Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-128/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16947/2025 nömrəli, 27 noyabr 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək İddiaçı 60 yaşının tamam olduğu 29 mart 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə anadan olmuşdur. 1983-cü illin aprel ayından 1985-ci ilin iyun ayına qədər 2 il 2 ay müddətinə hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən “Azdəniznefttikinti” Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində polad və dəmir beton konustruksiyaların quraşdırılması üzrə 2-ci dərəcəli quraşdırıcı peşəsində işləməyə başlamışdır. xx.xx.1988- ci il tarixdən ona həmin peşə üzrə 3-cü dərəcə, xx.xx.1990-cı il tarixdən 4-cü dərəcə, xx.xx.1996-cı il tarixdən 5-ci dərəcə verilmişdir. Daha sonra xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək o, "xxxx" müştərək müəssisəsində (AZFEN MMC-də) müxtəlif layihələrdə 5-ci dərəcəli quraşdırıcı və 6-cı dərəcəl boruçu peşəsi üzrə işləmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə inşaat mühəndisi, keyfiyyətə nəzarət mühəndisi vəzifələrində işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci tarixədək "xxxx" MMC-də iş icraçısı, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək orada sex rəisi vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü tarixədək "xxxx" MMC-də tikinti işlərinə nəzarətçi işləmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən indiyə qədər "xxxx" MMC-də DOK-mütəxəssisi köməkçisi, DOK rəisi, Tərsanə bölməsinin rəhbəri vəzifələrində işləyib, hazırda Tərsanə bölməsinin rəhbəri işləyir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 2025-ci ildə ümumi əsaslarla kişilərin pensiya yaşının 65 yaş olduğu nəzərə alınmaqla, İddiaçı 29 mart 2025-ci il tarixdən (60 yaşdan) güzsəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Belə ki, Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehlatçıların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı və təmiri” nə aid XXVİİ bölməsinin 2290000а-14612-ci, 2290000а- 19233-cü, 22901 OOb-24441-ci kodlarına uyğun olaraq onun “Azdəniznefttikinti” Trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1996-ci il tarixədək işlədiyi 11 il 29 gün, AZFEN MMC-də xx.xx.1996-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi 5 il 8 ay 1 gün və "xxxx" MMC-də xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi 1 il 5 ay 26 gün iş icraçısı vəzifəsi, cəmi 18 il 2 ay 25 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri, peşələr və vəzifələrdir. 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehlatçıların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın 29-cu bölməsində də İddiaçı işlədiyi işlərin, peşələrin və vəzifələrin adları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər kimi göstərilmişdir. İddiaçı 60 yaşının tamam olduğu 29 mart 2025-ci il tarixə ümumi iş stajı 41 il 3 ay 5 gün, güzəştli iş sahələrində iş stajı isə 18 il 2 ay 25 gün olmuşdur. Ona görə də, ərizə ilə cavabdehə müraciət edərək, 60 yaşın tamam olduğu 29 mart 2025-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 07 iyul 2025-ci il tarixli 3-17-1/2-T-l58003/2025 nömrəli məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Qaydalar”ın 4.1.20ci bəndinə istinad edilərək, şəxsin güzəştli şərtlərilə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının pensiya təyin edən müvafiq quruma (yəni cavabdehə) təqdim olunmalı olduğu bildirilmişdir. Daha sonra ARDNŞ-nm "xxxx" trestinin 04 avqust 2025-ci il tarixli 14-2-14/2-1414/2025 №-li məktubu ilə alınmış həmin arayış əlavə olunmaqla, 15 avqust 2025-ci il tarixli ərizə ilə cavabdehə təkrar müraciət edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-T-210135/25 nömrəli məktubu ilə yenə də eyni bəhanələrlə İddiaçı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Güya onun polad və dəmir konstruksiyalarının quraşdırılması və boruçu işlədiyi müddətdə sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub-olmadığı barədə məlumat qeyd olunmayıb. İmtina məktubu poçtla bizə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. (Ərizəyə əlavə edilmiş əmək kitabçasının təsdiqlənmiş surəti qaytarılmayıbdır. Ona görə də əmək kitabçasının təsdiqlənmiş surətini cavabdehdən tələb edib almağı və işə əlavə etməyi məhkəmədən xahiş edir.) Bu imtinalar tamamilə əsassızdır, iddia ərizəsi icraata qəbul edilib mahiyyəti üzrə baxılmalıdır və iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu 29 mart 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbölməsində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" LLC-nin 16 iyul 2025-ci il tarixli AZF- 2025/29-K nömrəli arayışında və ona dair ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində isə boruçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda İddiaçı quraşdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə, boruçu vəzifəsində çalışdığı müddətdə isə sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 gün (xx.xx.1985- xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16947/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarında qeyd olunmuşdur ki, işəgötürən hüquqi şəxs "xxxx" MMC-nin tərəfindən təqdim edilən güzəştli arxiv arayışından bəlli olur ki, İddiaçı Azfen MMC-də (bundan əvvəl Azfen BM) xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək “quraşdırıcı” və "xxxx" vəzifələrində çalışmışdır. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş 2290000a - 19233-sənaye dəmir beton borularının boruçəkənləri bəndi və 2290000a-14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğundur. Göründüyü kimi iddiaçının xx.xx.1996-xx.xx.2000-ci il tarixlərdə işlədiyi quraşdırıcı və xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə işlədiyi borucu vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğundur. Bununla bağlı bildirilmişdir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair həm iş yerinin arayışını təqdim edilməli, həm də şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi müəyyən olunmalıdır. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Lakin İddiaçı çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə, boruçu vəzifəsində çalışdığı müddətdə isə sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olubolmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə bütün qərarlarında xüsusilə vurğulanmışdır ki, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair həm iş yerinin arayışı təqdim edilməli, həm də şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi müəyyən olunmalıdır. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Bununla belə məhkəmə sorğularına cavab məktublarında iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması və vəzifə təlimatları öz əksini tapmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırlmışdır ki, apellyasiya şikayəti əsassız və qərəzlidir, təmin edilməli deyil. 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixə İddiaçı 41 il 3 ay 5 gün iş stajı olmuşdur ki, bununla da 18 il 2 ay 25 günü güzəştli iş sahələrində qazanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Ns-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının” Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı və təmirinə aid XXVİİ bölməsinin 2290000a-14612-ci; 2290000a-19233-cü; 2290100b-24441-ci kodlarına uyğun olan “Azdənizneftinin” Trustinin 2 №-li Tikinti-Quraşdırma idarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 11 il 29 gün, "xxxx" MMC-də xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi 5 il 8 ay 1 gün və "xxxx" MMC-də xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi 1 il 5 ay 26 gün iş icraçısı vəzifəsi, cəmi 18 il 2 ay 25 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri, peşələr və vəzifələrdir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Siyahının” 29-cu bölməsində də həmin peşələrin və vəzifələrin adları güzəştlə şərtlərlə yaşa görə pensiya hüququ verən işlər kimi göstərilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlə pensiya almaq hüququ İddiaçı halal haqqıdır. Apellyasiya şikayətinin əsas arqumenti (bəhanəsi) odur ki, "xxxx" MMC-nin təqdim etdiyi güzəştli arxiv arayışında İddiaçı "xxxx" MMC -də (daha əvvəl "xxxx" BM-də) xx.xx.1996-cı ildən xx.xx.2002-ci il tarixinədək “quraşdırıcı” və “borucu” vəzifələrində çalışmışdır. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda isə həmin peşələrin adları polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcıları və sənaye dəmir-beton boruların boruçəkənləri kimi ifadə olunmuşdur. Əslində bu terminlər eyni mənanı ifadə edir və bu eynilik AZFEN MMC- nin xx.xx.2025-ci il tarixli arayışla və məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışı ilə də təsdiq olunur. "xxxx" MMC əsrin müqaviləsi layihəsi üzrə ARDNŞ-nin və Neft Konsersiumunun layihələrini dənizdə və qarada icra edən, habelə magistral neft və qaz kəmərlərinin çəkilişi ilə məşğul olan podratçı təşkilat olmaqla güzəştli iş sahələrində fəaliyyət göstərir. Ona görə də, cavabdehin apellyasiya şikayətində uydurduğu bəhanələr əsassızdır. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli 2-1(112)-16947/2025 №-li Qərarı qanuni və əsaslıdır. Qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Həmin Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan və yuxarıda sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu şərt təmin olunmadığı halda azı 25 il ümumi sığorta stajına malik olması; - sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, xx.xx.2025-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 28 aprel 1983-cü ildən 16 iyun 1985-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1985-ci il tarixdən “Azdəniznefttikinti” Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində polad və dəmir beton konustruksiyaların quraşdırılması üzrə 2-ci dərəcəli quraşdırıcı peşəsində işləməyə başlamışdır. xx.xx.1988- ci il tarixdən ona həmin peşə üzrə 3-cü dərəcə, xx.xx.1990-cı il tarixdən 4-cü dərəcə, xx.xx.1996-cı il tarixdən 5-ci dərəcə verilmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək o, "xxxx" müştərək müəssisəsində (AZFEN MMC-də) müxtəlif layihələrdə 5-ci dərəcəli quraşdırıcı və 6-cı dərəcəli boruçu peşəsi üzrə işləmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə inşaat mühəndisi, keyfiyyətə nəzarət mühəndisi vəzifələrində işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci tarixədək "xxxx" MMC-də iş icraçısı, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək orada sex rəisi vəzifəsində, xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü tarixədək "xxxx" MMC-də tikinti işlərinə nəzarətçi işləmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də DOK-mütəxəssisi köməkçisi, DOK rəisi vəzifələrində işləmişdir. xx.xx.2024-cü il tarixdən hazırkı günədək isə Tərsanə bölməsinin rəhbəri vəzifəsində işləyir. İddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən, onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 41 il 4 ay 17 gün təşkil etdiyini bildirir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir və təqdim edilmiş güzəştli iş stajı barədə arayışı qəbul etməməklə onu ziddiyyətli sayır. Belə ki, cavabdeh iddiaçının güzəştli iş stajının qanunvericiliklə müəyyən edilmiş müddətdən az - 11 il 9 gün (xx.xx.1985-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil etdiyini bildirir. Cavabdeh tərəfindən xx.xx.1996-xx.xx.2000ci il və xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının betonçu vəzifəsində işlədiyi qəbul edilmiş, lakin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması əsas gətirilərək güzəştli iş stajina daxil edilməmişdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mübahisələndirilən (xx.xx.1996-xx.xx.2000-ci il və xx.xx.2000xx.xx.2002-ci il) illərdə işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmamış və işəgötürən tərəfindən verilmiş güzəştli arayışda İddiaçı çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə, boruçu vəzifəsində çalışdığı müddətdə isə sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Eyni zamanda məhkəmə sorğularına cavab məktublarında iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması və vəzifə təlimatları öz əksini tapmamışdır. Məhkəmə kollegiyası əvvəla güzəştli iş stajı ilə bağlı iş materiallarına əlavə edilmiş sənədlərə diqqət çəkir: - SOCAR "xxxx" trestinin 14-2-14/2-1414/2025 nömrəli 04 avqust 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. İddiaçı işlədiyi “konstruksiya quraşdırıcısı” peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X7 sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) (əldə olunması üçün link: eqanun.az/framework/10349), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. Konstruksiya quraşdırıcısı peşəsinə oxşar olan, “Tikinti, quraşdırma və təmirtikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3) daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmir-beton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. İddiaçı işlədiyi “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinin fəaliyyəti bu işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. "xxxx" trestində hazırkı mövcud peşələr siyahısında olan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsindəki “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi ilə uyğunluq təşkil edir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və “Azərdənizneftinşaat” trestlərinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. - SOCAR "xxxx" trestinin 21 iyul 2025-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçı - xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixli 142/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı -xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixli 80 nömrəli əmrə əsasən 3-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı -xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixli 48 nömrəli əmrə- əsasən 4-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.1992-ci il tarixli 99/a nömrəli əmrə əsasən 2-ci peşə kimi 4-cü dərəcəli santexnik peşəsi verilmişdir. İddiaçı - xx.xx.1996-cı il tarixli 01 nömrəli əmrə əsasən 5-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı -xx.xx.1996-cı il tarixli 22а/лс nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007- ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatın hüquqi varisidir. - Məhz mübahisələndirilən dövrün araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin sorğusu əsasında "xxxx" MMC tərəfindən verilmiş AZF-2025/52-K nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azfen MMC-də (bundan əvvəl Azfen BM) xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən “quraşdırıcı” və "xxxx" peşələrinin işlərini icra etmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı 5 il 8 ay 1 gün (beş il, səkkiz ay, bir gün) təşkil edir. İddiaçı yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Polad və dəmir-beton konstruksiyaların quraşdırılması; Polad və dəmirkonstruksiyaların quraşdırılması və yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsnasında istifadəsi; Polad və dəmir-konstruksiyaların quraşdırılması və emal kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; Polad və dəmir-konstruksiyaların işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ lazımi detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqi təmin etmək; Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlaması, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element və konstruksiyaları hazırlaması, hazırlanmış detal, element və konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə quraşdırmasının təmin edilməsi; Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsinin təmin edilməsi; Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; Polad və dəmir-beton konstruksiyaların cizgilər əsasında armofleks, xüsusi rezin , mineral pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; Polad və dəmir beton konstruksiyaların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; Polad və dəmir-beton konstruksiyaların kəsilməsi, konusvari və düz yonulması, cilallanması, zimpara ilə yonulması, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkcələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi; Yüksəklikdə kran və mexanizmlərdən istifadə edərək detal və konstruksiyaların quraşdırılması; Sənaye dəmir-beton boruların çəkilməsi; Sənaye dəmir-beton boruların çəkilməsi zamanı istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsnasında istifadəsi; Sənaye dəmir-beton boruların çəkilməsi işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; Sənaye dəmir-beton boruların çəkilməsi işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad, dəmirbeton detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi, tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək; Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, polad və dəmir-beton konstruksiyaların hazırlaması, hazırlanmış detal, element konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; Sənaye dəmir-beton boruların çəkilməsi, cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; Sənaye dəmir-beton boruların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; Sənaye dəmir-beton boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi. İddiaçı işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş 2290000a-19233- sənaye dəmir beton borularının boruçəkənləri bəndi və 2290000a-14612-polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğundur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, işəgötürən hüquqi şəxs "xxxx" MMC-nin tərəfindən təqdim edilən güzəştli arxiv arayışından görünür ki, İddiaçı Azfen MMC-də (bundan əvvəl Azfen BM) xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək “quraşdırıcı” və "xxxx" vəzifələrində çalışmışdır. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarın Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş 2290000a - 19233-sənaye dəmir beton borularının boruçəkənləri bəndi və 2290000a-14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğundur. Apellyasiya baxışı zamanı iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək “quraşdırıcı” və "xxxx" vəzifələrində işlədiyi müəssisə Azfen BM-nin (hazırkı Azfen MMC) fəaliyyət istiqamətləri araşdırılmış və müəyyən edilmişdir ki, müəssisə mühəndislik, tikinti, quraşdırma və istehsalat kimi sahələrdə fəaliyyət göstərir. Belə ki, müəssisənin mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupu mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir. AZFEN MMC-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölçü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışdırlar. Şirkət hər layihə üçün müstəqil X3 Qrupu təyin edir. Bu isə quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir. Eyni zamanda məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, güzəştli iş stajına dair "xxxx" MMC tərəfindən verilmiş AZF-2025/52-K nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda iddiaçının əmək funksiyaları ətraflı göstərilmişdir. Beləliklə, iddiaçının xx.xx.1996-xx.xx.2000-ci il tarixlərdə işlədiyi quraşdırıcı və xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə işlədiyi borucu vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğundur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının tələb olunan 12 il 6 aydan artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li siyahısı”nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin 2290000a şifrəli “a) fəhlələr bölməsinsdə şifrə 2290000a—19233 ilə göstərilmiş “sənaye dəmir beton borularının boruçəgənləri” peşəsinə və 2290000a-14612 şifrə ilə göstərilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “Qərarın 29cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında a) fəhlələr: polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar və sənaye dəmir beton borularının boruçəkənləri peşəsinə uyğun vəzifələrdə iş stajı olmuşdur. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2025-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. İddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16947/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-128/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-128/2026
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver