Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1280/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarına əsasən, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiası təmin edilərək, iddiaçıya ##.##.2023-cü il tarixli B********NFL nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Iddiaçının nümayəndəsi və vəkili ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, həmin məhkəmə qərarına izah verilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Iddiaçı apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Iddiaçı apellyasiya şikayəti ilə birlikdə məhkəməyə prosessual müddətin bərpasına dair ərizə verərək, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Iddiaçı həmin ərizədə bildirmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı vəkilinin e-kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmiş, vəkili ona bu barədə gec məlumat vermişdir. Bundan başqa, 19-30 mart tarixlərində və bundan sonra e-mehkemedə problemlər yarandığından qərardaddan vaxtında şikayət verməmişdir, çünki qərardadı sistemdən götürə bilməmişdir. Eyni zamanda, vəkili məsuliyyətsizliyindən qərardadın yükləndiyini ona vaxtında məlumat verməmişdir. Göstərdiyi digər səbəblərdən və bu səbəbdən o, müddəti ötürmüşdür. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, müddətin bərpası barədə ərizənin təmin edilməsi və apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti qərardadın elan olunduğu gündən 10 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Müəyyən edilmişdir ki, iddiaçı İddiaçı "Elektron məhkəmə" informasiya sistemində ##.##.2023-cü ildə yaradılmış elektron kabineti mövcuddur. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli qərardadı ##.##.2026-cı ildə iddiaçının məhz həmin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti isə ##.##.2026-cı ildə, yəni 10 gün buraxıldıqdan sonra məhkəməyə göndərilmişdir. Iddiaçının ərizəsindən və məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, o, apellyasiya şikayəti verilməsi müddətini buraxdığını inkar etmir. Iddiaçı bunun üzrlü səbəblərdən baş verdiyini bildirir və aşağıdakı iki səbəbə istinad edir: 1) cari ilin 19-30 mart tarixlərində və bundan sonra "Elektron məhkəmə" informasiya sistemində problemlər yaranması səbəbindən qərardadı sistemdən götürə bilməməsi, 2) qərardadın elektron kabinetə yerləşdirildiyi barədə vəkilinin ona gec məlumat verməsi. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçıya təklif edilmişdir ki, 19-30 mart tarixlərində və bundan sonra e-məhkəmədə texniki problemlərin mövcud olduğunu və həmin problemlərin ##.##.2026-cı ilədək davam etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etsin. Lakin iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiş və məhkəmə iclasında verdiyi izahatda belə bir sübutunun olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçının istinad etdiyi 1-ci dəlilin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən aşağıdakı məlumatın əldə edlməsi üçün Azərbaycan Respublikası Məhkəmə-X2 sorğu edilmişdir: - ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək olan müddətdə "Elektron məhkəmə" informasiya sistemində İddiaçı elektron kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmiş qərardadın oxunmasında, çap edilməsində iddiaçıdan asılı olmayan hər hansı texniki maneənin olub-olmaması, olduğu halda, hansı tarixlərdə davam etməsi. Azərbaycan Respublikası Məhkəmə-X4 ##.##.2026-cı il tarixli cavabında göstərilmişdir ki, qeyd olunan müddətdə İddiaçı "Elektron məhkəmə" informasiya sistemindəki kabinetində müvafiq qərardadın oxunması və çap edilməsi ilə bağlı hər hansı uğursuz cəhdi qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçı İddiaçı cari ilin 19-30 mart tarixlərində və bundan sonra "Elektron məhkəmə" informasiya sistemindən qərardadı götürə bilməməsini iddia etsə də, müəyyən olundu ki, o, həmin müddətdə qərardadı oxumağa və çap etməyə, ümumiyyətlə, cəhd etməmişdir. Iddiaçının istinad etdiyi 2-ci dəlillə bağlı isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçını vəkil Nümayəndə təmsil etsə də, iddiaçı İddiaçı özünün də "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ##.##.2026-cı ildə vəkilin elektron kabineti ilə yanaşı, həm də iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilmiş və o, qərardad barədə xəbərdar olmuşdur. Belə olan halda, iddiaçının qərardad barədə məlumatı əlavə olaraq vəkildən gözləməsi əsaslı olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının ərizədə göstərdiyi səbəblər üzrlü sayıla və müddətin bərpasına əsas verə bilməz. Ona görə də müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli, onun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında iddiaçı İddiaçı ərizəsi təmin edilməsin. Həmin qərardaddan iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1280/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1280/2026
03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver