərilmişdir ki, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Nəhayət, əlilliyin müddətləri ilə bağlı məsələlər həll edilərkən “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4-cü bəndində təsbit olunmuş tənzimləmələr də nəzərə alınmalıdır.

50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı İslam oğluna ##.##.2024-cü il tarixli P********EFQ nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.3.12-ci bəndinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 65-70 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı İslam oğluna ##.##.2024-cü il tarixli P********EFQ nömrəli tibbi göndəriş əsasında ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 12.3.12-ci bəndinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 65-70 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar