Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(3-6)-119/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Mәhkәmәsinin İnzibati Kollegiyası, hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), X9 vә X7 ibarәt tәrkibdә, Eldarzadә Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı nümayәndәsi vә vәkili vәkil1 iştirakı ilә, Bakı İnzibati Mәhkәmәsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qәrarından cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. İşin faktiki halları
1. Bakı şәhәri Əzizbәyov Rayonu İcra Hakimiyyәti başçısının “Vәtәndaş X3 Şüvәlan qәsәbәsindә fәrdi ev tikmәk üçün torpaq sahәsi ayrılması haqqında” ##.##.2000-ci il tarixli, **** №-li Sәrәncamın surәtindәn müәyyәn olunur ki, Bakı şәhәri, Ərәblinski küçәsi, ev 1-dә yaşayan X3 Şüvәlan qәsәbәsindә III-96 *** saylı sahәdә fәrdi ev tikmәk üçün 1200 kv.m torpaq sahәsi ayrılmışdır. Evin tikintisi tәsdiq edilmiş 145- 000-129c tipli layihә әsasında aparılmışdır.
2. Əzizbәyov (Xәzәr) Rayon İcra Hakimiyyәti tәrәfindәn hәmin qurumun **** saylı Sәrәncamı әsasәnda tәrtib edilmiş ##.##.2000-ci il tarixli Şüvәlan qәsәbәsindә vәtәndaş X4 ayrılan torpaq sahәsinin xәritәdәn çıxarışından müәyyәn olunur ki, L – formalı torpaq sahәsinin ölçülәri (sol sәrhәddәn başlanılmaqla saat әqrәbinin әksinә istiqamәtdә) 59 m., 65.4 m., 12.5 m., 57.9 m., 49 m., 9.55 m.-dir.
3. Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyi tәrәfindәn iddiaçıya ünvanlanmış “Torpaq sahәsinin avtomobil yolunun qorunma (mühafizә) zolağına düşüb-düşmәdiyi barәdә” ##.##.2025-ci il tarixli, 11-1/2-201-*/**** №-li cavab mәktubundan müәyyәn olunur ki, sözügedәn 0,12 ha torpaq sahәsi yaşayış mәntәqәsinin hüdudlarında yerlәşir vә hәmin әrazidә avtomobil yolunun qorunma (mühafizә) zolağı mövcud deyildir.
4. ##.##.2025-ci il tarixli “Daşınmaz әmlakın texniki vәziyyәtini әks etdirәn müayinә (baxış) aktında göstәrilmişdir ki, Xәzәr rayonu, Şüvәlan qәsәbәsi әrazisindә yerlәşәn torpaq sahәsinin ölçülәri hüquq müәyyәnedici sәnәd üzrә 1200.0 kv.m vә faktiki olaraq 540.0 kv.m-dir. Ərizәçi tәrәfindәn göstәrilәn torpaq sahәsi ümumi istifadә olunan asfalt yoldur. Kadastr planına әsasәn 1900.0 m mәsafәdә yerlәşir. Koordinatları verilmiş sahә kadastr planından verilmiş koordinatlardan 1900 m aralıda yerlәşir. X Y 431678.838 4483985.088 431669.894 4483985.439 431669.863 4483992.688 431668.513 4484044.905 431678.080 4484043.930
5. Azәrbaycan Respublikasının Dövlәt Torpaq vә Xәritәçәkmә Komitәsi tәrәfindәn tәrtib edilmiş A № ****** saylı “Torpaq sahәsinin planı vә ölçüsü”ndә göstәrilmişdir ki, sәnәd Xәzәr rayonu, Şüvәlan qәsәbәsi ünvanında yerlәşәn torpaq sahәsinin Xәzәr (Əzizbәyov) rayon İcra Hakimiyyәti başçısının ##.##.2000-ci il tarixli **** saylı Sәrәncamı ilә 1200 kv.m torpaq sahәsi ilә bağlı tәrtib edilmişdir. Torpaq sahәsi Ş**/*** saylı fәrdi yaşayış evi tikintisi üçün tәyin edilmişdir. X1 kitabında ##.##.2014 tarixdә, 40764 № ilә uçota alınmışdır. Torpaq sahәsinin kadastr göstәricilәri, torpaq sahәsinin qaimәsindәn (sertifikatı) müәyyәn olunur ki, torpaq sahәsinin ölçüsü – 1200 kv.m; zonası – 12; normativ qiymәti 4800 AZN-dir.
6. ##.##.2025-ci il tarixdә X6 tәrәfindәn verilmiş “Ərizә”dә göstәrilmişdir ki, ona mәxsus olan Bakı şәhәri. Xәzәr rayonu. Şüvәlan qәsәbәsi. **G saylı sahә (yeni qaydalarla: az 1150. Bakı şәhәri. Xәzәr rayonu, Şüvәlan qәsәbәsi. 80-cı Şüvәlan küçәsi. giriş 125) ünvanında yerlәşәn 0.11 ha torpaq sahәsinin qarşısından keçәn **** №-li ##.##.2000-ci il tarixli sәrәncama әsasәn Bakı şәhәri. Xәzәr (Əzizbәyov) rayonu әrazisindә yerlәşәn 1200 kv.m torpaq sahәsinin X5 adına sәnәdlәşmәsinә. qeydiyyata alınmasına etiraz etmir vә gәlәcәkdә dә bununla bağlı heç bir iddia vә tәlәbi olmayacaq.
7. ##.##.2025-ci il tarixdә X10 tәrәfindәn verilmiş “Ərizә”dә göstәrilmişdir ki, ona mәxsus olan Bakı şәhәri. Xәzәr rayonu, Şüvәlan qәsәbәsi, **** saylı bağ evi ünvanında yerlәşәn bağ evinin qarşısından keçәn **** №-li ##.##.2000-ci il tarixli sәrәncama әsasәn Bakı şәhәri, Xәzәr (Əzizbәyov) rayonu әrazisindә yerlәşәn 1200 kv.m torpaq sahәsinin İddiaçı adına sәnәdlәşmәsinә, qeydiyyata alınmasına etiraz etmir, gәlәcәkdә dә bununla bağlı heç bir iddia vә tәlәbi olmayacaq.
8. ##.##.2025-ci il tarixdә X10 tәrәfindәn verilmiş “Ərizә”dә göstәrilmişdir ki, ona mәxsus olan ünvan 1 ünvanında yerlәşәn 0.0715 ha torpaq sahәsinin vә üzәrindә yerlәşәn fәrdi-yaşayış evinin qarşısından keçәn **** №-li ##.##.2000-ci il tarixli sәrәncama әsasәn Bakı şәhәri. Xәzәr (Əzizbәyov) rayonu әrazisindә yerlәşәn 1200 kv.m torpaq sahәsinin İddiaçı adına sәnәdlәşmәsinә, qeydiyyata alınmasına etiraz etmir gәlәcәkdә dә bununla bağlı heç bir iddia vә tәlәbi olmayacaq.
9. ##.##.2025-ci il tarixdә X10 tәrәfindәn verilmiş “Ərizә”dә göstәrilmişdir ki, ona mәxsus olan Bakı şәhәri, Xәzәr rayonu, Şüvәlan qәsәbәsi, ***A saylı sahә ünvanında yerlәşәn 0.06 ha torpaq sahәsinin qarşısından keçәn ##.##.2000-ci il tarixli, **** №-li sәrәncama әsasәn Bakı şәhәri, Xәzәr (Əzizbәyov) rayonu әrazisindә yerlәşәn 1200 kv.m torpaq sahәsinin İddiaçı adına sәnәdlәşmәsinә qeydiyyata alınmasına etiraz etmir. Gәlәcәkdә dә bununla bağlı heç bir iddia vә tәlәbi olmayacaq.
10. DƏDKR * saylı Bakı Ərazi İdarәsinin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2- *****/**** №li cavab mәktubunda tәqdim edilmiş ##.##.2025-ci il tarixli, 2530133769 2530134659 ##.##.**** №-li “Daşınmaz әmlakın texniki vәziyyәtini әks etdirәn müayinә (baxış) aktında göstәrilmişdir ki, Xәzәr rayonu, Şüvәlan qәsәbәsi әrazisindә yerlәşәn torpaq sahәsinin faktiki olaraq sahәsi 0.12 ha tәşkil edir. Göstәrilәn sahә asfalt yol kimi istifadә olunur. Qonşu sahәlәrin giriş-çıxışı sözügedәn hәmin sahәdәndir. Göstәrilәn sahәnin koordinat cәdvәli işә әlavә olunmuşdur: X Y 431668.415 4484044.118 431667.985 4484043.148 431678.996 4483995.748 431733.502 4483994.592 431733.142 4483981.592 431669.758 4483985.430
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Bakı şәhәri Əzizbәyov Rayon İcra Hakimiyyәti başçısının ##.##.2000-ci il tarixli **** №-li sәrәncamına әsasәn ona ayrılmış Bakı şәhәri Şüvәlan qәsәbәsindә yerlәşәn 0,12 ha torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınması, reyestrdәn çıxarış, torpaq sahәsinin planı vә ölçüsünün tәrtib edilәrәk ona verilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
12. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, Bakı şәhәri, Xәzәr rayonu Şüvәlan qәsәbәsindә yerlәşәn 0,12 ha torpaq sahәsi, Bakı şәhәri Əzizbәyov (Xәzәr) Rayon İcra Hakimiyyәti başçısının ##.##.2000-ci il tarixli **** №-li sәrәncamına әsasәn ona ayrılmışdır. Torpaq sahәsi 2000-ci il tarixdә yerdә vә naturada ona qәdim edilmiş vә bu günә qәdәr torpaq sahәsindәn maneәsiz istifadә etmәkdәdir. Hәmin 0.12 ha torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun qeydә alınması vә müvafiq qaydada rәsmilәşdirilmәsi ilә әlaqәdar tәlәb olunan sәnәdlәrlә birlikdә cavabdeh tәşkilata müraciәt etmiş, müraciәti qәbul olunaraq qeydiyyata alınmış vә müraciәtinin icrasından imtina edilmişdir. İmtinaya sәbәb olaraq torpaq sahәsinin yerlәşmәsinә dair sәnәdin tәqdim edilmәmәsini әsasә gәtirilmişdir. Hesab edir ki, imtina tamamilә qanunsuz vә әsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. Müvafiq qanunvericiliyә zidd olaraq imtinanın verilmәsi ilә bağlı 5 günlük icra müddәtinin ötürüldüyünü qeyd edir. Hesab edir ki, sözügedәn torpaq sahәsi Bakı şәhәri Əzizbәyov Rayon İcra Hakimiyyәti başçısının ##.##.2000-ci il tarixli, **** saylı Sәrәncamına әsasәn qanuni әsaslarla ayrıldığından cavabdeh onun mülkiyyәt hüququnu qeydә almaqdan imtina etmәkdә haqlı deyil vә müvafiq qanunvericilik aktlarına әsasәn onun qanunla qorunan hüquqları pozulmuşdur.
13. Cavabdeh iddiaya etiraz edir vә bildirir ki, elektron kadastr mәlumatına әsasәn lәğv olunmuş Dövlәt Torpaq vә Xәritәçәkmә Komitәsinin “Torpaq sahәsinin planı vә ölçüsü” sәnәdi (kadastr planı) ilә torpaq sahәsinin faktiki yerlәşmәsi arasında uyğunsuzluq mövcuddur. Belә ki, göstәrilәn sahә kadastr planındakı koordinatlardan 1900 metr aralıda yerlәşir. İdarәnin mütәxәssislәri tәrәfindәn ünvana keçirilәn texniki baxış zamanı göstәrilәn sahәnin ümumi istifadәdә olan asfalt yol olduğu vә faktiki ölçüsünün 540 kv. m tәşkil etdiyi müәyyәn edilmişdir. “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikası qanununun 11.1-ci maddәsinә әsasәn hüquqların mövcudluğunu, әldә edilmәsini, başqasına keçmәsini, mәhdudlaşdırılmasını (yüklәnmәsini), onlara xitam verilmәsini tәsdiq edәn sәnәdlәr hüquqların dövlәt qeydiyyatı üçün qanunla müәyyәn edilmiş tәlәblәrә uyğun olmalıdır. “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikası Qanununun 23.1-ci maddәsinә әsasәn qeydiyyat orqanının vәzifәli şәxslәri bu qanuna uyğun olaraq dövlәt reyestrindә daşınmaz әmlaka hüquqların qeydiyyatının dәqiqliyinә vә vaxtında aparılmasına, dövlәt reyestrindәn verilәn mәlumatın tam vә düzgün olmasına cavabdehdirlәr.
14. Bakı İnzibati Mәhkәmәsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qәrarı ilә iddianın tәmin edilmәsi qәrara alınmışdır.
15. Cavabdeh Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsi apellyasiya şikayәti verәrәk, hәmin qәrarının lәğv edilmәsini vә iddia tәlәbinin tәmin edilmәmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayәti iddiaya dair etiraza uyğun әsaslandırılmış vә әlavә olaraq bildirilmişdir ki, birinci instansiya mәhkәmәsi qeyd olunan faktiki hallara hüquqi qiymәt vermәmiş vә tam araşdırma aparmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayәtinә dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
18. Mәhkәmәdә iddiaçının vәkili vә nümayәndәsi iddia әrizәsinә uyğun izahat verәrәk iddia tәlәbinin tәmin edilmәsi haqqında birinci instansiya mәhkәmәsinin qәrarının qüvvәdә saxlanmasını mәhkәmәdәn xahiş etdi.
19. Mәhkәmәnin sonuncu iclasının vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmiş cavabdeh mәhkәmәdә nümayәndәsinin iştirakını tәmin etmәmişdir. Qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә iclasının cavabdehin nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddәsinә әsasәn inzibati icraat - fiziki vә ya hüquqi şәxslәrin müraciәti әsasında vә ya inzibati orqanların öz tәşәbbüsü ilә inzibati aktın qәbul edilmәsi, icra olunması, dәyişdirilmәsi vә ya lәğv edilmәsi, habelә inzibati şikayәtlәrә baxılması üzrә müvafiq inzibati orqanlar tәrәfindәn bu Qanunla müәyyәn olunmuş prosedur qaydalar daxilindә hәyata keçirilәn fәaliyyәtdir. 15.1-ci maddәsinә әsasәn qanunla mәcburi şәrt kimi nәzәrdә tutulmuş hallar istisna olmaqla, yalnız formal tәlәblәrә әmәl olunmasını tәmin etmәk mәqsәdilә inzibati orqanlar tәrәfindәn fiziki vә hüquqi şәxslәrin üzәrinә bu vә ya başqa öhdәliklәrin qoyulması qadağandır; 24.1-ci maddәsinә әsasәn inzibati orqan inzibati icraat zamanı işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları hәrtәrәfli, tam vә obyektiv araşdırmağa borcludur; 24.2-ci maddәsinә әsasәn inzibati orqan maraqlı şәxslәrin xeyrinә olan halların araşdırılmasından vә nәzәrә alınmasından imtina edә bilmәz;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz әmlaka mülkiyyәt vә digәr әşya hüquqlarının dövlәt qeydiyyatı Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinә uyğun olaraq daşınmaz әmlaka hüquqların әmәlә gәlmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçmәsinin vә bu hüquqlara xitam verilmәsinin dövlәt tәrәfindәn tanınması vә tәsdiq edilmәsi barәdә hüquqi aktdır. Hәmin Qanunun 2.2-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi ilә vә bu qanunla müәyyәn edilmiş qaydada daşınmaz әmlak üzәrindә hüquqların qeydiyyatı daşınmaz әmlakın dövlәt reyestrindә aparılır. Hәmin Qanunun 8.0.1-ci maddәsinә әsasәn qanunla müәyyәn edilmiş qaydada icra hakimiyyәti vә bәlәdiyyә orqanları tәrәfindәn müvafiq olaraq dövlәtә vә ya bәlәdiyyәlәrә mәxsus olan daşınmaz әmlakın özgәninkilәşdirilmәsinә, icarәsinә, istifadәsinә, ipoteka qoyulmasına dair qәbul olunmuş aktlar daşınmaz әmlak üzәrindә hüquqların әmәlә gәlmәsinin, başqasına keçmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) vә xitam verilmәsinin dövlәt qeydiyyatı üçün әsas hesab olunur.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
55. müvafiq icra hakimiyyәti orqanlarının vә ya bәlәdiyyәlәrinin qәrarları vә onlarla bağlanan müqavilәlәr, hüquqi vә fiziki şәxslәr arasında bağlanan müqavilәlәr vә torpaqla bağlı digәr әqdlәr, mәhkәmәnin torpaq sahәsi üzәrindә hüququn müәyyәn edilmәsinә dair qәrarı, vәrәsәlik hüququ әsasında vә qanunvericiliklә müәyyәn edilmiş digәr yollar fiziki vә hüquqi şәxslәrin torpaq sahәsi üzәrindә hüquqlarının yaranmasının әsaslarından hesab olunur.
65. torpaq sahәsinin yerquruluşu planı torpaq sahәsinin müәyyәn miqyasda tәrtib edilmiş vә planaalma aparılan anda özündә әrazinin bütün vәziyyәtini (bitki örtüyü, çaylar, yollar vә digәr obyektlәr), şәrti işarәlәr vә nişanәlәr vasitәsilә әks etdirәn xәritәdir. Torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә (naturada) müәyyәn edilmәsi yerquruluşu qaydasında aparılır. Torpaq sahәsinin planı vә ölçüsünün hazırlanması, onun sәrhәdlәrinin yerә (naturaya) keçirilmәsi yerquruluşu işlәrinin aparılmasına hüququ olan tәşkilatlar tәrәfindәn hәyata keçirilir vә yerdә yoxlandıqdan sonra müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilir. Torpaq sahәsinin tәsdiq edilmiş planı torpaq sahәsinin istifadәyә vә ya icarәyә verilmәsi (satılması) barәdә müqavilәnin ayrılmaz hissәsidir. Torpaq sahәlәrinin sәrhәdlәri yerә (naturaya) keçirildikdәn sonra onun sahәsi ölçülür vә torpaqların istifadәyә vә ya icarәyә verilmәsi (satılması) barәdә müqavilә bağlanılır.
66. 1.dövlәt vә bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrinin hәr hansı hüquqda hüquqi vә fiziki şәxslәrә verilmәsi müvafiq icra hakimiyyәti orqanının vә ya bәlәdiyyәnin qәrarı vә tәrәflәr arasında bağlanmış müqavilә әsasında hәyata keçirilir. Xüsusi mülkiyyәtdә olan torpaqlar üzәrindә bütün hüquqların başqasına keçmәsi isә tәrәflәr arasında bağlanmış vә notarial qaydada tәsdiq edilmiş müqavilә әsasında hәyata keçirilir. Müqavilәdә tәrәflәrin hüquqları vә vәzifәlәri, torpaq sahәsinin hüquqi statusu, öhdәliklәr, mәhdudiyyәtlәr vә servitutlar, müqavilәyә xitam verilmәsinin әsasları vә torpaqların istifadәsi vә mühafizәsi üzrә digәr şәrtlәr nәzәrdә tutulur.2.Torpaq üzәrindә hüquqlar (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) qanunvericiliklә müәyyәn edilmiş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә dövlәt qeydiyyatına alınır vә hәmin reyestrdәn çıxarışla rәsmilәşdirilir.
67. torpaq üzәrindә hüquqların (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) dövlәt qeydiyyatı qanunvericilikdә nәzәrdә tutulmuş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә aparılır.
68. torpaq sahәlәri üzәrindә hüquqlar torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә müәyyәn edilmәsindәn, onların planı vә ölçüsünün tәrtib edilmәsindәn, torpaq sahәlәrinin verilmәsi barәdә müqavilәnin bağlanmasından vә onun müәyyәn olunmuş qaydada dövlәt qeydiyyatından keçirilmәsindәn sonra yaranır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddә 68.1 mәhkәmә mübahisә ilә bağlı iş üzrә inzibati mәhkәmә icraatı nәticәsindә onda yaranmış daxili inam әsasında qәrar qәbul edir. Qәrarda mәhkәmәnin mövqeyi üçün әsas olmuş sәbәblәr göstәrilmәlidir. Maddә 68.2 mәhkәmә qәrarı yalnız mәhkәmә icraatında tәdqiq olunmuş vә barәlәrindә proses iştirakçılarının öz mülahizәlәrini bildirmәk imkanına malik olduqları faktlar vә sübutlarla әsaslandırılmalıdır. Maddә 82. Apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Apellyasiya instansiyası mәhkәmәsi hәmçinin bu Mәcәllәnin 12-ci maddәsinin tәlәblәrinә әsasәn yeni tәqdim olunmuş sübutları (sübutetmә vasitәlәrini) vә faktları (faktiki halları) da nәzәrә alır. Maddә 87.6 Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Birinci instansiya mәhkәmәsinin qәrarı apellyasiya tәlәbi hәddindә dәyişdirilә bilәr. Maddә 87.7. Apellyasiya instansiyası mәhkәmәsi, bir qayda olaraq, mübahisә ilә bağlı işә mahiyyәti üzrә baxaraq hәll edir. Mәhkәmә icraatının davam etdirilmәsinin zәruri olduğu aşağıdakı müstәsna hallarda apellyasiya instansiyası mәhkәmәsi, barәsindә şikayәt verilmiş mәhkәmә qәrarını lәğv edәrәk işi müvafiq inzibati mәhkәmәyә göndәrә bilәr: Maddә 87.7.1. inzibati mәhkәmәdә icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular sәbәbindәn әhәmiyyәtli sayda vә ya geniş hәcmdә sübutların araşdırılması tәlәb olunduqda; Maddә 87.7.2. inzibati mәhkәmә tәrәfindәn mahiyyәti üzrә qәrar qәbul edilmәdikdә; Maddә 87.8. Apellyasiya instansiyası mәhkәmәsi qәrarını әsaslandırmağa borcludur. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxladıqda, hәmin qәrardakı әsaslara istinad edә bilәr. Lakin hәr bir halda apellyasiya instansiyası mәhkәmәsinin qәrarında apellyasiya şikayәtinin dәlillәrinә münasibәt bildirilmәlidir. Maddә 94.1 Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay, mәhkәmә qәrardadının tәqdim olunduğu gündәn, hәmçinin bu Mәcәllәnin 131.3-cü vә 132.3-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda 10 gün müddәtindә müvafiq apellyasiya instansiyası mәhkәmәsi vasitәsi ilә verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
24. Apellyasiya şikayәtindә qәrar tam mübahisәlәndirildiyindәn birinci instansiya mәhkәmәsinin aktı bütövlükdә yoxlanılır.
25. Qanunun tәlәbinә görә, apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Əvvәla mәhkәmә Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisә olmaqla inzibati mәhkәmә icraatı qaydasında baxılmalı olduğundan mәhkәmә vә әrazi aidiyyәti baxımından düzgün verilmiş vә inzibati-prosessual qanunvericiliyә әsasәn öhdәliyin icrası haqqında iddia növünә aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddәlәrinә әsasәn)
27. İşin faktiki halları vә apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә isә mәhkәmә Kollegiyası tәtbiq edilәn hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) әsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşır.
28. Belә ki, iddiaçı Bakı şәhәri Xәzәr rayon İcra Hakimiyyәti Başçısının ## ###### 2000ci il tarixli **** nömrәli Sәrәncamı ilә Bakı şәhәri Şüvәlan qәsәbәsindә yerlәşәn 0,12 ha torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә dövlәt qeydiyyatına alınması vә bununla bağlı müvafiq reyestr çıxarışının vә torpaq sahәsinin planı vә ölçüsünün verilmәsini tәlәb edir.
29. Cavabdeh orqan isә “Torpaq sahәsinin planı vә ölçüsü” sәnәdi (kadastr planı) ilә torpaq sahәsinin faktiki yerlәşmәsi arasında uyğunsuzluğun olduğunu, göstәrilәn sahәnin kadastr planındakı koordinatlardan 1900 metr aralıda yerlәşdiyini, sahәnin ümumi istifadәdә olan asfalt yol olduğunu vә faktiki ölçüsünün 540 kv. m tәşkil etdiyini bildirәrәk, iddia әrizәsini tәmin etmәkdәn imtina etmişdir.
30. İşin apellyasiya baxışı zamanı Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Bakı Ərazi İdarәsi tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab mәktubundan görünür ki, Vahid elektron kadastr baza mәlumatlarına әsasәn koordinatlarla verilmiş sahә yol kimi nәzәrdә tutulmuşdur. Eyni zamanda sahә dövlәt mülkiyyәti torpağıdır. Sözügedәn әraziyә digәr fiziki şәxsin müraciәti mövcuddur.
31. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Bakı Ərazi İdarәsi tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab mәktubundan görünür ki, vahid elektron kadastr baza mәlumatlarına әsasәn koordinatlarla verilmiş şәrti sәrhәdli sahә “yaşayış mәntәqәlәrinin torpaqları” kateqoriyasına aiddir.Eyni zamanda әrazi daxilindә iddiaçının adına ************** saylı kadastr planın baza mәlumatı mövcuddur. Qeyd olunanlarla yanaşı sözügedәn әrazi 00301100585-***** reyestr nömrәli sahәnin daxilindәdir.
32. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Bakı Ərazi İdarәsi tәrәfindәn elektron mәhkәmә sistemi vasitәsi ilә göndәrilәn ##.##.2025-ci ildә tәrtib edilәn “Əmlak kompleksi kimi müәssisәnin” pasportun surәtindәn görünür ki, 00301100585-***** reyestr nömrәli sahә “xxxx” ASC adına qeydiyyata alınıb.
33. Belә olduğu tәqdirdә, yәni mübahisә predmeti olan torpaq sahәsinin daxil olduğu әrazinin 00306016004318 reyester nömrәsi ilә “xxxx” ASC-nin adına qeydiyyata alınması iddiaçının adına tәrtib edilmiş ************** saylı kadastr planını әhәmiyyәtsiz etmәklә yanaşı cavabdehin bu hissәdә gәtirdiyi arqumentini dә әsassız edir. Başqa sözlә desәk cavabdeh tәşkilat mübahisәli torpaq sahәsinin daxili olduğu әrazini dövlәt reyesterindә başqa şәxsin adına qeydiyyata almaqla hәmin torpaq sahәsinin 1900 metr kәnarda yerlәşmәsi ilә bağlı gәtirdiyi dәlilini inkar etmiş olur.
34. Bundan başqa, Bakı Şәhәri Xәzәr Rayon İcra Hakimiyyәti tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab mәktubundan görünür ki, X-431678.838 Y- 4483985.088, X-431669.894 Y-4483985.439, X-431669.863 Y4483992.688, X- 431668.513 Y-4484044.905, X-431678.080 Y-4484043.930 koordinatlar daxilindә yerlәşәn torpaq sahәsi hal-hazırda vәtәndaşların ümumi isifadәsindә olan 79-cu Şüvәlan küçәsinin döngәsidir.
35. Mübahisә predmeti olan torpaq sahәsinin 79-cu xxxx küçәsinin döngәsindә (dalanında) yerlәşmәsi mәhkәmә kollegiyası tәrәfindәn әraziyә yerli baxış keçirilәn zaman da öz tәsdiqini tapmişdir. Belә ki, yerli baxış zamanı oda müәyyәn olundu ki, bir neçә fәrdi yaşayış evinin әhatәsindә yerlәşәn qeyd olunan torpaq sahәsi hәmin fәrdi yaşayış evlәrinin sakinlәrinin ayrıca giriş çıxışlarının olması sәbәbindәn üzәrindә mülkiyyәt hüququnun qeydә alınması tәlәb edilәn torpaq sahәsindәn olan giriş çıxışlarının bağlanması nәticәsindә hәmin sakinlәrin hüquqları mәhdudlaşdırılmır. Eyni zamanda oda nәzәrә alınmalıdır ki, mübahisәli torpaq sahәsinin әhatәsindә olan fәrdi yaşayış evlәrinin mülkiyyәtçilәri qeyd olunan әrazinin Dilarә Xudaverdiyevanın adına rәsmilәşdirilmәsi ilә bağlı iradә ifadәlәrini bildirәrәk notarial qaydada tәstiq edilmiş razılıq әrizәlәrini mәhkәmәyә tәqdim etmişdirlәr. Bu isә cavabdeh tәşkilat tәrәfindәn hәmin әrazinin ümumi istifadә olan torpaq sahәsi, yәni küçә olması ilә bağlı gәtirdiyi arqumentidә әsassız edir.
36. Mәhkәmә kollegiyası qeyd edir ki, daşınmaz әmlak üzәrindә hüquqların әmәlә gәlmәsi üçün әsaslardan biri dә yerli icra hakimiyyәtinin torpaq sahәsinin ayrılması ilә bağlı qәbul etdiyi sәrәncamdır. İddiaçı isә bu әsası, yәni torpaq sahәsinin ayrılması barәdә Xәzәr rayon İcra Hakimiyyәti Başçısının ## ###### 2000-ci il tarixli **** nömrәli Sәrәncamını cavabdehә tәqdim etmiş, cavabdeh isә iddia tәlәbinin rәdd edilmәsi ilә bağlı әsası olmayan vә sonradan hüquqi qiymәt verilmiş arqumentlәri mәhkәmәyә tәqdim etmişdir.
37. Mәhkәmә kollegiyası qeyd olunanları nәzәrә alaraq belә qәnaәtә gәlir ki, apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәbul etdiyi qәrarın lәğvi üçün әsas hesab edilә bilmәz. Hesab olunur ki, birinci instansiya mәhkәmәsi iddianı tәmin etmәklә mübahisәnin faktiki halları, tәrәflәrin münasibәtlәri vә tәtbiq edilmәli olan hüquqla bağlı düzgün nәticәyә gәlmişdir.
38. İnzibati Prosessual Mәcәllәnin 12-ci maddәsinә әsasәn mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur.
39. Belәliklә, mәhkәmә Kollegiyası hesab edir ki, apellyasiya şikayәti tәmin olunmamalı, Bakı İnzibati Mәhkәmәsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qәrarı dәyişdirilmәdәn qüvvәdә saxlanılmalıdır.
40. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı İnzibati Mәhkәmәsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qәrarı dәyişdirilmәdәn qüvvәdә saxlanılsın. Qәrardan, Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay müddәtindә, Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin İnzibati Kollegiyasına verilә bilәr.