Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1180/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı ##.##.1951-ci il təvəllüdlür.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya ##.##.2008-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Cavabdehin *********** №-li, ##.##.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının pensiya məbləği yenidən hesablanmış və 947,96 manatdan 974,61 manata artırılmışdır. Yenidən hesablamanın səbəbi 37.3.1 (6 il və daha çox işlədiyi üçün) qeyd olunmuşdur.
4. Cavabdehin *********** №-li, ##.##.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə Qərarla iddiaçının pensiya məbləği yenidən hesablanmış və pensiya məbləği 974,61 manatdan 1068,77 manata artırılmışdır. Yenidən hesablamanın səbəbi 37.3.1 (işdən çıxma ilə əlaqədar yenidən hesablama) qeyd olunmuşdur.
5. Cavabdehin *********** №-li, ##.##.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçıya ##.##.2008-ci il tarixdən (57 yaşdan) əmək pensiyası təyin edilmiş, pensiya məbləği 974,61 manatdan 1105,10 manata artırılmışdır. Yenidən hesablamanın səbəbi 37.3.1 (işdən çıxma ilə əlaqədar yenidən hesablama) qeyd olunmuşdur.
6. Cavabdehin *********** №-li, ##.##.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qəraı ilə Qərarla iddiaçının pensiya məbləği yenidən hesablanmış və pensiya məbləği 1105,10 manatdan 1118,80 manata artırılmışdır. Yenidən hesablamanın səbəbi 37.3.1 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün)- əksikvermə qeyd olunmuşdur.
7. Cavabdehin 3-17-1/3-3-*****/**** №-li, ##.##.2025-ci il tarixli “Əmək pensiyası dayandırılması haqqında” Qərarı ilə iddiaçıya ##.##.2008-ci il tarixdən DSMF Xəzər şöbəsi tərəfindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır.
8. Cavabdehin 3-17-1/3-3-*****/**** №-li, ##.##.2025-ci il tarixli “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” Qərarı ilə iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmişdir.
9. Cavabdeh ##.##.2025-ci il tarixli iddiaçıya ünvanladığı “Əmək pensiyasının dayandırılması haqqında” məktubunda qeyd etmişdir ki, “...mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.1- ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur.” Vaxtilə sizə pensiya təyin olunarkən təqdim etdiyiniz “xxxx” QSC- nin X3 Aeroportunun ##.##.2008-ci il tarixli ** nömrəli arayışında ##.##.1994- cü il tarixindən təhlükədən mühafizə olunan idarəetmə məntəqəsinin rəisi vəzifəsində işlədiyiniz qeyd olunub. Bununla əlaqədar olaraq, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən “xxxx” QSC-yə aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq həmin müəssisədə işlədiyiniz vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il ** nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısı’ nda öz əksini tapmadığı bildirilib. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə ## ######## 2008-ci il tarixindən Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar iştirakınız ilə ## ####### 2025-ci il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə sizə ətraflı məlumat verilməklə mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub, lakin tərtib edilən akt tərəfinizdən imzalanmayıb. Bununla əlaqədar, pensiya hüququnuza yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin oktyabr ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sizə son üç il üzrə ümumilikdə 50.503,59 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilən "əmək pensiyanı dayandırılması haqqında", ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarı və "əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında" ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarın ləğv edilməsi, iddiaçıya 57 yaşından yəni ##.##.2008-ci il tarixində təyin olunan pensiya məbləğinin ödənişlərin bərpa edilməsi və ##.##.2025-ci il tarixindən yaranmış pensiya məbləğin ödənişində fərqi hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
11. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2008-ci il tarixində 57 yaşı tamamında güzəştli şərtlərlə əmək pensyası təyin edilmişdir. Təyin olunan pensiya üzrə ödənişləri 2025-ci ilin noyabr ayına qədər almışdır. Cavabdeh orqan tərəfindən poçt vasitəsilə ##.##.2025ci il tarixində mənə “əmək pensiyası hüququna baxılmasında mülahizələrin dinlənilməsi” haqqında məktub göndərilmişdir və qeyd olunan məktubda bildirilmişdir ki, ona səhvən 2008-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və bu məsələni müzakirə edilməsi məqsədilə onu inzibati orqana dəvət etdilər. Qeyd etmək istəyir ki, təyin olunan ##.##.2025-ci il tarixində inzibati orqana getmiş və narazı olduğunu bildirmişdir. İnzibati orqan tərəfindən dinləmələrin və iştirak etdiyini təsdiq edən akt tərtib etdilər, qeyd olunan aktı imzalamamış, eyni zamanda qeyd olunan aktın aşağı hissəsində məsələ ilə bağlı qısa formada etirazını qeyd etmişdir. Cavabdeh orqana təqdim etdiyi etirazına baxmayaraq, cavabdeh orqan tərəfindən ona ##.##.2025-ci il tarixli, əmək pensiyanı dayandırılması haqqında məktub göndərərək, həmin məktubda ona 2008-ci ildə səhvən pensiyanı təyin edilməsi qeyd edilmişdir. Cavabdeh orqan səhv pensiyanı təyin edilməsi onunla əsaslandırmişdır ki, vaxtilə tərəfindən cavabdeh orqana təqdim edilmiş “xxxx” QSC-nin X2 Aeroportunun ##.##.2008-ci il tarixli ** nömrəli arayışında ##.##.1994-cü il tarixindən “təhlükədən mühafizə olunan idarəetmə məntəqəsinin rəisi” vəzifəsində işlədiyi qeyd olunub. Bununla əlaqədar cavabdeh orqan “xxxx” QSC-yə sorğu göndərmişdir və soğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan vəzifə AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarla təsdiq edilmiş siyahısında öz əksini tapmamışdır. Bundan əlavə olaraq, məktubda qeyd edilmişdir ki, son 3 il ərzində mənə ödənilən məbləğ inzibati orqana geri qaytarılmalıdır. Cavabdeh orqanın hesablanmasına görə cavabdeh tərəfindən son 3 il ərzində 50503,59 manat ödəniş olunmuşdur və cavabdeh hesab edir ki, bu məbləği cavabdeh orqana geri qaytarmalıdır. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsasızdır. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının bütün sənədlərini yoxlayaraq qanuna uyğun olaraq ##.##.2008- ci il tarixində 57 yaşı tamamında güzəştli şərtlərlə əmək pensyası təyin etmişdir və 17 il müddətində qeyd olunan təyinat üzrə ödənişləri həyata keçirirdi. Qeyd etmək istəyir ki, bu müddət ərizində cavabdeh tərəfindən iddiaçıya səhv pensiya təynatı ilə bağlı hər hansı bildiriş və ya məlumat verilməmişdir, baxmayaraq ki, hər il iddiaçının pensiyası indeksasiya olaraq hesablanıb ödənilmişdir. Hesab edir ki pensiyanın təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda hazırkı mərhələdə müəyyən edilmişdir. İddiaçı hazırkı mərhələdə hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyrimüəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun .belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərardan ( ) görünür ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında'* Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il ## #### tarixli Qərar, §140). Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında** Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il ## #### tarixli Qərar, §140).
12. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Qanunun 9.1ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “xxxx” QSC-nin X3 Aeroportunun ##.##.2008-ci il tarixli ** nömrəli arayışında ##.##.1994-cü il tarixindən təhlükədən mühafizə olunan idarəetmə məntəqəsinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuş, bununla əlaqədar olaraq, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə cavabdeh inzibati orqan tərəfindən “xxxx” QSC-yə aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli **-*/*-****/**** nömrəli məktunda qeyd olunur ki, AZAL-ın “xxxx” Bakı nəqliyyat aviaşirkətinə ##.##.1994-cü il tarixində Təhlükədən müdafiə məntəqəsinin rəisi vəzifəsinə qəbul edilmiş, ##.##.2008-ci il tarixində ***/ş nömrəli əmrlə işdən azad olunmuş, həmçinin ## ##.2008-ci il tarixində ***/ş nömrəli əmrlə mülki müdafiə üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, ##.##.2021-ci il tarixində ***/ş nömrəli əmrlə işdən azad olunmuş İddiaçı yuxarıda adları qeyd edilmiş peşələr (vəzifələr) güzəştli şərtlərlə işləməsini təsdiq edən 2007-ci il ## ###### tarixli ** nömrəli qərarın mahiyyətinə uyğun deyil. Göstərilən uyğunsuzluğa və güzəştli iş stajının olmamasına baxmayaraq, iddiaçıya ## ######## 2008- ci il tarixindən Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar iddiaçının ilə ## ####### 2025- ci il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuş, lakin tərtib edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı etimad hüququnun qorunması prinsipinə istinad edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın bu prinsipə zidd olduğunu hesab edir. İddiaçının mövqeyi ilə razılaşmayaraq etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və "dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, iddiaçı hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. Əlavə olaraq “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilibödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “inzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırıImaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edilə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Həmçinin iddiaçı məhkəməyə veridiyi iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ona pensiya təyin olunan tarixdən 17 il sonra, yəni inzibati qərarın ləğv edilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyü halda qəbul edildiyi qeyd olunmuşdur. Qeyd olunan mövqe ilə razılaşmayaraq şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Əlavə olaraq iddiaçıya qanunsuz əlverişli inzibati akt nəticəsində pensiya təyinatına dair hal xidməti araşdırma nəticəsində müəyyən olunuş, işin hallarının müəyyən olunması üçün “xxxx” QSC-yə göndərilmiş sorğuya cavab ##.##.2025- ci il tarixdə gəldikdən sonra iddiaçı inzibati icraat çərçivəsində ##.##.2025-ci il tarixində Mərkəzi Filiala dəvət edilmişdir. Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67- ci maddəsinin tələbləri baxımından qanunsuz inzibati aktın ləğv olunmasına maraqlı şəxs tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olunduğu hallarda 1 illik müddət və etimad hüququnun qorunması prinsipi tətbiq olunmur. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya ## ######## 2008-ci il tarixindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasının əsasında onun tərəfindən təqdim edilmiş güzəştli arayış durur. Buna baxmayaraq hazırda “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli **-*/*-****/**** nömrəli məktunda pensiya təyinatına əsas olmuş vəzifələrin müvafiq siyahda sadalanmış və maraqlı şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olmadığı bildirilir. Belə olan halda iddiaçıya ## ######## 2008-ci il tarixindən pensiya təyinatını nəzərdə tutan qanunsuz əlverişli qərarın ləğv olunmasına 1 illik müddət və etimadın qorunması prinsiqləri tətbiq olunmamalıdır.
14. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2008-ci ildə 57 yaşdan pensiya təyin etmişdir.
16. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz ##.##.2025-ci il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.
17. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.
18. Məhkəmə nəzərə alır ki, cavabdeh iddiaçıya ilkin pensiya təyinatı aparıldıqdan sonra bir neçə dəfə (##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli qərarlarla) əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə qərarlar qəbul etmişdir.
19. İddiaçıya pensiya təyinatı qanunsuz olmuşdusa bu hal ən azından iddiaçının pensiyasının yenidən hesablanması zamanı bilməli idi.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “xxxx” QSC-nin X3 Aeroportunun ##.##.2008ci il tarixli ** nömrəli arayışında ##.##.1994-cü il tarixindən təhlükədən mühafizə olunan idarəetmə məntəqəsinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuş, bununla əlaqədar olaraq, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə cavabdeh inzibati orqan tərəfindən "xxxx" QSC-yə aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq “xxxx" QSC-nin ##.##.2025-ci il tarixli **-*/*-****/**** nömrəli məktunda qeyd olunur ki, AZAL-ın “xxxx" Bakı nəqliyyat aviaşirkətinə ##.##.1994-cü il tarixində Təhlükədən müdafiə məntəqəsinin rəisi vəzifəsinə qəbul edilmiş, ##.##.2008-ci il tarixində ***/ş nömrəli əmrlə işdən azad olunmuş, həmçinin ##.##.2008-ci il tarixində ***/ş nömrəli əmrlə mülki müdafiə üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, ##.##.2021-ci il tarixində ***/ş nömrəli əmrlə işdən azad olunmuş İddiaçı yuxarıda adları qeyd edilmiş peşələr (vəzifələr) güzəştli şərtlərlə işləməsini təsdiq edən 2007ci il ## ###### tarixli ** nömrəli qərarın mahiyyətinə uyğun deyil. Göstərilən uyğunsuzluğa və güzəştli iş stajının olmamasına baxmayaraq, iddiaçıya ## ######## 2008-ci il tarixindən Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. İddiaçıya qanunsuz əlverişli inzibati akt nəticəsində pensiya təyinatına dair hal xidməti araşdırma nəticəsində müəyyən olunuş, işin hallarının müəyyən olunması üçün “xxxx” QSC-yə göndərilmiş sorğuya cavab ##.##.2025-ci il tarixdə gəldikdən sonra iddiaçı inzibati icraat çərçivəsində ##.##.2025-ci il tarixində Mərkəzi Filiala dəvət edilmişdir. Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri baxımından qanunsuz inzibati aktın ləğv olunmasına maraqlı şəxs tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olunduğu hallarda 1 illik müddət və etimad hüququnun qorunması prinsipi tətbiq olunmur. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya ## ######## 2008-ci il tarixindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasının əsasında onun tərəfindən təqdim edilmiş güzəştli arayış durur. Buna baxmayaraq hazırda “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli **-*/*-****/**** nömrəli məktunda pensiya təyinatına əsas olmuş vəzifələrin müvafiq siyahda sadalanmış və maraqlı şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olmadığı bildirilir. Hesab edirik ki, belə olan halda iddiaçıya ## ######## 2008-ci il tarixindən pensiya təyinatını nəzərdə tutan qanunsuz əlverişli qərarın ləğv olunmasına 1 illik müddət və etimadın qorunması prinsiqləri tətbiq olunmamalıdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğunolaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçıya ##.##.2008-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
31. Cavabdeh tərəfindən 3-17-1/3-3-*****/**** №-li, ##.##.2025-ci il tarixli “Əmək pensiyası dayandırılması haqqında” Qərarla iddiaçıya ##.##.2008-ci il tarixdən DSMF Xəzər şöbəsi tərəfindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır.
32. Cavabdeh tərəfindən 3-17-1/3-3-*****/**** №-li, ##.##.2025-ci il tarixli “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” Qərarla iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmişdir.
33. Hazırda iddiaçı qeyd olunan qərarların ləğv edilməsini xahiş edir.
34. Cavabdeh öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “xxxx” QSC-nin X3 Aeroportunun ##.##.2008-ci il tarixli ** nömrəli arayışında ##.##.1994-cü il tarixindən təhlükədən mühafizə olunan idarəetmə məntəqəsinin rəisi vəzifəsində işlədiyi qeyd olunub. Bununla əlaqədar olaraq, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” QSC-yə aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq həmin müəssisədə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il ** nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısı’ nda öz əksini tapmadığı bildirilib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
35. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(102)-****/**** №-li Qərarında (üç ulduzla işarələnmiş) hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “.... “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər...”
36. İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2008-ci ildə 57 yaşdan pensiya təyin etmişdir.
37. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz ##.##.2025-ci il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.
38. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.
39. Məhkəmə nəzərə alır ki, cavabdeh iddiaçıya ilkin pensiya təyinatı aparıldıqdan sonra bir neçə dəfə (##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli qərarlarla) əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə qərarlar qəbul etmişdir.
40. İddiaçıya pensiya təyinatı qanunsuz olmuşdusa bu hal ən azından iddiaçının pensiyasının yenidən hesablanması zamanı bilməli idi.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
42. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
43. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
44. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.
45. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.
46. Cavabdeh bu yanlış təyinatı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
48. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
49. Məhkəmə qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
51. Bundan başqa məhkəmə Kollegiyası bir daha qeyd edir ki, cavabdeh iddiaçıya ilkin pensiya təyinatı aparıldıqdan sonra bir neçə dəfə (##.##.2022-ci il tarixli, ##.##.2022ci il tarixli, ##.##.2022-ci il tarixli qərarlarla) əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə qərarlar qəbul etmişdir. İddiaçıya pensiya təyinatı qanunsuz olmuşdusa bu hal ən azından iddiaçının pensiyasının yenidən hesablanması zamanı bilməli idi.
52. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə # ##### 2026-cı il tarixli tövsiyyə məktubunda qeyd edilmişdir ki, “....Məhkəmə təcrübəsində qarşılaşılan mübahisələrin bir qismi əvvəllər təyin edilmiş əlilliyin və ya pensiyanın sonradan inzibati orqan tərəfindən ləğv edilməsi ilə əlaqədardır. Həmin işlərdə qiymət verilməli olan əsas məsələlərdən biri də “İnzibati icraat haqqında” Qanunun 67.12 və 68.3-cü maddələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı qanunvericiliyin imperativ tələbinə inzibati orqan tərəfindən riayət olunub-olunmamasıdır. Bu məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsi müəyyən edən 2024-cü il ## ###### tarixli, 2- *(***)-****/**** nömrəli və 2025-ci il ## ##### tarixli, 2-1 (***)-****/**** nömrəli üçulduz (***) qərarlarında göstərilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Məhkəmələr, həmçinin nəzərə almalıdır ki, qanunverici müddətin axımının başlanmasını buna dair əsasın inzibati orqana məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bundan başqa, inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu göstərmək, eləcə də həmin halların ona məlum olma vaxtı barədə bildirməklə bağlı sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Ona görə də, hər bir işdə müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi üçün inzibati orqan konkret, uyğun və yetərli əsaslar və buna dair sübutlar təqdim etməli, öz növbəsində, məhkəmələr də hər bir işin fərdi hallarını da nəzərə almaqla inzibati orqanın inzibati aktın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu gündən 1 (bir) illik müddət daxilində hərəkət etdiyini dəqiq müəyyənləşdirməlidir. Əgər inzibati orqan 1 (bir) illik müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı daxili nəzarət qaydasında aparılmış yoxlamaların (araşdırmaların, monitorinqlərin, auditlərin və s.) nəticələrinə istinad etmişsə, bu zaman mütləq sözügedən yoxlamaların keçirilməsinə səbəb olmuş legitim faktiki hallar və əsaslı hüquqi səbəblər aydın və konkret şəkildə göstərilməli, eləcə də yoxlamaların başlanılmasına, aparılmasına və nəticələrinin rəsmiləşdirilməsinə dair sənədlər məhkəməyə təqdim edilməlidir. İnzibati aktın ləğv olunmasını şərtləndirən hallar kim kənar rəsmi mənbədən daxil olmuş məlumata istinad olunduğu zaman isə inzibati orqan məlumatın konkret nədən ibarət olduğunu, hansı rəsmi mənbədən və nə vaxt daxil olduğuna dair dəqiq və mötəbər məlumatlar təqdim etməlidir. Məhkəmələr sözügedən həmin sənədlər və məlumatlar əsasında apardıqları qiymətləndirmə ilə hər bir işdə iddiaçının konkret halına münasibətdə inzibati aktın ləğv olunmasını şərtləndirən halların inzibati orqana məlum olma (bildiyi və ya bilməli olduğu vaxt) anını düzgün müəyyənləşdirməli, 1 (bir) illik müddət şərtinin hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik prinsiplərinin vacib təminatlarından biri olduğunu həmişə nəzərə almalıdırlar. Bu mənada, daha əvvəl aparılmış yoxlamalar və ya yenidən hesablamalarla əhatə olunan (olunmalı olan), lakin aşkarlanmamış, yaxud aşkarlansa da lazımi münasibət bildirilməmiş hallarla bağlı müddətin axımı sonrakı yoxlama və ya yenidən hesablama ilə əlaqələndirilə bilməz....”
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.