Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1198/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X32 və X36 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı iddiaçı8 iştirakı ilə, Iddiaçılar iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı "ödənişin edilməsi" tələbinə dair Bakı Inzibati Məhkəməsinin *- *(*-*)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı iddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçılar iddiaçı8 və digərlərinin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-*/**** saylı hökmünə əsasən məhkum X54 açıq hərracda satılmış əmlakları hesabına həmin hökm üzrə mülki iddia verməmiş və aidiyyəti olmayan şəxslərə ödənilmiş 603925,32 manat vəsaitə görə Nərimanov rayon icra şöbəsindən 167082,7 manatın iddiaçı8, 167082,7 manatın iddiaçı7, 172758,8 manatın iddiaçı6, 41796,45 manatın iddiaçı4, 1718,73 manatın iddiaçı3, 4289,50 manatın iddiaçı5, 19733,18 manatın iddiaçı2 və 29463,86 manatın iddiaçı1 xeyrinə tutulub ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 21,09.2022-ci il tarixli *-*(***)-*/**** saylı hökmü üzrə verilmiş ##.##.2023-cü il tarixli icra vərəqələrinə əsasən:##.##.2012-ci il tarixli çıxarışla X27 məxsus 1.452.000 manat dəyərində ünvan 7 ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak; ##.##.2005-ci il tarixli çıxarışla X54 məxsus 31.500 manat dəyərində ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak; ##.##.2007-ci il tarixli çıxarışla X54 məxsus 39.528 manat dəyərində ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak;##.##.2014-cü il tarixli çıxarış, Binəqədi rayonu, X18 məxsus 257.172 manat dəyərində ünvan 6 ünvanında ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak; ##.##.2012-ci il tarixli çıxarışla X27 məxsus 37.600 manat dəyərində ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak; ##.##.2014-cü il tarixli çıxarışla X27 məxsus 1.305.240 manat dəyərində ünvan 4 ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşınmaz; ##.##.2007-ci il tarixli çıxarışla X27 məxsus 482.000 manat dəyərində ünvan 11 ünvanında yerləşən qeyri yaşayış sahəsinin Vz hissəsi;##.##.2012-ci il tarixli çıxarışla X19 məxsus 704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak; ##.##.2013-cü il tarixli çıxarışla X9 məxsus 650.719 manat dəyərində ünvan 10 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak; ##.##.2009-cu il tarixli çıxarışla X27 məxsus 535.653 manat dəyərində ünvan 8 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak; ##.##.2009-cu il tarixli çıxarışla X54 məxsus 770.609 manat dəyərində ünvan 9 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak; ##.##.2009-cu il tarixli çıxarışla X54 məxsus 35.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan daşınmaz əmlak (zirzəmi) - (Səbail rayon icra şöbəsi) ##.##.2012-ci il tarixli çıxarışla X27 məxsus 17.000 manat dəyərində ünvan 2 ünvanında yerləşən 197 kv.m sahəsi olan daşınmaz əmlak;##.##.2008-ci il tarixli çıxarışla X27 məxsus 26.240 manat dəyərində ünvan 1 ünvanında yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ½ hissəsi (Ağdaş rayon icra və probasiya şöbəsi) dövlət nəfinə müsadirə edilməli, müsadirə edilmiş əmlaklar hesabına ilk növbədə cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Hökm üzrə verilmiş icra sənədləri icra məmurunun ##.##.2023-cü il tarixli qərarı ilə bir icraatda birləşdirilmiş və Nərimanov rayon icra şöbəsində icra tədbirləri həyata keçirilməyə başlanmışdır.Həmin hökmə əsasən əmlakların satışından əldə olunmuş vəsait hesabına:iddiaçı8 2.000.000 ABŞ dolları;iddiaçı7 2.000.000 ABŞ dolları;iddiaçı2 401845,15 manat;iddiaçı3 35195 manat;iddiaçı6 3518047,5 manat;iddiaçı5 50000 ABŞ dolları və 2351 manat;iddiaçı4 500000 ABŞ dolları və 1140 manat;iddiaçı1 600.890 (altı yüz min səkkiz yüz doxsan) manat dəymiş zərər ödənilməlidir.Buna baxmayaraq, müsadirə edilmiş əmlakların açıq hərracda satışından əldə olunmuş vəsait hesabına hökm üzrə mülki iddiaları təmin edilmiş zərərçəkmiş şəxslərə deyil, mülki qaydada iddiaları təmin olunmuş şəxslərə də vəsaitlər ödənilmiş, habelə zərərçəkmiş şəxslərdən birinin banka olan borcu satışdan əldə olunan pul hesabına təmin olunmuşdur. Ümumilikdə aidiyyəti olmayan şəxslərə 695398,75 manat pul ödənilmişdir.Həmin vəsait Nərimanov rayon icra şöbəsinin icra məmurunun (sabiq icra məmuru X6) “tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi haqqında” ##.##.2024cü il tarixli qanunsuz və əsassız qərarı əsasında aidiyyəti olmayan şəxslərə ödənilmişdir.Belə ki, həmin qərarda Bakı Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)- */**** saylı hökmü üzrə verilmiş ##.##.2023-cü il tarixli icra vərəqələrində hökm üzrə mülki iddiaçılardan əlavə digər mülki iddiaçılara, hansı ki, cinayət işi üzrə məhkəmə icraatı zamanı təqsirləndirilən Mövlan Şıxəliyev qarşı mülki iddia verməyən şəxslərə müxtəlif vəsaitlər ödənilməsi qərara alınmışdır. Hökm üzrə mülki iddiaçılar 14 nəfər olduğu halda, icra məmurunun qərarı üzrə əldə edilmiş vəsait 22 nəfərə, yəni əlavə olaraq 8 nəfərə ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə 8 nəfərdən X28 öldüyündən ona çatası vəsait “xxxx” ASC-yə olan borcuna silinmişdir. Belə ki, “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarda göstərilmişdir ki, “Hökmə əsasən verilmiş icra vərəqələrindən başqa şöbənin icraatına cinayət nəticəsində dəymiş ziyanların ödənilməsinə dair digər icra sənədləri müxtəlif vaxtlarda Şöbənin icraatına daxil olmuş və həmin icra vərəqələrinə əsasən: Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X55 106.000 (bir yüz altı min) ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 469,14 manat dövlət rüsumu alınaraq X10 verilməlidir. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh X55 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq X11 verilməlidir. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən, 8.022.000 (səkkiz milyon iyirmi iki min) manat pul vəsaiti və ödənilmiş 4.889,28 manat dövlət rüsumunun əvəzi X21 və X54 tutulub X28 ödənilməlidir.Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli, cavabdehlər Ələkbərov Vüsal Hicran oğlundan və X54 500.000 (beş yüz min) manat pul vəsaiti və 790 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq X22 ödənilməlidir.Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən, 297.406 (iki yüz doxsan yeddi min dörd yüz altı) manat pul vəsaiti və ödənilmiş 919 manat dövlət rüsumunun 500 manat hissəsi Ələkbərov Vüsal Hicran oğlu və X54 tutulub X29 ödənilməlidir.Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən, 50.000 (əlli min) manat pul vəsaiti və ödənilmiş 240 manat dövlət rüsumunun əvəzi X21 və X54 tutulub X20 ödənilməlidir.”Göründüyü kimi, yuxarıda adları qeyd olunan şəxslərə ödənilmiş vəsaitlər hökm üzrə mülki iddia vermiş şəxslər yox, cinayət işi üzrə məhkəmənin hökmü qəbul edildikdən sonra mülki qaydada ayrıca iddia qaldırmış şəxslərdir. Icra məmurunun sözügedən qərarında adları qeyd olunan aidiyyəti olmayan daha 2 nəfər şəxs - X3 və X12r. Həmin şəxslər Bakı Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-*/**** saylı hökmü üzrə qeyd olunan şəxslər həm zərərçəkmiş, həm də mülki iddiaçı olsalar da, onların tələbi X54 deyil, X13 olmuşdur. Belə ki, hökmdə göstərilmişdir ki, zərər çəkmiş şəxs X12 mülki iddiası qismən təmin edilsin, 100.000 (bir yüz min) ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) məbləğində pul vəsaiti, eləcə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 460 (dörd yüz altmış) manat məbləğində dövlət rüsumu təqsirləndirilən şəxs X13 tutulsun və X12, zərər çəkmiş şəxs X3 mülki iddiası təmin edilsin, 135.000 (yüz otuz beş min) ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) məbləğində pul vəsaiti, eləcə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 519,50 (beş yüz on doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu təqsirləndirilən şəxs X13 tutulub X3 qaytarılsın. Göründüyü kimi, icra məmuru qərar qəbul edərkən ciddi qanunsuz pozuntularına yol verməklə, hökm üzrə mülki iddiaçıların qanunla qorunan mənafelərinə xələl gətirməklə onların mülkiyyət hüququnu pozmuşdur. Bundan sonra hökm üzrə mülki iddiaçılar icra məmurunun “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarını məhkəmədə mübahisələndirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) ## ####### 2024- cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı8 Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmuru X7 “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Mehriban Qarayevə) ## ###### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərar X3 və X12 aid olan hissədə ləğv edilmişdir. iddiaçı8 vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayəti və iddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə qismən təmin edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarı ilə iddiaçı8 nümayəndəsi X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qərarı ləğv edilsin və material yeni apellyasiya baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarında (Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmuru X7 ləğvi ilə bağlı) göstərilmişdir ki: Cinayət işi üzrə mülki iddialar verməyən zərərçəkmiş şəxslər X23, X29, X28, X10, X20 və X11 mülki iddialarının mülki mühakimə icraat qaydasında təmin edilməsi barədə Səbail Rayon Məhkəməsinin qətnamələrində və həmin məhkəmə aktları üzrə verilmiş icra sənədlərində mülki iddialar üzrə ödənişlərin məhkum Mövlam Şıxəliyevə və onun yaxın qohumlarına məxsus və hökmlə dövlət nəfinə müsadirə edilmiş əmlakın satışından əldə edilmiş vəsaitlərin hesabına ödənilməsi barədə qeyd edilməmişdir. Göründüyü kimi, icra sənədini vermiş və icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəmənin qanuni qüvvəyə minmiş qərarında mövqeyi mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın həmin hökmün icrası qaydasında ödənilməsi tələbinin əsassız olmasından, dəymiş ziyanın ödənilməsi ilə bağlı icra sənədinin fərqli qaydada, yəni başqa tələbkara da ödənilməsi tələbinin yolverilməzliyindən ibarət olmuşdur.Bu şəraitdə icra məmurunun ## ######## 2024-cü il tarixli “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi haqqında” qərarında, məhkum Mövlam Şıxəliyevin və onun yaxın qohumlarına məxsus, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından əldə edilmiş vəsaitlər hesabına, yalnız icra sənədində göstərilən zərərçəkmişlərə deyil, digər zərərçəkmiş şəxslərə də dəymiş ziyanın ödənilməsi barədə müddəaların əks olunması, əslində qüvvədə olan məhkəmə aktlarının dəyişdirilməsi kimi qiymətləndirilməlidir.Ona görə də icra məmuru R.S.Səfərovun mülki iddia verməyən zərərçəkmiş şəxslərə də dəymiş ziyanın məhkum Mövlam Şıxəliyevin və onun yaxın qohumlarına məxsus və hökmlə dövlət nəfinə müsadirə edilmiş əmlakın satışından əldə edilmiş vəsaitlər hesabına ödənilməsi barədə qəbul etdiyi qərar qanuni və əsaslı sayıla bilməz. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı8 vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayəti və iddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə verilmiş ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı və Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarı ləğv edilmişdir.Bundan sonra dəfələrlə Nərimanov rayon icra şöbəsinə şifahi qaydada müraciət olunaraq, hökm üzrə mülki iddiaçılara aidiyyəti olmayan şəxslərə ödənilmiş vəsaitin geri qaytarılması və həmin vəsaitin hökm üzrə 14 nəfər zərər çəkmiş şəxs arasında mütənasib qaydada bölünməsi xahiş olunmuşdur.Nərimanov rayon icra şöbəsi müxətlif tarixlərdə “xxxx” ASC-yə və digər şəxslərə (cəmi 8 nəfər) əsassız olaraq ödənilmiş vəsaitlərin geri qaytarılması barədə müraciətlər ünvanlansa da, həmin vəsaitlər geri qaytarılmamış və iddiaçılara dəymiş ziyan ödənilməmişdir.Mübahisə ilə əlaqədar iddiaçılar ##.##.2025-ci il və 05.01.202-cı il tarixlərdə Nərimanov rayon icra şöbəsinə və Ədliyyə Nazirliyinə müraciət edərək, həmin vəsaitin ödənilməsini tələb etmişlər.Nərimanov rayon icra şöbəsi ##.##.2026-cı il tarixli **/****-**-* nömrəli məktubunda hökm üzrə mülki iddiaçılardan əlavə başqa zərər çəkmişlərə ödənilmiş vəsaitlərin geri qaytarılması istiqamətində tədbirlərin davam etdiyi bildirilmişdir.Işin hallarından göründüyü kimi, Nərimanov rayon icra şöbəsinin qanunsuz qərarı nəticəsində hökm üzrə mülki iddiaçılara dəymiş zərər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut olunmuşdur. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçıların tələbi Bakı Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli,*-*(***)-*/**** saylı hökmünün icrası ilə əlaqədardır. Odur ki, iddiaçılara hökmün icrası səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Iddiaçı iddiaçı8 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiada qaldırılan məsələ məhz inzibati orqanının səhvi nəticəsində dəymiş ziyan – kompensasiyanın ödənilməsi tələbi ilə bağlıdır. Belə ki, müsadirə olunmuş əmlakların satışından əldə olunmuş vəsaitin aidiyyəti olmayan şəxslərə ödənilməsi inzibati orqanın məhz inzibati fəaliyyəti ilə bağlı məsələdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmənin Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli Qərarının 4.40-cı bəndinə əsasən inzibati orqanların, habelə onların vəzifəli şəxslərinin vurduqları zərərin ödənilməsi tələblərinə baxılarkən ilk növbədə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri (publik və ya mülki) aydınlaşdırılmalıdır. Inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alınmalıdır ki, inzibati orqanların bərabər hüquqlu subyekt kimi çıxış etdiyi mülki hüquq münasibətlərindən, habelə inzibati orqanların cinayət prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətindən doğan zərər tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Qərarın 4.41-ci bəndinə əsasən inzibati orqanların ümumi (publik) hüquq münasibətləri çərçivəsində vurduqları mənəvi zərər tələbinin də maddi hüquqi əsasını delikt normaları təşkil etdiyindən inzibati məhkəmələr həmin iddialara baxarkən bu qərarın 4.12-ci bəndində göstərilən dispozisiya şərtlərinə uyğun yoxlama aparmalıdırlar. Bu münasibətlər çərçivəsində hüquqazidd əməl qismində inzibati orqanın qanunsuz inzibati aktı, habelə faktiki xarakterli qanunsuz hərəkət və ya hərəkətsizliyi çıxış edir. Bu zaman konkret vəzifəli şəxsin təqsirinin forması (qəsd və ya ehtiyatsızlıq) yalnız mənəvi təzminatın həcminin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli ** saylı qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddiada məhz inzibati orqanla iddiaçılar arasında hər hansı mülki hüquqi münasibətlər əsasında dəymiş ziyanla bağlı deyil, icra qurumunun məhz inzibati orqan olaraq inzibati fəaliyyəti nəticəsində dəymiş ziyanla bağlıdır. “Icra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Inzibati orqanların Təsnifatının 2.1.1-ci bəndinə əsasən Ədliyyə Nazirliyinin Icra xidməti inzibati orqanlar siyahısına daxil edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında digər iddiaçılar və cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən digər iddiaçıların və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «Inzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Işin faktiki hallarından məlumdur ki, hazırkı mübahisə cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2022-ci il tarixli hökmünün icrasından irəli gələn mübahisədir. Iş materiallarında olan: - Bakı Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədləri ümumi icraatda ******/** nömrəli ilə birləşdirilmişdir. - Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarına izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmuru Rafail Səfərovun ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *-*(***)-*/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, tələbkar X23 vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli *- *(***)-*/**** nömrəli icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarına izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmuru Rafail Səfərovun ərizəsinin təmin edilməməsinə dair Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən verilmiş Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında ##.##.2024-cü il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə hərrac vasitəsi ilə satılmış əmlaklardan əldə edilmiş və şöbənin depozit hesabına köçürülmüş 1.747.316 (bir milyon yeddi yüz qırx yeddi min üç yüz on altı) manat pul vəsaiti zərərçəkmiş şəxslərə aşağıdakı mütənasib qaydada onlara məxsus bank hesablarına köçürülməsi; X15 (90.000 manat x 0.072674= 6.540.66 (altı min beş yüz qırx manat altmış altı qəpik) manat iddiaçı6 (3.518.047,5 manat x 0.072674= 255.670.58 (iki yüz əlli beş min altı yüz yetmiş manat əlli səkkiz qəpik) manat iddiaçı3 (35.000 manat x 0.072674= 2.543.59 (iki min beş yüz qırx üç manat əlli doqquz qəpik) manat iddiaçı1 (600.000 manat x 0.072674= 43.604.4 (qırx üç min altı yüz dörd manat qırx qəpik) manat, X8 (1.001.290 manat x 0.072674= 72.767,74 (yetmiş iki min yeddi yüz altmiş yeddi manat yetmiş dörd qəpik) manat, X5 (300.000 dollar (300.000x1.7)+800 manat dövlət rüsumu=510.800 manat (1 manat 70 qəpik məzənnə ilə) x 0.072674= 37.121.87 (otuz yeddi min yüz iyirmi bir manat səksən yeddi qəpik) manat, X2 (80.330 manat x 0.072674= 5.837.9 (beş min səkkiz yüz otuz yeddi manat doxsan qəpik) manat, iddiaçı2 (401.845,15 manat x 0.072674= 29.203.69 (iyirmi doqquz min iki yüz üç manat altmış doqquz qəpik) manat, iddiaçı8 ( 2.000.000 dollar (2000.000x1.7=3.400.000 manat (1 manat 70 qəpik məzənnə ilə)+2.460 manat dövlət rüsumu= 3.402.460 manat x 0.072674= 247.270.37 (iki yüz qırx yeddi min iki yüz yetmiş manat otuz yeddi qəpik) manat iddiaçı7 (2.000.000 dollar (2000.000x1.7=3.400.000 manat (1 manat 70 qəpik məzənnə ilə) )+2.460 manat dövlət rüsumu= 3.402.460 manat x 0.072674= 247.270.37 (iki yüz qırx yeddi min iki yüz yetmiş manat otuz yeddi qəpik) manat, iddiaçı5 (50.000 dollar (50.000x1.7=85.000 manat (1 manat 70 qəpik məzənnə ilə)+2.351 manat dövlət rüsumu=87.351 manat x 0.072674= 6.348.14 (altı min üç yüz qırx səkkiz manat on dörd qəpik) manat, X16 (100.000 manat x 0.072674= 7.267.4 (yeddi min iki yüz altmış yeddi manat qırx qəpik) manat X17 (80.330 manat x 0.072674= 5.837.9 (beş min səkkiz yüz otuz yeddi manat doxsan qəpik)manat iddiaçı4 (500.000 dollar (500.000x1.7 =850.000 manat (1 manat 70 qəpik məzənnə ilə)+1.140 manat dövlət rüsumu=851.140 manat x 0.072674=61.855,74 (altmış bir min səkkiz yüz əlli beş manat yetmiş dörd qəpik) manat X3 (135.000 dollar (135.000x1.7=229.500 manat + 519.5 manat dövlət rüsumu=230.019,5x0,072674=16.716,43 (on altı min yeddi yüz on altı manat qırx üç qəpik) manat. X12 (100.000 dollar (100.000x1.7=170.000 manat + 460 manat dövlət rüsumu=170.460 xO,072674=12.388 (on iki min üç yüz səksən səkkiz ) manat X10 (100.000 dollar (100.000x1.7=170.000 manat+460 manat dövlət rüsumu=170.460x 0,072674=13.129,94 (on üç min yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat, X11 (250.000 dollar (250.000x1.7=425.000 manat x0,072674=30.886,45 (otuz min səkkiz yüz səksən altı manat qırx beş qəpik) manat, X28 (8.026.889,28 manat x 0,072674=583.346,15 (beş yüz səksən üç min üç yüz qırx altı manat on beş qəpik) manat, X22 (500.790 manat x 0,072674 = 36.394,41 manat (otuz altı min üç yüz doxsan dörd manat qırx bir qəpik). X29 (297.906 manat x 0,072674 = 21.650 manat (iyirmi bir min altı yüz əlli manat) X20 (50.240 manat x 0,072674 = 3.651,14 manat (üç min altı yüz əlli bir manat on dörd qəpik) qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarından görünür ki, kasassiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qərarı ləğv edilərək material yeni apellyasiya baxışına təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarından görünür ki, iddiaçı8 vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayəti və iddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsi, iddiaçı8 tərəfindən icra məmurunun Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə verilmiş ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı və Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarı ləğv edilməsi, qərarın icrası ilə bağlı vəzifələrin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinə həvalə edilməsi, qərar elan olunduğu andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. - Cavabdeh ******/****-**-* nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" firmasından, X28 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə ümumilikdə 2.180.987 manat tutulmalıdır.Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, 01,05.2023-cü il tarixli icra sənədinə əsasən X54 məxsus əmlaklar müsadirə edilməli, müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində zərər çəkmiş şəxlərə vurulmuş ziyan ödənilməli, bündan sonra əmlakın qalän hissəsi dövlət nəfinə alınmalıdır.Icra məmurunun ##.##.2024-cü il tarixli qərarına əsasən Bakı Hərbi Məhkəməsinin 1- 1(093)- */**** saylı, 01,05.2023-cü il tarixli icra sənədi üzrə hərrac vasitəsi ilə satılmış əmlaklardan əldə edilmiş pul vəsaiti mütənasib qaydada zərərçəkmiş şəxslərə bölüşdürülmüş və borclu X28 ödənilməli olan 560.302,38 manat pul vəsaiti ##.##.2025-ci il tarixdə "xxxx" ASC-nin bank hesablarına köçürülmüşdür. Icraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir (qərar elan olunduğu andan qanuni qüvəyyə minmişdir). Məlumat üçün bildirilir ki, tərəfinizdən ##.##.2025-ci il tarixdə şöbəyə ünvanlanan məktubda köçürülmüş məbləğin qanunvericiliyin tələbinə uyğun olmadığını təsdiq edən hər .hansı akt və ya qərar olduğu halda həmin məbləğin Nərimanov rayon icra şöbəsinin depozit hesabına geri qatarılmasına bank olaraq təminat verildiyi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə "xxxx” ASCnin bank hesabına köçürülmüş 560302,38 manat vəsaitin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına qaytarılması xahiş olunmuşdur. - Cavabdeh ##.##.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən məktubda aidiyyəti olmayan məsələlərə toxunulmuş, bu da məhkəmə qərarının icrasız qalması ilə nəticələnmişdir. Bir daha xatırladılır ki, sözügedən vəsait ##.##.2025-ci il tarixli zəmanət məktubuna əsasən “xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Hazırda həmin vəsaitin qaytarılmaması yuxarıda qeyd olunan hökm üzrə zərərçəkmişlərin hüquqlarını pozmaqla haqlı şikayətlərinə səbəb olur. Icra haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bildirilir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528ci maddəsinə əsasən icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə YelloBank ASCnin bank hesabına köçürülmüş vəsaitin qısa müddət ərzində şöbənin depozit hesabına qaytarılması tələb olunmuşdur. - Cavabdeh ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Şöbənin icraatında olan Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərar əsasında 13129,94 manat ödənilmişdir. Icraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bildirilir ki, "Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublkasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə hesabına köçürülmüş 13129,94 manat vəsaitin qısa müddət ərzində Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına qaytarılması xahiş olunur. Əks təqdirdə barəsində qanunvericilikdə nəzərə tutulmuş məsuliyyət tədbirləri görüləcəkdir. - Cavabdeh ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Şöbənin icraatında olan Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərar əsasında 30.886,45 manat ödənilmişdir. Icraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bildirilir ki, “Icra haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə hesabınıza köçürülmüş 30.886,45 manat vəsaitin qısa müddət ərzində Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına qaytarılması xahişolunur. Əks təqdirdə barəsində qanunvericilikdə nəzərə tutulmuş məsuliyyət tədbirləri görüləcəkdir. - Cavabdeh ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, şöbənin icraatında olan Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərar əsasında 3651,14 manat ödənilmişdir. Icraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bildirilir ki, “Icra haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərariarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin, icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə hesabına köçürülmüş 3651,14 manat vəsaitin qısa müddət ərzində Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına qaytarılması tələb olunur. Əks təqdirdə barəsində qanunvericilikdə nəzərə tutulmuş məsuliyyət tədbirləri görüləcəkdir. - Cavabdeh ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunu tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərar əsasında 12388 manat ödənilmişdir.Icraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bildirilir ki, “Icra haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsj inzibati məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə hesabına köçürülmüş 12388 manat vəsaitin qısa müddət ərzində Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına qaytarılması xahiş olunur. Əks təqdirdə barəsində qanunvericilikdə nəzərə tutulmuş -məsuliyyət tədbirləri görüləcəkdir. - Cavabdeh ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərar əsasında 16716,43 manat ödənilmişdir. Icraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bildirilir ki, "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər uçün məcburidir.Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq ##.##.2025-ci il tarixdə hesabınıza köçürülmüş 16716,43 manat vəsaitin qısa müddət ərzində Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin depozit hesabına qaytarılması xahiş olunur. Əks təqdirdə barəsində qanunvericilikdə nəzərə tutulmuş məsuliyyət tədbirləri görüləcəkdir. - Cavabdehin iddiaçılara ünvanladığı ##.##.2026-cı il tarixli **/****-**-* nömrəli məktubundan görünür ki, şöbənin icraatında olan Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, müsadirə olunmuş əmlakların realizə edilməsi istiqamətində görülmüş tədbir nəticəsində əldə olunmuş vəsait icra məmurunun ##.##.2024-cü il tarixli “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” qərarı əsasında hökm üzrə zərərçəkmişlər və mülki iddiaçılar arasında bölüşdürülmüşdür. Sonradan icra məmurunun qərarı mübahisələndirilmiş və Bakı Apellyasıya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bundan sonra ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı icra məmuru tərəfindən mülki iddiaçılara müraciət olunmuş, lakin hazıradək vəsaitin geri qaytarılması təmin olunmamışdır. Eyni zamanda bildirilir ki, “xxxx” ASC vəsaitin geri qaytarılması ilə bağlı icra məmurunun hərəkətlərindən Bakı Inzibati Məhkəməsinə şikayət verilmiş, bununla bağlı məhkəməyə etiraz məktubu göndərilmişdir. Mülki iddiaçılara ödənilmiş vəsaitin geri qaytarılması istiqamətində tədbirlər davam etdilirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Odur ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. Icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, məhkəmə hökmü ilə bağlı icra sənədinin icra olunması ilə əlaqədar icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia IPM-in müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün olmayan iddia olduğundan, iddia tələbinin mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Ceyhun Məmmədov Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1198/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1198/2026
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver