Məhkəmə qərarları › İş №2-1(3-6)-1297/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1297/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1297/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı İddiaçı ##.##.1963-cü il təvəllüdlüdür.

2. HB seriyalı, ****** nömrəli diploma əsasən iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1985-ci il tarixədək əyani təhsil almışdır (4 il 11 ay 4 gün).

3. AT-IV № ******* nömrəli, ##.##.1985-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1997-ci il tarixədək “Yuqansknefteqaz” İstehsalat Birliyində qazmaçı köməkçisi, qazma ustası köməkçisi, qazma ustası və mühəndis peşələrində (vəzifələrində) işləmişdir. (11 il 6 ay 15 gün). ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək X10 gözətçi işləmişdir (2 il 9 ay). ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək Petroleum Services Qroup şirkətinin Azərbaycan Respublikasındakı filialında qazmaçı köməkçisi işləmişdir (4 ay 28 gün).##.##.2015ci il tarixdən ##.##.2015-ci il tarixədək Nəsimi rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti almışdır (6 ay).##.##.2016-cı il tarixdən ##.##.2016cı il tarixədək SOCAR-AQS MMC-də sahə qazma mühəndis işləmişdir (1 ay 10 gün). ##.##.2016-cı il tarixdən hal-hazıradək SOCAR-AQS MMC-də qazma ustası vəzifəsində işləyir (##.##.2023-cü il tarixədək 6 il 6 ay 10 gün).

4. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi Siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasTnın 4.1.20ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 1 ay 5 gün (##.##.2016-##.##.2025-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır...”

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşdan, yəni hüququ yarandığı ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən ##.##.2023-cü il tarixində kişilərin ümumi qaydada pensiya hüququ 65 yaşda, güzəştli şərtlərlə isə 5 il azaldılmaqla 60 yaşda yaranmışdır. O, ##.##.2023-cü il tarixdə 60 yaşına çatmışdır. Həmin tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çox (26 il 9 ay 7 gün), güzəştli iş stajı 12 il 6 aydan çox (18 il 7 ay 3 gün), pensiya kapitalı isə 40.320 manatdan çox (70.000 manat) təşkil etmişdir. Bu da ƏPQ-nun 9.1ci və 7-ci maddələrində nəzərdə tutulan yaş, ümumi və güzəştli iş stajına və pensiya kapitalına dair tələbləri ödəmişdir. Bu da, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 23 il 2 ay 18 gün (##.##.2006-cı il tarixinədək 11 il 2 ay 18 gün (##.##.1980- ##.##.1985-ci il,##.##.1985-##.##.1992-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra 13 il 7 ay) təşkil edir. Eyni zamanda iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 46080,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 94517,81 manat təşkil edir. ## ##### 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “SOCAR AQS” LLC-nin ##.##.2025-ci il tarixli AQS-***/** nömrəli arayışına əsasən güzəştli iş stajı ##.##.2016-##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə 9 il 1 ay 5 gün təşkil edir. . İddiaçı tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli C-*** nömrəli arayışda ##.##.1985-ci il tarixindən ##.##.1997-ci il tarixinədək Rusiya Federasiyası, “Yuqansknefteqaz” İstehsalat Birliyinin Salımskiy qazma işləri idarəsində işlədiyi qeyd edilmişdir. Həmin müəssisədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayış təqdim edilmədiyindən həmin dövrün güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 1 ay 5 gün (##.##.2016-##.##.2025-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının həmin tarixdən ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, arayış olmadan iş stajının güzəştli hesablanması barədə həm vahid məhkəmə təcrübəsi var, həm də Nazirlər Kabinetinin qərarında öz əksini tapmışdır. İddiaçının “Yuqanskneftqaz” İstehsalat Birliyinin Salımskiy qazma işləri idarəsində işlədiyi qazmaçı köməkçisi, qazma ustası köməkçisi, qama ustası və mühəndis peşələri (vəzifələri) də siyahının qazma sahəsində birbaşa nəzərdə tutulmuşdur. Həmin iş yeri hazırda mövcud olmasa da belə, iddiaçı arxivdən arayış almış, notarial qaydada tərcümə və təsdiq olunmuş surətini həm cavabdehə, həm də məhkəməyə təqdim etmişdir.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 -ci maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 20.Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı X1 cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 21.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi dövr 12 il 6 aydan az təşkil etdiyindən güzəştli iş stajı olmadığı üçün ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

22. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçının 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixə 23 il 2 ay 18 gün ümumi iş stajı olduğu sübut olunur.

23. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlı olmuş, iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli C-*** nömrəli arayışda ##.##.1985-ci il tarixindən ##.##.1997-ci il tarixinədək Rusiya Federasiyası, “Yuqansknefteqaz” İstehsalat Birliyinin Salımskiy qazma işləri idarəsində işlədiyi qeyd edilsə də, həmin müəssisədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayış təqdim edilmədiyindən həmin dövrün güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Odur ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (9 il 1 ay 5 gün (##.##.2016-##.##.2025-ci il tarixləri arasındakı dövr) təşkil etməsinə istinad edərək, imtina cavabı vermişdir.

24. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## ### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Mərkəzi Filialda mövcud olan X5 dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, ona məhkəmə qərarı əsasında ## ###### 2017-ci il tarixindən 14 il 7 ay 25 gün (##.##.1989-##.##.1990-cı il və ##.##.1991- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildiririk ki, E.Novruzova güzəştli şərtlərə pensiya təyin edilərkən onun ##.##.1987-##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində “Yuqansknefteqaz” İstehsalat Birliyində işlədiyi dövr üzrə güzəştli şərtlərlə pensiya hüququ verən arayış təqdim olunmayıb və həmin dövr adıçəkilən şəxsin güzəştli iş stajına daxil edilməyib.

25. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2026-cı il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən “xxxx” MMC-də ##.##.2016-cı il tarixində (əmr № ***-2/16, ##.##.2016-cı il) Sahə qazma mühəndisi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2016-cı il tarixində (əmr № İR362-5/16, ##.##.2016-cı il) Qazma ustası vəzifəsinə keçirilmişdir. Hal-hazırda Qazma ustası vəzifəsində işləyir. İddiaçı SOCAR AQŞ-də ümumi əmək stajı 8 il 10 ay 23 gün təşkil edir. İşlədiyi müddət ərzində Xəzər dənizində yerləşən ÜMİD yatağının * saylı və Bulla * saylı platformalarında buruqlarda-quyularda neft-qaz quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir, işlədiyi sahə qazma mühəndisi vəzifəsi siyahıda göstərilən bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə, qazma ustası vəzifəsi isə “buruqların ustaları və onların köməkçiləri” peşəsinə uyğundur. Yuxarıda göstərilən peşələr, yəni İddiaçı ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək işlədiyi (1 ay 10 gün) Sahə qazma mühəndisi və ##.##.2016-cı il tarixdən hal-hazıradək işlədiyi (##.##.2025-ci il tarixədək 8 il 9 ay 13 gün) Qazma ustası peşələri (vəzifələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10.1-ci maddəsinin Qazma b) yarımbəndində rəhbərlər və mütəxəssislər: siyahısında göstərilmiş bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) və “buruqların ustaları və onların köməkçiləri” peşələrinə (vəzifələrinə) uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. 26.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qərarında həmin iş üzrə iddiaçının “Yuqansknefteqaz” İstehsalat Birliyinin Mamontovo qazma işləri idarəsindəki qazma işləri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi peşəsi güzəştli staj kimi qəbul edilmişdir.

27. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. 28.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 29.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü.ndən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar