Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1290/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Orxan Nadir oğlu İsmayılovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. -Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda imtina cavabı verilmişdir.
2. -Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür.
3. -Hərbi biletdən görünür ki, iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
4. -İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək satıcı, ##.##.1978-ci il tarixdən ##.##.1979-cu il tarixədək satıcı, ##.##.1979-cu il tarixdən ##.##.1980-cı il tarixədək satıcı, ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək maşinist, ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək satıcı, ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək satıcı, ##.##.2008-ci il tarixdən ##.##.2008- ci il tarixədək satıcı, ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək köməkçi, ##.##.2020- ci il tarixdən ##.##.2020-ci il tarixədək köməkçi, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək köməkçi kimi işləmişdir.
5. -Əmlak Məsələləri Dövlət Xidməti Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ) ##.##.1997- ci il tarixli ** №-li əmri ilə ##.##.1997-ci il tarixdən ** №-li mağazaya 3-cü dərəcəli satıcı qəbul edilmişdir; ##.##.1997-ci il tarixli *** №-li əmri ilə ##.##.1997-ci il tarixdən ** №li mağazanın 3-cü dərəcəli satıcısı ** №-li mağazada həmin vəzifəyə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) ##.##.1999-cu il tarixli *** №-li sərəncamı və ##.##.1999-cu il tarixli ** №-li əmrinə əsasən Bakı şəhəri Nizami rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in İstehsalat və Təsərrüfat İdarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli *** №-li Fərmanı ilə DƏK ləğv edilərək, onun əsasında Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in ##.##.1999-cu il tarixli ** №-li əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, ##.##.2000-ci il tarixli ** №-li əmri ilə keçmiş “İstehsalat və Təsərrüfat” İdarəsinin əsasında Ticarət və Xidmət Müəssisə və X7 Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** №-li Fərmanı ilə Mərkəzin təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının əsasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in ##.##.2004cü il tarixli ** №-li əmri ilə TXMOFƏM-nin əsasında Ticarət, Xidmət və İstehsalat Müəssisə və X8 Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. İİN-nin TXİMOFƏM-nin: ##.##.2005-ci il tarixli ***M №-li əmri ilə Bakı şəhəri Nizami rayonunda yerləşən ** №li mağazanın satıcısı ##.##.2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2005-ci il tarixli *** №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) ##.##.2005-ci il tarixli ** №-li əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. DƏİEDK-nin İXMİMnin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsidir (bundan sonra – Mərkəz).
6. -Əmlak Məsələləri Dövlət Xidməti Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixli məktubla təqdim olunmuş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçıya 1984-cü ilin mart-dekabr, 1985-1989-cu illər üzrə əmək haqqı ödənilmişdir.
7. -Əmlak Məsələləri Dövlət Xidməti Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Mərkəzin arxivində Bakı şəhəri Nizami rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsi üzrə İddiaçı 1990-1993-cü illər və 1997-1999-cu ilin iyul ayına qədər əmək haqqı cədvəlləri yoxdur. 1999- cu ilin iyul ayından 2005-ci ilin may ayınadək isə əmək haqqı hesablanmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasındakı qeydlər üzrə əmək stajının hesablanması və yaş görə əmək pensiyası hüququnun yarandığı ##.##.2025-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2025-ci il tarixdə 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin etməkdən imtina etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiyası hüququnun yaranması üçün onun əmək stajı kifayət etmir. Hesab olunur ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, əmək kitabçasında göstərilən qeydlərdən də göründüyü kimi onun ümumi iş stajı 26 il 04 ay təşkil edir ki, göstərilən bu staj pensiya təyininə əsasdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1984- cü il tarixdən ##.##.1989-cu il tarixədək adına əmək haqqı hesablanmış aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 02 ay 2 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 12 il 07 ay 17 gün sığorta stajına uyğun olaraq 13007,30 manat, ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək 2931,39 manat olmaqla, ümumilikdə 15938,69 manat təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabına sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsində ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidmətinin ##.##.2025-ci il tarixli arxiv arayışına əsasən Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsinin 1997-1999-cu illər üzrə əmək haqqı cədvəlləri aşkarlanmadığından və 1999-cu ilin iyul ayından 2005-ci ilin may ayınadək iddiaçının adına əmək haqqı hesablanmadığından sözügedən dövrlərin onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətində ##.##.2008-ci il tarixdən (işdən azadolma tarixi əmək kitabçasında qeyd edilməmişdir) ünvan 1 ünvanında yerləşən əmək fəaliyyətinin olması qeyd edilsə də, sözügedən müəssisə üzrə fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən ##.##.2008-ci il tarixdən sonra iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq bildirilmişdir ki, sığortaedən X1 tərəfindən 2008-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar və ona uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar, 2017-2024-cü illərin İ-IV rübləri üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”lər aşkar olunmadığından iddiaçının fərdi şəxsin hesabında sığortaedən T.Quliyev tərəfindən xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları qeydə alınmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müəyyən olunmuş yaş həddinə çatması və pensiya təyinatı üçün qanunla tələb olunan pensiya kapitalını toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının ##.##.2025-ci il tarixdə (##.##.1960-cı il təvəllüdlü olduğundan) qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır.
13. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin mövcudiyyəti ilə bağlı mübahisə açmamışdır. Məhkəmə araşdırması zamanı da, iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu təsdiqini tapmışdır. İddiaçının mübahisəli illərdə Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsində işlədiyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisənin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir.
14. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə bildirir ki, müəssisənin mübahisəli dövrə aid əmək haqqı cədvəllərinin olmaması iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Belə ki, müəssisənin 1984-1989-cu illər üzrə əmək haqqı cədvəllərinin olduğu halda, 1989cu ildən sonrakı illər üzrə əmək haqqı cədvəllərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməmişdir, ona görə də bu hal onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətində qeyd olumuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1984-cü il tarixindən ##.##.1989-cu il tarixinədək adına əməkhaqqı hesablanmış aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 2 ay 2 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006- cı il tarixinədək 12 il 7 ay 17 gün sığorta stajına uyğun olaraq 13007,30 manat, 01,07.2020-ci il tarixindən 01,02.2024-cü il tarixinədək 2931,39 manat olmaqla, ümumilikdə 15938,69 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1997-ci il tarixindən ##.##.2005-ci il tarixinədək Nizami rayonu Ticarət və İctimai İaşə idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli arayışına əsasən Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsinin 1997-1999cu illər üzrə əməkhaqqı cədvəlləri aşkarlanmadığından və 1999-cu ilin iyul ayından 2005-ci ilin may ayınadək iddiaçının adına əməkhaqqı hesablanmadığından sözügedən dövrlərin onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildirirlər ki, Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətində 03.01,2008-ci il tarixindən (işdən azadolma tarixi əmək kitabçasında qeyd edilməmişdir) ünvan 1 ünvanında yerləşən mağazada əmək fəaliyyətinin olması qeyd edilsə də, sözügedən müəsissə üzrə fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən 03.01,2008-ci il tarixindən sonra iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədilə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Mərkəzi Filiala daxil olmuş müvafiq məktuba əsasən sığortaedən (fərdi sahibkar) X1 (SUN: 10520016078) tərəfindən 2008- 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar və ona uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar, 2017-2024- cü illərin l-IV rübləri üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamələr aşkar olunmadığından iddiaçının fərdi şəxsi hesabında sığortaedən T.Quliyev tərəfindən xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçı İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (III hissə).
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
22. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş ##.##.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il ## ######## tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1- ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının:
4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 5.2-ci bəndinə əsasən, # #### 2024 - ## #### 2025-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir.
26. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, ##.##.1960-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı ##.##.2025-ci il tarixdən (65 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (46080 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia tələbi ilə cavabdehin imtinasını mübahisələndirir.
32. Cavabdeh iddiaçıya 15 il 02 ay 02 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1997- ci il tarixdən ##.##.2005-ci il tarixədək Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsində olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır.
33. Cavabdeh bu qənaətini iddiaçının həmin dövrlərdə işlədiyi müddət üzrə əmək haqqı almaması ilə əsaslandırmışdır.
34. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və pensiya təyinatı üçün qanunla tələb olunan pensiya kapitalını toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının ##.##.2025-ci il tarixdə (##.##.1960-cı il təvəllüdlü olduğundan) qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir.
35. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır.
36. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir.
37. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı pensiya hüququnun yarandığı tarixə tələb olunan 25 ildən də artıq (26 il 11 ay 18 gün) ümumi iş stajını toplamışdır.
38. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin mövcudiyyəti ilə bağlı mübahisə açmamışdır. Məhkəmə araşdırması zamanı da, iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu təsdiqini tapmışdır. İddiaçının mübahisəli illərdə Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsində işlədiyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisənin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir.
39. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə bildirir ki, müəssisənin mübahisəli dövrə aid əmək haqqı cədvəllərinin olmaması iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Belə ki, müəssisənin 1984-1989-cu illər üzrə əmək haqqı cədvəllərinin olduğu halda, 1989cu ildən sonrakı illər üzrə əmək haqqı cədvəllərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməmişdir, ona görə də bu hal onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz.
40. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır (Bax: Ali Məhkəmənin № *-*(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərarı).
41. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının həmin müəssisədə satıcı kimi işlədiyi müddət ##.##.1984-cü il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan illəri əhatə edir. Cavabdeh yalnız bir dövrə aid əmək haqqı cədvəllərinin olmasına əsaslanaraq, iddiaçının ##.##.1984-cü il tarixdən ##.##.1989-cu il tarixədək olan müddəti sığorta stajına daxil etmişdir. Halbuki, nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli əmək fəaliyyətinin bir hissəsi # ###### 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin # ###### 2002-ci il tarixdən # ###### 2006-cı il tarixədək olan hissəsinə gəldikdə isə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının ****-VQ nömrəli # #### 2018ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir.
42. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi tərəfindən təqdim olunmuş cavab məktubunda iddiaçıya 1999-cu ilin iyul ayından 2005-ci ilin may ayınadək əmək haqqının hesablanmadığı qeyd edilsə də, bu halın iddiaçının həmin dövrdə ödənişsiz məzuniyyətdə olması və ya boşdayanma vəziyyəti ilə bağlı olub-olmaması müəyyən edilməmişdir. Halbuki, əgər iddiaçının qeyd olunan müddət ərzində məhz ödənişsiz məzuniyyətdə olduğu və ya boşdayanmaya görə əmək haqqı almaması faktı sübuta yetirilmiş olsaydı, məsələyə veriləcək hüquqi qiymət fərqli istiqamətdə formalaşa bilərdi. Lakin hazırkı iş üzrə bu hallar öz təsdiqini tapmadığından, iddiaçının əmək kitabçasında əksini tapan məlumatlar əsas götürülməlidir. Belə ki, iddiaçının müvafiq illər ərzində fasiləsiz əmək fəaliyyəti ilə məşğul olması və 2005-ci ildə öz arzusu ilə işdən azad edilməsi onun həmin dövrdə faktiki əmək münasibətlərində olduğunu təsdiqləyir. Bu baxımdan, əmək haqqı cədvəllərinin mövcud olub-olmamasından asılı olmayaraq, iddiaçının göstərilən dövr üzrə əmək fəaliyyəti hüquqi baxımdan mövcud hesab edilməli və nəzərə alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti məcburi meyar kimi çıxış etmədiyindən, qeyd olunan illər iddiaçının sığorta stajına daxil edilməlidir.
43. Bu səbəbdən, məhkəmə iddiaçının Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsində ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün onun stajına daxil edilməsinə mane olan hal müəyyən etmir. Belə olan halda iddiaçının qanunla tələb olunan 25 il iş stajı tamamlanır və onun həmin müəssisədə ##.##.2006-cı ildən sonrakı fəaliyyət dövrünün staja daxil edilməsinə zərurət qalmır.
44. Beləliklə, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2005-ci illər üzrə nəzərə alınmayan 11 il 09 ay 16 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 15 il 02 ay 02 gün sosial sığorta stajına daxil edildikdə iddiaçıya qanunla tələb olunan 25 ildən artıq sığorta stajı yığmağa kifayət edir (26 il 11 ay 18 gün).
45. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda ətraflı hüquqi qiymət verilmişdir.
47. Məhkəmə Kollegiyası cavabdehin iddiaçının əmək kitabçasında qeyd olunmuş ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1997- ci il tarixdən ##.##.2005-ci il tarixədək Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsində olan əmək fəaliyyəti dövrünü nəzərə almamasına dair mövqeyinə münasibətdə əlavə olaraq vurğulayır ki, iddiaçının əmək kitabçasında əksini tapan məlumatlara əsasən iddiaçının müvafiq illər ərzində fasiləsiz əmək fəaliyyəti ilə məşğul olması və 2005-ci ildə öz arzusu ilə işdən azad edilməsi onun həmin dövrdə faktiki əmək münasibətlərində olduğunu təsdiqləyir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, əmək haqqı cədvəllərinin mövcud olub-olmamasından asılı olmayaraq, iddiaçının göstərilən dövr üzrə əmək fəaliyyəti hüquqi baxımdan mövcud hesab edilməli və nəzərə alınmalıdır.Həmçinin, nəzərə alınmalıdır ki, həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti məcburi meyar kimi çıxış etmədiyindən, qeyd olunan illər iddiaçının sığorta stajına daxil edilməlidir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.