Məhkəmə qərarları › İş №2-1(3-6)-1279/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1279/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1279/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxslər: üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti “AzNeft” İstehsalat Birliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Orxan Nadir oğlu İsmayılov və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. -Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur.

2. -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmışdır.

3. -Yerləşmə cizgisindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, *** saylı evin 600 kv.m torpaq sahəsinin yeri və koordinatları müəyyən edilmişdir.

4. -AR Dövlət Arxivinin Bakı filialının ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı milli arxiv fondunda aşkar olunmuşdur.

5. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu inzibati sərhədləri daxilində yerləşir.

6. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, qonşuluqda və ətrafda yerləşən torpaq sahələri üzərində digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmış, qeydiyyatın aparılmasının əsasında Səbail RİH sərəncamları olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1an Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının *** nömrəli ## ### 1991-ci il tarixli sərəncamı və təqdim edilmiş digər sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. üçüncü şəxs1an Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, *-**/*-*- F***/**** nömrəli əmri ilə cavabdeh üçüncü şəxs1an Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Cavabdehn * saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evinin tikilməsi üçün torpaq ayrılmasını xahiş etmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının *** saylı, ## ### 1999-cu il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Torpaq sahəsi naturada iddiaçıya təhvil verilmiş, eyni zamanda yerləşmə cizgisi tərtib olunmuşdur. Torpaq sahəsi fasiləsiz olaraq iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

10. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti “AzNeft” İstehsalat Birliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

11. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və 253020603429 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin (110000 Vt-luq) mühafizə zonası daxilində yerləşməklə, yaxınlığında işlək neft quyusu və orta təzyiqli yeraltı qaz xəttinin olması barədə baza məlumatları mövcuddur. Bundan əlavə, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

12. Üçüncü şəxs üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsinin 69 metrlik məsafələrində **** nömrəli ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir

13. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, belə ki, iddiaçı Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin ona ayrılmasına dair Səbail Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli, ## ### 1999cu il tarixli sərəncamını, eləcə də iddia olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgisini cavabdehə təqdim etmişdir. İstinad olunan sənədlərin arxiv əsasları mövcuddur, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da təqdim edilmiş sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

15. O da vurğulanmalıdır ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən iddia olunan torpaq sahəsinə bitişik (qonşuluqda) olan torpaq sahələri üzərində Səbail RİHB-nin analoji dövrdə verdiyi inzibati aktları və yerləşmə sxemləri əsasında cavabdeh tərəfindən ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin eyni ərazidə, eyni məzmunlu sənədlər sənədlər əsasında qeydiyyat hərəkətlərinin aparılmasına dair formalaşmış inzibati praktikası artıq mövcuddur. Belə olan halda isə cavabdehin eyni faktiki və hüquqi hallara istinad edən iddiaçıya münasibətdə davranışı bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər.

16. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2).

17. Torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun mövcud olması ilə bağlı dəlilə gəlincə məhkəmə qeyd edir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir.

18. Məhkəmə bir daha diqqətə çəkir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə bitişik sahələrdə artıq dövlət reyestrində qeydiyyata alınmış sahələr vardır. Bir halda ki, cavabdeh eyni faktiki hallar əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirmişdir, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır.

19. Məhkəmə cavabdehin digər imtina dəlilləri ilə bağlı bildirir ki, torpaq sahəsinin yerləşmə cizgisində (eskiz sxemdə) istinad və məsafələrin qeyd olunmaması iddiaçının məsuliyyət sferasına aid olan məsələ olmadığından qeydiyyatın aparılmasından imtina edilməsi üçün əsas deyil. Belə ki, üçüncü şəxs1an Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “üçüncü şəxs1an Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23- cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin (110000 Vt-luq) mühafizə zonası daxilində yerləşməklə, yaxınlığında işlək neft quyusu və orta təzyiqli yeraltı qaz xəttinin olması barədə baza məlumatları mövcuddur. Bundan əlavə, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır.

22. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsi **** nömrəli ləğv olunmuş neft-qaz quyusunun 69 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Hesab edirlər ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əld ə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə üçüncü şəxs1an Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində üçüncü şəxs1an Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) üçüncü şəxs1an Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar üçüncü şəxs1an Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

28. üçüncü şəxs1an Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar (2.7) da daxildir (iddiaçının müraciət etdiyi dövrdə (## #### 2025-ci il tarixədək) qüvvədə olmuş redaksiya).

29. üçüncü şəxs1an Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

30. «Torpaq islahatı haqqında» üçüncü şəxs1an Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.

31. «üçüncü şəxs1an Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» üçüncü şəxs1an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında qeyd edilir ki, üçüncü şəxs1an Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

32. üçüncü şəxs1an Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, hazırda iddiaçının məqsədi Səbail Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə ona Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir.

37. Belə ki, iddiaçı Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin ona ayrılmasına dair Səbail Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli, ## ### 1999-cu il tarixli sərəncamını, eləcə də iddia olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgisini cavabdehə təqdim etmişdir. İstinad olunan sənədlərin arxiv əsasları mövcuddur, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da təqdim edilmiş sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. O da vurğulanmalıdır ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən iddia olunan torpaq sahəsinə bitişik (qonşuluqda) olan torpaq sahələri üzərində Səbail RİHB-nin analoji dövrdə verdiyi inzibati aktları və yerləşmə sxemləri əsasında cavabdeh tərəfindən ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı müəyyən edilmişdir.

39. Göründüyü kimi, cavabdehin eyni ərazidə, eyni məzmunlu sənədlər sənədlər əsasında qeydiyyat hərəkətlərinin aparılmasına dair formalaşmış inzibati praktikası artıq mövcuddur. Belə olan halda isə cavabdehin eyni faktiki və hüquqi hallara istinad edən iddiaçıya münasibətdə davranışı bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər.

40. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2).

41. Məhkəmə Kollegiyası həm cavabdehin, həm də 3-cü şəxsin apellyasiya şikayətinin torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun mövcud olması ilə bağlı dəlilə gəlincə məhkəmə qeyd edir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir.

42. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndində göstərilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Torpaq Məcəlləsinin istinad olunan müddəasından göründüyü kimi, mühafizə zonalarına daxil olan torpaq sahələrinin xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıb-

43. aparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hazırkı mübahisə isə yalnız torpaq sahəsinə hüquqla bağlıdır.

44. Məhkəmə bir daha diqqətə çəkir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə bitişik sahələrdə artıq dövlət reyestrində qeydiyyata alınmış sahələr vardır. Bir halda ki, cavabdeh eyni faktiki hallar əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlətqeydiyyatına alınmasını həyata keçirmişdir, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır.

45. Məhkəmə qeyd edir ki, üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur.

46. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “50...şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. 51. Bununla yanaşı, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, mübahisəli torpaq sahəsinin qonşu ətrafında yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququna dair digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Başqa sözlə, həmin ərazidə yerləşən torpaq sahəsi ilə bağlı hazırkı mübahisəyə münasibətdə də cavabdeh eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur 52. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur (Bununla bağlı bax: üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, xx.xx.2023-cü il tarixli 2- *(***)-****/**** nömrəli, xx.xx.2024-cü il tarixli, *-*(***)-*/**** nömrəli, xx.xx.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, xx.xx.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarları).

47. Odur ki, cavabdehin və 3-cü şəxsin torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun, orta təzyiqli yeraltı qaz xəttinin olması və elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı arqumentləri ilə çıxış edərək iddiaçının hüquqlarının qeydiyyata alınmasından cavabdeh tərəfindən imtina olunması, bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

48. Məhkəmə cavabdehin digər imtina dəlilləri ilə bağlı bildirir ki, torpaq sahəsinin yerləşmə cizgisində (eskiz sxemdə) istinad və məsafələrin qeyd olunmaması iddiaçının məsuliyyət sferasına aid olan məsələ olmadığından qeydiyyatın aparılmasından imtina edilməsi üçün əsas deyil. Belə ki, üçüncü şəxs1an Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “üçüncü şəxs1an Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23- cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

49. Bundan başqa üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşməsi dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin eyni ərazidə, eyni məzmunlu sənədlər sənədlər əsasında qeydiyyat hərəkətlərinin aparılmasına dair formalaşmış inzibati praktikası artıq mövcuddur. Belə olan halda isə cavabdehin eyni faktiki və hüquqi hallara istinad edən iddiaçıya münasibətdə davranışı bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. (“İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsi)

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

51. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və üçüncü şəxs1an Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar