Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1319/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İnqilab oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı İnqilab oğlunun, Cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı İnqilab oğlu ##.##.1976-cı il təvəllüdlüdür.
2. AB-İ nömrəli, ****** nömrəli diploma əsasən İddiaçı İnqilab oğlu 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1997-ci ildə həmin Universitetin “Hüquqşünaslıq” ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının ## #### 1997-ci il tarixli qərarı ilə ona “Hüquqşünas” ixtisası verilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən ##.##.2025-ci il tarixli, *-**-*/*-N-******/**** nömrəli məktubla imtina edilmişdir.
4. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı İnqilab oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992 – 1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsində təhsili almışdır. ##.##.1997 – ##.##.2023-cü illərdə prokurorluq orqanlarında, yəni dövlət qulluğunun xüsusi növündə (25 il 8 ay 14 gün) qulluq keçmiş, o cümlədən, müstəntiq və böyük müstəntiq kimi fəaliyyətinə dair qulluq stajı 21 il 5 ay 12 gün (##.##.1997 – ##.##.2018); Dövlət ittihamının müdafiəsi üzrə İdarənin şöbə prokuroru – dövlət ittihamçısı kimi fəaliyyətinə dair qulluq stajı 4 il 3 ay 2 gün (##.##.2018 – ##.##.2023) təşkil edir. ##.##.2023 – ##.##.2025-ci illərdə gömrük orqanlarında, yəni dövlət qulluğunun xüsusi növündə (2 il 4 ay 2 gün) xüsusi rütbəli şəxs olmaqla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi kimi xidmət keçmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin ##.##.2025-ci il tarixli 3-33/732Ş №oli əmri ilə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə öz ərizəsi ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnama"nin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə xitam verilmişdir. Pensiya təyinatı üçün barəsində məlumat vərəqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülsə də, cavabdeh ##.##.2025-ci il tarixli *-**-*/*- N-******/**** nömrəli məktubu ilə əmək pensiyası təyinatından imtina edərək bunu aşağıdakı dəlillərlə əsaslandırılmışdır: Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi,fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" ##.##.1992-ci il tarixli *** nömrəli Qərarında pensiya təyin edilib verilməsi üçün gömrük orqanlarında xidmət vaxtının hesablanması zamanı prokurorluq orqanlarında qulluq illərinin nəzərə alınması qeyd edilməyib. NK-nın ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın 2-ci bəndində qeyd edilən qayda əsasında isə prokurorluq orqanlarında qulluq illəri gömrük orqanlarında pensiya təyin edilməsi zamanı xidmət vaxtına nəzərə alına bilməz. Çünki həmin qayda gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Oxşar məsələyə dair Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ##.##.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən daxili işlər orqanlarının əməkdaşlarına pensiya təyin edilib verilməsi üçün "uzun müddət xidmət” vaxtının hesablanması *** nömrəli Qərarının tələbləri əsasında həyata keçirilməlidir. NK-nın ##.##.2004-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası" (bundan sonra –"** nömrəli Qərar") daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə (təqvim) haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin hesablanmasını tənzimlədiyindən həmin Qaydanın 6-cı bəndinin tələbləri pensiya təyin edilərkən əsas götürülə bilməz. Yəni güzəştli xidmət illərinin daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınması qaydası pensiya təyin edilərkən əsas götürülə bilməz. Aşağıdakı səbəblərə görə hesab edir ki, imtina dəlilləri əsassızdır, bu səbəbdən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməlidir. Gömrük orqanında fasiləsiz xidmət illərinə daxil edilən dövrlər pensiya təyinatı zamanı da nəzərə alınır. Cavabdehin 1-2-ci dəlillərinə münasibətdə qeyd edilməlidir ki, NK-nın ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə (i) *** nömrəli Qərara və * nömrəli Qərara uyğun həyata keçirilir. Bu o deməkdir ki, pensiya təyin edilməsi zamanı xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması təkcə *** nömrəli Qərara uyğun olaraq deyil, həm də * nömrəli Qərara uyğun olaraq həyata keçirilir, hansı ki, * nömrəli Qərarın 2-ci bəndinə əsasən məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən hakim Zakir Quliyev) ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərarı ilə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən * nömrəli qərar pensiya təyinatı üçün hüquq mənbəyi kimi nəzərdə tutulmuşdur. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən hakim Səyyad Kərimov) ##.##.2023-сü il tarixli 2-1(102)- **/**** nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən * nömrəli qərara əsasən gömrük orqanlarında xidmət illəri dövlət qulluğu stajına daxil edilir və bunun üzərindən pensiya hüququ təmin edilməlidir. Bu səbəbdən İddiaçının məhkəmə hakimiyyəti orqanı hesab edilən prokurorluq orqanlarında işlədiyi müddət pensiya təyinatı zamanı gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməli və ona pensiya təyin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi fasiləsiz xidmət illərinə daxil edilən dövrlərin pensiya təyinatı zamanı nəzərə alınmasını istisna etmir. Cavabdehin 3-cü dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ** nömrəli Qərarındakı qayda (daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin nəzərə alınması) onu nəzərdə tutur ki, güzəştli xidmət illərinin daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınması qaydası pensiya təyin edilərkən əsas götürülə bilməz. Həmin qayda onu nəzərdə tutmur ki, daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illəri pensiya təyin edilərkən əsas götürülə bilməz. Həmin qərardakı növbəti mövqelərdən də görünür ki, güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı 2-ci dəfə təkrarlanması ilə nəticələnər. Bu o deməkdir ki, güzəştli xidmət illəri daxili işlər orqanı əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınsa da, həmin güzəştli xidmət illəri pensiya təyinatı zamanı 2-ci dəfə təkrarlanmamalıdır. Lakin daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin pensiya təyinatı zamanı nəzərə alınması istisna edilmir. Əslində həmin hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair ##.##.2012-ci il tarixli qərarındakı hüquqi mövqe ilə də uzlaşır. Belə ki, həmin qərardakı hüquqi mövqeyə əsasən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Həmin hüquqi mövqedən belə nəticə hasil olur ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan qayda, yəni prokurorluq orqanından digər orqana keçən işçinin xidmət illərinin nəzərə alınması qaydası güzəştli şərtlərlə pensiya təyin edilməsinə də aiddir, yəni İddiaçı, prokurorluq orqanından gömrük orqanına keçmişdirsə, onun prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı da nəzərə alınmalıdır. Hətta hesab edilsə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsi ləğv edilmişdir və hazırda həmin müddəanın əks olunduğu 18.9-cu maddəsi yalnız rütbə və ixtisas dərəcəsinin verilməsi məqsədləri üçün nəzərə alınır, belə olan halda belə, İddiaçıya münasibətdə ##.##.2024-cü il tarixədək qüvvədə olmuş "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsi tətbiq edilməklə onun prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalıdır. Çünki İddiaçı ##.##.2024-cü il tarixədək, konkret olaraq ##.##.2023-cü il tarixdə, yəni 01 il 8 ay 13 gün əvvəl prokurorluq orqanlarından gömrük orqanlarına keçirilmiş və bununla da elə həmin tarixdən də qüvvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən artıq pensiya hüququnu əldə etmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinin ləğv edilməsi Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən hüquqi vəziyyəti yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsini şərtləndirir. Odur ki, İddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Eyni hakimiyyət qoluna aid olan bir icra orqanları digərini təftiş etmək səlahiyyətinə malik deyil. Nəhayət qeyd edilməlidir ki, NK-nın ##.##.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü bəndinə əsasən İddiaçı barəsində təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası təyinatı üçün DSMF-a ötürülmüşdür. Lakin Cavabdeh həmin məlumat vərəqini təftiş etmiş, digər inzibati orqanın inzibati fəaliyyətini şübhə altına almışdır. Göründüyü kimi, subordinasiya baxımından bərabər səviyyəli inzibati orqanların bir-birinin qərarlarını təftiş etmək səlahiyyəti yoxdur, onlar arasında səlahiyyəti mübahisəsinə yol verilmir. Bu baxımdan məlumat vərəqi etibarlı sənəd olduğundan ona uyğun əmək pensiyası təyin edilməlidir.
7. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək edərək, ##.##.2025-ci il tarixdən gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Etiraza əsasən, iddiaçı İddiaçı iddia ərizəsində prokurorluq orqanlarında işlədiyi illərin gömrük komitəsində işlədiyi illərə daxil edilməsini və 30 il 06 ay 16 gün xidmət illərinə görə gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı pensiyanın təyin edilməsi məqsədilə ərizə ilə ##.##.2025-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən müraciət cavablandırılmasına dair ##.##.2025-ci il tarixli *-**-*/*-N-******/**** nömrəli məktubla İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması barədə ətraflı məlumat verilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildirirlər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsi də nəzərdə tutulur. Qanunun 9.5-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə); 2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); 3) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olubolmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin prokurorluq işçisi kimi qulluq illərinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Eyni zamanda bildirirlər ki, prokurorluq işçisi kimi işlədiyi müddətin hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məsələsi Qanunla tənzimlənmişdir. Belə ki, Qanunun 9.5.2-ci və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kimi, 15 il hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mülki iş stajı, o cümlədən prokurorluq işçisi kimi qulluq illəri də əmək pensiyası təyin olunarkən nəzərə alınır və həmin iş stajlarına görə əlavə faizlər hesablanır. Deməli, pensiyanın müəyyən edilməsi mülki iş stajının, o cümlədən prokurorluq işçisi kimi işlədiyi müddətin hərbi xidmət illərinə birləşdirilməsi Dövlət Gömrük Komitəsinin sözügedən məlumat vərəqlərində tərtib etdiyi kimi Qanunun 9.5.1-ci maddəsi üzrə deyil, 9.5.2-ci və 9.5.3-cü maddələri üzrə təyinat zamanı tətbiq olunur. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.3-cü bəndinə əsasən, gömrük orqanlarının əməkdaşlarının xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarlarına uyğun qaydada həyata keçirilir: 1) Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" ##.##.1992-ci il tarixli *** nömrəli; 2) "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın (bundan sonra – Qayda) təsdiq edilməsi haqqında" 2006-cı il # ###### tarixli * nömrəli. Qaydanın adından göründüyü kimi, Qayda əmək pensiyasının təyin edilərkən faiz dərəcəsinin müəyyən edilməsi üçün xidmət illərinin hesablanmasını deyil, xidmətdə olan şəxslərin xidmət illərinə görə əlavəsinin müəyyən edilməsi, o cümlədən əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin tərkibində göstərilən xidmət illərinə görə əlavənin hesablanmasını tənzimləyir. Xidmət illərinə görə əlavəyə nümunə olaraq Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşına dair sözügedən Komitə tərəfindən göndərilmiş məlumat vərəqinin "Təminat xərcliyi bağlı məlumatlar" hissəsinin çıxarışı aşağıda əlavə olunur. Sözügedən xidmət illərinə görə əlavə çıxarışda göstərilmiş 3.4.1-ci bənddə qeyd edilib. Yəni "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.3-cü bəndinə və "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın on üçüncü abzasına əsasən, aşağıda əlavə edilmiş çıxarışın 3.4.1-ci bəndindəki 180,00 manat fasiləsiz xidmət illərinə görə əlavənin qarşısında qeyd olunan faiz dərəcəsinin müəyyən edilməsi üçün həm hərbi xidmət müddəti, həm də prokurorluq işçisi kimi qulluq illəri nəzərə alınır. Həmçinin oxşar hal kimi, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarının şərh hissəsində qeyd edilir: "Daxili işlər orqanlarının əməkdaşlarına pensiya təyin edilib verilməsi üçün “uzun müddət xidmət" vaxtının hesablanması Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarının tələbləri əsasında həyata keçirilməlidir. Nazirlər Kabinetinin 2004-cü il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Qayda daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə (təqvim) haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin hesablanmasını tənzimlədiyindən həmin Qaydanın 6-cı bəndinin tələbləri pensiya təyin edilərkən əsas götürülə bilməz". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin də mövqeyinə əsasən hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun və faiz dərəcəsinin müəyyən edilməsi üçün xidmət illəri bir qayda olaraq yuxarıda qeyd edilmiş Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Qeyd olunanlara əsasən, iddiaçı İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqvimi xidmət illərinin hesablanması zamanı prokurorluq işçisi kimi qulluq illərin nəzərə alınması qanunvericiliyin tələbləri baxımindan mümkün deyildir. Bu səbəbdən də, İddiaçı təqvimi xidmət illəri 20 ildən az təşkil etdiyindən sözügedən Komitə tərəfindən iddiaçıya dair təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqi Mərkəzi Filial tərəfindən geri qaytarılmışdır.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi mübahisə * nömrəli Qərar əsasında prokurorluq orqanlarında qulluq illərinin gömrük orqanlarında pensiya təyin edilməsi zamanı xidmət vaxtına nəzərə alınması ilə bağlıdır. Cavabdehin mövqeyinə əsasən * nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Halbuki, Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə (i) *** nömrəli Qərara və (ii) * nömrəli Qərara uyğun həyata keçirilir. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi Plenumunu “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” ##.##.2026-cı il tarixli qərardadında eyni hüquqi mövqe sərgiləşmişdir. Bu o deməkdir ki, pensiya təyin edilməsi zamanı xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması təkcə *** nömrəli Qərara uyğun olaraq deyil, həm də * nömrəli Qərara uyğun olaraq həyata keçirilir və * nömrəli Qərarın 2-ci bəndinə əsasən digər hüquq mühafizə orqanlarının rəis heyəti vəzifələrində və məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən * nömrəli qərara əsasən gömrük orqanlarında xidmət illəri dövlət qulluğu stajına daxil edilir və bunun üzərindən pensiya hüququ təmin edilməlidir. Bu səbəbdən İddiaçının məhkəmə hakimiyyəti orqanı hesab edilən prokurorluq və digər hüquq mühafizə orqanı hesab edilən dövlət təhlükəsizlik orqanlarında işlədiyi müddət pensiya təyinatı zamanı gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməli və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ona verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-N-******/**** nömrəli imtina məktubunda hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqvimi xidmət illərinin hesablanması zamanı prokurorluq işçisi kimi qulluq illərinin nəzərə alınmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmiş, təqvimi xidmət illərinin 20 ildən az təşkil etməsi səbəbindən Komitə tərəfindən ona dair təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqinin geri qaytarıldığı qeyd edilmişdir. Vətəndaşa ünvanlanmış imtina məktubunda və ona uyğun hazırlanmış etirazda da göstərildiyi kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Məhkəmənin gəldiyi nəticənin əsaslandırdığı halların bəziləri imtina məktubu, iddia ərizəsinə etiraz və hazırki apellyasiya şikayətində göstərilən xüsusatlarla tam təkzib olunur. Belə ki, məhkəmə, iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2-ci bəndinə (gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil olan dövlər) də istinad etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da eyni mövqe sərgiləndiyini qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı ilk növbədə bildirirlər ki, yuxarıda da vurğulandığı kimi, əmək pensiya hüququnun yaranmasına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın təyinatı və tənzimlədiyi məsələlər məhkəməyə ünvanlanmış etirazda dəqiq şəkildə qeyd edilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyət etibarilə cavabdehin birinci instansiya məhkəməsində təqdim etdiyi etirazın təkrarından ibarətdir. Şikayətdə iş üzrə yeni faktiki hallar göstərilməmiş, yeni sübutlar təqdim edilməmiş, habelə Bakı İnzibati Məhkəməsinin Qərarında ətraflı hüquqi qiymət verilmiş arqumentləri təkzib edən yeni hüquqi əsaslar irəli sürülməmişdir. Bakı İnzibati Məhkəməsi Cavabdehin etirazında göstərilən bütün hüquqi arqumentləri araşdırmış, onların hər birinə ayrıca hüquqi qiymət vermiş və iddia tələbinin təmin edilməsinin səbəblərini ətraflı əsaslandırmışdır. Birinci instansiya məhkəməsi həmçinin əsaslandırmışdır ki, * nömrəli Qərarın 2-ci bəndində prokurorluq orqanlarında qulluq edilmiş müddətin gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməsi birbaşa nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu da ##.##.2026-cı il tarixli qərardadında bu hüquqi tənzimləməni nəzərə alaraq qiymətləndirmə aparmışdır. Apellyasiya şikayətində isə məhkəmənin bu hüquqi əsaslandırmaları ümumiyyətlə təkzib edilməmiş, yalnız Cavabdehin əvvəlki mövqeyi təkrar edilmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv etməsi üçün yalnız əvvəlki arqumentlərin təkrarlanması kifayət deyildir. Cavabdeh birinci instansiya məhkəməsinin hüquqi nəticələrinin hansı səbəbdən səhv olduğunu hüquqi arqumentlərlə əsaslandırmalı olduğu halda apellyasiya şikayətində belə bir əsaslandırma mövcud deyildir. Bu baxımdan Cavabdehin sözügedən dəlili əsassızdır və Bakı İnzibati Məhkəməsinin həmin məsələyə dair gəldiyi hüquqi nəticəni təkzib etmir. Cavabdehin Konstitusiya Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadına istinad etməsi Bakı İnzibati Məhkəməsinin Qərarının qanunsuz olduğunu göstərmir. Əksinə, həmin Qərarın hüquqi mövqeləri birinci instansiya məhkəməsi tərəfindən düzgün təhlil edilmiş, hazırkı işin faktiki hallarına uyğun şəkildə tətbiq olunmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin həmin hissəsi də əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, hazırkı işdə söhbət dövlət qulluqçusuna qanunvericilikdə nəzərdə tutulmayan yeni güzəştin verilməsindən getmir. İddiaçının tələbi qüvvədə olan normativ hüquqi aktların tətbiqinə əsaslanır və həmin aktlarda dövlət qulluğunun xüsusi növlərində qulluq keçmiş şəxslərin xidmət müddətlərinin nəzərə alınmasına dair hüquqi tənzimləmə mövcuddur. Bu səbəbdən cavabdehin "erkən pensiya hüququnun yaranması" və ya "əlahiddə statusun zəifləməsi" barədə mülahizələri mübahisənin hüquqi həllinə təsir edən arqument hesab edilə bilməz. Apellyasiya şikayətində iddiaçının 25 ildən artıq prokurorluq orqanlarında, daha sonra isə gömrük orqanlarında xidmət etməsi əsas gətirilərək onun güzəştli pensiya hüququ əldə etməsinin qanunvericiliyin məqsədinə uyğun olmadığı göstərilsə də, bu yanaşma hüquqi deyil, subyektiv mülahizəyə əsaslanır. Məhkəmələr mübahisələri qüvvədə olan qanunvericilik əsasında həll edir. Cavabdehin qanunvericiliyin məqsədi barədə şəxsi şərhi isə qüvvədə olan hüquq normalarını dəyişmir və onların tətbiqini istisna etmir. Beləliklə, apellyasiya şikayətinin bu hissəsində irəli sürülən arqumentlər də Bakı İnzibati Məhkəməsinin Qərarında araşdırılmış, onlara hüquqi qiymət verilmiş və əsaslandırılmış şəkildə rədd edilmişdir. Cavabdeh həmin hüquqi qiymətləndirmənin səhv olmasını göstərən hər hansı yeni hüquqi əsas və ya yeni sübut təqdim etmədiyindən apellyasiya şikayətinin bu hissəsi də əsassız hesab edilməlidir.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.3-cü maddə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddə xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.
18. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin ## ###### 2006-cı il *** nömrəli Fərmanı 2.4-cü bənd Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 3.3-cü maddə Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.
19. ##.##.2024-cü il tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 5.2-ci maddə Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir.
20. “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası 9.5.1-ci maddə Hərbi qulluqçu kimi 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır.
21. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddə Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
22. Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.3-cü bənd Xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə *** nömrəli Qərara və * nömrəli Qərara uyğun həyata keçirilir.
23. * nömrəli Qərarın ##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyası 2-ci bənd Digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Daha sonra məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə iş materiallarından göründüyü kimi mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli Qərarı əsasında prokurorluq orqanlarında qulluq illərinin gömrük orqanlarında pensiya təyin edilməsi zamanı xidmət vaxtına nəzərə alınması ilə bağlıdır.
30. Cavabdehin mövqeyinə əsasən * nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir.
31. Halbuki, Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə (i) *** nömrəli Qərara və (ii) * nömrəli Qərara uyğun həyata keçirilir.
32. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi Plenumunu “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” ##.##.2026-cı il tarixli qərardadında eyni hüquqi mövqe sərgiləşmişdir.
33. Bu o deməkdir ki, pensiya təyin edilməsi zamanı xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması təkcə *** nömrəli Qərara uyğun olaraq deyil, həm də * nömrəli Qərara uyğun olaraq həyata keçirilir və * nömrəli Qərarın 2-ci bəndinə əsasən digər hüquq mühafizə orqanlarının rəis heyəti vəzifələrində və məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir.
34. Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə * nömrəli qərara əsasən gömrük orqanlarında xidmət illəri dövlət qulluğu stajına daxil edilir və bunun üzərindən pensiya hüququ təmin edilməlidir.
35. Bu səbəbdən iddiaçının məhkəmə hakimiyyəti orqanı hesab edilən prokurorluq və digər hüquq mühafizə orqanı hesab edilən dövlət təhlükəsizlik orqanlarında işlədiyi müddət pensiya təyinatı zamanı gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməli və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməlidir.
36. Bununla yanaşı, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair ##.##.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ** nömrəli Qərardakı qayda (daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin nəzərə alınması) onu nəzərdə tutur ki, güzəştli xidmət illərinin daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınması qaydası pensiya təyin edilərkən əsas götürülə bilməz. Güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər.
37. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, güzəştli xidmət illəri daxili işlər orqanı əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınsa da, həmin güzəştli xidmət illəri pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanmamalıdır. Lakin daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin pensiya təyinatı zamanı nəzərə alınması istisna edilmir.
38. Həmin hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair ##.##.2012ci il tarixli qərarındakı hüquqi mövqe ilə uzlaşır. Belə ki, həmin qərara görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2024- cü il tarixədək qüvvədə olmuş 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər.
39. Həmin hüquqi mövqedən belə aydın olur ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan qayda, yəni prokurorluq orqanından digər orqana keçən işçinin xidmət illərinin nəzərə alınması qaydası güzəştli şərtlərlə pensiya təyin edilməsinə də aiddir.
40. Qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5ci maddəsi ##.##.2024-cü il tarixdə ləğv edilsə də, eyni norma (prokurorluq orqanlarındakı qulluq illərinin dövlət qulluğu və ya dövlət qulluğunun xüsusi növündəki qulluq (xidmət) illərinə daxil edilməsi) 18.9-cü maddədə təsbit edilmişdir. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir.
41. Konstitusiya Məhkəməsi Plenumunu ##.##.2026-cı il tarixli qərardadında qeyd etmişdir ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edilməsi zamanı dövlət qulluğu ilə qulluğun xüsusi növündə xidmətin ağır şərtlərinə görə müəyyən edilmiş fərq aradan qalxmış olur, bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə halının yaranmasına gətirib çıxara bilər. Digər tərəfdən, dövlət qulluqçusu qulluğun xüsusi növünə qəbul edildikdə, pensiya məqsədləri üçün dövlət qulluğunun qulluq stajının qulluğun xüsusi növündə qulluq illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması ədalət prinsipinin pozulmasına səbəb ola bilər.
42. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi Plenumu tərəfindən pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydalarının müəyyən əmsallar əsasında (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) təkmilləşdirilməsini Nazirlər Kabinetinə tövsiyə edilmişdir.
43. Həmin qərardadda qeyd edilmişdir ki, belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər.
44. Həmçinin, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardadının çıxarılmasına əsas olan işin hallarına əsasən şəxs əvvəlcə dövlət qulluğu vəzifəsində işləmiş, sonra dövlət qulluğunun xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xidmət keçmiş, ona Dövlət Gömrük Komitəsi xüsusi rütbəli şəxsi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
45. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu qərardadında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini dövlət qulluqçuları üçün pensiya hüququndan suiistifadəyə gətirib çıxara bilən hal kimi qiymətləndirmişdir.
46. Lakin Konstitusiya Məhkəməsi Plenumu qərardadda hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğunun xüsusi növündə qulluq illərinin hərbi xidmət illərinə, yaxud dövlət qulluğunun bir xüsusi növündə qulluq illərinin digər xüsusi növdə qulluq illərinə staj olaraq birə-bir daxil edilməsini dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin pensiya hüququndan sui-istifadəsinə gətirib çıxara bilən hal kimi qiymətləndirməmişdir.
47. Bu səbəbdən dövlət qulluğunun xüsusi növündə qulluğun hərbi xidmət kimi daha ağır şərtlərə xidmət olması və həmin xidmətin özünün “əlahiddə status”a malik olması, onların ümumi dövlət qulluğundan fərqli olaraq daha əlverişli şərtlərlə pensiya hüququna layiq olması nəticəsinə gəlmək olur.
48. Hazırki işin hallarına əsasən də iddiaçı əvvəlcə dövlət qulluğunun xüsusi növü hesab edilən prokurorluq orqanlarında (25 il 8 ay 14 gün) xüsusi rütbəli şəxs olaraq qulluq keçmiş, sonra isə dövlət qulluğunun digər xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir.
49. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun qərardadındakı hüquqi mövqelər onun hüquqi vəziyyətinə aid ola bilməz və onun dövlət qulluğunun xüsusi növündə qulluğu (prokurorluqda qulluq) və hərbi xidməti dövlət qulluğunun digər xüsusi növündə (gömrük orqanlarında) qulluğun “əlahiddə status”u zəiflədən, həmçinin xüsusi rütbəli şəxs (gömrük işçisi) kimi erkən pensiya hüququ qazanması halı kimi qiymətləndirilə bilməz.
50. Odur ki, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
51. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ona verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-N-******/**** nömrəli imtina məktubunda hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqvimi xidmət illərinin hesablanması zamanı prokurorluq işçisi kimi qulluq illərinin nəzərə alınmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmiş, təqvimi xidmət illərinin 20 ildən az təşkil etməsi səbəbindən Komitə tərəfindən ona dair təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqinin geri qaytarıldığı qeyd edilmişdir. Vətəndaşa ünvanlanmış imtina məktubunda və ona uyğun hazırlanmış etirazda da göstərildiyi kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Məhkəmənin gəldiyi nəticənin əsaslandırdığı halların bəziləri imtina məktubu, iddia ərizəsinə etiraz və hazırki apellyasiya şikayətində göstərilən xüsusatlarla tam təkzib olunur. Belə ki, məhkəmə, iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2-ci bəndinə (gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil olan dövlər) də istinad etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da eyni mövqe sərgiləndiyini qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı ilk növbədə bildirirlər ki, yuxarıda da vurğulandığı kimi, əmək pensiya hüququnun yaranmasına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın təyinatı və tənzimlədiyi məsələlər məhkəməyə ünvanlanmış etirazda dəqiq şəkildə qeyd edilmişdir.
52. Məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.Şikayətdə iş üzrə yeni faktiki hallar göstərilməmiş, yeni sübutlar təqdim edilməmiş, habelə Bakı İnzibati Məhkəməsinin Qərarında ətraflı hüquqi qiymət verilmiş arqumentləri təkzib edən yeni hüquqi əsaslar irəli sürülməmişdir. Bakı İnzibati Məhkəməsi cavabdehin etirazında göstərilən bütün hüquqi arqumentləri araşdırmış, onların hər birinə ayrıca hüquqi qiymət vermiş və iddia tələbinin təmin edilməsinin səbəblərini ətraflı əsaslandırmışdır. Birinci instansiya məhkəməsi həmçinin əsaslandırmışdır ki, * nömrəli Qərarın 2-ci bəndində prokurorluq orqanlarında qulluq edilmiş müddətin gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməsi birbaşa nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu da ##.##.2026-cı il tarixli qərardadında bu hüquqi tənzimləməni nəzərə alaraq qiymətləndirmə aparmışdır.
53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)
55. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.