Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1184/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 nümayəndəsi Nümayəndə iştrakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Quba rayon Məşğulluq İdarəsi, X6 Bakı şəhər İdarəsi və X5 PHŞ-nə qarşı “ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər Quba rayon Məşğulluq İdarəsi, X6 Bakı şəhər İdarəsi və X5 PHŞ-nə qarşı subut və dəlilərə əsasən iddia ərizəsinin təmin olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar iddiaçı2 və iddiaçı1 Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmişdir. Ona görə də bu barədə məhkəmə bildirişi göndərilməklə ##.##.2026-cı il tarixinə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadından şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə iştrak etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın iddiaçıların iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçılar iddiaçı2 və iddiaçı1 elektron kabinetlərinə yerləşdirilmişdir (səh 139-140). İddiaçılar tərəfindən məhkəmənin qərardadı ##.##.2026-cı il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 10 günlük şikayət vermə müddətinin son günü ##.##.2026-cı il tarixinə düşür. Lakin, iddiaçılar tərəfindən verilmiş apellyasya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni, 16 gün apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Çünki İPM-in 1.2ci və 81.2 maddələrinin göstərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eləcə də, iş materiallarından görünür ki, müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğuna dair hər hansı sənəd-sübut ərizəsinə əlavə etməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, buraxılmış prosessual müddət o halda bərpa oluna bilər ki, müddətin buraxılması proses iştirakçısının təqsiri olmadan buraxılsın və bu sübutlarla əsaslandırılmış olsun. Eyni zamanda “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Nəzərə alınmalıdır ki, *-*(***)-*****/**** saylı inzibati iş üzrə işin araşdırılması və məhkəmə qərarının çıxarıldığı ##.##.2025-ci ildə X4 məhkəmə iclasında şəxsən iştrak etmiş və məhkəmənin qərardadından xəbərdar olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd olunan qərardadında ərizəçinin barəsində çıxarılan qərardadından məlumat almaq barədə addımlar atmaq öhdəliyindən azad etməməsi qeyd edilmişdir. Bu isə onu göstərir ki, məhkəmənin mübahisələndirilən qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual qaydalara riayət eməməsi adı ilə istənilən vaxt apellyasiya şikayətinin verilməsi mümkün deyil. “X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İPM-in 87.3-cü maddəs isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, icraata qəbul edilməsindən imtina olunması və onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar iddiaçı2 və iddiaçı1 Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1184/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1184/2026
21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver