Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1174/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Seyidov İlyaz Hacalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işi üzrə Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı Seyidov İlyaz Hacalı oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Seyidov İlyaz Hacalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar vəzifələri ləğv edilmiş prokurorluq işçiləri haqqında” **/***a-k nömrəli ##.##.2020-ci il tarixli Əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar həmin idarələrdə işləyən aşağıda adlan qeyd olunan prokurorluq işçiləri tutduqları vəzifədən azad edilsinlər:
2. Bakı şəhər prokurorluğunun İstintaq idarəsi R Seyidov İlyas Hacıalı oğlu - mühüm işlər üzrə müstəntiq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət edərək, dövlət qulluqçusu kimi pensiya hüququnun müəyyən olunması zamanı “mühüm işlər üzrə müstəntiq” vəzifəsi Yeni strukturda ona bərabər tutulan “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsi əsasında, əmək stajı, vəzifə maaşı, əlavə ödənişlər və sairə nəzərə alınmaqla pensiyasının ##.##.2024-cü ildən Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uygun olaraq yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, “...##.##.2013-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçmisiniz. Qeyd olunanları nəzərə alaraq, pensiyanızın müraciətinizdə göstərdiyiniz kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsinə uyğun hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildiririk ki, əmək pensiyanız 5718,28 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür.”
Birinci instansiya məhkəməsində icraat
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF-nin pensiyanı düzgün hesablamadan ##.##.2024-cü il tarixdən təyin etməsi barədə qərarının qanunsuz hesab edilib ləğv edilməsi, Prokurorluq əməkdaşı kimi Bakı şəhər prokurorluğunun İstintaq idarəsində tutduğu mühüm işlər üzrə müstəntiq vəzifəsinin Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla pensiyanın ##.##.2024-cü il tarixdən yenidən hesablanması və əmələ gəlmiş fərq pulunun ölənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildən ##.##.2024-cü il tarixinədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. ##.##.2015-ci il tarixdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyərkən «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsnə əsasən 25 il iş stajına görə əmək pensiyasına çıxmış və prokurorluqda qalıb işləmişdir. ##.##.2024-ci il tarixdə 60 yaşı tamam olmuş və prokurororluqda qulluq keçmənin son yaş həddi ilə bağlı Baş prokurorun ## ###### 2024-cü il tarixli müvafiq əmri ilə prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.4.2-ci maddəsi ilə ## ###### 2024-ci il tarixdən pensiyası yenidən hesablanıb təyin edilmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamın icrası məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun ##.##.2020-ci il tarixli **/**-**/**-ş nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Agır cinayətlərə dair İstintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunmuş, ləğv olunmuş idarələrin ştat vahidləri hesabına eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikası Baş prokurorluğunun istintaq idarəsi yaradılmışdır. “Azərbaycan Respublikası Baş prokurorluğunun Agır cinayətlərə dair İstintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar vəzifələri ləğv edilmiş prokurorluq işçiləri haqqında” Azərbaycan Respublikası Baş Prokurorunun ##.##.2020-ci il tarixli **/***a-k nömrəli əmri ilə tutduğu vəzifədən azal edilmişdir. Həyata keçirilmiş struktur islahatları nəticəsində Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunaraq, onun funksiyaları və ştat vahidləri Baş Prokurorluğun yeni yaradılmış İstintaq idarəsində birləşdirilmişdir. O, ##.##.2013-cü ildən ##.##.2020-ci ilədək ləğv olunmuş Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. Tutduğu həmin vəzifənin xüsusiyyətləri agır və xüsusilə agır, çoxepizodlu və ictimai təhlükəli cinayətlərin istintaqını aparmaq olmaqla, bu işlər yüksək professional məsuliyyət, ictimai rezonans və təhlil mürəkkəbliyi ilə səciyyələnirdi. Həmin funksiyalar ##.##.2020-ci ildən Azərbaycan Respublikası Baş prokurorluğunun yeni yaradılmış İstintaq idarəsinə həvalə edilmişdir. Yuxarıda göstərilən xüsusiyyətlərə və funksional yüklənməyə əsasən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində tutduğu mühüm işlər üzrə müstəntiq vəzifəsinin hazırda qanuni hüquqi varisi kimi fəaliyyət Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılması struktur və hüquqi baxımdan əsaslı hesab olunur. Bu səbəbdən dövlət qulluqçusu kimi pensiya hüququnun müəyyən olunması zamanı “mühüm işlər üzrə müstəntiq” vəzifəsi Yeni strukturda ona bərabər tutulan “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsi əsasında, əmək stajı, vəzifə maaşı, əlavə ödənişlər və sairə nəzərə alınmalıdır. Odur ki, bu məsələ üzrə müvafiq qiymətləndirmə apararaq “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən pensiya hüququ bu uyğunluq əsasında nəzərdən keçirilməsi və pensiyanın ##.##.2024-cü ildən Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uygun olaraq yenidən hesablanması barədə qərar qəbul edilməli idi. ##.##.2025-ci il tarixli ərizə ilə “vəzifənin uyğunlaşdırılması və pensiyanın həmin vəzifəyə uyğun yenidən hesablanması haqqında” DSMFnun Xüsusi Şərtlərlə təyinat idarəsinə müraciət etsə də, DSMF bunu nəzərə almamış və ##.##.2013 - ##.##.2020-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçməyini əsas gətirərək imtina xarakterli *-**-*/*-S-******/**** saylı məktubla ona cavab verilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.4.1 -ci maddəsinin ##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyasında əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.5-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan şəxslər kateqoriyasına daxildirlər. Pensiya işinə aid sənədlərdə İ.X3 rayon şöbəsi tərəfindən ##.##.2015-ci il tarixindən: - əmək pensiyasının sığorta hissəsi 35,39 manat; - baza hissəsi 100,00 manat; - qulluq stajına görə əlavə hissəsi 2210,64 manat məbləğində olmaqla ümumilikdə 2346,03 manat məbləğində prokurorluq orqanlarının əməkdaşı kimi pensiya müəyyən edildiyi, işləyən əmək pensiyaçısı olduğu üçün 1241,44 manat məbləğində ona ödənildiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsə əmək pensiyası ##.##.2014- ##.##.2015-ci il tarixləri arasındakı dövr əsas götürülməklə orta aylıq əmək haqqı müəyyən edilərək təyin olunmuşdur. Bundan başqa, ##.##.2006-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya işinə aid sənədlərdə mövcud olan arayışa əsasən 38704,35 manat təşkil etmişdir. Pensiya işinə aid sənədlərin köçürülməsi ilə əlaqədar ##.##.2020-ci il tarixindən İ.Seyidova əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası ##.##.2023-cü il tarixinədək Mərkəzi Filial tərəfindən 2238,35 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. Mərkəzi Filiala ##.##.2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən İ.Seyidova əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində topladığı 92528,90 manat (##.##.2023-cü il tarixinə indeksləşdirilərək) pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 2889,95 manata artırılmış, həmçinin 2024-cü il üzrə indeksləşdirilmə nəzərə alınmaqla ##.##.2024-cü il tarixindən 3213,62 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. İ.Seyidovun əmək pensiyası prokurorluq orqanlarından azad olunması ilə əlaqədar ##.##.2024-cü il tarixindən vaxtilə ilkin pensiya təyinatı zamanı təqdim edilmiş orta aylıq əmək haqqı arayışına əsasən (sonrakı artımlar tətbiq edilməklə) pensiyasının sığorta və qulluq stajına görə əlavə hissəsi tam məbləğdə müəyyən edilməklə (4443,97 manat) ona ödənilmişdir. Bundan başqa, əmək pensiyalarının ##.##.2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İ.Seyidovun əmək pensiyası həmin tarixdən 4803,93 manat məbləğində müəyyən edilmişdir. iddiaçının əmək pensiyası Mərkəzi Filialın ##.##.2025ci il tarixli qərarı ilə yenidən hesablanaraq 4803,93 manatdan 5718,28 manata artırılmış, eyni zamanda ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 12889,99 manat (maddi yardım nəzərə alınmaqla) pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin aprel ayından etibarən hissəhissə əmək pensiyasının (5718,28 manat) üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin əmək pensiyasının 1759,02 manatını sığorta hissəsi, 3687,71 manatını qulluq stajına görə əlavə hissəsi, 271,55 manatını isə maddi yardım təşkil edir. İddiaçı ##.##.2013-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçmişdir. İ.Seyidovun məhkəməyə müraciət etməkdə əsas məqsədi işlədiyi vəzifə Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablamasına nail olmaqdır. Bildirilir ki, iddiaçının tələbi həm sosial təminat haqqında qanunvericilik normalarının tələblərinə, həm də sözügedən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il ## #### tarixli *** nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənmişdir. Sərəncamın icrası məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2020-ci il tarixli **/***-k nömrəli əmri ilə Bakı şəhər prokurorluğunun istintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçən İ.Seyidov tutduğu vəzifədən azad edilmiş və ##.##.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin əsas vəzifə və funksiyalarına Azərbaycan Respublikasının Baş prokuroru və ya onun birinci müavininin tapşırığı ilə icraatı həvalə olunmuş, o cümlədən Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının ərazilərində baş vermiş cinayətlər, sülh və insanlıq, dövlət hakimiyyəti, şəxsiyyət əleyhinə, iqtisadi və ya digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlər, korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər istisna olmaqla, prokurorluq orqanlarının əməkdaşları tərəfindən törədilmiş cinayətlər, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlər, cəmiyyətdə aktuallığı ilə seçilən ictimai münasibətlərə qəsd edən, bir neçə prokurorluğun və ya hüquq mühafizə orqanının ərazi və ya səlahiyyətinə aid olan cinayətlər üzrə ibtidai istintaq aparmaq, hazırlanan və ya törədilmiş cinayətlər haqqında məlumatlara baxmaq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyəti subyektlərinə tapşırıqlar vermək və s. daxildir. iddiaçının ##.##.2013-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin səlahiyyətləri isə yalnız Bakı şəhərinin ərazisi ilə məhdudlaşmışdır. Həmçinin “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə prokurorluq orqanlarının xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər vəzifələri fərqləndirilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə Baş Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri dördüncü vəzifə təsnifatına aid edildiyi halda, Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqləri altıncı təsnifata aid edilmişdir. Göründüyü kimi, İ.Seyidovun işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsi ilə həmin vəzifənin uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Baş Prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi qulluq keçmənin xüsusiyyətlərinə və idarəetmə səviyyələrinə görə qanunvericiliyə əsasən bir-birindən tamamilə fərqlidir. Həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.0.1- ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli Qərarında müəyyən etdiyi mövqeyə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən olunur ki, Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə ahna bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası"nın 5.7- ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Yuxarıda sadalananlara əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının və ya ona edilən əlavələrin əsas götürülməsi qanuna zidd olmaqla yanaşı, həm də müvafiq vəzifədə həqiqətən işləmiş və əmək haqqı və ya ona edilən əlavələri almış şəxslərə münasibətdə sosial təminat hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Şəxsin almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən ödənişlərin pensiya hesablanmasında nəzərə alınması, həmin vəzifədə faktiki işləyib sığorta haqqı ödəyənlərə münasibətdə ədalətsizlik yaradır və sosial təminat hüquqlarını pozur. Qeyd olunanları nəzərə alaraq, İ.Seyidova təyin edilmiş prokurorluq əməkdaşı kimi əmək pensiyasının müraciətində göstərdiyi kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uyğunlaşdırılmaqla hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Məlumat üçün bildirilir ki, iddiaçının əmək pensiyası 5718,28 manat məbləğində müəyyən edilərək onun müvafiq kart hesabına köçürülür.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)-16425/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Məhkəmənin gəldiyi bu nəticə qanunsuz və əsassızdır və ona görə də qərar ləğv olumalı, iddia təmin edilməlidir. Belə ki, ilk əvvəl məhkəmə Struktur islahatının hüquqi nəticələrinin düzgün qiymətləndirməmişdir: "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il ## #### tarixli *** nömrəli Sərəncamının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənmişdir. Sərəncamın icrası məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2020-ci il tarixli **/***-k nömrəli əmri ilə Bakı şəhər prokurorluğunun istintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və ##.##.2020- ci il tarixində Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. Məhkəmə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv edilməsi və onun funksiyalarının Baş Prokurorluğun İstintaq idarəsinə verilməsini nəzərə alsa da, bu dəyişikliklərin vəzifələrin funksional ekvivalentliyinə təsirini düzgün qiymətləndirməmişdir. Əslində ləğv edilmiş idarənin istintaq funksiyaları tam şəkildə yeni yaradılmış idarəyə ötürülmüş, həmin funksiyaları yerinə yetirən vəzifələr mahiyyət etibarilə eyni xarakterli olmuşdur. Bu səbəbdən “mühüm işlər üzrə müstəntiq” vəzifəsinin funksional ekvivalenti yeni strukturda daha yüksək təsnifatda olan “xüsusi ilə mühüm işlər üzrə müstəntiq” vəzifəsidir. Eləcə də məhkəmə “Ekvivalent vəzifə” prinsipinin düzgün tətbiq etməmişdir. Məhkəmə formal təsnifata əsaslanaraq vəzifələri fərqli hesab etmiş, lakin “Dövlət qulluğu haqqında” qanunun, “Prokurorluq haqqında” qanunun və struktur varisliyi prinsipinin mahiyyətini nəzərə almamışdır. “Dövlət qulluğu haqqında” Qanun və pensiya qanunvericiliyi (xüsusilə “Əmək pensiyaları haqqında” Qanun) iki əsas normanı müəyyən edir: Norma 1 -Ləğv olunmuş vəzifənin ekvivalenti müəyyən edilir. Əgər dövlət qurumu və ya vəzifə ləğv edilirsə, həmin vəzifənin funksiyalarını icra edən yeni struktur bölməsindəki ən yaxın uyğun vəzifə onun ekvivalenti sayılır. Bu ekvivalent pensiya hesablanarkən və ya yenidən pensiyaya çıxarkən əsas qəbul edilir. Norma 2 -Təsnifatın yüksəlməsi avtomatik baş vermir. Ləğv olunmuş aşağı vəzifə daha yüksək təsnifatlı vəzifəyə avtomatik "qaldirilmiş" kimi qəbul edilmir. Uyğunlaşdırma yalnız funksional bərabərlik əsasında aparılır. 2020-ci ildə Prokurorluqda islahatla baqlı struktur dəyişikliyi faktı. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli sərəncamı ilə bağlı Baş Prokurorun müvafiq əmri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi və Baş prokurorluğun Agir cinayətlərə dair İstintaq idarəsi ləğv edilmiş, onların bütün istintaq səlahiyyətləri və funksiyaları həmin idərələrin ştat vahidləri hesabına yaradılmış Baş prokurorluğun İstintaq idarəsinə verilmişdir. Bu, “funksiya varisliyi” prinsipidir. Yəni funksiyalar haraya keçibsə, vəzifənin ekvivalenti də oradadır. Konkret olaraq Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamının icrası məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun ##.##.2020-ci il tarixli **/**-**/**-s nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Agır cinayətlərə dair İstintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunmuş, ləğv olunmuş idarələrin ştat vahidləri hesabına eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsi yaradılmışdır. “Mühüm işlər üzrə müstəntiq” vəzifəsinin uyğunlaşdırılınası. Şəxs ləğv olunmuş Bakı şəhər prokurorluğunun İstintaq idarəsində “mühüm islər üzrə müstəntiq” vəzifəsini tutub. Bu vəzifənin struktur dəyişikliyindən sonra funksional baxımdan eyni işini artıq Baş Prokurorluğun İstintaq idarəsi görür və həmin strukturda da analoji funksiyaları yerinə yetirən vəzifə Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi və ya xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi (böyük müstəntiq ekvivalentliyi daxil olmaqla) vəzifəsidir. Pensiya məsələsi - nəyə görə məhz bu vəzifə baza tutulur? Şəxs əvvəllər staja görə pensiyaya çıxıb (dövlət qulluqçularının xüsusi pensiyası). İndi isə yaşa görə pensiyaya keçid etmək istəyir. Bu zaman qanun deyir ki, əgər vəzifə ləğv edilibsə, şəxsin vaxtı ilə tutduğu vəzifə hazırkı strukturdakı ekvivalent vəzifə kimi qəbul edilir və pensiya hesablanarkən məhz o əsas götürülür. Deməli, hüquqi baxımdan dəqiq formulyasiya etsək, şəxsin “staja görə pensiyaya çıxdığı” ’’Bakı şəhər prokurorluğunun ləğv olunmuş istintaq idarəsinin mühüm islər üzrə müstəntiqi" vəzifəsinin ekvivalenti, bu gün funksional olaraq Baş prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi və ya xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi sayılır. Bu vəzifə hazırda şəxsin staja görə pensiyaya çıxanda əsas tutduğu vəzifənin hüquqi davamçısıdır və yaşa görə pensiyaya keçiddə də baza vəzifə kimi qəbul edilməlidir. ## #### 2020-ci il tarixli Prezident Sərəncamı ilə: 1. Bakı şəhər prokurorluğunun İstintaq idarəsi və Baş Prokurorluğun Agir cinayətlərə dair İstintaq idarəsi ləğv edildi. 2. Həmin idarələrin a) istintaq funksiyaları, b) şəxsi heyyəti ilə bağlı struktur vahidləri, v) işlərin icra mexanizmi tam şəkildə yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinə verildi. 3. Baş Prokurorluqda yeni struktur formalaşdırıldı və bu struktur mərkəzləşdirilmiş istintaq, agır və xüsusi ilə agır cinayətlərin araşdırılması, mühüm işlərin icra olunması funksiyalarını öz üzərinə götürdü. Bu o deməkdir ki, ləğv edilən Bakı şəhər Prokurorluğunun İstintaq idarəsi və Baş Prokurorluğun Agir cinayətlərə dair İstintaq idarəsi hüquqi varis kimi Baş Prokurorluğun İstintaq idarəsində birləşdirilib. “Ekvivalent vəzifə” prinsipinin qanunverici izahı. Bu prinsip üç əsas hüquqi normaya söykənir: 1. “Dövlət qulluğu haqqında” Qanun - Vəzifələrin ləğvi və transformasiyası. Qanuna görə əgər struktur dəyişirsə, vəzifə ləğv olunursa, onda həmin vəzifənin ekvivalenti onun funksiyasını icra edən yeni strukturda mövcud olan ən yaxın funksional uyğun vəzifədir. Bu qayda maaş, rütbə, qulluğa görə pensiya, xidmət illəri kimi bütün hesablamalarda tətbiq edilir. 2. “Prokurorluq haqqında” Qanun - Prokurorluq orqanlarında vəzifə varisliyi. Bu qanuna görə prokurorluq orqanlarında struktur deyişdikdə, hər hansı idarə ləğv olunanda onun istintaq funksiyası hara keçibsə, vəzifə də oraya keçmiş sayılır. Bu hüquqi prinsipə “ funksiya varisliyi” deyilir. 3. “Əmək pensiyaları haqqında” Qanun - Pensiya hesablaması zamanı baza vəzifə Qanuna görə şəxs staja görə pensiyaya çıxmışdırsa və sonradan yaşa görə pensiyaya keçirsə, onun pensiya hüququ əvvəlki tutduğu vəzifənin bu giinkii ekvivalenti ilə müəyyən edilir. Yəni ləğv edilmiş vəzifə - elə bu gün mövcud olan ekvivalent vəzifə kimi qəbul edilir. Yuxarıda təhlil edilən hüquq normalarına əsasən Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinin funksiyaları Baş Prokurorluğun istintaq idarəsinə keçmişdir. Bu idarədə həmin şəxsin vəzifə funksiyalarını eyni mahiyyətli istintaq vəzifələri olan Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi və statusdan asılı olaraq xüsusilə mühüm işlər üzrə müstəntiqi /böyük müstəntiqi vəzifələri yerinə yetirir. Bu hüquqi cəhətdən tam və yeganə ekvivalent vəzifələrdir və bu vəzifə onun yaşa görə pensiyaya keçidi üçün rəsmi baza vəzifədir. Bundan əlavə, qeyd etmək lazımdır ki, struktur dəyişikliyi dövlət qulluqçusunun hüquqi vəziyyətini pisləşdirə bilməz. Bu inzibati hüququn əsas prinsiplərinə - ekvivalentlik və mütənasiblik prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12 və 71ci maddələrində qeyd edilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli Qərarına istinad etməsi heç bir halda məsələqə dəlalət etmir və tamamilə başqa vəziyyəti - ("sonrakı artımlar" müddəasını) şərh edir. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarının yanlış şərh edərək aşağıdakı nəticəyə gəlmişdir: Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən olunur ki, Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında nümayiş etdirdiyi hüquqi mövqeni analoji qaydada hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, iddiaçı pensiyasının işləmədiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uyğunlaşdırılmaqla hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarına istinad etsə də, həmin qərarı geniş və məqsədindən kənar şərh etmişdir. Həmin qərar yalnız “real ödənilmiş əməkhaqqı artımlarına” aiddir, lakin struktur dəyişiklik nəticəsində eyni funksiyanın başqa vəzifədə davam etməsi hallarını istisna etmir. Bakı İnzibati Məhkəməsi Konstitusiya Məhkəməsinin qərarını yanlış tətbiq edərək bunu öz mülahizəsinə uyğun olaraq “sığorta prinsipi” kimi dar şərh etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarı struktur varisliyini qadağan etmir, yalnız “olmayan əməkhaqqının hesablanmasını” qadağan edir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən mübahisələndirilən vəzifənin struktur dəyişikliyindən sonrakı funksional uyğunlaşdırılınası və onun vaxtı ilə pensiyaya çıxarkən baza vəzifə kimi götürülmüş vəzifənin yeni yaradılmış İstintaq İdarəsində ekvivalent vəzifənin müəyyən edilməsi üçün müvafiq məhkəmə ekspertizası keçirmək, zəruri sənədləri ( struktur dəyişikliyi ilə bağlı yeni İstintaq idarəsinin yaradılmasına dair əmrlər, sərəncamlar və sairə) tələb etmək və bununla da Birinci instansiya məhkəməsi vəzifələrin funksional müqayisəsini aparmamış, normativ uyğunlaşdırmanı qiymətləndirməmiş, struktur islahatının hüquqi nəticələrini təhlil etməmişdir. Bu isə İnzibati Prosessual Məcəllənin 12-ci maddə (obyektiv araşdırma prinsipi, 58-ci maddə (sübutların tam qiymətləndirilməsi) tələblərini pozmuşdur. Bununla da qəbul edilmiş qərar maddi hüquq normalarına ziddir, faktlar tam araşdırılmadan qəbul edilib, hüquqi ekvivalentlik prinsipi pozulub.
Apellyasiya şikayətinə etirazın dəlilləri
Cavabdeh apellyasiya şikayətinə etiraz verərək iddiaçı İddiaçı Seyidov İlyaz Hacalı oğlunun apellyasiya şikayətinin təmin olunmaması və Bakı inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli 2-1 (***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Pensiya işinə aid sənədlərdə İ.X3 rayon şöbəsi tərəfindən ##.##.2015-ci il tarixindən: əmək pensiyasının sığorta hissəsi 35,39 manat; baza hissəsi 100,00 manat; qulluq stajına görə əlavə hissəsi 2210,64 manat məbləğində olmaqla ümumilikdə 2346,03 manat məbləğində prokurorluq orqanlarının əməkdaşı kimi pensiya müəyyən edildiyi, işləyən əmək pensiyaçısı olduğu üçün 1241,44 manat məbləğində ona ödənildiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsə əmək pensiyası ##.##.2014- ##.##.2015-ci il tarixləri arasındakı dövr əsas götürülməklə orta aylıq əməkhaqqı müəyyən edilərək təyin olunmuşdur. Bundan başqa, ##.##.2006-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya işinə aid sənədlərdə mövcud olan arayışa əsasən 38704,35 manat təşkil etmşdir. Pensiya işinə aid sənədlərin köçürülməsi ilə əlaqədar 01,06.2020-ci il tarixindən İ.Seyidova əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası ##.##.2023-cü il tarixinədək Mərkəzi Filial tərəfindən 2238,35 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. Mərkəzi Filiala ##.##.2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən İ.Seyidova əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində topladığı 92528,90 manat (##.##.2023- cü il tarixinə indeksləşdirilərək) pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 2889,95 manata artırılmış, həmçinin 2024-cü il üzrə indeksləşdirilmə nəzərə alınmaqla ##.##.2024-cü il tarixindən 3213,62 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. İ.Seyidovun əmək pensiyası prokurorluq orqanlarından azad olunması ilə əlaqədar ##.##.2024-cü il tarixindən vaxtilə ilkin pensiya təyinatı zamanı təqdim edilmiş orta aylıq əmək haqqı arayışına əsasən (sonrakı artımlar tətbiq edilməklə) pensiyasının sığorta və qulluq stajına görə əlavə hissəsi tam məbləğdə müəyyən edilməklə (4443,97 manat) ona ödənilmişdir. Bundan başqa, əmək pensiyalarının ##.##.2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İ.Seyidovun əmək pensiyası həmin tarixdən 4803,93 manat məbləğində müəyyən edilmişdir. İddiaçının əmək pensiyası Mərkəzi Filialın ##.##.2025ci il tarixli qərarı ilə yenidən hesablanaraq 4803,93 manatdan 5718,28 manata artırılmış, eyni zamanda ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 12889,99 manat (maddi yardım nəzərə alınmaqla) pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasının (5718,28 manat) üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. Adıçəkilən şəxsin əmək pensiyasının 1759,02 manatını sığorta hissəsi, 3687,71 manatını qulluq stajına görə əlavə hissəsi, 271,55 manatını isə maddi yardım təşkil edir. İddiaçının əmək pensiyası 5718,28 manat məbləğində müəyyən edilərək onun müvafiq kart hesabına köçürülür. İddiaçı ##.##.2013-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində “mühüm işlər üzrə müstəntiq” vəzifəsində qulluq keçmişdir. Onun məhkəməyə müraciət etməkdə əsas məqsədi işlədiyi vəzifə Bas Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablamasına nail olmaqdır. İddiaçının tələbi həm sosial təminat haqqında qanunvericilik normalarının tələblərinə, həm də sözügedən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli Qərarında müəyyən etdiyi mövqeyə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən olunur ki, Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası"mn 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların, təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq Sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Yuxarıda sadalananlara əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının və ya ona edilən əlavələrin əsas götürülməsi qanuna zidd olmaqla yanaşı, həm də müvafiq vəzifədə həqiqətən işləmiş və əməkhaqqı və ya ona edilən əlavələri almış şəxslərə münasibətdə sosial təminat hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Şəxsin almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən ödənişlərin pensiya hesablanmasında nəzərə alınması, həmin vəzifədə faktiki olaraq işləyib sığorta haqqı ödəyənlərə münasibətdə ədalətsizlik varadır və sosial təminat hüquqlarını pozur. Apellyasiya şikayətində iddiaçı dövlət qulluğu haqqında qanunvericilik normalarına istinad etmişdir. Bu məsələyə münasibətdə qeyd edilməlidir ki, şəxsin işlədiyi vəzifənin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılınası müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən həyata keçirilir. Belə ki, iddiaçının istinad etdiyi qaydada vəzifələrin uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı” ilə müəyyən edilir. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir: Sözügedən Fərmanın icrası ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası SiyahısT’nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı” Nazirlər Kabinetinin ## ### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılınası müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən siyahıya əsasən həyata keçirilir və bu məsələ ilə bağlı hazırda cavabdeh kimi çıxış edən Mərkəzi Filialının heç bir səlahiyyəti mövcud deyildir. “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il ## #### tarixli *** nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənmişdir. Sərəncamın icrası məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun istintaq idarəsi yaradılmışdır. Qanunvericilikdə Bakı Səhər Prokurorluqunun İstintaq idarəsində mövcud olan vəzifələrin Bas Prokurorluqun yeni yaradılan İstintaq idarəsində təsis edilən vəzifələrə uyğunlaşdırılınası ilə bağlı hər hansı normativ tənzimləmə nəzərdə tutulmamışdır. Belə olduğu halda iddiaçının işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin “mühüm islər üzrə müstəntiq” vəzifəsinin Baş Prokurorluğun İstintaq idarəsinin “xüsusilə mühüm islər üzrə böyük müstəntiq" vəzifəsinə uyğunlaşdırılınası cavabdeh inzibati orqanın və va məhkəmənin mülahizəsinə əsasən həyata keçirilə bilməz. Apellyasiya şikayətində qeyd edilir ki, “Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin funksiyaları Baş Prokurorluğun istintaq idarəsinə keçmişdir. Bu idarədə həmin şəxsin vəzifə funksiyalarını eyni mahiyyətli istintaq vəzifələri olan Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi və statusdan asılı oiaraq xüsusilə mühüm işlər üzrə müstəntiqi/böyük müstəntiqi vəzifələri yerinə yetirir. Bu hüquqi cəhətdən tam və yeganə ekvivalent vəzifələrdir və bu vəzifə onun yaşa görə pensiyaya keçidi üçün rəsmi baza vəzifədir”. Lakin bu tamamilə iddiaçının mükahizələrindən ibarətdir və heç bir hüquqi əsasa söykənmir. İlk növbədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni yaradılmış İstintaq İdarəsinin əsas vəzifə və funksiyalarına Azərbaycan Respublikasının Baş prokuroru və ya onun birinci müavininin tapşırığı ilə icraatı həvalə olunmuş, o cümlədən Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının ərazilərində baş vermiş cinayətlər, sülh və insanlıq, dövlət hakimiyyəti, şəxsiyyət əleyhinə, iqtisadi və ya digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlər, korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər istisna olmaqla, prokurorluq orqanlarının əməkdaşları tərəfindən törədilmiş cinayətlər, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlər, cəmiyyətdə aktuallığı ilə seçilən ictimai münasibətlərə qəsd edən, bir neçə prokurorluğun və ya hüquq mühafizə orqanının ərazi və ya səlahiyyətinə aid olan cinayətlər üzrə ibtidai istintaq aparmaq, hazırlanan və ya törədilmiş cinayətlər haqqında məlumatlara baxmaq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyəti subyektlərinə tapşırıqlar vermək və s. daxildir. İddiaçının ##.##.2013-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Bakı şəhər prokurorluğunun istintaq idarəsinin səlahiyyətləri isə yalnız Bakı şəhərinin ərazisi ilə məhdudlaşmışdır. Həmçinin “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanunu ilə prokurorluq orqanlarının xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər vəzifələri fərqləndirilmişdir. Eyni zamanda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə prokurorluqda vəzifələrin təsnifatı müəyyən edilir. Həmin maddənin tələblərinə əsasən Baş Prokurorluqun mühüm islər üzrə böyük müstəntiqləri dördüncü vəzifə təsnifatına, Bakı səhər prokurorluğunun mühüm islər üzrə müstəntiqləri altıncı təsnifata aid edilir. Yəni iddiaçı ayrıayrılıqda dördüncü və altıncı təsnifata aid vəzifələrin bir-birinin tam ekvivalenti olduğunu iddia edir. Halbuki bunun tam əksi iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmişdir: “təsnifatın yüksəlməsi avtomatik baş vermir. Ləğv olunmuş aşağı vəzifə daha yüksək təsnifatlı vəzifəyə avtomatik "qaldırılmış" kimi qəbul edilmir. Uyğunlaşdırma yalnız funksional bərabərlik əsasında aparılır". İ.Seyidovun işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsi ilə Baş Prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinin qulluq keçmənin xüsusiyyətlərinə və idarəetmə səviyyələrinə görə qanunvericiliyə əsasən bir-birindən tamamilə fərqli olması işin faktiki halları ilə öz təsdiqini tapır. Bundan başqa iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 202-ci il tarixli Qərarını yanlış şərh etmişdir və həmin Qərar struktur varisliyini qadağan etmir, yalnız olmayan əməkhaqqının hesablanmasını qadağan edir. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya ##.##.2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. Onun əmək pensiyası hesablanarkən ##.##.2014-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqi kimi aldığı əməkhaqqı əsas götürülmüşdür, iddiaçı həmin idarə ləğv olunanadək orada mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışmış və aldığı əməkhaqqına müvafiq məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir, hansı ki, həmin vəsait onun fərdi hesabında toplanmış və əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2020-ci il tarixli **/***-k nömrəli əmri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçən İ.Seyidov tutduğu vəzifədən azad edilmiş və ##.##.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. İddiaçı bir gün belə Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsini tutmamış, həmin vəzifənin əməkhaqqını almamış və buna mütənasib məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Bu səbəbdən onun əmək pensiyasının Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinin əməkhaqqına uyğun olaraq hesablanmasına dair qanuni gözləntisi ola bilməz.
Tərəflərin izahatları, prosessual məsələlər
Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)- 16425/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.4.1. (##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyası) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.5-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan şəxslər kateqoriyasına daxildirlər.
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı iddiaçının prokurorluq əməkdaşı kimi Bakı şəhər prokurorluğunun İstintaq idarəsində tutduğu mühüm işlər üzrə müstəntiq vəzifəsinin Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla pensiyasının ##.##.2024-cü il tarixdən yenidən hesablanmasına və əmələ gəlmiş fərqin məbləğnin ölənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsi ilə həmin vəzifənin uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Baş Prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi fərqli təsnifatlara aid olan fərqli vəzifələrdir. Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən ##.##.2015-ci il tarixindən: - əmək pensiyasının sığorta hissəsi 35,39 manat; - baza hissəsi 100,00 manat; - qulluq stajına görə əlavə hissəsi 2210,64 manat məbləğində olmaqla ümumilikdə 2346,03 manat məbləğində prokurorluq orqanlarının əməkdaşı kimi pensiya müəyyən edildiyi, işləyən əmək pensiyaçısı olduğu üçün 1241,44 manat məbləğində ona ödənildiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsə əmək pensiyası ##.##.2014-##.##.2015-ci il tarixləri arasındakı dövr əsas götürülməklə orta aylıq əmək haqqı müəyyən edilərək təyin olunmuşdur. Bundan başqa, ##.##.2006 - ##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya işinə aid sənədlərdə mövcud olan arayışa əsasən 38704,35 manat təşkil etmşdir. Pensiya işinə aid sənədlərin köçürülməsi ilə əlaqədar ##.##.2020-ci il tarixindən İ.Seyidova əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası ##.##.2023-cü il tarixinədək Mərkəzi Filial tərəfindən 2238,35 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. Mərkəzi Filiala ##.##.2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində topladığı 92528,90 manat (##.##.2023-cü il tarixinə indeksləşdirilərək) pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 2889,95 manata artırılmış, həmçinin 2024-cü il üzrə indeksləşdirilmə nəzərə alınmaqla ##.##.2024-cü il tarixindən 3213,62 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. İddiaçının əmək pensiyası prokurorluq orqanlarından azad olunması ilə əlaqədar ##.##.2024-cü il tarixindən vaxtilə ilkin pensiya təyinatı zamanı təqdim edilmiş orta aylıq əmək haqqı arayışına əsasən (sonrakı artımlar tətbiq edilməklə) pensiyasının sığorta və qulluq stajına görə əlavə hissəsi tam məbləğdə müəyyən edilməklə (4443,97 manat) ona ödənilmişdir. Bundan başqa, əmək pensiyalarının ##.##.2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 4803,93 manat məbləğində müəyyən edilmişdir. İddiaçının əmək pensiyası Mərkəzi Filialın ##.##.2025ci il tarixli qərarı ilə yenidən hesablanaraq 4803,93 manatdan 5718,28 manata artırılmış, eyni zamanda ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 12889,99 manat (maddi yardım nəzərə alınmaqla) pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasının (5718,28 manat) üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. İddiaçının əmək pensiyasının 1759,02 manatını sığorta hissəsi, 3687,71 manatını qulluq stajına görə əlavə hissəsi, 271,55 manatını isə maddi yardım təşkil edir. İddiaçı ##.##.2013-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun **/***a-k nömrəli ##.##.2020-ci il tarixli Əmri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il ## #### tarixli *** nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənmişdir. Sərəncamın icrası məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2020-ci il tarixli **/***-k nömrəli əmri ilə Bakı şəhər prokurorluğunun istintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və ##.##.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə prokurorluq orqanlarının xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər vəzifələri fərqləndirilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə Baş Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri dördüncü vəzifə təsnifatına aid edildiyi halda, Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqləri altıncı təsnifata aid edilmişdir. İddiaçının işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsi ilə həmin vəzifənin uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Baş Prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi fərqli təsnifatlara aid olan fərqli vəzifələrdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 149.7-ci maddəsinə əsasən hüquqi vəziyyətini yaxşılaşdıran akt dedikdə yalnız normativ hüquqi akt nəzərdə tutulub, başqa sözlə, normativ xarakterli akt, qeyri-normativ hüquqi akt, habelə inzibati akt belə aktlara aid edilmir. Bu səbəbdən qeyd edilən sonuncu 3 növ aktın (hər 3 akt normativ akt əsasında qəbul edilir) çıxarılması normativ hüquqi aktın retrospektiv qüvvəsinə təsir etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.