Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1192/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), İsmayılzadə Fərid Sabir oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə (hazırkı adı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırkı adı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı «pensiyanın yenidən hesablanaraq ödənilməsi» tələbi barədə iş üzrə məhkəmə qərarının icrası məsələsinə dair Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il, *-*(**)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarənin ## ###### 2016-cı il tarixli, **/**/**-*** saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, əlilliyinin cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində üz verdiyindən müharibə əlilləri kateqoriyasına aid edilərək II qrup müharibə əlili hesab edilməsi vəzifəsinin Xidmətə həvalə edilməsi və II qrup müharibə əlili kimi pensiyanın yenidən hesablanması, hərbi qulluqçu kimi hərbi xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə və rütbə maaşından hesablanan əlavə kimi döyüş bölgəsinə görə pul təminatının təminat xərcliyinin tərkibində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. * saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, iddia cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə aid hissədə mümkün sayılmamış, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi hissəsində isə qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. ## ###### 2019-cu il tarixdə * saylı Bakı inzibati-iqtisad Məhkəməsi tərəfindən ## ###### 2017-il tarixli, 2-1 (**)-****/**** nömrəli iş üzrə icra vərəqəsi verilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin ## ###### 2019-cu il tarixli qərarı ilə * saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin ## ###### 2019-cu il tarixli, 2-1 (81)- ****/**** nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Binəqədi rayon icra Şöbəsinin ## ###### 2021-ci il tarixli qərarı ilə * saylı Bakı inzibati-iqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli icra vərəqəsi üzrə icraat təzələnmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti * saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli icra vərəqəsindən apellyasiya şikayəti verərək, icra vərəqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və icra vərəqəsindən verilən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə qərarının izah olunması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) ərizə təmin edilmiş, * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)- ****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarına iddiaçı İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)****/**** nömrəli, ## ### 2024-cü il tarixli qərardadı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və M.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilib, * saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qərarına yenidən izah verilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Nigar Nəbizadə) Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə qərarının icrası istiqamətində tədbirlər görülmüşdür. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra edilmədiyi qeyd etmiş və cavabdeh inzibati orqanının cərimə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim Orxan Həsənov) məhkəmə qərarının icra edilməməsi ilə bağlı ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini cavabdeh təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə cavabdeh1n rəhbəri Bayramov Anar Məhərrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə olunduqdan sonra, cavabeh tərəfindən qərəzli olaraq iddiaçı İddiaçı pensiyasını kəsilmiş, bununla da onun pensiya hüququ pozulmuşdur. İddiaçı ## #### 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2020-ci il tarixinə fasiləsiz olaraq 10 ildən yuxarı ikinci dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə həmin tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (*-*(***)-****/**** saylı iş) # ### 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (*-*(***)-****/**** saylı iş) ## ######## 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin # ### 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır. Cavabdeh qərarın surətini ## ####### 2021-ci tarixdə almış, # ###### 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2022 tarixli qərarına əsasən, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının *-*(***)-****/**** saylı, ## ######## 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarların tarixlərindən müəyyən olunur ki, cavabdeh inzibati orqan, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini könüllü olaraq təmin etməmiş, məhz son instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini aldıqdan sonra icra yönədilmiş, cavabdeh orqan öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarı məcburi icra etmişdir. Bundan başqa qeyd edilməlidir ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarı 2023-cü ildə qəbul edilmişdir. Məhz bu qərar qanuni qüvvəsini alaraq icraya yönəldildikdən və icra edildikdən sonra cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və X7 hüquqi şəxs 2024-cü ildə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Qeyd edilən ərizə ilə bağlı sonuncu qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Bununla da müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini könüllü deyil, məcburi icra edilmişdir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2022 tarixli qərarına əsasən, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının *-*(***)-****/**** saylı, ## ######## 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Müddətsiz əlilliyin təyin edilməsinə dair qərarın icrası * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)- ****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarın icra edilməsi anlamına gəlmir. Hər iki iş bir birindən asılı olmayan müstəqil icraatdır. * saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin *-*(**)- ****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərar 2023-cü ildə icra edilmiş olsa idi, o zaman cavabdeh orqan həmin qərara izah verilməsi ilə bağlı 2024-cü ildə Bakı İnzibati Məhkəməsinə müraciət etməzdi. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra sənədi uzun illər ərzində icra edilməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X7 hüquqi şəxs məhkəmə tərəfindən cərimə edilməlidir. İşin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin ## ###### 2016-cı il tarixli, **/**/**-*** saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilmiş, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardadda qeyd olunmuşdur ki, "“hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəliklə əlilliyin təyini səbəbinə aid edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, məhkəmə qərarına “iddiaçı İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir." Qərdadda qeyd ediln sonuncu cümlə Bakı İnzibati Məhkəməsinin 2-1 (81 )-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadında xüsusi vurğulanmşdır, lakin “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə qeyd olunan tələblərinə zidd olaraq, iddiaçı İddiaçı olunun hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul olunmuşdur. Konkret işin hallarından isə müəyyən olunur ki, iddiaçı İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, daha sonra isə “iddiaçı İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərardadın ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1.1. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İcra haqqında” Qanunu: Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda icra sənədi xitam verilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı ** nömrəli ## ###### 2021-ci il tarixli Qərarı:
6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.
7. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə, məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə ona xüsusi səbəblərdən əlilliyin təyin olunmasına nail olmaq üçün cavabdeh inzibati orqanın cərimə edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati prosessual qanunvericiliyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir və həmin istiqamətdə bu və ya digər məcburiyyət tədbirinin seçilməsi, o cümlədən cərimənin tətbiq edilib-edilməməsi həmin məhkəmənin diskresion səlahiyyətinə aiddir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən icraat başlanılmışdır və qanunvericiliyə əsasən icra sənədinin icrasının təmin edilməsi üçün icra qurumu müvafiq məcburiyyət tədbirləri tətbiq etmək səlahiyyətinə malikdir. Bu baxımdan, iddiaçı sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi barədə icra qurumuna, həmin icra qurumunun hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı halda isə, birinci instansiya məhkəməsinə müraciət edə bilər. Hazırki halda iddiaçı sözügedən məhkəmə qərarının tam icra edilmədiyini bildirsə də, iş üzrə artıq icra vərəqəsi verildiyindən, o, inzibati orqanının cərimə edilməsi ilə bağlı deyil, icra qurumunun hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı halda birinci instansiya məhkəməsinə müraciət edə bilər. Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçı məhkəmə qərarının icra olunmadığını bildirsə də, aparılmış araşdırmalar nəticəsində məhkəmə qərarının icrasının təmin edildiyi müəyyən olunmuşdur. Belə ki, Belə ki, * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)- ****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarına “iddiaçı İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir. Sözügedən məhkəmə qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, qərardadda qeyd olunmuşdur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunduğundan, məhkəmə qərarına düzgün şəkildə izah verilmişdir. Cavabdeh inzibati orqan bu izahları nəzərə alaraq, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini təmin etmiş və bununla da məhkəmə qərarının icrasını yerinə yetirmişdir. İddiaçı isə əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin olunmasını arzulamaqdadır. Lakin məhkəmə hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1.5-ci maddəsinin tələblərinə əsasən, onun əlilliyi yalnız hərbi xidmət dövrü ilə əlaqədar olaraq təyin edilmişdir. Hər nə qədər iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyini arzusunda olsa da, məhkəmə qərarında və həmin qərara verilmiş izahda iddiaçının əlilliyinin məhz hərbi xidmət dövrü ilə əlaqədar olduğu vurğulanmışdır. İddiaçı, həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadını mübahisələndirməmiş və məhkəmə qərarına verilmiş izahı qəbul etmişdir. Odur ki, hazırda məhkəmə qərarı icra olunduğundan, cərimə barədə ərizə rədd olunmalıdır. Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...Müddətsiz əlilliyin təyin edilməsinə dair qərarın icrası * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarın icra edilməsi anlamına gəlmir. Hər iki iş bir birindən asılı olmayan müstəqil icraatdır. * saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərar 2023-cü ildə icra edilmiş olsa idi, o zaman cavabdeh orqan həmin qərara izah verilməsi ilə bağlı 2024-cü ildə Bakı İnzibati Məhkəməsinə müraciət etməzdi. * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin ## ###### 2016-cı il tarixli, **/**/**-*** saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilmiş, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardadda qeyd olunmuşdur ki, "“hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəliklə əlilliyin təyini səbəbinə aid edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, məhkəmə qərarına “iddiaçı İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir." Konkret işin hallarından isə müəyyən olunur ki, iddiaçı İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, daha sonra isə “iddiaçı İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir. Məhkəmə tərkibi ərizəçinin mövqeyi ilə razılaşır. Belə ki, ərizəçinin iddia icraatı çərçivəsində iddiası təmin olunsa da, hal-hazıradək o, arzuladığı məqsədə çatmamış, yəni ona xüsusi səbəblərdən əlillik təyin olunmamışdır. Birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək “cavabdehin iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin etdiyini və bununla da məhkəmə qərarının icrasını yerinə yetirdiyini” qeyd etmişdir. İddiaçıya münasibətdə məhkəmə qərarı o halda icra edilmiş hesab edilə bilər ki, əlillik səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” sözləri əvəzinə Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.2-ci bəndində göstərilən və xüsusi səbəblərdən əlillik halı hesab edilən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik səbəblərindən hər hansı biri barədə “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.2-ci bəndində göstərilən qaydada altsistemdə rəsmiləşdirməklə TSEK tərəfindən qərar qəbul edilsin. Digər vacib əhəmiyyətli məsələ ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Odur ki, işə yenidən baxacaq birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlərin həyata keçirilməsi məsələsi bu qərardadda qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla müzakirə olunmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, prosessual pozuntuya yol vermiş və nəticədə məhkəmə qərarı icrasız qalmışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.