Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1275/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞyə qarşı “rəssamlıq emalatxanasının yerləşdiyi qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və X12 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X8 və 3-cü şəxs ƏMDX nümayəndəsi İbrahimov Xəyal İlqar oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Daşınmaz dövlət mülkiyyətinin icarəyə verilməsi haqqında” ##.##.1999-cu il tarixli, *** nömrəli Sərəncamı ilə dövlət əmlakının icarəyə verilməsi idarəsi (R.Ağakişiyev) tərəfindən Bakı şəhəri üzrə icarə müqaviləsibağlanılmasına təqdim olunmuş 28 obyektin siyahısı təsdiq edilmişdir.Hə min siyahının 23-cü bəndində qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən sahəsi 65,7 kv.m olan yerüstü yarımzirzəmi yaradıcılıqemalatxanası məqsədilə Baxşəliyev Sabir Məmmədhəsən oğluna icarəyə verilmişdir.
2. Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında ##.##.1999-cu il tarixli icarə müqaviləsindən görünür ki, Dövlət Əmlak Komitəsi sədrinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına əsasən Nəsimi rayonu, R.Behbudov 46/8 ünvanında yerləşən ümumi sahəsi 65,7 kv.m olan yaradıcılıq emalatxanası iddiaçının icarəsinə verilmişdir. İcarə müddəti ##.##.1999- ##.##.2000 olaraq müəyyən edilmişdir.
3. Arayışdan görünür ki, Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında ##.##.1999-cu il tarixdə bağlanmış **** saylı icarə müqaviləsi üzrə ## #### 2007-ci il tarixə kimi mövcud olan borc tam ödənilmiş və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə icarə haqqı borcu yoxdur.
4. Dövlət Əmlakın İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş ##.##.2003-cü il tarixli məktubdan görünür ki, iddiaçının ünvan 2/8 ünvanında yerləşən 65,7 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair onunla bağlanmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə ##.##.2003-cü il tarixdə 767820 manat məbləğində icarə haqqı borcu və icarə haqqını vaxtında ödəmədiyinə görə 506152 manat müamilə yaranmışdır.
5. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ## ###### 2010-cu il tarixli, ***/**** nömrəli müqavilə ilə icarəyəverən Azərbaycan Respublikası ƏMDK-nın ##.##.2009-cu il tarixli, ** saylı əmrinə əsasən ünvan 2 (registr №***- 00011542-007) ünvanında yerləşən, ümumi sahəsi 53,7 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon MKTB-nın balansında olan qeyri-yaşayış sahəsi yaradıcılıq emalatxanası məqsədi ilə iddiaçının müddətli istifadəsinə verilmişdir. İcarə müddəti ##.##.2010-##.##.2010 olaraq müəyyən edilmişdir.
6. Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (qeydiyyat №***) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1872-ci ildə istismara verilmiş 2-4 mərtəbəli yaşayış binasındakı qeyri-yaşayış sahələri İddiaçı icarəyə verilmişdir.
7. “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu əvvəl adlanan L.Şmidt-46, halhazırda isə R.Behbudov 102 yarı-zirzəmilər 48 il əvvəl 1977-ci il əlavə 1983-cu illərdə cəmi 4 nəfər rəssamlara verilmişdir. Sənədlərin kökü arxivdə mövcuddur. Bu rəssamlardan biri də, Azərbaycan Rəssamlar İttifaqın üzvü İddiaçı-bu ünvanda R.Behbudov 46/8-102/8 53,7 kvm. yarı-zirzəmi verilmişdir. Qızı Azərbaycan Rəssamlar İttifaqın üzvü X2 Sabir qızı 20 ilə yaxındır ki, atası ilə birlikdə bu yaradıcılıq emalatxanasında yaradıcılıqla məşğuldurlar. 1977-ci ildə və əlavə 1983-cu ildə Yaradıcılıq emalatxanaları Bakı şəhəri İcra hakimiyyətin “Sərəncamına” uyğun olaraq, bu qeyd olunan bütün yaradıcılıq emalatxanaları “Azərbaycan Rəssamlar İttifaqın” İctimai birliyin balansında olmuş və olmaqdadır. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonunda, 6- mikrorayonda və Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən yaradıcılıq emalatxanaları o vaxtlar, yəni 1977-illər, dövrü yox idi-yəni tikilməmişdir. Bakı Şəhəri İcra Hakimiyyətin “Sərəncamı” nəzarəti və icrasını rayon İcra Hakimiyyəti və qurumu olan MKTİBD baxış keçirirdi və nəzarət edirdi. “İcarə” haqqını mutəmadi olaraq MKTİBD və son illərdə 1992-1996-cı illərdə yaranan DƏMK və DƏMX-nə ödənilmişdir və ödənilir.
8. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin ## #### 2003-cü il tarixli, **** nömrəli Sərəncamını rəhbər tutaraq, istifadəsində olan yaradıcılıq emalatxanasının onun və X3 Sabir qızının adına özəlləşdirilib çıxarış verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Rəssamlar İttifaqının 1977-ci ildə 52,7 kv m və əlavə olaraq 1983-cü ildə 13 kv m yarızirzəmiyə bitişik Baki Şəhər İcra Hakimiyyətinin qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu (L.Smidt) 46/8 hal-hazırda isə R.Behbudov102/8 ünvanı 53,7 kv yarı zirzəmi qeyri-yaşayış sahəsi yaradıcılıq emalatxanası Rəssamlar İttifaqına verilmişdir. Mütəmadi olaraq icarə pulu, hər iki dövlət qurumu olan MKTB va Əmlak Xidmətinə ödənilmişdir. Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq,onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə sərəncam imzalamışdır. İddiaçı həmin qeyriyaşayış sahəsini özəlləşdirmək istəyir ki, bununla bağlı o, aidiyyəti üzrə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, bu imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
9. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyi və Cavabdehn * saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Cavabdeh ilə əvəz edilmiş, onun üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya sözügedən qeyri-yaşayış sahəsi dövlət əmlakı olduğundan alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına əsasən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.
12. Üçüncü şəxs tərəfindən iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53.7 kv.m olan qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmaqla, yaradıcılıq emalatxanası kimi Azərbaycan Respublikası Prezidentinin ## ######## 1997-ci il tarixli *** nömrəli Fərmanına uyğun olaraq Xidmət tərəfindən iddiaçının icarəsinə verilmişdir. İcarəyə verilmiş dövlət əmlakı “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilə bilər. Belə ki, ## ###### 2010-cu il tarixli ***/**** nömrəli müqavilə ilə rəssam İddiaçı icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən yaradıcılıq emalatxanası kimi istifadə olunan 53.7 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığı üçün (qeyriyaşayış sahəsi Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır) və dövlət mülkiyyətində olan əmlakın əvəzsiz olaraq özgəninkiləşdirilməsinə yol verilmədiyindən, həmin əmlak “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilə bilər.
13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
14. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Rassamlar Birliyinin üzvü Ali təhsilli peşəkar rəssam İddiaçı Məmməd Həsən oğluna qeyd etdiyi ünvanda yaradıcılıq emalatxanası verilmişdir. Yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Təxminən 48 il müddətində yaradıcılıq işləri ilə, mütəmadi olaraq sərgilərdə iştirak etmişdir. Rəssam X3 Sabir qızı atası ilə bərabər uşaqlıqdan 20 il müddətində bu emalatxanada mütəmadi yaradıcılıq işləri ilə məşğuldur. Ümümittifaq Beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri R. Mustafayev adına Azərbaycan Dövlət Muzeyində və X5 bir çox ölkələrdə Rusiyada, Litva, Polşada, Almaniyada, İtaliyada, Fransada, Türkiyə, Özbəkistanda və Yerəvanda nümayiş etdirilmişdir. Hal-hazırda X3 Sabir qızı Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. Mütəmadi yaradıcılıqla məşğuldur. “Azərbaycan Rəssamlar İttifaqının İ.B istifadəsində olan fərdi yaradıldıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti “Sərəncam” imzalamışdır. ## #### 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Mərhum H.Ə. Əliyev tərəfindən rəssamlara təmənnasız və hədiyyə köməklik yardım olaraq yaradıcılıq emalatxanalarının özəlləşdirilməsi barədə №**** saylı “Sərəncam” imzalamışdır. Bu sərəncama əsasən qeyd olunan ünvanda İddiaçı M.Həsən oğlu və qızı X2 Sabir qızının adına 48 ildirki icarəsində olan bu mülkiyyətin sadələşmiş qaydada ümumiləşdirilməsi və rəsmiləşdirilməsini xahiş edir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmədə iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddianın təmin edilməsini, cavabdehin və 3-cü şəxs ƏMDX-nin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər 3-cü şəxs Azərbaycan Rəssamlıq İttifaqı məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdeh və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin” II Dövlət Proqramı: 4.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə (bundan sonra-işçilər) güzəştli satışı; dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; dövlət əmlakının hərraclar vasitəsi ilə satışı; dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə satışı; icarəyə verilmiş dövlət əmlakının satışı; dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. 4.6.1. II Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları II Dövlət Proqramı və digər normativ hüquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir.
22. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun: 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramındavədigər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir.
26. Alıcı özəlləşdirilən dövlət əmlakının haqqını birdəfəyə və ya özəlləşdirmə əqdində (alqı –satqı müqaviləsində) müəyyən edilmiş müddət ərzində ödəməlidir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-23-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
28. Belə ki, iddiaçı “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2003-cü il tarixli, **** nömrəli Sərəncamına istinad edərək qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir.
29. Cavabdeh orqan isə qeyri-yaşayış sahəsinin dövlət əmlakı olduğundan alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olmalı olmasını bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
30. İş materiallarında olan “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqavilələrindən aydın görünür ki, ünvan 2/8 ünvanında yerləşən 65,7 kv.m təşkil edən, Mənzil Kommunal Təsərrüfatı Departamenti İnzibati binaların İstismar İdarəsinin balansında olan qeyri-yaşayış sahəsi yaradıcılıq emalatxanası məqsədilə iddiaçının müddətli istifadəyə verilmiş, hazırda da onun istifadəsindədir.
31. İşin apellyasiya baxışı zamanı Azərbaycan Rəssamlar İttifaqı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, 1977-ci il tarixdə (əvvəl adlanan) L. Şmidt 46 hal-hazırda R. Behbudov 46/102 olan ünvanda Bakı şəhər İcra Hakimiyyətinin "Sərəncamlarına" əsasən Azərbaycan Rəssamlar İttifaqının - 4 nəfər üzvü olan rəssamlara qeyri-yaşayış sahələrindən yaradıcılıq-emalatxanaları verilmişdir. Bu rəssamlardan biri də ali təhsilli rəssam İddiaçı M. Nəsən oğludur. Bu qeyd olunan yaradıcılıq-emalatxanasında 20-ilə yaxındır ki, qızı Azərbaycan Rəssamlar İttifaqının üzvü Ali-Təhsilli qızı Baxşiyeva-Aksu Elnarə Sabir qızı atası ilə birgə yaradıcılıqla məşğuldurlar. Bu ünvanda qeyri-yaşayış sahəsindən, əlavə 3 nəfər Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə məxsus yaradıcılıq-emalatxanasında çalışan rəssamlar 1990-1992-ci illərdə uzun müddətə yaşamaq üçün xarici ölkəyə getdiklərinə görə, 3 nəfərə məxsus yaradıcılıq-emalatxanaları Azərbaycan. Rəssamlar İttifaqının üzvü - cavan və ehtiyacı olan digər rəssamlara verilməli idi. 1977ci il və 1983-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin "Sərəncamları" veriləndə DƏMК yox idi. Təxminən 15 il sonra yaranan DƏMK "bizim Azərbaycan Rəssamlar İttifaqının balansında olan 3 nəfərə məxsus rəssamların yaradıcılıq-emalatxanaları, bizim xəbərimiz olmadan qanunsuz olaraq ticarətçilərə satılmışdır.
32. İş materiallarından göründüyü kimi iddiaçının istifadəsində olan yaradıcılıq emalatxanası Azərbaycan Rəssamlar İttifaqının balansında olmamış, emalatxana dövlət mülkiyyətində olmaqla Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin İnzibati Binaların İstismarı İdarəsinin balansında olmuşdur.
33. Belə ki, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2003-cü il tarixli, **** nömrəli Sərəncamına əsasən (# ###### 2022-ci il tarixli dəyişikliklərlə):
1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin ## #### 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
34. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Rəssamlar İttifaqının balansında olmayan və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin İnzibati Binaların İstismarı İdarəsinin balansında olan qeyri-yaşayış sahəsinə münasibətdə yuxarıda qeyd edilən Qanunun və sərəncamın müddəalarını tətbiq edilməsi mümkün deyil.
35. Belə olan halda kollegiya qeyd edir ki, ünvan 1 ünvanında yerləşən və yaradıcılıq emalatxanası kimi istifadə olunan qeyri-yaşayış sahəsi Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığından (əmlak Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında saxlanılır) və dövlət mülkiyyətində olan əmlakın əvəzsiz olaraq özəlləşdirilməsinə qanunvericilikdə yol verilmədiyindən, sözügedən əmlak yalnız “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, onun dəyəri tam ödənildikdə özəlləşdirilə bilər.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.