Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1213/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Dövlət Gömrük Komitəsi tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqəsinə əsasən İddiaçı ##.##.2017-ci il tarixdə ehtiyata buraxılmışdır, təqvim üzrə xidmət illəri 21 il 05 ay 27 gün təşkil edir.
2. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2017-ci il tarixli Qərarına əsasən İddiaçı ##.##.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi ##.##.2018-ci il tarixdən dayandırılmışdır.
4. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli Qərara əsasən İddiaçı 1937,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir.
5. İddiaçı İddiaçı ## ######## 2025-ci il tarixdə hazırkı tələblə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də imtina cavabı almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, # #### 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğunuz üçün pensiya ödənişi # #### 2018-ci il tarixindən dayandırılmışdır. Qanunun 37.3.4-cü maddəsinin # #### 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “qeyd" hissəsində 2017-ci ilin ####un #-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, pensiya təyinat tarixiniz # #### 2017-ci-il tarixinədək olduğu üçün əmək pensiyası 2024-cü ilin iyun ayında 1439,65 manat olmaqla tam məbləğdə bərpa olunub. Həmçinin keçmiş üç il müddət üzrə ödənilməli olan 43685,83 manat pul vəsaiti hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 43685,83 manat pul vəsaitinin 1151,79 manatı 2024-cü ilin iyul ayında sizə ödənilib, qalan 42534,04 manatı isə Mərkəzi Filiala müraciətinizi nəzərə alaraq ##.##.2024- ##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülüb. Eyni zamanda bildiririk ki, Qanunun 9.6.1ci maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, sonuncu xidmət keçdiyiniz orqan tərəfinden sizə dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən 41 il 6 ay 2 gün xidmət müddətine görə əmək pensiyanız yenidən hesablanaraq 3274,44 manata artırılıb. Həmçinin ## ###### 2024cü il tarixindən hesablanaraq sizə ödənilməli olan 2189,90 manat fərq məbləği müəyyən edilib. Həmin 2189,90 manat fərq məbləğinin 218,99 manat hissəsi 2024-cü ilin oktyabr ayında sizə ödənilib, qalan 1970,91 manat hissəsi isə Mərkəzi Filiala müraciətiniz nəzərə alınaraq 2024-cü ilin noyabr ayında əmək pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülüb. Xahiş olunur nəzərə alasınız.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 0# #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq (Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (##.##.2017-ci ilə qədər olan redaksiya), ##.##.2018-##.##.2021-ci il tarixləri arasındakı dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 0# #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq (Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (##.##.2017-ci ilə qədər olan redaksiya)), ödənilməyən 3 illik pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ######## 2025-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ediməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıyamın dayandırıldığı vaxtdan yenidən hesablanıb verilən dövrə qədərki müddət ərzində veriləcək pensiyanın verilməyən hissəsinin yenidən hesablanıb verilməsini xahiş etmiş və müraciətə imtina cavabı almışdır. Cavabdehin imtina xarakteli cavab məktubunda göstərildiyi kimi iddiaçıya “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin 0# #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, # #### 2017-ci tarixdən Məkəzi Filial tərəfindən gömrük işçisi (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yəni mənə pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin 0# #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, təyin edilmişdir. X1 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin ####un #-dək Qanunun 20-çi maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1,13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddüalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifədə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. İddiaçıya haqsız olaraq cavabdeh yalnız son üç ilin qulluq stajına görə əlavələri ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarı hazırkı işin hallarına tətbiq edilə bilməz. Belə ki, iddiaçı pensiya hüququ # #### 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz. İddiaçıya ilkin pensiya məhz # #### 2017-ci il tarixinədək (yeni məlumat vərəqində ##.##.2017-ci il) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması və pensiyanın dayandırıldığı vaxtdan yenidən hesablanıb verildiyi vaxta kimi olan müddət üçün ödənilməsi ilə bağlıdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 -ci maddəsinin qeyd edilən şəkildə tətbiqi mənim vəziyyətinə uyğun deyil. Cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, İddiaçı Qanunun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, # #### 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yenidən xidmətə cəlb olunduğu üçün pensiya onun ödənişi # #### 2018- ci il tarixindən dayandırılmışdır. Qanunun 37.3.4-cü maddəsinin # #### 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin ####un #-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, İddiaçı pensiya təyinat tarixi # #### 2017-ci il tarixinədək olduğu üçün əmək pensiyası 2024-cü ilin iyun ayında 1439,65 manat olmaqla tam məbləğdə bərpa olunmuşdur. Həmçinin iddiaçıya keçmiş üç il müddət üzrə ödənilməli olan 43685,83 manat pul vəsaiti hesablanmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 43685,83 manat pul vəsaitinin 1151,79 manatı 2024-cü ilin iyul ayında ona ödənilmiş, qalan 42534,04 manatı isə iddiaçının Mərkəzi Filiala müraciətini nəzərə alaraq ##.##.2024- ##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək iddaçının müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildiririk ki, Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən 41 il 6 ay 2 gün xidmət müddətinə görə əmək pensiyası yenidən hesablanaraq 3274,44 manata artırılmışdır. Həmçinin ## ###### 2024-cü il tarixindən hesablanaraq ona ödənilməli olan 2189,90 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 2189,90 manat fərq məbləğinin 218,99 manat hissəsi 2024-cü ilin oktyabr ayında iddiaçıya ödənilmiş, qalan 1970,91 manat hissəsi isə onun Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2024-cü ilin noyabr ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. xərcliyinə görə yenidən hesablanır. Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, İddiaçı
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı təyin edilmiş əmək pensiyasının ##.##.2017-ci il tarixdən etibarən ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Belə olan təqdirdə, iddiaçının tələbi mübahisəli dövrdə ona qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlı olduğundan həmin normanın tətbiqi yolverilməzdir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi. Birinci instansiya məhkəməsinin yuxarıda istinad etdiyi hallara münasibətdə qeyd edirik ki, iddiaçının müraciəti əsasında onun əmək pensiyasının bərpa edilərək ödənilməsinə başlanılmış və bununla da iddiaçının 2024-cü il tarixli müraciətinə əsasən inzibati orqan tərəfindən ona pensiya ödənişinin verilməyə başlanılması məlum olur. Nəzərinizə çatdırırıq ki, qanunvericilikdə aydın və ətraflı şəkildə əmək pensiyası məbləğinin müraciət edildiyi tarixdən əvvəlki ən çoxu 3 il üzrə ödənilməli olduğu göstərilmişdir. Hazırki iş üzrə də iddiaçının Mərkəzi Filiala müraciətinin 2024-cü il tarixində olması və həmin tarixdən əvvəlki 3 il üzrə ödəmələrin müəyyən olunması mübahisəsiz haldır. Həmçinin qanunun müvafiq maddəsində həmin normanın tətbiqi üzrə hərhansı bir məhdudiyyət yəni bu normanın sadəcə əmək pensiyasının təyin edilməsinə şamil edilməsi və ya əmək pensiyasının bərpa edilməsinə şamil edilməməsi nəzərdə tutulmamış və yalnız əmək pensiyasının ödənilməsinə şamil edilməsi aydın şəkildə göstərilmişdir. Əlavə olaraq bildirik ki, əmək pensiyasının bərpa edilməsi nəticəsində iddiaçıya ödəmələr həyata keçirildiyi üçün bu artıq əmək pensiyasının ödənilməsi hesab olunur və qanunun müvafiq maddəsi İddiaçı münasibətdə birmənalı şəkildə tətbiq edilməlidir. Eyni zamanda bildiririk ki, Qanunun 9.6.1ci maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən 41 il 6 ay 2 gün xidmət müddətinə görə əmək pensiyası yenidən hesablanaraq 3274,44 manata artırılmışdır. Həmçinin ## ###### 2024-cü il tarixindən hesablanaraq ona ödənilməli olan 2189,90 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 2189,90 manat fərq məbləğinin 218,99 manat hissəsi 2024-cü ilin oktyabr ayında iddiaçıya ödənilmiş, qalan 1970,91 manat hissəsi isə onun Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2024-cü ilin noyabr ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və iddiaçı İddiaçı "əmək pensiyasının keçmiş dövr üzrə ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının pensiya hüququ # #### 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz. Mənə ilkin pensiya məhz # #### 2017-ci il tarixinədək (yeni məlumat vərəqində ##.##.2017ci il) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması və pensiyanın dayandırıldığı vaxtdan yenidən hesablanıb verildiyi vaxta kimi olan müddət üçün ödənilməsi ilə bağlıdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin qeyd edilən şəkildə tətbiqi onun vəziyyətinə uyğun deyil. Cavabdehin imtinası onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə də haqlı olaraq qərarında bu hissəyə aydınlıq gətirərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosialtəminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Belə olan təqdirdə, indiki halda iddiaçının tələbi mübahisəli dövrdə ona qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlı olduğundan həmin normanın tətbiqi yolverilməzdir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi. Hesab edirəm ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı qərardır.
Tərəflərin izahatları
14. Cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci intsansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə2 qız ıapelyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqihərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətlihəqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanununqüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.4. (##.##.2017-ci ildən qüvvədə olan redaksiya) Bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20- ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd (##.##.2017-ci il tarixdə əlavə olunub): 2017-ci il ####un #-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 37.3.5. (##.##.2017-ci ilədək qüvvədə olmuşdur) Bu qanunun 20.1.11-20.1.13cümaddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. 37.7. (##.##.2017-ci ildən qüvvədə olan redaksiya) Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki tələbi “öhdəliyin icrası haqqında” iddia növünə uyğun gəlir. “Öhdəliyin icrası haqqında” iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Hazırki işdə də iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Ona görə də iddia mümkün iddiadır.
21. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “təyin edilmiş əmək pensiyasının ##.##.2017-ci il tarixdən etibarən ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. İşin faktiki hallarından görünür ki, iddiaçıya ##.##.2017-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi ##.##.2018-ci il tarixindən dayandırılmışdır. İddiaçı 2024- cü ildə cavabdehə ərizə ilə müraciət edərək təyin edilmiş pensiyasının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixində iddiaçının pensiya ödənişi bərpa edilmiş, lakin “Əməkpensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilərək keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır.
24. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı ##.##.2017-ci il tarixədək hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olduğundan və pensiya təyinatından sonra eyni vəzifədə işləməyə davam etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin Qeyd hissəsinin tələbinə uyğun olaraq ona qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənilməsi davam etdirilməli idi.
25. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.3.4cü maddəsinin ##.##.2017-ci ildən qüvvədə olan redaksiya sında qeyd olunmuşdur ki, Bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20- ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
26. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Bu mənada, indiki halda iddiaçının tələbi mübahisəli dövrdə ona qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlı olduğundan həmin normanın tətbiqi yolverilməzdir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5- ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi.
27. Birinci instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Ona görə də cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev