Məhkəmə qərarları › İş №2-1(3-6)-1237/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1237/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1237/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 59 yaşı tamam olan gündən ## ##### 2025-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ##.##.1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır.

2. xxxx” Qapalı Səhmdar Cəmiyyətinin A/*** nömrəli ## ##### 2025-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən, ##.##.2001-ci il tarixindən xxxxnin Tunel qurğuları xidmətinə 4-cü dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul edilmiş (Əmr №***/QK, ##.##.2001-ci il), 01,06.2016-cı il tarixindən Hərəkət xidmətinə avtomatik buraxılış məntəqəsi nəzarətçisi (yeraltı, 12% zərərli əmək şəraiti) peşəsinə keçirilmişdir (ƏmrNoŞ-3773. ##.##.2016-cı il). Hal-hazırda həmin peşədə çalışır. Dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları stansiyalarda, istismarda olan tunellərdə və metropoliten obyektlərində deratizasiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin irifeksiya mənbəyi sayılan, həmçinin böyük iqtisad; zərər yetirən gəmiricilərlə mübarizədə həyata keçirilən tədbirlər kompleksi), dezinseksiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin Keçiriciləri oian həşaratların və gənələrin, həmçinin sanitar- gigiyenik əhəmiyyətə malik olan və insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitar) xəstəlikərir. törədicilərinin (patogen bakteriyalar, viruslar, rikketsıyalar, ibtidailər, göbələklər və s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilmə prosesi) işlərinin təşkil olunması, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və preparatlarının hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanan preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir, haloidtərkibli, oksigentərkibli, quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli vasitələrdən ibarətdir. Dezinfektorun işində dust, emulsiya konsentrantları, lak, boya, aerozol dixlofos, qeyri-üzvi birləşmələr, kerosin, skipidar, lizol, benzin və s. 1-ci sinif təhlükəli zərərli kimyəvi maddələrdən istifadə edilir. Gecə saatlarına görə (30 saatıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) dezinfektoun əmək haqqına 40% (qırx), peşənin təhlükəlilik dərəcəsi nəzərə alınaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi xəritəsində göstərilən amillərə əsasən xüsusi zərərli əmək şəraitinə görə 24% (iyirmi dörd) əlavə Ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı dezinfektor peşəsi üzrə əmək stajı 14 il 07 ay 01 gün (on dörd il yeddi ay bir gün) təşkil edir. Dezinfektor peşəsi iş şəraiti və funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinin 21.5.1 (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan tunel fəhlələri peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** saylı Sərəncamına əsasən xxxx və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı Nadiq qızına ünvanladığı ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) tunel fəhlələri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “xxxx” QSC-nin # ##### 2025-ci il tarixli A/*** nömrəli arayışında ##.##.2001-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində Tunel qurğuları xidmətində dezinfektor vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tunel fəhlələri vəzifəsinə aid deyil. Göstərilən səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Nadiq qızına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, ##.##.1983cü ildən ##.##.1984-cü ilə kimi Azərbaycan SSR Qazax rayonu İskra Üzümçülük sovxozuna fəhlə (işçi) kimi, ##.##.1984-cü ildən ##.##.1993-cü ilə kimi * nömrəli kordun yığılması (şnurun) sexinə 1-ci dərəcəli təmizlik işçisi (xidmətçi) kimi, ##.##.1994-cü ildən ##.##.2001-ci ilə kimi Ağstafa RMX-ın Cərrahiyə Şöbəsinə 1.0 oklad xidmətçi kimi, ##.##.2001-ci ildən xxxxnə dezenfektor (tuneldə yalnız gecə) vəzifəsinə qəbul edilmiş, ##.##.2016-cı ildə hərəkət xidmətinə 3-cü dərəcə ilə ABMN nəzarətçisi peşəsinə (yeraltı, zərər -12 faiz) keçirilmiş və hal-hazıradək işləyir.

5. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin **-**/*-****/**** nömrəli ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İddiaçı işlədiyi dezinfektor peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinin 21.5.1-ci yarımbəndində qeyd edilən tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələrə əmək münasibətlərində xüsusi şəraitdə tətbiq edilən güzəştlər (qısaldılmış iş vaxtı, işin xarakterinə görə əlavə məzuniyyət və əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar)) eyni ilə dezinfektor peşəsində işləyən əməkdaşlara da şamil edilir. Belə ki, iş saatlarının saat 23:30-da başlayıb, 05:30- da qurtarması, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə 6 təqvim günü məzuniyyətlərin verilməsi və əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə tarif (vəzifə) maaşına 24% artımların (əmsalların) müəyyən edilməsi hər iki peşədə (tunel fəhlələri və dezinfektorlar) işləyən işçilərə aid edilir.

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “iddiaçıya 59 yaşı tamam olan gündən ## ##### 2025-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 1966-cı ildə anadan olmuş, əmək fəaliyyətinə ## ###### 1983-cü il tarixində başlamışdır. ## ####### 2001-ci ilə kimi fasiləsiz müxtəlif idarələrdə əmək fəaliyyətini davam etdirmiş. ## ###### 2001-ci il tarixindən xxxxndə əmək fəaliyyətini IV dərəcə ilə dezinfektor vəzifəsinə, tunellərdə yalnız gecə peşəsinə işə qəbul edilmişdir. Bu vəzifədə ##.##.2016-cı il tarixinə kimi dezinfektor yalnız gecə vaxtı tunellərdə işləmişdir. Hal-hazırda xxxx QSCnin Hərəkət xidmətində III dərəcəli ABMN nəzarətçi işləyir. İddiaçının ümumi əmək stajı 25 ildən artıq xüsusi, zərərli işə görə isə 10 ildən artıq olmuşdur. Onun 59 yaşı ## ##### 2025-ci ildə tamam olandan sonra sənədlərini hazırlayıb ## ##### 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etdi. Cavabdehin ## ### 2025-ci il tarixli *-**-***-H-******/** saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq bildirir ki, onun işlədiyi dezinfektor vəzifəsi ilə tunel fəhləsi peşəsi eyni ilə tunellərdə və yeraltı qurğularda tuneldə yalnız gecə vaxtı işləyirlər. Müqayisə üçün: Tunel fəhləsi həftə ərzində 5 (beş) gün 30 saatlı iş həftəsi olmaqla 2 (iki) gün istirahət günü. İş vaxtı gecə saat 23:30-dan səhər saat 05:30-dək gecə növbəsində işlədiyinə görə 40% (qırx) xüsusilə zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əmək haqqına əlavə ödəniş hesablanaraq ödənilir. Əmək şəraitinə və Əmək funksiyasının xüsusiyyətlərinə görə əmək məzuniyyətinə əlavə olaraq 6 (altı) təqvim günü verilir, pul hesablanır. Dezinfektor vəzifəsində işləyənlər həftə ərzində 5 (beş) gün olmaqla 30 saatlı iş həftəsi 2 (iki) gün istirahət günü iş vaxtı gecə saat 23:30-dan səhər saat 05:30-dək gevə növbəsində işlədiyimə görə 40% (qırx) xüsusilə zərərli iş şəraitində işlədiyimə görə 24% * (iyirmi dörd) əmək haqqıma əlavə Ödənc hesablanaraq ödənilmişdir. Əmək və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə 6 (altı) təqdim günü verilərək, pul hesablanmışdır. Göründüyü kimi tunel fəhləsi və dezinfektor vəzifəsində işləyən işçilər yalnız gecə vaxtı, yalnız tunellərdə yer altı qurğularda işləyirlər. İş vaxtları hər ikisində saat 23:30-dan səhər 05:30- a kimi gecə növbəsində işlədiyinə görə 40% (qırx), xüsusilə zərərli işlərdə işlədiyinə görə 24% (iyirmi dörd) əmək haqqına əlavə Ödənc hesablanaraq ödənilmişdir. Əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqdim günü verilir pul hesablanaraq ödənilir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” QSC-nin ona dair # ##### 2025-ci il tarixli A/*** nömrəli arayışında ##.##.2001- ##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində Tunel qurğuları xidmətində dezinfektor vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tunel fəhlələri vəzifəsinə aid deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “xxxx” QSC-nin iddiaçıya dair # ##### 2025- ci il tarixli A/*** nömrəli arayışında onun ##.##.2001- ##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində Tunel qurğuları xidmətində dezinfektor vəzifəsində işlədiyi və bu vəzifənin Siyahıda göstərilən tunel fəhlələri vəzifəsinə bərabər tutula biləcəyi qeyd edilmişdir. Belə ki, müəssisə tərəfindən verilmiş güzəştli iş arayışlarında konkret vəzifələrə uyğunluq müəyyən edilməli olduğu halda, sözügedən arayışda ehtimali olaraq müvafiq uyğunlaşdırmanın aparıla biləcəyi qeyd edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 59 yaşı tamam olan gündən ## ##### 2025-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə dezinfektor vəzifəsinin vəzifə təlimatlarının tunel fəhlələri ilə eynilik təşkil etdiyini və hər iki vəzifəyə görə verilən vəzifə maaşına əlavə, əlavə məzuniyyətin eyni olmasını əsas gətirərək iddianı təmin etmişdir. Qeyd edirik ki, hər iki vəzifəyə dair əlavə məzuniyyət və vəzifə maaşına əlavələrin verilməsi həmin vəzifələrin güzəştli olması və ya eynilik təşkil etməsi qənaətini yaratmır. Digər tərəfdən tunel fəhlələri vəzifəsinin dezinfektor ilə eynilik təşkil etməsi əsasına münasibətdə qeyd edirik ki, sözügedən vəzifələrin eyni olması halında müəssisədə hazırki kimi bölgü, yəni hər iki vəzifə ayrı-ayrılıqda nəzərdə tutulmazdı. Eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda tunel fəhlələri nəzərdə tutulmuş, lakin dezinfektor nəzərdə tutulmamışdır. Belə ki, qanunvericiliyin güzəştli hesab etmədiyi və siyahıya daxil etmədiyi vəzifənin hər hansı digər oxşar vəzifəyə uyğunlaşdırılması mümkün hesab edilməməlidir. Əlavə olaraq adından da, göründüyü kimi tunel fəhləsi tunellərdə texniki işlər və fiziki işlər görür yəni əsasən tunellərin təmiri, relslərin texniki avadanlıqların təmiri və.s məşğul olur. Dezinfektor isə daha çox gigiyenə və sanitariya işləri ilə məşğul olur. Fəaliyyəti daha çox stansiyaların, texniki otaqların dezinfeksiya edilməsi ilə bağlıdır. Göründüyü kimi tunel fəhləsi daha çox fiziki güc tələb edən fəaliyyət olsa da, dezinfektor əsasən sanitar-gigiyenik fəaliyyət hesab edilir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan stansiya və tunellərdə və metropolitenin digər obyektlərində deratizasiya (yoluxucu (parazitlər) xəstəliklərin törədicilərin, infeksiya mənbəyi sayılan həmçinin böyük iqtisadi zərər yetirən gəmiricilərlə mübarizə həyata keçirilən tədbirlər kompleksi) dezinfeksiya (yoluxusu (parazitlər) xəstəliklərin törədicilərin, keçiriciləri, olan həşəratların və gənələrin həmçinin sanitar gigyenik əhəmiyyətə malik olan və insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitlər) xəstəliklər törədicilərin (potogen bakteriyalar, biruclar, rikketsiyalar, ibtidailər, göbələklər və sair) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi, yollarda məhv edilənə prosesi) işlərin təşkil olunması həmin işlərin həyata keçirilməsi müvafiq normalara uyğun olaraq dərman və tibb ləvazimatların və preparatların hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanma preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir. Haioid tərkibli oksigen tərkibli guanidinlər aəthi aktiv maddələr spirtli fenoiz tərkibli vasitələrdən ibarətdir. Dezinferun işində dust emulsiya konsentrantları, lak, boya, aerozol, dixlofos, qeyri-üzvi birləşmələr, kerasin skipidar, lizol benzin və sair 1-ci sinif təhlükəli kimyəvi maddələrdən istifadə edirdik. Tunel fəhləsi yalnız gecə işə başlayır. Gecə saat 23:30-dan səhər saat 05:30-a kimi. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi yalnız gecə vaxtı 23:30- dan 05:30-dək gecə növbəsində işlədiyinə görə 40% gecə pulu peşənin təhlükəli dərəcəsini nəzərə alaraq 24% əlavə ödənc hesablanaraq ödənilir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə 6 (altı) təqvim günü verilir və ödənc hesablanır. Dezinfektor peşəsi yalnız gecə 23:30-dan səhər 05:30-a dək gecə saatlarına görə 30 saatlıq iş 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı tuneldə və yeraltı qurğularda gecə pulu peşənin təhlükəlilik dərəcəsini nəzərə alaraq 24 (iyirmi dörd) faiz əmək haqqını əlavə Ödənc, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətinə görə əmək məzuniyyəti 6 (altı) təqvim günü verilir və Ödənc hesablanır. Göründüyü kimi tunel fəhləsi ilə iddiaçının işlədiyi dezinfektor vəzifəsində heç bir fərq yoxdur. Hər iki peşə sahibləri eyni saatda tuneldə və yeraltı qurğularda işə başlayır, eyni saatda işlərini başa vurur. Fərq: tunel fəhləsi ** saylı Qərarda olsa da, iddiaçının işlədiyi dezinfktor peşəsi yoxdur

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini, iddiaçı isə apellyasiya şikayətinin rədd edilməsini,birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 21.Belə ki, iddiaçı 59 yaşının tamam olduğu ## ##### 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. 22.Cavabdeh orqan isə iddiaçının ##.##.2001-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində tunel qurğuları xidmətində işlədiyi dezinfektor peşəsinin Azərbaycan Respublikası nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmadığını bildirərək, müraciəti təmin etməkdən imtina etmişdir.

23. İş materiallarından görünür ki, İddiaçı xxxxnin Tunel qurğuları xidmətinə 4-cü dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul edilmiş (Əmr №***/QK, ##.##.2001-ci il), 01,06.2016-cı il tarixindən Hərəkət xidmətinə avtomatik buraxılış məntəqəsi nəzarətçisi (yeraltı, 12% zərərli əmək şəraiti) peşəsinə keçirilmişdir (ƏmrNoŞ-3773. ##.##.2016-cı il). İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı dezinfektor peşəsi üzrə əmək stajı 14 il 07 ay 01 gün (on dörd il yeddi ay bir gün) təşkil edir.

24. Eyni zamanda işin apellyasiya baxışı zamanı “xxxx” QSC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "xxxx" QSC-nin əməkdaşı İddiaçı ##.##.2001-ci il tarixindən ##.##.2016-cı il tarixinədək çalışdığı dezinfektor peşəsi əmək şəraiti və funksional xüsusiyyətləri baxımından tunel fəhləsi peşəsi ilə eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21. Nəqliyyat” bölməsinin “21.5. Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr)” bəndində nəzərdə tutulmuş tunel fəhlələri üçün xarakterik olan xüsusi əmək şəraiti və istehsalat riskləri faktiki olaraq dezinfektor peşəsində çalışan işçilərə də aiddir. Hər iki peşə üzrə işlər əsasən gecə vaxtı, yeraltı qurğularda və xüsusi zərərli əmək şəraitində yerinə yetirilmişdir. İş vaxtının saat 23:30dan 05:30-dək müəyyən edilməsi, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə 6 təqvim günü məzuniyyət verilməsi, habelə tarif vəzifə maaşına 24 faiz əlavə ödənişin tətbiqi tunel fəhlələri ilə yanaşı dezinfektor peşəsində çalışan işçilərə də eyni qaydada şamil edilmişdir. Dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları metropolitenin stansiyalarında, istismarda olan tunellərində və digər yeraltı obyektlərində deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin aparılmasından, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və kimyəvi preparatların hazırlanmasından ibarətdir. İstifadə olunan preparatlar geniş antimikrob təsir spektrinə malik olmaqla haloidtərkibli, oksigentərkibli, quanidin, aldehidtərkibli, səthi-aktiv, spirt və fenoltərkibli vasitələrdən ibarətdir.

25. Göründüyü kimi dezinfektor peşəsi iş şəraiti və funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinin 21.5.1 (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan tunel fəhlələri peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir.

26. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5. Metropolitenlər. 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: iddiaçının işlədiyi peşəsinə uyğundur.

27. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. BuQanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

28. Beləliklə də, iddiaçıya 59 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 59 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar