Məhkəmə qərarları › İş №2-1(3-6)-129/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-129/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-129/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair iş üzrə Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin olunması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdehə müraciət edərək, ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinə kimi olan iş stajının sosial sığorta stajı hesab edilməsi və ona ##.##.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdehin iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019- cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir ii azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2- ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən sizə ##.##.2018ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.” Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdeh DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-*-*/*-Ə-******/**** saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamaması haqqında” cavab məktubunun əsassız hesab edilməsi, onun üzərinə ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinə kimi olan iş stajının sosial sığorta stajı hesab edilməsi və ona ##.##.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1961-cı il tarixində anadan olmuşdur. ##.##.2025-ci il tarixində 64 yaşı və 25 ildən artıq sosial sığorta stajı olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün sənədləri birinci dəfə 2025-ci ilin mart ayında * saylı Bakı DOST Mərkəzinə təqdim etdi. DSMF-nun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-*****/**** saylı cavab məktubu ilə bildirdilər ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən ##.##.1979- ##.##.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin məktubla bildirirlər ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1984-cü il tarixindən 01.03. 2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Tələb olunan sənədləri əldə etmək üçün işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X3 fəaliyyətini dayandırdığı üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etdi. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin ## ### 2025-ci il tarixli 3-48- DA/2-Ə-519 -33-679/2025 sayl cavab məktubu ilə ərizəsinə cavab olaraq bildirirlərlər ki, qismən qəbul olunmuş “Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X3’' arxiv fondunda mühafizə edilən ** nömrəli aptekin 1981, 1982, 1987-ci illərə dair şəxsi heyyət üzrə əmr kitablarında Əliyeva (Mustafayeva) Mətanət Cavanşir qızının (əmr № **, ## ###### 1981-ci il) işə təyin edildiyi qeyd edilir. Eyni zamanda bildirdirlər ki, yuxarıda qeyd olunan arxiv fondunun sənədlərində *** nömrəli aptek üzrə 1984,1987-ci illərə dair, ** nömrəli aptek üzrə 1987, 2005-ci illərə dair şəxsi heyət üzrə əmr kitabları aşkar edilmədi. DSMF-nun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərfindən tələb olunan sənədlər Arxivdə saxlanılmadığına görə təqdim edə bilmədiyini qeyd edərək İnzibati Orqana təkrar müraciət etdi. İnzibati Orqanın təkrar müraciətinə verdiyi ##.##.2025-ci il tarixli *-*-*/*-Ə-l*****/**** saylı cavab məktubunda da təkrar olaraq eyni əsasla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etdi. Ona görə də hesab edir ki, Mərkəzi Filialın 10.07. 2025-ci il tarixli 3-7- */*-Ə-******/**** saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamaması haqqında" cavab məktubunun əsassız hesab edilməsi, onun üzərinə ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinə kimi olan dövrün sosial sığorta stajı hesab edilməsi və ona ##.##.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, onun işləməyi barədə əmək kitabçasında qeydlərin olmasına baxmayaraq İnzibati Orqan onun ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinədək olan iş dövrünü işdən çıxma əmri keçmiş SSRİ dövrünə məxsus möhürlə təsdiqləndiyini bəhanə edərək ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sanəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri və sair nəzərə alınır. Göründüyü kimi onun iş stajları Əmək kitabçası ilə təsdiqlənir. Lakin işlədiyi müəssisə ləğv edildiyinə və sənədlər arxivə qismən təhvil verildiyinə görə əlavə təsdiqedici sənədləri İnzibati Orqana təqdim edə bilmir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək təhsil aldığı illər, övladına qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumi sığorta stajı 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. Əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1984-cü il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ili tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2018-ci il tarixdə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Ləman Musayeva) iddia tələbi təmin edilərək, İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilərək 64 yaşdan, ##.##.2025ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən iddiaçının ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək təhsil aldığı illər, övladına qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumi sığorta stajı 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli *-**-*F/*-****/**** nömrəli məktubuna əsasən ** saylı aptekin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi göstərilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 1992-ci il ## ######## tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin ## ###### 1956-cı il tarixli, **** saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” ##.##.1999-cu il tarixdə qəbul edilən Azərbaycan Respublikasının Qanununa əsasən: İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSRnin 1971-ci il ## ###### tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X4, 1971-ci il, № **, maddə 190) qüvvədən düşmüş hesab edilsin. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ## ###### 1991-ci il tarixli, ** nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara almışdır: Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ##.##.1984-cü il tarixindən ##.##.2005-ci il tarixinə kimi olan iş stajının sosial sığorta stajı hesab edilməsi və ona ##.##.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il ######ın #-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur. İddiaçı İddiaçı əmək kitabçasından görünür ki, o, ** №-li aptekə (əmr № **) ## ###### 1981-ci il tarixdə işə təyin edilmiş; (əmr № **) ## ####### 1982-ci il tarixdə işdən azad olunmuş; (əmr № ***) ## #### 1984-cü il tarixdə *** nömrəli aptekə əczaçı kimi işə təyin edilmiş; (əmr № ***) ## #### 1987-ci il tarixdə ** №-li aptekə keçirilmiş, (əmr № ***) ## #### 1992-ci il tarixdə həmin aptekdə 0.25 ştat üzrə əzcaçı keçirilmiş; (əmr № ***) ## #### 1994-cü il tarixdə həmin aptekdə 0.5 ştat üzrə əczaçı keçirilmiş, (əmr № *) ##.##.2005-ci il tarixdə işdən azad edilmişdir. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının ##.##.1984-cü il tarixdən ##.##.2005-ci il tarixədək olan qeydində işdən azadolma əmrlərinin SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən əmək kitabçasının düzgün doldurulmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı - aptekin möhürünün SSRİ dövrünə məxsus möhürlə təsdiq edilməsi qeyd edildiyi iddia edilən dövrünə (##.##.1984- ##.##.2005-cü il tarixləri) nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1991-ci ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür. Əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən iddiaçının ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək təhsil aldığı illər, övladına qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumi sığorta stajı 6 il 7 ay 1 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. Əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1984-cü il tarixindən ##.##.2005ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə məxsus möhürlə təsdiq edilib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli *-**-*F/*-****/**** nömrəli məktubuna əsasən ** saylı aptekin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi göstərilmişdir. ...” Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə tərkibi iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübutun (iddiaçının əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## ### 2026-cı il tarixli cavab məktubundan görünür ki, iddiaçı İddiaçı iddiasına dair iş üzrə sorğuda adıçəkilən vətəndaş İsgəndərova Fəridə Əhmədağa qızının pensiya işində olan məlumata əsasən onun ** nömrəli aptekdə olan əmək fəaliyyəti nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## #### 2026-cı il tarixli cavab məktubundan görünür ki, iddiaçı İddiaçı iddiasına dair iş üzrə sorğuda adıçəkilən vətəndaş X5 pensiya işində olan məlumata əsasən onun ** nömrəli aptekdə olan əmək fəaliyyəti nəzərə alınmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, ş X5 pensiya işində əmək kitabçasının surətindən görünür ki, onun da 1992 və 2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə bağlı qeydlərdə, xüsusilə möhür əksində kiril qrafikasından istifadə edilmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirilmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək, bu hal iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə eyni vaxtda ** nömrəli aptekdə çalışmış X5 və İsgəndərova Fəridə Əhmədağa qızına yaşa görə əmək pensiyası təyin edilərkən onlarınn həmin aptekdə işlədikləri dövrlər sosial sığorta stajı kimi nəzərə alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçının ** nömrəli aptekdə işlədiyi dövrün mübahisə predmetinə çevrilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar