Məhkəmə qərarları › İş №2-1(3-6)-1255/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1255/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1255/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “əlilliyin dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X12 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Şəxəliyev Hafiz Məcnun oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən ##.##.1967-ci il təvəllüdlü Şəxəliyev Hafiz Məcnun oğlu Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli *** nömrəli Qərarında göstərilmişdir ki, Cəlilabad RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən ##.##.2013-cü ildə aldığı və ##.##.2013-cü ildən ##.##.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma -diaqnoz: Avtoqəza, açıq kəllə beyin travması, təpə alın, sol qaşüstü nahiyyəsinin və sol saidin çapılmış yaralarının birincili cərrahi işlənməsindən sonrakı vəziyyət, hər iki göz qapaqlarının hematoması, kürək nahiyyəsinin dərialtı qançırı" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin ##.##.2018-ci il tarixli ** nömrəli göndərişi, ##.##.2018-ci il tarixli *** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.2013-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, N nömrəli hərbi hissənin komandirinin travmanın alınma şəraiti haqqında verdiyi ##.##.2013-cü il tarixli **** nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssi cərrahın rəyi ilə təsdiq edilir) "Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) yerinə yetirərkən alınmışdır" və ##.##.2017-ci ildə SQ BKHın cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik diaqnoz: "Qalxanvari vəzin papilyar karsenomasına görə aparılmış total tireoidektomiya (##.##.2017) cərrahi əməliyyatından sonrakı hal. Keçirilmiş açıq kəllə beyin travmasının (2013) vegetativ damar davamsızlığı və cüzi astenizasiya ilə müşayət olunan nəticəsi postravmatik boyun-döş radikuliti, remissiya mərhələsində. Xroniki polisinusit qeyri-stabil remissiya mərhələsində. Burun tənəffüsünün mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sağ pəncənin və sol əlin İ daraqfalanqa oynaqlarının birinci mərhələ osteoartrozu. Sağ gözün sadə hipermetropiyası: refraksiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla" (SQ BKH-dan verilmiş 03.04. 2017-ci il tarixli 774 X7 şəhadətnamə ilə təsdiq edilir) "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır".

3. ##.##.2017-ci il tarixli 774 X7 Şəhadətnaməyə əsasən İddiaçı ##.##.1985-ci ildən Silahlı Qüvvələrdədir. ##.##.2017-ci ildən SQ Baş Klinik Hospitalında stasionar müalicədədir. Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılığı haqqında “Xəstəlik cədvəlinin” 8a, 23ç, 26ç maddəsinin III qrafasına və ƏTC-yə əsasən, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar 1(bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

5. ##.##.2024-cü il tarixli U********JTC nömrəli Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilən Forma 88-dən görünür ki, TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti: -dəri və dərialtı toxumalar:dəri və görünən selikli qişalar adi rəngdədir. Dərialtı piy toxuması normal inkişaf edib. -limfa vəziləri: əllənmir. -sümük əzələ sistemi: dəyişiksizdir. -tənəffüs sistemi: vezikulyar tənəffüs eşidilir. -ürək, qandamar sistemi: ürək tonları karlaşıb. AT 140/80 mm.c.st.PS-75 vurğu. -həzm sistemi: dili nəmli, ərpsiz. Qarnı yumşaq, ağrısızdır. Stul və diurez sərbəstdir. TSEK-ə göndəriş zamanı diaqnoz: -Əsas diaqnoz: C73-Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX. Qalxanabənzər vəzin papilyar karsinoması cərrahi ə. və radioaktiv yod müalicədən s.v. hipotireoz pT1bN0M0 -Yanaşı xəstəliklər: E89.0-Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm

6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin ekspertlərinə (Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin nümayəndəsi (eksperti) ekspert tədqiqatında və ekspert rəyinin tərtibində ekspert qismində iştirak etmədən) həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2025-ci il tarixli **** nömrəli məktubu ilə təqdim edilən T-***/**** nömrəli Ekspert Rəyinə əsasən 1967-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün "Bakı Baş Səhiyyə Mərkəzi" tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, U********YTC nömrəli Forma 88 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş "Əsas diaqnoz: C73qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, pT1bN0M0 mərhələ İ GX, qalxanabənzər vəzin papilyar karsinoması, cərrahi əməliyyat və radioaktiv yod müalicədən sonrakı vəziyyət, hipotireoz pT1bN0M0. Yanaşı xəstəliklər: E89.0-tibbi proseduralardan sonra əmələ gələn hipotirodizm, tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm, E55.9-D vitaminin dəqiqləşdirilməmiş çatmamazlığı" diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. 3. Qərardadın müvafiq yarım bəndlərindəki sualların həlli meyarlar ilə bağlı olduğundan onlar məhkəmətibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020- ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə 3-cü dərəcə əlillik dərəcəsi” qərarı dəyişdirilərək, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə 2 il müddətinə 2-ci dərəcə əlillik dərəcəsi (61-80%)” təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1967-ci il tarixdə Cəlilabad rayonu Kazımabad kəndində anadan olmuşdur. 1985-ci ildən 2017-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Sonuncu N saylı hərbi hissələrdə R (zabit) rütbəsində xidmət etmişdir. Müdafiə Nazirliyi tərəfindən xeyli sayda medal və "Fəxri Fərman" ilə təltif olunmuşdur. "Xidməti Xasiyyətnaməsi" müsbət qiymətləndirilmişdir. Xidmətinin çox hissəsi düşmənlə ön cəbhədə olmaqla müxtəlif hərbi hissələrdə keçmişdir. Döyüş tapşırığını yerinə yetirib geri qayıdan zaman döyüş bölgəsində hərbi avtomobil qəzaya uğramışdır. Həmin zaman 8 nəfərlik qrupun 1 üzvi (zabit) şəhadətə ucalmış, digər 7 nəfərin hər biri isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri almışdır. Həmçinin o da həmin qəzada ağır bədən xəsarətləri alaraq Silahlı Qüvvələrin *** saylı hərbi hospitalına yerləşdirilmişdir. 40 günə yaxın müddət ərzində həmin hospitalda stasionar müalicələrə cəlb olunmuş, lakin sağlamlığı bərpa olunmamışdır. Bu səbəbdən müalicənin davam etdirilməsi məqsədilə dəfələrlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicələrə cəlb olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2018-ci il tarixli Qərarı: Travma-Diaqnoz: "Avtoqəza, açıq kəllə beyin travması (XBT10 kodu T90 Nazirlər Kabinetinin *** nömrəli Qərarının 6.1-ci bəndi Başın travmalarının nəticələri), təpə alın, sol qaşüstü nahiyyəsinin və sol saidin çapılmış yaralarının birincili cərrahi işləməsindən sonrakı vəziyyət, hər iki göz qapaqlarının hematoması, kürək nahiyyəsinin dərialtı qançırı" Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri Yerinə Yetirərkən Alınmışdır”. Xəstəlik-Diaqnoz: "Qalxanabənzər vəzin papilyar karsenomasına görə aparılmış total tireoidektomiya (##.##.2017) cərrahi əməliyyatdan sonrakı hal. Keçirilmiş açıq kəllə-beyin travmasının (2013) vegetativ damar davamsızlığı və cüzi astenizasiya ilə müşayət olunan nəticəsi: Postravmatik boyun-döş radikuliti, remissiya mərhələsində. Xroniki polisinusit qeyri-stabil remissiya mərhələsində. Burun tənəffüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sağ pəncənin və sol əlin İ daraq-falanqa oynaqlarının birinci mərhələ osteoartrozu. Sağ gözün sadə hipermetropiyası: refraksiyası Hm 0.75D nəticəsində görmə itiliyinin 0.7ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla" Xəstəlikdir Hərbi Xidmət Dövründə Almışdır. Sq Bkh-Dan Verilmiş ##.##.2017-Ci İl Tarxli 744 X7 Şəhadətnamə İlə Təsdiq Edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2017-ci il tarixli Qərarı: (12) Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital HHK-nın qərarı: "Qalxananbənzər vəzin papilyar karsenomasına görə aparılmış total tireoidektomiya (##.##.2017) cərrahi əməliyyatdan sonrakı hal. Keçirilmiş açıq kəllə-beyin travmasının (2013) vegetativ damar davamsızlığı və cüzi astenizasiya ilə müşayət olunan nəticəsi: Postravmatik boyun-döş radikuliti, remissiya mərhələsində. Xroniki polisinusit qeyri-stabil remissiya mərhələsində. Burun tənəfüsünü mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sağ pəncənin və sol əlin İ daraq-falanqa oynaqlarının birinci mərhələ osteoartrozu. Sağ gözün sadə hipermetropiyası: refraksiyası Hm 0.75D nəticəsində görmə itiliyinin 0.7ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla" Xəstəlikdir Hərbi Xidmət Dövründə Almışdır. Xəstəliklər cədvəlinin 8a, 23c, 26c maddələri. Göründüyü kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2018-ci il tarixli Qərarında qeyd olunmuş XBT-10 Kodu T90 X11 X5 Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) Yerinə Yetirərkən alınmışdır kimi qeyd olunaraq təsdiq olunmuşdur. Ona təyin edilmiş diaqnozlar bu gün də məndə mövcuddur. Onda mövcud olan xəstəliklərin aradan qalxması, sağlamlığımın bərpa olunması müəyyən edilməmişdir (əksinə daha da ağırlaşmışdır). Xəstəliyin ağırlıq dərəcəsi artmış, baş-beyin və onkoloji xəstəliklər ağırlaşmışdır. Bununla əlaqədar mütəmadi olaraq dövlət tibb müəsssələrində stasionar və ambulator müalicələrə cəlb olunur. ##.##.2023-cü il tarixdə X6 keçirilmiş beyin MRT insturmental müayinəsinin nəticəsi: Paranazal sinuslarda mukoza qalınlaşması qeyd edilir. Beyin yarımkürələrində qeyri-kobud atrofik dəyişikliklər nəticəsində lateral mədəciklərin və subaraxnoidal şırımların genişlənməsi təyin olunur. Beyin yarımkürələrində tək-tək xırda qliotik ocaqlar təyin olunur. Göründüyü kimi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2018-ci il tarixli Qərarında qeyd olunmuş XBT-10 kodu T90 diaqnozu ##.##.2023-cü il tarixdə X6 keçirilmiş beyin MRT müayinəsinin nəticələri ilə təsdiq edilir. Həmçinin əlavə olaraq ##.##.2023-cü il tarixdə X6 keçirilmiş boyun fəqərələrinin MRT müayinəsinin nəticəsi və MOM-da radioktiv yod ablasiyası müalicəsi almağı barədə tibbi kartaların surəti iddia ərizəsinə qoşma edilir. Ona ilk dəfə ##.##.2019-cu il tarixdə əlilliyin səbəb əlaqəsi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” əlaqədar olaraq 5 il müddətinə II dərəcə əlillik dərəcəsi təyin eilmişdir. Təyin edilmiş əlillik dərəcəsinin müddəti ##.##.2024-cü il tarixdə başa çatmışdır. Əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün ##.##.2024-cü il tarixdə Bakı Baş səhiyyə idarəsi tərəfindən U********JTC №-li yeni göndərişi rəsmiləşdirilmişdir. Dəfələrlə DOST mərkəzinə müraciətlər etdikdən sonra nəhayət məni ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinəyə dəvət etdilər. Agentlikdə keçirilmiş əyani müayinə (oftalmoloq müayinəsi xaric) xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki onda olan diaqnozların həqiqətən də olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Həmçinin Agentlikdə keçirilmiş əyani müayinədə oftalmoloq müayinəsi zamanı onda göz xəstəliklərinin ağırlaşması aşkar edilmişdir. Belə ki, müayinə həkiminin bildirdiyi məlumata əsasən hər iki gözdə mirvari suyu (katarakta) yetişmə ərəfəsinə çatmış və hər iki gözün görmə qabiliyyəti korluğa qədər azalmışdır. Bununla belə cavabdeh inzibati orqan keçirdiyi əyani müayinədə bütün bu halları nəzərə almamışdır və nəzərə almamasını əsaslandırmamışdır. TSEK, diaqnoz bölməsində "Xbt-10 C73 və E89.0 Qalxananbənzər vəzin papilyar karsenoması, PTIbNOMO mərhələ İ GX. Cərrahi əməliyyat və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm. D vitaminin dəqiqləşdirilməmiş çatışmamamzlığı" diaqnozlarını qeyd etməklə ##.##.2025-ci il tarixdə III dərəcə əlillik dərəcəsi təyin etmişdir. Cavabdeh inzibati orqan əlillik dərəcəsi təyin edərkən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 24.1-ci bəndinə riayət etməmişdir. Belə ki, sözü gedən qanunun normalarının tələbi baxımından cavabdeh əlillik dərəcəsi təyin edərkən, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, cavabdeh vəzifəsini düzgün yerinə yetirməmişdir. Cavabdeh inzibati icraat zamanı əlilliyin səbəb əlaqəsini əsassız və qanunsuz şəkildə dəyişdirmişdir. Belə ki, cavabdeh ilk dəfə əlillik dərəcəsi təyin edərkən əlilliyin səbəb əlaqəsini "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə" təyin etməsinə baxmayaraq növbəti qiymətləndirmə zamanı əlilliyin səbəb əlaqəsini "Hərbi xidmət dövrü ilə əlaqədar" təyin etmişdir. Hərçənd ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2018-ci il tarixli Qərarında X5 Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) Yerinə Yetirərkən alınmışdır kimi qeyd olunaraq təsdiq olunmuşdur. Həmçinin həmin şəhadətnamədə qeyd olunmuş travma xbt-10 T90 diaqnozu, *** nömrəli Qərarın 6.1ci bəndində qeyd olunmuş diaqnoz ilə eynilik təşkil etmişdir. ƏƏSMN-nin Kollegiyasının ##.##.2017-ci il tarixli 19-1 N-li Qərarında göstərilmişdir ki, Həmin Qərarın 3.1-ci bəndinə əsasən şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31- 60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Göründüyü kimi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2018-ci il tarixli Qərarında qeyd olunmuş travma xbt-10 T90 diaqnozu *** nömrəli Qərarın 6.1-ci bəndində uyğun olmuş, qiymətləndirilməsi isə həmin qərarın 6.1.5-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermişdir.

9. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Avtoqəza, açıq kəllə-beyin travması, təpə alın, sol qaşüstü nahiyyəsinin və sol said çapılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət, hər iki göz qapaqlarının hematoması, kürək nahiyyəsinin dərialtı qançırı” diaqnozlu X5 “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi və “Qalxanvari vəzin papilyar karsenomasına görə aparılmış total tireoidektomiya (##.##.2017) cərrahi əməliyyatından sonrakı hal. Keçirillmiş aşıq kəlləbeyin travmasının (2013) vegetativ damar davamsızlığı və cüzi astenizasiya ilə müşayiət olunan nəticəsi: posttravmatik boyun-döş radikuliti, remissiya mərhələsində. Xroniki polisinusit qeyri-stabil remissiya mərhələsində. Burun tənəffüsünün mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sağ pəncənin və sol əlin İ daraq-falanqa oynaqlarının birinci mərhələ osteoartrozu. Sağ gözün sadə hipermetropiyası: refraksiyası. Hm 0.75D nəticəsində görmə itiliyinin 0.7-ə qədər azalması, korreksiya ilə 1.0 oolmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, tez- tez tərləmə hallarının olmasından, görmə zəifliyindən, ümumi halsızlıqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2013- cü ildə avtoqəza nəticəsində kəlləbeyin travması aldığını, qalxanvari vəzin papilyar karsinoması xəstəliyindən əziyyət çəkdiyini, 2017-ci ildə tireoidektomiya əməliyyatı keçirdiyini, radioaktiv yod müalicəsi qəbul etdiyini qeyd etmişdir. Medikamentoz preparatlardan “Eutirox 200” qəbul etdiyini söyləmişdir. Baxış zamanı boyunun ön səthində tireoidektomiya əməliyyatına uyğun təxminən 4-5 sm ölçülü çapıq izlənilmişdir. Nevroloji status: Kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkarlanmamış, reflekslər D=S orta canlı alınmış, tonus normal olmuş, əzələ gücü 5/5 bal dəyərləndirilmişdir. Romberq vəziyyətində dayanıqlı olmuş, burunbarmaq sınağını düzgün icra etmişdir. Əzələ hipotrofiyası, atrofiya, parez əlamətləri qeyd olunmamışdır. Milli Onkologiya Mərkəzinin ##.##.2024-cü il tarixli Arayışında diaqnoz “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT 1 bN0M0 mərhələ İ G X. Qalxanabənzər vəzin papilyar karsinoması. Cərrahi əməliyyatdan və radioaktiv yod müalicədən sonrakı vəziyyət. hipotireoz. pT1bNOMO. Tibbi proseduradan sonra meydana çıxan hipotiroidizm. D-vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Respublika Endokrinoloji Mərkəzinin ##.##.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm. Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bTOMO, mərhələ 1 GX. Qalxanabənzər vəzin papilyar karsinoması. Cərrahi əməliyyatdan və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ciil tarixli Tiroid vəzin ultrasəs müayinəsinin nəticəsi “Boyunun hər iki nahiyyəsində reaktiv böyümüş limfa düyünləri” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OU=0.5 k/ilə 0.8. OU-Başlanğıc katarakta” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılan obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən “Qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi pT1bN0M0 mərhələ İ” diaqnozu əlillik təyinatının aparılmasına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən, heç bir zəruri araşdırma aparmadan, sırf səhiyyə müəssisəsinin ##.##.2024-cü il tarixli U********JTC saylı göndərişinə əsaslanaraq, dolayısı ilə göndərişdə Səhiyyə müəssisəsi tərəfindən iddiaçının əsas diagnozlarının qeyd edilməməsi səbəbindən iddianın mahiyyəti üzrə əsaslı olmamasını bildirmiş və səhiyyə müəssisəsi tərəfindən ona münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olmasını iddiaçının məsuliyyət sferama aid etmiş və ziyanına təfsir etmişdir. Halbuki bu düzgün yanaşma deyil. Azərbaycan Respublikasının Ali Məhkəməsi Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci il tarixli İCMAL məktubunun 20-ci bəndinə əsasən Ali Məhkəmənin bir sıra gərarlarında formalaşdırdığı hüguqi mövgeyə görə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. Odur ki, Səhiyyə müəssisəsində təşkil olunmuş Həkim Məsləhət Komissiyasında (HMK) iddiaçının adına tərtib olunmuş bütün xəstəlik vərəqələrini komissiya üzvlərinə təqdim etmişdir. Lakin, göndərişin rəsmiləşdirilməsi zamanı vətəndaşın iştirakı təmin olunması nəzərdə tutulmadığından, Səhiyyə müəssisəsi tərəfindən həmin göndərişdə hansı diagnozların qeyd olunmasından məlumatsız olmuşdur. Həmçinin ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə zamanı da sözü gedən diagnozlar (kəllə-beyin travması) barədə bütün tibbi kartaları Agentliyin həkim komissiyasına təqdim etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **/*** nömrəli cavab məktubunda travmanın səbəb əlagəsi açıg aydın "Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) yerinə yetirərkən alınmışdır" göstərilməsinə baxmayarag məhkəmə bu sübutu görməməzlikdən gəlmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki halda iddiaçının əlillik dərəsəinin dəyişdirilməsi üçün faktiki və hüquqi əsas müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbuledilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsinizəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozuonun ikinci dərəcəli əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanuna zidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin dəyişdirilməsi barədə tələbi təmin oluna bilməz. c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının rədd edilərək, iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin rədd edilərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ 19.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 20.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

23. Belə ki, iddiaçı “##.##.2025-ci il tarixli hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə 3-cü dərəcə əlillik dərəcəsi” qərarının dəyişdirilərək, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə 2 il müddətinə 2-ci dərəcə əlillik dərəcəsi (61-80%)” təyin edilməsini tələb edir.

24. Cavabdeh orqan isə bildirir ki, aparılan obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən iddiaçıya “Qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi pT1bN0M0 mərhələ İ” diaqnozu əlillik təyinatının aparılmasına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir

25. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı “Qalxanvari vəzin papilyar karsenomasına görə aparılmış total tireoidektomiya (##.##.2017) cərrahi əməliyyatından sonrakı hal. Keçirilmiş açıq kəllə beyin travmasının (2013) vegetativ damar davamsızlığı və cüzi astenizasiya ilə müşayət olunan nəticəsi postravmatik boyun-döş radikuliti, remissiya mərhələsində. Xroniki polisinusit qeyri-stabil remissiya mərhələsində. Burun tənəffüsünün mülayim dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sağ pəncənin və sol əlin İ daraq-falanqa oynaqlarının birinci mərhələ osteoartrozu. Sağ gözün sadə hipermetropiyası: refraksiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu X5 “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. İddiaçıya “Qalxanabənzər vəzinin papilyar karsinoası, total tireoldektomiyadan s.v, ikitərəfli boyun limfa düyünlərin zədələnmələri(T3N1M0) boyun limfa düyünlərinin zədələnməsi, radiaktiv yod müalicəsindən s.v qalxanabənzər vəzinin papilyar karsinoması,total tireidektomiyadan s.v, ikitərəfli boyun limfa düyünlərin zədələnmələri(T3N1M0) açıqkəllə beyin travması və beyin sirkələnməsindən sonrakı kəskin asteno-nevrotik sindrom (avtoqəza nəticəsində)” diaqnozu ilə 2019-2024-cü illərdə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti bitdikdən sonra növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2024-cü il tarixli U********JTC nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə yenidən qiymətləndirilmiş, “Qalxanabənzər vəzinin papilyar karsinoması, pT1bN0M0 mərhələ NGX, cərrahi əməliyyat və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət,Tibbi prosedurlardan sonra əmələ gələn hipotirodizm, D vitamininin dəqiqləşdirilməmiş çatışmamazlığı” diaqnozu ilə 1 il müddətinə 2024-2025-ci illər üzrə üçüncü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı barəsində sonuncu tibbi göndəriş Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2024-cü il tarixli U00226415JTC göndərişdən görünür ki, iddiaçı TSEK-ə göndərilən zaman diaqnoz: Əsas diaqnoz: C73-Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX. Qalxanabənzər vəzin papilyar karsinoması cərrahi ə. və radioaktiv yod müalicədən s.v. hipotireoz pT1bN0M0. Yanaşı xəstəliklər: E89.0-Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm. Yanaşı xəstəliklər: E55.9-D vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı, D vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı qeyd edilmişdir. Əyani müayinəsi zamanı ##.##.2025ci il tarixli 3-17- */*-*-****/**** nömrəli qərarı ilə iddiaçının diaqnozu - C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 İ mərhələ olmaqla hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə orqanizm funksiyalarının 50% pozulması müəyyən edilərək 1 il müddətinə üçüncü dərəcə təyin edilmişdir.

26. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı ödənilən pensiya barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarışlar təqdim olunmuş və əlavə olaraq bildirilmişdir ki, İddiaçı ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixinədək müharibə əlilləri üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir.

27. Eyni zamanda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ilkin olaraq ##.##.2019-cu il tarixindən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə 5 il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Daha sonra dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı ##.##.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2024-cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 1(bir) il müddətinə (##.##.2025-ci il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə vətəndaşa dair göndəriş daxil olmamışdır.

28. Göründüyü kimi istər əyani müayinə, istərsə ekspert rəyinin nəticə hissəsində iddiaçının əsas diaqnozu C73-Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX kimi müəyyən edilmişdir.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın 14.9.1. qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi C73 diaqnozunu qiymətləndirmə meyarlarında: 1) 14.9.1.1.kodunda -İ-II mərhələ limfatik düyünün zədələnməsi olmadan papillyar və ya follikulyar törəmənin spesifik müalicəsindən sonra 40-60% aralığı, 1 il müddətinə; 2) 14.9.1.2. kodunda-III mərhələ limfatik düyünün zədələnməsi ilə papillyar və ya follikulyar törəmənin spesifik müalicədən sonrakı vəziyyət-70-80% aralığı, 2 il; 3) 14.9.1.3. kodunda IV mərhələ qalxanabənzər vəzinin papillyar, follikulyar və modulyar xərçəngi, spesifik müalicədən, şüa, yod-terapiya və ya kimyaterapiya qəbulundan sonra, orqanizmin funksiyaları əhəmiyyətli pozulduqda,residiv, uzaq metastazlar olduğu zaman-85-100 % müddətsiz olaraq göstərilmişdir

30. Hazırkı halda iddiaçının diaqnozu məhkəmə eksperti tərəfindən də “qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 birinci mərhələ” müəyyən edilmişdir ki, bu diaqnoz 14.9.1.1.kodunda göstərilən əlillik təyinatına -İ-II mərhələ limfatik düyünün zədələnməsi olmadan papillyar və ya follikulyar törəmənin spesifik müalicəsindən sonra 40-60% aralığı, 1 il müddətinə əlillik təyinatına əsas verir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar