Məhkəmə qərarları › İş №2-1(3-6)-1191/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1191/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1191/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi işə cəlb edilməklə “torpaq sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *- *(**)-**/**** saylı ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı İnzibati Məhkəməsinin *-*(**)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2 inz (81)- ***/**** saylı qərarının icrasına dönüş edilmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014cü il tarixli, 2 inz (**)-***/**** saylı qərarı əsasında Bakı şəhəri, Salyan şossesi 32–ünvanda yerləşən 1200 kv/m torpaq sahəsinə verilmiş plan və ölçü sənədi ləğv edilmişdir. Həmin qərardadan narazı qalan iddiaçı İddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-Iqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayəti təmin edilmiş, * saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin hazırkı iş üzrə ## ##### 2017-cı il tarixli, *-*(**)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçı İddiaçı "Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanındayerləşən Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin *** saylı, ##.##.2005-ci il tarixli sərəncamı əsasında mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə dair plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə, işin materiallarını araşdırıb hesab edir ki, hazırkı icraat çərçivəsində * saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2 inz (**)- ***/**** saylı qərarının icrasına dönüşün edilməsi tətbiq edilməlidir. Bunları qərardadında qeyd edən məhkəmə nədənsə Ali Məhkəmənin icraatı və sonradan apelyasiya şikayətinin geri götürülməsi hallarını araşdırmamış, bu halları müəyyən etmək fikrində olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə baxılarkən həmin Məcəllənin müddəaları, habelə müvafiq hallarda Mülki Prosessual Məcəllənin normaları tətbiq olunur. Lakin məhkəmə icrada dönüş institutunu tətbiq edərkən işin faktiki və hüquqi hallarını tam və obyektiv araşdırmamışdır. Məhkəmə təcrübəsində formalaşmış hüquqi yanaşmaya görə icrada dönüş institutu istisna xarakter daşıyır və yalnız qanunla açıq şəkildə nəzərdə tutulmuş hallarda tətbiq oluna bilər. Ali məhkəmə instansiyalarının mövqeyinə əsasən, icra edilmiş məhkəmə aktlarının hüquqi nəticələrinin sonradan aradan qaldırılması hüquqi müəyyənlik və sabitlik prinsipinə ciddi müdaxilə hesab olunduğundan, bu cür müdaxilə yalnız müstəsna və kifayət qədər əsaslandırılmış hallarda mümkündür. Hazırkı işdə isə birinci instansiya məhkəməsi tərəfindən icrada dönüşün tətbiqi üçün zəruri olan şərtlərin mövcudluğu nə hüquqi, nə də faktiki baxımdan əsaslandırılmadan belə nəticəyə gəlinmiş, bununla da həm formalaşmış məhkəmə təcrübəsinə, həm də hüquqi müəyyənlik prinsipinə zidd qərardad qəbul edilmişdir. Apellyasiya şikayəti mümkün sayılmış və apellyasiya baxışına təyin olunmuşdur. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayənəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs Səbail bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Eyni zamanda həmin Məcəllənin 81.3-cü maddəsinə görə, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Odur ki, Mülki Prosessual Məcəllənin 236-1.1-ci maddəsinin hazırki işdə tətbiqini məhkəmə kollegiyası mümkün sayır. Həmin maddənin tələbinə görə, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3- maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Həmin Məcəllənin 236-1.4-cü maddəsinə əsasən icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2 inz (**)-***/**** saylı qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi işə cəlb edilməklə “Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin ##.##.2005- ci il tarixli *** saylı sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Salyan şossesi 32-ünvanda yerləşən 1200 kv/m torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi” tələbi təmin edilmiş və Bakı şəhəri, Salyan şossesi 32 - ünvanda yerləşən 1200 kv/m torpaq sahəsinə plan və ölçüsünün hazırlanıb verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmişdir. ##.##.2014-cü il tarixdə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icra vərəqəsi verilmişdir. Yasamal rayon İcra Şöbəsinin ##.##.2015-ci il tarixli qərarına əsasən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2 inz (**)-***/**** saylı icra sənədi üzrə borclu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hüquqi varisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi * saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə ##.##.2015-ci il tarixli vəsatətlə müraciət edərək, iş üzrə çıxarılmış *-*(**)- ***/**** saylı ##.##.2014-cü il tarixli qərarın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2016-cı il tarixli qərardadına əsasən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2014-cü il tarixli qərarı ləğv edilmiş, işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-**/**** saylı ##.##.2017-ci il tarixli qərardadına əsasən iddiaçı İddiaçı qeyd edilən iş üzrə Bakı şəhəri, Salyan şossesi 32-ünvanda yerləşən 1200 kv/m torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-**/**** saylı qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Salyan şossesi 32-ünvanda yerləşən 1200 kv/m torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-**/**** saylı qərarından narazı qalan cavabdeh ##.##.2017-ci il tarixli apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli, 2- *(***)-****/**** saylı qərardadına əsasən Bakı şəhəri Səbail Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli, 2- *(***)-****/**** saylı qərarına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş,* saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə ## ##### 2017- cı il tarixli, *-*(**)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçı İddiaçı “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin *** saylı, ##.##.2005-ci il tarixli sərəncamı əsasında mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə dair plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi “xxxx” firmasının ərizəsi əsasında deyil, yuxarıda qeyd edilən qərara istinad edərək * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2 inz (**)-***/**** saylı qərarının icrasına dönüşün edilməsi qənaətinə gəlmişdir. İnzibati Prossesual Məcəllənin 12.1-ci maddəainə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mülki Prosessual Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Birinci instansiya məhkəməsi öz xidməti vəzifəsindən irəli gələrək öz təşəbbüsü ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, 2 inz (**)-***/**** saylı qərarının icrasına dönüşün edilməsi qərarına gəlmişdir. Odur ki, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(**)-**/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar