Məhkəmə qərarları › İş №2-1(3-6)-1307/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1307/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1307/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “imtina qərarının ləğv edilməsi və əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxxnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # #### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixili *** saylı qərarına əsasən iddiaçı İddiaçı barəsində "mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom, partlayış travması (##.##.2020), sol qulaq seyvanının qəlpə yaralanmasına görə yaraların birincili işlənməsindən sonrakı bərkimiş dəri çapığı, çənənin sol bucaq nahiyəsinin iç səthinin yumşaq toxumalarının qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsindən və yad cismin xaric edilməsindən sonrakı vəziyyət, gərginlik tip baş ağrısı" diaqnozu qoyulmuşdur. Hərbi travmadır v Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

2. İddiaçıya ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilmişdir. Əlillik meyarı: 7.5.1.1. Psixi və davranış pozuntuları => Nevrotik, streslə əlaqədar və somatoform pozuntular > Posttravmatik stres pozuntusu => 2 il müddətində əmək qabiliyyətinin nəzər çarpacaq dərəc də azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

3. İddiaçı Bakı * nömrəli X13 Z********YBA nömrəli, ##.##.2025-ci il tarixli göndərişi əsasında ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun öz təsdiqini tapmaması əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir.

4. İddiaçı Bakı * nömrəli X13 Z********YBA nömrəli, ##.##.2025-ci il tarixli göndərişi əsasında ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun öz təsdiqini tapmaması əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (Il Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdi, kognitiv funksiyaların enməsi, dekompensasiya dövrü. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər Üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozğunluğu Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə Yanaşı xəstəliklər G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik baş ağrısı Yanaşı xəstəliklər Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar qeyd olunmuşdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi “diaqnozun öz təsdiqini tapmaması barədə” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona əyani müayinə olunduğu tarixdən – ##.##.2025-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir).

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixdə başlamış 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. ## ###### 2020-ci il tarixdə Xocalı rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır. Bundan sonra Bakı şəhəri * saylı X4 əməliyyat olmuşdur. Əməliyyatdan sonra dəfələrlə əlillik dərəcəsi almaq məqsədilə cavabdehə müraciət etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə ona imtina verilmişdir. Sonuncu dəfə ##.##.2022-ci il tarixdə TSEK-də müayinədən keçdikdən sonra ##.##.2022-ci il tarixli məktub əsasında ona yenidən imtina verilmişdir. Bundan sonra TSEK-in qanunsuz və əsassız imtinası ilə əlaqədar pozulan hüquqlarının qanuni müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. 2 il davam edən məhkəmə proseslərinin yekununda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiası təmin edilmiş və ona "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" əlillik dərəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 2024-cü ilin dekabrında TSEK sonuncu imtina qərarını dəyişdirərək ona geriyə tarixlə (yəni noyabr 2022 - dekabr 2024 cü illər üzrə) əlillik təyinatı aparmışdır. Müayinə vaxtının avtomatik bitməsi səbəbindən qanuni olaraq yenidən əlilliyinin bərpa edilməsi üçün müvafiq sənədləri əldə etdib poliklinikaya təqdim etdikdən sonra ##.##.2025ci il tarixdə TSEK-də əyani müayinəyə dəvət edilmişdir. Lakin yenə də cavabdeh qanunsuz olaraq əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. Sağlamlığında olan problemlər əlillik dərəcəsinə səbəb olan psixi sağlamlıq problemlər sağalan xəstəlik olmadığından, sağalmağı mümkün deyildir. Hətta ötən məhkəmə təcrübəsindən də bu məlumdur - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin ##.##.2023-cü il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilir ki, İddiaçı Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları" diaqnoz şəxsin anamnestik, psixi status və laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən xəstəliklərlə əlaqədar o, sahə poliklinikasında həkim psixiatrın daimi qeydiyyatında və nəzarətindədir, zərurət yarandığı hallarda müalicəyə cəlb olunur. Cavabdehin qanunsuz və əsassız imtinası hüqularını pozur.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Bakı * nömrəliX13 ##.##.2025- ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Üzvi (Il QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdi, kognitiv funksiyaların enmesi, dekompensasiya dövrü. Posttravmatik stress pozuntusu. İkitərəfliqarışıq konduktiv ve neyrosensor tipli ağıreşitmə. Xroniki posttravmatik baş ağrısı. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçı Bakı şəhər sakini ##.##.1994cü il təvəllüdlü İddiaçı (FIN:*******) əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. 2012-2013-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, ##.##.2020-##.##.2022-ci il tarixlərdə II Qarabağ Müharibəsində əsgər qismində iştirak etmişdir. Hərbi rütbəsi Ehtiyyatda olan əsgər olmuşdur. XHS: MN MHP HHK ##.##.2022-ci il tarixli 261 No-lu X11. Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, görmə hallüsinasiyalarından şikayətlənmişdir. Anamnestik məlumatlarda ailəli və 2 övladı (2 yaş ve körpə) olduğunu, ailəsi ilə birgə kirayədə yaşadığını, mənzillə təmin edilmədiyini, işləmədiyini qeyd etmişdir. "Ketilept" preparatını qəbul etdikdən sonra görmə hallüsinasiyaları yarandığını, müharibə dövründə qəlpə yaralanması aldığını bildirmişdir. Psixiatrik müayinə: Ünsiyyətdə sərbəst, təfəkkürü ardıcıl, məntiqi olmuşdur. Klinika təqdim edə bilməmiş, sosial vəziyyəti ilə əlaqədar əlilliyinin davam etdirilməsini xahiş etmişdir. Ailə adaptasiyası mövcud olmuş, emosional reaksiyalar adaptiv, mühakiməsi tam situasiyaya uyğun olmuşdur. Diaqnoz: Hazırki psixi vəziyyəti "Hal-hazırda kəskin və xroniki psixi xəstəlik əlamətləri izlənilmir" kimi müəyyənləşdirilmişdir. Aparılan anamnestik ve obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika aşkarlanmamış, təqdim edilən sənədlərdə qeyd edilmiş diaqnozlar əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # #### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin İddiaçı barəsində qəbul etdiyi “diaqnozun öz təsdiqini tapmaması barədə” ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı əyani müayinə olunduğu tarixdən – ##.##.2025-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulması qərara alınmışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkimrəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. akı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Tərəflərin izahatları

11. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

12. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətininin təmin olunmamasını, eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstisusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyası iddiaçının tələbini dəqiqləşmiş məzmunda icraata götürmüşdür.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

15. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən əlillik təyinatından imtina barədə ##.##.2025ci il və ##.##.2025-ci il tarixli qərarlar qəbul edilmiş və iddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə hazırki tələblə məhkəməyə müraciət etmişdir.

22. İşin mahiyyətinə gəldikdə hazırda işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının tələbi “cavabdehin barəsində qəbul etdiyi “diaqnozun öz təsdiqini tapmaması barədə” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona əyani müayinə olunduğu tarixdən – ##.##.2025-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Müdafizə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarda iddiaçı qoyulan diaqnoz “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İddiaçıya ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilmişdir. Əlillik meyarı: 7.5.1.1. Psixi və davranış pozuntuları => Nevrotik, streslə əlaqədar və somatoform pozuntular > Posttravmatik stres pozuntusu => 2 il müddətində əmək qabiliyyətinin nəzər çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı).

25. İddiaçı Bakı * nömrəli X13 Z********YBA nömrəli, ##.##.2025-ci il tarixli göndərişi əsasında ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun öz təsdiqini tapmaması əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (Il Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdi, kognitiv funksiyaların enməsi, dekompensasiya dövrü. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər Üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozğunluğu Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə Yanaşı xəstəliklər G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik baş ağrısı Yanaşı xəstəliklər Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar qeyd olunmuşdur.

26. Cavabdehin ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, komissiya ##.##.2025-ci il tarixdə aşağıda adı göstərilən 13 nəfər vətəndaşın əliliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 4. Bakı şəhər sakini ##.##.1994-cü il təvəllüdlü İddiaçı (FİN:*******). Göndərişin nömrəsi: Unikal kod. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. Müraciətlərin sayı: 1) ##.##.2022 DƏƏTE; 2) ##.##.2022 DƏƏTE (ESDAS: 22420336848); 3) ##.##.2022-##.##.2024 (2il) OFP 35% ARƏB (ESDAS: 3-17- 4/3-1-14886/2023). Xidməti Məruzə nömrəsi: 3-17-4/3- 1-24869/2024, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli Qərarı. Təqdim edilmiş sənəd sayı: 17. Hərbi bilet: SX No 0285887. Hərbi xidmət illəri: 2012-2013cü il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, ##.##.2020-##.##.2022-ci il tarixlərdə II Qarabağ Müharibəsində əsgər qismində iştirak etmişdir. Hərbi rütbə: Ehtiyyatda olan əsgər. XHŞ: MN MHP HHK ##.##.2022-ci il tarixli 261 No-li X11 Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, görmə hallusinasiyalarından şikayətlənmişdir. Anamnestik məlumatlarda ailəli və 2 övladı (2 yaş və körpə) olduğunu, ailəsi ilə birgə kirayədə yaşadığını, mənzillə təmin edilmədiyini, işləmədiyini qeyd etmişdir. "Ketilept" preparatını qəbul etdikdən sonra görmə hallusinasiyaları yarandığını, müharibə dövründə qəlpə yaralanması aldığını bildirmişdir. Psixiatrik müayinə: (Tağızadə Nərmin)-Ünsiyyətdə sərbəst, təfəkkürü ardıcıl, məntiqi olmuşdur. Klinika təqdim edə bilməmiş, sosial vəziyyəti ilə əlaqədar əlilliyinin davam etdirilməsini xahiş etmişdir. Ailə adaptasiyası mövcud olmuş, emosional reaksiyalar adaptiv, mühakiməsi tam situasiyaya uyğun olmuşdur. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti "Hal-hazırda kəskin və xroniki psixi xəstəlik əlamətləri izlənilmir" kimi müəyyənləşdirilmişdir. Qərarın əsaslandırılması: Aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika aşkarlanmamış, təqdim edilən sənədlərdə qeyd edilmiş diaqnozlar əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

27. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmətibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır . Həmin qərardada əsasən tərtib olunmuş ##.##.2025-ci il tarixli, **** №-li ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda üzvi şəxsiyyət pozuntusu (müharibə zamanı aldığı KBT nəticəsində) kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları. Posttravmatik stress pozuntusu, intihar cəhdi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar - F07.0 va F43.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və halhazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə II Qarabağ döyüşləri zamanı düşmənin minaatandan atdığı mərminin yaxınlığına düşməsi nəticəsində qapalı- kəllə beyin travması alması və ağız və qulaq nahiyələrindən qəlpə yaraları alması, Füzuli hərbi hospitalında müayinə və müalicədə olması, qapalı-kəllə beyin travması alması ilə əlaqədar sonradan onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsini, yuxu pozuntusu, davranışında aqressivlik yaranmasını bildirərək MN BKHnin hərbi poliklinikasında şəhadətləndirilməsi, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında, həmçinin Bakı şəhər * saylı Klinik Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, sonuncu dəfə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olaraq onda "Üzvi (Il Qarabağ müharibəsi zamanı almış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlərlə, intihar cəhdi, kognitiv funksiyaların enməsi, dekompensasiya dövrü" diaqnozunun müəyyən edilməsi, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, tez-tez ürəkbulanma hallarından əziyyət çəkməsi, yuxuda müharibə səhnələrini görərək yuxudan oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, uzunun bir tərəfinin əzələlərində funksiya pozuntusu yaranması, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərdiyini, intihara cəhd fikirlərinin olmasını, göstərilənlərlə əlaqədar hal-hazırda evdə təyin edilmiş müalicəni qəbul etməsi, hazırki müayinə zamanı sorğu-sual gedişatında emosional gərginliyinin artması, əsəbiliyi, müharibə zamanı aldığı kəllə-beyin travması nəticəsində müharibədən əvvəlki dövrlərdə olduğu bir insan olmadığını, intihara cəhd etdiyini bildirərək gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s.) sübut edir. Il Yekun hissəsi. Inzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılan bildirir. 1-ci sual: ##.##.2025-ci il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdi, kognitiv funksiyaların enməsi ilə, dekompensasiya dövrü. Postravmatik stress pozuntusu. Ikitərəfəli qarışıq konduktiv va neyrosensor tipli ağıreşitmə, zroniki postravmatik baş ağrısı) hazırda iddiaçıda müşahidə edilirmi? Cavab: İddiaçı Üzvi şəxsiyyət pozuntusu (müharibə zamanı aldığı KBT nəticəsində) kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları. Posttravmatik stress pozuntusu, intihar cəhdi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlarF07.0 v F43.0) müəyyən edilir. Tibbi sənədlərin tədqiqi və yoxlanılan şəxsin hazırki müayinə zamanı psixi vəziyyəti belə nəticəyə gəlməyə əsas verir ki, hazırda İddiaçı aşkar edilmiş şəxsiyyət pozuntusu qabarıq biruzə verərək aldığı müalicələrə rezistentdir, yəni ona təyin edilmiş dərman və psixoterapevtik müdaxilələrin effektliliyinin onun psixi vəziyyətində sabitləşmə yaratmır va intihar riskləri hələki davam edir. Qərarda qoyulmuş digər suala cavab olaraq bildirilir ki, qoyulmuş digər sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, belə ki, aparılan psixiatrik müayinə nəticəsində şəxsin psixi vəziyyəti və hazırda onda aşkar edilən psixi xəstəliyin, yaxud psixi pozuntunun diaqnozu tərtib edilmiş rəydə əks olunur. Qeyd edilməlidir ki, xəstəliyin yaxud psixi pozuntu nəticəsində əlilliyin təyin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** saylı qərarı ilə əlilliyin təyin olunması meyarları əsasında qiymətləndirilməsi Cavabdeh X2 səlahiyyətlərinə aiddir.

28. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim olunan ##.##.2026-cı il tarixli ##.##.2026-cı il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya F07.0 XBT kodu ilə nəzərdə tutulmuş üzvi (ikinci Qarabağ müharibəsi zamanı olmuş travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətli, intihar cəhdi, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü. diaqnozu qoyulmuşdur.

29. Beləliklə, yuxarıda qeyd edilən işin faktiki hallarının tədqiqindən müəyyən olunur ki, iddiaçıda Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Bakı * nömrəli X13 Z********YBA nömrəli, ##.##.2025-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (Il Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdi, kognitiv funksiyaların enməsi, dekompensasiya dövrü. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər Üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozğunluğu Yanaşı xəstəliklər H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə Yanaşı xəstəliklər G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik baş ağrısı Yanaşı xəstəliklər Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar.” Diaqnozları müşahidə olunur.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.

31. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

32. “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndində F07 kodlu xəstəlik əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

33. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

34. Yuxarıda qeyd ediln ekspert rəyində də qeyd olunmuşdur ki, İddiaçı Üzvi şəxsiyyət pozuntusu (müharibə zamanı aldığı KBT nəticəsində) kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları. Posttravmatik stress pozuntusu, intihar cəhdi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar F07.0 v F43.0) müəyyən edilir. Tibbi sənədlərin tədqiqi və yoxlanılan şəxsin hazırki müayinə zamanı psixi vəziyyəti belə nəticəyə gəlməyə əsas verir ki, hazırda İddiaçı aşkar edilmiş şəxsiyyət pozuntusu qabarıq biruzə verərək aldığı müalicələrə rezistentdir, yəni ona təyin edilmiş dərman və psixoterapevtik müdaxilələrin effektliliyinin onun psixi vəziyyətində sabitləşmə yaratmır va intihar riskləri hələ ki davam edir.

35. Beləliklə, məhkəmə araşırması nəticəsində müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti Meyarların 7.7.1.1-ci bəndinə uyğundur .

7.7.1.1 fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, 35-60 2 il davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski

36. Bununla yanaşı, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı əyani müayinə olunduğu tarixdən – ##.##.2025-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulması qərarını qəbul etsə də, orqanizmin funksiyalarının pozulması faizini və orqanizmin funksiyalarının pozulması müddətini müəyyən etməmişdir.

37. İddiaçıya onun hüquqi marağına müvafiq olaraq məhkəmə kollegiyası tərəfindən hüquqi yardım göstərilmiş və iddiaçı da iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstisusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və ərizə həmin məzmunda icraata qəbul edilmişdir.

38. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddiaçı İddiaçı Bakı * nömrəli X13 Z********YBA nömrəli, ##.##.2025-ci il tarixli göndərişi üzrə (Forma 88 üzrə) Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi səbəb ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci yarımbəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla ##.##.2025-ci il tarixdən 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı Bakı * nömrəli X13 Z********YBA nömrəli, ##.##.2025-ci il tarixli göndərişi üzrə (Forma 88 üzrə) Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci yarımbəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla ##.##.2025-ci il tarixdən 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar