Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1216/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar Esmira Məmmədəli qızının, İbrahimov Fazil Məmmədəli oğlunun cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “tikintinin tanınması və genişləndirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İbrahimov Fazil Məmmədəli oğlunun, Üçüncü şəxs Üçüncü şəxs iştirakı ilə, İddiaçı Esmira Məmmədəli qızının, İbrahimov Fazil Məmmədəli oğlunun cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “tikintinin tanınması və genişləndirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:
1. İddiaçı Esmira Məmmədəli qızı, İbrahimov Fazil Məmmədəli oğlu cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “110 kv.m ölçüdə tikintinin iddiaçılar tərəfindən tikilməsinin tanınması və genişləndirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi yaxın qohumlarının xüsusi mülkiyyətində olmuş, sonradan dövlət hesabına keçmiş, bundan sonra isə qohumluq əlaqəsi olmayan 4 ailə üzvi arasında bölünmüş, 12 kv.m sahə olan bir otaq iddiaçılara verilmiş, ana rəhmətə getdikdən sonra 1998-ci il tarixdə Esmira Məmmədəli qızı ilə 12 kv.m sahəsi olan 1 otaqlı mənzilə dair istifadəçi qismində müqavilə bağlanılmışdır. Əvvəlki məhkəmə araşdırması ilə təsdiq edilir ki, evin texniki pasportu və digər sənədlərə əsasən mülk 450 kv.m-lik torpaq sahəsi və 247,8 kv.m-lik yaşayış sahəsindən ibarət olmuşdur. 1993-cü il tarixdə yaşayış sahəsi kiçik olduğu üçün həyətdə sənədsiz olaraq ümumi sahəsi 100 kv.m olan üçn otaqlı mənzil və 10 kv.m-lik sanitar qovşaq tikilmiş, 2018-ci ci il tarixdə söküntüyə məruz qalmışdıriddiaçı2 və Solmaz Tağıyev əmlak tam məhv olanadək çıxarış əldə edə bilmədiklərindən o və qardaşı F.İbrahimov istifadəçi qismində 110 kv.m sahə ilə birlikdə alqı-satqı müqaviləsi bağlayaraq köçmüş, digər bacı Üçüncü şəxs evlər söküldükdən sonra Esmira Məmmədəli qızı və özünün adına 2019-cu iul tarixdə çıxarış almışdır. 1974- cü il və 2018-ci il tarixli sxemlərdən görünür ki, 1974-cü il tarixli sxemdə onlar tərəfindən inşa edilmiş ev yoxdur, 2018-ci il tarixli sxemdə isə var. Mülk 1931-ci il tarixli ilkin qeydiyyata keçən sahəyə aid deyildir. Müqaviləyə əsasən 12 kv.m ödənilmişdir. Alqı-satqı müqaviləsindən görünür ki 122 kv.m sahənin kompensasiyası alınmışdır. Halbuki Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamına və forma 2 arayışına görə 12 kv.m olmalı idi. Ev göründüyü kimi onların hesabına genişləndirilmişdir. Odur ki, 110 kv.m sahənin iddiaçılar tərəfindən inşa edilməsi və genişləndiirlməsi tanınmalıdır.
3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmışdır.
Tərəflərin izahatları
6. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı İbrahimov Fazil Məmmədəli oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və qərardadın ləğv olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanlmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar . 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. 4.1. İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
13. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
15. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir.
16. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.
17. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
18. İş materiallarından görünür ki, ## ####### 1998-ci il tarixli kirayə müqaviləsindən görünür ki, hazırda mübahisəli ünvan 2 ünvanda yerləşən 12 kv.m olan mənzilin kirayə müqaviləsi mərhum Kübraxanım Mirbaba qızının övladı Esmira Məmmədəli ilə bağlanılır. Ailə tərkibində digər iddiaçı Fazil İbrahimov da qeyd edilmişdir.
19. Forma-2 arayışından görünür ki, iddiaçılar adıçəkilən 12 kv.m kimi göstərilən ünvanda yaşamışdır.
20. Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Üçüncü şəxs və Esmira Məmmədəli qızının xüsusi mülkiyyətində olmuşdur.
21. Yasamal Rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli qətnaməsindən görünür ki, mübahisəli fərdi yaşayış evinin dövlət balansına keçirilməsi barədə akt hesab edilmişdir.
22. ## ###### 2018-ci il tarixli Yasamal Rayon İcra Hakimiyyəti və iddiaçı Esmira Məmmmədəli qızı arasında bağlanılmış müqaqvilədən görünür ki, mübahisəli yaşayış sahəsinin dövlət hesabına alınması ilə əlaqədar kompensasiya məbləği ödənilməklə cavabdeh tərəfindən yaşayış sahəsi alınmışdır. Kompensasiya məbləği 177250 manat kimi göstərilmişdir.
23. ## ###### 2018-ci il tarixli satın alınma təklifinin qəbul edilməsi barədə protokoldan görünür ki, kompensasiya məbləğinin ödənilməsi barədə razılıq F.İbrahimov tərəfindən imzalanmışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsindən görünür ki, Üçüncü şəxs cavabdeh Esmira Məmmədəli qızı pulun ödənilməsi barədə iddia qaldırmış və qətnaməyə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
25. Həmin qətnamədə məhkəmə kollegiyası qeyd etmişdir ki, “x.xx.2018-ci il tarixli müqavilədə evin xx.xx.2018-ci il tarixdə ** saylı MKİS tərəfindən verilmiş, qeydə alınma nömrəsi 700 olan Forma № * arayışına əsasən cavabdehə məxsus olduğu göstərilmiş, lakin müqavilədə əmlakın ölçüsü barədə hər hansı məlumat əks etdirilməmişdir. Arayışa əsasən əmlakın ümumi ölçüsü 12 kv.m. təşkil edir. İddiaçıya verilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışda isə onun ümumi sahəsi göstərilməmişdir. Lakin sahənin 12 kv.m. göstərilməsinə baxmayaraq, cavabdehə ümumilikdə 177.250 manat məbləğində kompensasiya ödənilmişdir. Hər bir halda, həmin məbləğdə kompensasiya 12 kv.m. ölçüdə sahə üçün ödənilməmişdir. Bu hal cavabdeh, onun qardaşı və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma ilə öz təsdiqini tapır. Belə ki, bu razılaşmada kompensasiya məbləğinin 112,74 kv.m sahə üçün ödənildiyi açıq və aydın şəkildə göstərilmişdir. Halbuki, cavabdeh sahənin 122 kv.m olduğunu iddia edir. Başqa sözlə, əmlakın cavabdehin iddia etdiyi 122 kv.m sahədə olduğu da müəyyən edilmir. Ümumiyyətlə 110 kv.m. ölçüdə sahənin tərəflərin qardaşı tərəfindən inşa edildiyini və kompensasiya müqabilində cavabdeh tərəfindən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə təhvil verilmiş əmlakın məhz onların paylı mülkiyyətində olan əmlak olmadığını təsdiq edən hər hansı sübut mövcud deyil. Cavabdeh qardaşının əmlaka olan payından onun xeyrinə imtina etdiyini bildirir. Bu əmlak ümumi sahəsinin həqiqətən də 12 kv.m ölçüdə olduğu, qalan hissənin isə cavabdehin qardaşı tərəfindən inşa edildiyi təqdirdə, cavabdeh məhz 12 kv.m. sahəyə görə kompensasiya almış olardı, qalan məbləğ onun qardaşına verilərdi. Hər bir halda, xx.xx.2020-ci il tarixli razılaşma üzrə cavabdeh də tərəf olmuşdur. Belə çıxır ki, cavabdehin qardaşı həqiqətən də əmlak sahibi olsa idi, xx.xx.2018-ci il tarixli müqavilə də bu qaydada, yəni 3 tərəfli bağlanardı.”
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır.
27. Bakı İnzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı və üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı ilkin və qarşılıqlı iddia üzrə olmaqla kompensasiyanın ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iş üzrə cavabdehin etirazında qeyd edilmişdir ki, kompensasiya 112.74 kv.m sahə və digər 6,97 kv.m sahə nəzərə alınmaqla “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə əsasında 177250 manat məbləğində müəyyən edilmişdir. İddia tələbləri rədd edilmişdir. Həmin iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarla göstərilən mövqe qanuni və əsaslı hesab edilmişdir.
28. Ali Məhkəmənin ## ##### 2022-ci il tarixli qərarında iddiaçı tərəfindən torpaq sahəsinə hüququn qeydə alınmasına dair qaldırılmış iddia mümkün hesab edilməmiş, mümkünsüzlük əsaslarından biri kimi həmin əmlaka alqı-satqı müqaviləsinin bağlanılması çıxış etmişdir.
29. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadından görünür ki, qeyddə dəyişiklik edilməsi iddiaçılar tərəfindən xahiş edilmişdir. Məhkəmə qərardadında qeyd edilir ki, həmin əmlak mövcud deyildir, subyektiv hüquq müəyyən edilmir.
30. Hazırda iddiaçıların tələbi “yaşadıqları ünvan 3 ünvanında sənədsiz olaraq tikdikləri evin onlar tərəfindən tikilməsinin tanınması” barədədir. İddiaçıların hüquqi marağı hal-hazırda sökülmüş fərdi yaşayış sahəsinə dair kompensasiyanın son nəticədə məbləğinin artırılması və ya iddiaçılara ödənilmiş məbləğdə düzəliş edilməsinə yönəlmişdir.
31. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
32. Hazırda iddiaçının çatmaq istədiyi məqsədlə onun qaldırdığı iddia növü ilə nail olmaq mümkün deyil. Belə ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
33. Ona görə də birinci instansiya düzgün olaraq hesab etmişdir ki, hazırkı iddia göstərilən müddəaların tələbləri baxımından qeyri-müəyyən iddiadır, belə ki, tikilinin inşa edilməsinin və genişləndirilməsinin hansı qaydada tanınması, cavabdehin bu tanınma ilə bağlı hansı hərəkəti etməsi qeyri müəyyəndir.
34. Hazırda iddiaçılar hüquqi marağına müvafiq olaraq kompensasiyanın 110 kv.m tikili də nəzərə alınmaqla iddiaçılara üçüncü şəxsə hər hansı ödəniş edilmədən cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsi məzmununda iddia irəli sürə bilərdi, lakin işin faktiki hallarından görünür ki, iddiaçılar kompensasiyanın ödənilməsinə dair göstərilən imkanı itirmişdir. Belə ki, tərəflərin kompensasiya iddialarına məhkəmələr tərəfindən baxılmış, iddia iddiaçıların xeyrinə olmadan yekunlaşmışdır ki, məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verməyən, həmin işlər üzrə qiymətləndirilməli olan kompensasiyanın ödənilməsinə yönələn yeni növ iddiaların verilməsi onun mahiyyəti üzrə qiymətləndirilməsini istisna edir.
35. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
36. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov