Məhkəmə qərarları › İş №2-1(3-6)-1257/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1257/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1257/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçıǝİddiaçı Cavabdehǝ“xxxx"ǝpublikǝhüquqiǝşəxsinəǝqarşı “bağǝsahəsiǝüzərindəǝmülkiyyətǝhüquqlarınınǝqeydiyyataǝalınaraqǝçıxarışın verilməsi” tələbinəǝdairǝiddiasıǝüzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx" publik hüquqi şəxsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### ****-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞINǝHALLARI:

1. Bağlar Təsərrüfatı Idarəsi ilə İddiaçı arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” ##.##.2001-ci il tarixli **/**** nömrəli Müqaviləyə əsasən Birlik Pirşağı qəsəbəsində 0.12 ha *** nömrəli sahəsi 45 kv.m olan 2 otaqdan ibarət bağı icarədar İddiaçı təhvil vermişdir. Müqavilənin müddəti ##.##.2001-ci il tarixdən ##.##.2022-ciǝilədəkǝqüvvədədir.

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə hazırki tələblə ##.##.****-ci taricdə müraciət etmiş, lakin cavabdeh tərəfindən ##.##.****-ci il taixli ************ nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir və təqdim olunmuş müqavilə barədə Idarənin arxivində məlumat aşkar edilməmişdir. Bu səbəbdən yaranmış zərurətlə əlaqədar, müqavilədə istinad olunan Bakı Şəhər Icra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyanın **/**** nömrəli protokolunun təsdiq edilməsi barədə ##.##.1962-ci il tarixli sərəncamın təsdiq edilmiş surətinin * saylı Bakı Ərazi Idarəsinə göndərilməsinə dair Bakı Şəhər Icra Hakimiyyətinə sorğu göndərilmişdir. "Yerli Icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli sərəncamı ilə yerli Icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasındanǝimtinaǝedilmişdir.

BIRINCIǝINSTANSIYAǝMƏHKƏMƏSINDƏǝICRAAT:

3. Iddiaçı İddiaçı cavabdeh xxxxnin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX * saylı Bakı Ərazi Idarəsinin imtinasının əsassız hesab edilməsi Bakı şəhər Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən **/**** nömrəli müqavilə ilə mənim istifadəmə verilmiş Bakı şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan *** nömrəli bağ sahəsinin onun adına ilkin hüquqi qeydiyyata alınması və həmin bağ torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan *** nömrəli bağ sahəsi Bakı Şəhər Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən **/**** nömrəli müqavilə əsasında onun istifadəsinə verilmişdir. Bağ torpaq sahəsi onun istifadəsinə verildiyi gündən hasarla əhatə olunmuş, həmin torpaq sahəsində müxtəlif meyvə və bəzək ağacları əkmiş, torpağa kultivasiya və aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Bundan başqa, bağ torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağın münbit qatını qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qanuni əsaslarla istifadəsində olan bağ torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh Azərbaycan Respublikası Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh 3-21-3-30/2-$- 00188/**** qeydiyyat nömrəli, 27fevral ****-ci il tarixli məktublarla xahişimizi təmin etməkdən imtina etmiş, imtinasını sənədlərin surət olması və təqdim olunmuş müqavilə barədə idarənin arxivində məlumat aşkar edilməməsi ilə əlaqələndirmişdir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və həmin bağ torpaq sahələrinin onun adına ilkin hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Əvvəla o sənədlərin surətlərini təqdim etmiş və ərizəsində sənədlərin əsillərinin tələb olunan zaman təqdim ediləcəyini göstərmişdir. Amma ondan sənədlərin əsilləri tələb olunmayıb. Bundan başqa sənədlərin arxivə verilməməsi onun vəzifəsi deyildir. Bağlar Idarələri ləğv edildikdən sonra həmin idarələr tərəfindən sənədlər arxivə təhvil verilib. Bir daha qeyd edir ki, həmin sənədləri arxivə təhvil vermək onun vəzifəsi deyildir, heç buna onun səlahiyyəti də çatmırdı. Bakı Şəhər Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan *** nömrəli torpaq sahəsi **/**** nömrəli müqavilə ilə onun istifadəsinə verilmişdir. O vaxtdan da qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsi daş hasara alınmış və dəmir qapı qoyulmuşdur. Torpaq sahəsində çoxlu sayda müxtəlif meyvə ağacları əkilib və onlara aqrotexniki qaydada qulluq olunur. Bildirmək istəyir ki, torpaq sahəsi 24 ildir onun istifadəsindədir, heç vaxt torpaq sahəsinə dair mübahisə olmayıb və torpaq sahəsinin kimsə məxsus olması ilə bağlı ona müraciət edən olmayıb. Cavabdeh öz arxivində saxladığı həmin torpaqlara aid nüsxənin guya aşkar olunmamağını əsas gətirmişdir. Halbuki həmin sənədləri o cavabdehə təqdim etmişdir. Ləğv olunmuş Bağlar Idarəsi tərəfindən sənədlərin * saylı Bakı Ərazi Idarəsinə təhvil verilməməsi onun günahı deyil. Çünki onun qonşuluğunda yerləşən bağ sahələrinin sənədləşməsi zamanı heç birǝmübahisəǝaşkarlanmayıb.

5. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz verilərək iddia tələbinin rədd olunması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı Idarəyə müraciət etmiş ve ##.##.****-ci tarixli, 253020607851 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən verilmiş **/**** saylı, ##.##.2001ci il tarixi müqavilə barədə Idarənin arxivində məlumat aşkar edilməmişdir və *** saylı torpaq sahəsi bağ evi ilə birlikdə digər şəxsin-X1 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş müqavilədə istinad olunan Bakı Şəhər Icra Hakimiyyətinin Bağlar Təsərrüfatı məsələləri üzrə komissiyanın **/**** nömrəli protokolunun təsdiq edilməsi barədə ##.##.1962-ci il tarixli sərəncamın təsdiq edilmiş surətinin * saylı Bakı Ərazi idarəsinə göndərilməsinə dair Bakı Şəhər Icra Hakimiyyətinə sorğu ünvanlanmış, sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər Icra Hakimiyyətinin 1962-ci ilə diar sərəncamları ve Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Biriiyinin protokolları Bakı Şəhər Icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinə Sabunçu RPInin və X3 müraciətləri daxil olmuşdur (2-1(112)- 6457/****), Həmçinin, qeyd olunan erazi sxematik xəritəyə əsasən Kirov zavodunun uşaq baxçasının ərazisidir, ümümi sahəsi 900 kv.m təşkil edir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərhaqqında" Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüayyanedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə asasen 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tarafindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar ve orderler, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Yerli Icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli Icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, mahdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının vibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsiǝbarədəǝqərarǝqəbulǝedilməsiǝxahişǝedilmişdir.

6. Məhkəmənin ##.##.****-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əslǝcavabdehǝ“xxxx"ǝpublikǝhüquqiǝşəxsiǝiləǝəvəzǝedilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### ****-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh xxxxnin * saylı Bakı Ərazi Idarəsinə qarşı “əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiasınınǝtəminǝedilməməsiǝqəraraǝalınmışdır.

8. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərəkǝqərarınǝləğvǝedilməsiǝvəǝiddiaǝtələbininǝtəminǝedilməsiǝxahişǝedilmişdir.ǝ

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏǝICRAATIǝIŞTIRAKÇILARININǝIZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında iş üzrə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsas kimi qeyd edilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haq- qında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində hüquqmüəyyənedici sənədlərin əsasları göstərilmişdir. Həmin Qanunun 8-ci maddəsində əsas hüquqmüəyyənedici sənəd kimi bağ sahəsinin icarnə müqaviləsi göstərilmişdir. Təqdim etdiyi bağın icarəyə verilməsi haqqında **/**** nömrəli müqavilə ilə *** nömrəli bağ sahəsinin onunla bağlanması göstərilmiş və notariat qaydada təsdiq olunmaqla işin materiallarına əlavə edilmişdir. Ona görə də hesab edir ki, məhkəmənin bu qərarı əsassızdır. Eyni zamanda məhkəmənin qərarında göstərilmişdir ki, bağın icarə mü- qaviləsi icarədar tərəfindən imzalanmamışdır. Qanuni əsaslarla bağlanmış və Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyinin möhürü ilə təsdiqlənmiş icarə müqaviləsinin icarədar tərəfindən imzalanmasına zərurət yoxdur. Işin materiallarında olan İddiaçı məxsus olan bağ torpaq sahəsinin icarə müqaviləsinin Idarənin arxivində hər hansı məlumatın aşkar edilməməsi hüquqmüəyyənedici sənədin mövcud olmaması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən qeydiyyatın aparılmasına dair sənədlərin saxlanıl- masını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın vəzifə borcudur. Odur ki, cavabdeh, qeyddiyyatın aparılmasına dair sənədlərin saxlanmadığı halını öz xeyrinə istifadə edə bilməz, eləcə də həmin sənədlərin saxlanması yükü iddiaçının üzərinə qoyulmaqla, bu hala istinadla hüququn qeydiyyata alınmasından imtina edilə bilməz. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda iddiaçı faktiki tələblə çıxış etməyə haqlıdır. Qeydiyyat orqanı maraqlı şəxsin adına müvafiq reyestr kitabında olan qeydiyyatın qanunsuz və ya əsassız aparıldığını sonradan aşkar etdikdə həmin qeydiyyatın ləğvi və ya ona dəzəliş etmək hüququna malikdir. Lakin bu zaman inzibati orqan qanunvericiliklə nəzərdə tutudmuş tələblərə və təminatlara əməl etməlidir. Həmin məsələ DƏDR haqqında Azərbaycan Respublikası Qanunnu ilə yanaşı, həm də Inzibati Icraat haqqında Azərbaycan Respublikası Qanununnun normaları nəzərə alınmaqla həll olunmalıdır. Belə ki, Inzibati Icraat haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsmnə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətə də şamil olunur. Bakı Şəhər Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan *** nömrəli torpaq sahəsi **/**** nömrəli müqavilə ilə onun istifadəsinə verilmişdir. O vaxtdan da qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsi daş hasara alınmış və dəmir qapı qoyulmuşdur. Torpaq sahəsində coxlu sayda müxtəlif meyvə ağacları əkilib və onlara aqrotexniki qaydada qulluq olunur. Heç vaxt torpaq sahəsinə dair mübahisə olmayıb və torpaq sahəsinin kimsə məxsus olması ilə bağlı ona müraciət edən olmayıb. Cavabdeh öz arxivində saxladığı həmin torpaqlara aid nüsxənin, guya aşkar olmamağını əsas gətirmişdir. Halbuki həmin səndləri o cavabdehǝ təqdim etmişdir. Lakin məhkəmə araşdırmaları zamanı ortaya çıxan bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də məhkəmə maddi hüquq normalarının, o cümlədən "Daşınmaz Əmlakın Dövlət Reyestri haq- qında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Qeyd etdiklərinə əsasən Bakı Inzibati Məhkəməsinin bu iş üzrə qərarı qanunsuz və əsassızdır. Göstərdiyi hallar nəzərə alınmaqla ləğv edilməli və onun iddia ərizəsi təminǝedilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmin tarixdə iddiaçı teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyindən iclasın təxirə salınmasını xahiş etmiş, lakin səbəbləri üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Inzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırkiǝişəǝiddiaçıǝİddiaçıǝǝiştirakıǝolmadanǝbaxılmasınıǝmümkünǝsaymışdır.

12. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarınınǝdəyişdirilmədənǝqüvvədəǝsaxlanılmasınıǝxahişǝetmişdir.

TƏTBIQǝEDILƏNǝHÜQUQ

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

14. AzərbaycanǝRespublikasıǝInzibatiǝProsessualǝMəcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYAǝINSTANSIYAǝMƏHKƏMƏSININǝMÖVQEYI

15. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

17. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.****-ci il tarixdir. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.****-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyənǝedilmişǝmüddətǝdaxilindəǝverildiyiǝüçünǝmümkündür.ǝǝǝ

18. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Bakı şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan *** nömrəli bağ sahəsinin onun adına ilkin hüquqi qeydiyyata alınması və həmin bağ torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı qanunvericiliklə tələb olunan hüquqmüəyyənediciǝsənədləriǝcavabdehəǝtəqdimǝetməmişdir”.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundanǝçıxarış.

21. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün hüquqmüəyyənedici sənəd qismində ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış tələb olunur.

22. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən xxxxnin * saylı Bakı Ərazi Idarəsinin ##.##.****-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla təqdim edilən sənədlərdənǝgörünürǝki:ǝ -MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində mülkiyyətində olan 0.116027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.7 kv.m yaşayış, 94.77 kv.m köməkçi sahədən ibarət *** nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır. - ##.##.2002-ci il tarixli “*** nömrəli bağın icarəyə verilməsi haqqında” **** nömrəli Müqaviləyə əsasən Birlik Pirşağı qəsəbəsində 0.12 ha bağ sahəsini, sahəsi 40.50 kv.m olan 2 otaqdan ibarət binanı icarədar X1 təhvil vermişdir. Müqavilə müddəti ##.##.2002-ci ildən ##.##.2012-ci ilədək qüvvədədir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən A№****** nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu, Pirşağı bağ masivində X1 Bakı şəhəri IH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının ##.##.2002-ci il tarixli *** saylı protokolu ilə sahəsi 1200 kv.m olan *** saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X2 kitabında ##.##.2008-ci il tarixdə 9417 nömrəsi ilə uçota alınıb. Torpaq sahəsinin kadastr göstəricilərinə əsasən torpaq sahəsinin ümumi ölçüsü 1160.27 kv.m təşkil edir. - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, *** nömrəli bağ evi ünvanında yerləşən, 005013004623-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 məxsus bağ evi texniki göstəricilərinə əsasən 1970-ci ildə tikilən 1 mərtəbəli, 2 otaqlı bağ evinin ümumi sahəsi 136.47 kv.m, yaşayış sahəsi 41.70 kv.m, köməkçi sahəsi 94.77 kv.m təşkil edir. Mərtəbələr üzrə otaqların təsnifatına əsasən: köməkçi sahə 21.11 kv.m, yaşayış otağı 20.85 kv.m, yaşayış otağı 20.85 kv.m, mətbəx 21.84 kv.m, sanitar qovşağı 8.66 kv.m, bağlı eyvan 34.32 kv.m, anbar 8.84 kv.m təşkil edir.

23. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.****-ci il tarixli *-**-*F/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Bakı şəhər ZDS IK-nin (indiki BŞIH) arxiv fondu üzrə ##.##.1962-ci il tarixli, **/**** saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumatǝyoxdur.

24. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.****-ci il tarixli *-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin 1962-ci ilə dair sərəncamlarıǝBakıǝŞəhərǝIcraǝHakimiyyətininǝarxivindəǝsaxlanılmır.ǝ

25. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xxxxnin * saylı Bakı Ərazi Idarəsinin ##.##.****-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən ##.##.****-ci il tarixli Müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 832.0 kv.m təşkil edir. Sahəyə ##.##.****-ci ildə iddiaçı İddiaçı nümayəndəsi olduğunu bildirən şəxsin iştirakı ilə yerli baxış keçirildi. Göstərilən torpaq sahəsi iki bitişik hissədən ibarət olmaqla, hasar daxilindədir. Sahəsi 832.0 kv.m təşkil edir. Sahədə olan hər 2 darvaza nümayəndə tərəfindən açıldı, ölçmə işlərinə şərait yaradıldı. İ hissədə 1 mərtəbəli ev vardır. *** saylı bağ sahəsi kimi göstərilən sahənin İ hissəsinə dair (ev olan 395.0 kv.m sahə) Sabunçu Rayon Polis Idarəsindən sorğu daxil olub. Həmin sahəyə digər vətəndaş bələdiyyə sənədinin olduğunu bildirib. İddiaçı nümayəndəsi sahənin onlara məxsus olduğunu sahədəki evin onlar tərəfindən inşa edildiyini və sahəyə bağ sənədinin olduğunu bildirdi. Sahənin qərb hissəsindəki yol tərəfindən hasarın çölündən elektrik xəttiǝkeçir.ǝ

26. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən xxxxnin * saylı Bakı Ərazi Idarəsinin ##.##.****-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin həmsərhəd və ya yaxın qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahəǝbarədəǝməlumatǝaşkarǝedilməmişdir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

28. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan *** nömrəli bağ sahəsinə dair qanunla tələb olunan hüquqmüəyyənedici sənəd qismində bağlar idarəsi ilə bağlanmış icarə müqaviləsini təqdim etməmişdir. Iddiaçının təqdim etdiyi müqavilə nüsxəsində müqavilənin icarədar tərəfindən imzalanmadığı, müqavilənin bağlanmaǝtarixindəǝdüzəlişǝedildiyiǝ(qaralamaǝolduğu)ǝgörünür.

29. Müqavilənin bağlanmasına əsas kimi qeyd edilmiş Bakı şəhər ZDS IK-nin (indiki BŞIH) arxiv fondu üzrə ##.##.1962-ci il tarixli, **/**** saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcud olsa da qərarda İddiaçı torpaq sahəsinin ayrılması barədə məlumatǝqeydǝedilməmişdir.ǝ

30. Həmçinin bağlar idarərələrinin arxiv saxlayıcısı olan daşınmaz əmlakın dövlət reyestr orqanında da müqavilənin bir nüsxəsi və ya ümumiyyətlə iddia olunan bağ sahəsinə dair İddiaçı aid hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Əksinə, arxiv sənədlərində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində *** nömrəli bağ evi ##.##.2002-ci il tarixli bağın icarəyə verilməsi haqqında” **** nömrəli MüqaviləyəǝəsasənǝX1ǝadınaǝdaşınmazǝəmlakınǝdövlətǝreyestrindəǝqeydəǝalınmışdır.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olmadığından tələbinin təmini üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

32. Belə olan halda cavabdeh inzibati orqanın imtina etməsi qanuna zidd olmamış və buna görə də iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.

35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAǝALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### ****-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

ǝǝǝǝSədrlikǝedən:ǝFəridǝMədətli ǝǝǝǝǝHakimlər:ǝǝǝǝǝAytənǝOruczadə ǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝElvinǝƏliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar