Məhkəmə qərarları › İş №2-1(3-6)-1323/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1323/2026

14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1323/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi vəkil Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** nömrəli və ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1950-ci ildə anadan olmuşdur. Iddiaçıya ##.##.2002-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Hərbu qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları ##.##.2007-ci ildən Dövlət Sosial Müdafiə Fonduna keçdiyinə görə həmin tarixdən etibarən iddiaçıya əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Cavabdeh ##.##.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, Xidmətin sabiq əməkdaşı İddiaçı sənədlərinin araşdırılması zamanı Mərkəzi Filiala göndərilmiş ZE-***** nömrəli məlumat vərəqində vəzifə adı ilə vəzifə maaşı arasında uyğunsuzluq aşkar edildiyini bildirmiş və göstərilən uyğunsuzluğun aradan qaldırılması üçün İddiaçı dair yeni məlumat vərəqinin tərtib edilərək Mərkəzə göndərilməsini xahiş etmişdir. Bəhs edilən ZE-***** nömrəli ##.##.2007-ci il tarixli məlumat vərəqində iddiaçı İddiaçı vəzifə maaşı 240 manat, rütbə maaşı 54 manat, xidmət illərinə görə əlavə 117,60 manat, ərzaq payı əvəzinə kompensasiya 24,75 manat və bu məbləğlərin 100 faizi miqdarında pensiyanın məbləği 436,35 manat göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavabdehə göndərilmiş ZE-***** nömrəli tarixsiz yeni məlumat vərəqində iddiaçının vəzifə maaşı 910 manat, rütbə maaşı 154 manat, ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat, fasiləsiz xidmət illərinə görə əlavə 425,60 manat, cəmi təminat xərcliyi 1553,60 manat göstərilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçı ##.##.2024-cü ildə Mərkəzi Filiala dəvət olunmuş, həmin tarixdə Filialda ona vaxtilə sabiq hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası yenidən hesablanarkən vəzifə maaşının düzgün hesablanmadığının aşkar olunduğu barədə məlumat verilmiş, bununla bağlı iddiaçının mülahizəsi dinlənilmiş, bu barədə akt tərtib edilmiş və iddiaçı da aktı imzalamışdır. Həmin vaxt iddiaçıya ödənilən əmək pensiyasının məbləği 2262,68 manat olmuşdur. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında qərar"ı ilə iddiaçının pensiyası "Inventar - vəzifə maaşı ilə əlaqədar" səbəbindən yenidən hesablanmış, təminat xərcliyinin cəmi 1553,60 manat olmaqla pensiyası ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək müddətə 1495,47 manat, ##.##.2023-cü ildən isə 1886,83 manat müəyyən edilmişdir. Bundan sonra cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında qərar"ı ilə iddiaçının pensiyası "Inventar - 20.14cü maddə və vəzifə maaşı ilə əlaqədar" səbəbindən yenidən hesablanmış, təminat xərcliyinin cəmi 1553,60 manat olmaqla pensiyası ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək müddətə 1553,60 manat, ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək 1960,18 manat, ##.##.2024-cü ildən isə 2179,72 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, aparılmış araşdırma zamanı əmək pensiyası yenidən hesablanaraq 2179,72 manat müəyyən edilmişdir, ona artıq ödənilmiş vəsait son üç il üçün 9172,83 manat təşkil edir. Məktubda iddiaçıdan həmin vəsaitin tutulması məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Iddiaçı pensiyadan tutulmanın aparılmasına razılıq verməmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa və hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iddiaçı İddiaçı əmək pensiyasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırış şöbəsi rəisinin müavini vəzifəsinə uyğunlaşdırılaraq yenidən hesablanması öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə verərək, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli və ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Iddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1973-cü ildə Azərbaycan Politexnik Institutunu bitirmiş, 1973-1992-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçmiş, sonra isə hərbi xidmətini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində davam etdirmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ##.##.1992-ci ildən ##.##.2002-ci ilədək xidmət keçmiş və yaş həddinə görə ehtiyata buraxılmışdır. Qarabağ Müharibə veteranıdır. Azərbaycan Respublikası Hərbi Komissarlığının 2-ci çağırış şöbəsi rəisinin müavini vəzifəsindən ehtiyata buraxılmışdır. Buna baxmayaraq, onun pensiyası baş zabit vəzifəsinə uyğunlaşdırılaraq hesablanmış, bununla da onun sosial təminat hüquqları pozulmuşdur. Hesab edir ki, onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Hərbi Komissarlığının 2-ci çağırış şöbəsi rəisinin müavini vəzifəsi baş zabit vəzifəsindən yuxarı vəzifədir və həmin vəzifələrin aylıq vəzifə maaşları da fərqlidir. Odur ki, onun pensiyasının yenidən hesablanmasına zərurət yaranmışdır. Bu məqsədlə o, cavabdehə yazılı ərizə ilə müraciət etmiş, lakin cavabdeh onun pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə ümumiyyətlə münasibət bildirməmiş və artıq ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı məktub göndərmişdir. Cavabdeh iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ##.##.2002-ci ildə iddiaçıya xidmət illərinə görə pensiya təyin edilmiş, ##.##.2007-ci ildən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları Dövlət Sosial Müdafiə Fonduna keçdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Tərəflərindən aparılan müvafiq araşdırma zamanı əmək pensiyasının düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar əmək pensiyası yenidən hesablanaraq 2179,72 manat məbləğində müəyyən edilmişdir. Iddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 9172,83 manat məbləğində müəyyən edilmişdir. Əmək pensiyası cari ilin 1 yanvar tarixindən hesablanaraq hazırda 2356,28 manat təşkil edir. Eyni zamanda, cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 176,56 manat fərq məbləği müəyyən olunmuşdur. Iddiaçıya artıq ödənilmiş 9172,83 manat vəsaitdən ona ödənilməli olan 176,56 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödəmə 8996,27 manat təşkil edir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin iddiaçı barəsində qəbul olunmuş "Əmək pensiyanın yenidən hesablanması haqqında" ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli və ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarları ləğv edilmişdir. Məhkəmənin qərarı belə əsaslandırılmışdır ki, işin faktiki halları ilə iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə pensiya təyininə müdaxilə etməsi müəyyən edilmir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsinin və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi ağlabatan deyildir. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Cavabdeh qərar qəbul edərkən "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. 1 illik müddətin tətbiqinə münasibətdə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sonradan məlumat vərəqəsi tərtib edərək cavabdehə göndərməsi də hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, cavabdehin istinad etdiyi hallar yeni məlumat vərəqini əldə etməsindən əvvəl də ona məlum idi. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən düzgün olmayan qərar qəbul etmişdir. Cavabdeh tərəfindən aparılan araşdırma zamanı iddiaçının işlədiyi vəzifə adı ilə vəzifə maaşı arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, iddiaçının vəzifə maaşı ##.##.2019-cu ilə 910 manat təşkil etməli olduğu halda, 1130 manat göstərilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, iddiaçının vəzifə maaşı 910 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 425,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 1553,60 manat məbləğində göstərilmişdir. Inzibati orqan tərəfindən inzibati icraat qanunvericiliyə uyğun olmuşdur. Belə ki, ##.##.2024-cü ildə iddiaçı Mərkəzi Filiala dəvət edilmiş və ##.##.2024-cü ildə müvafiq akt tərtib edilərək mövcud hüquqi vəziyyət izah edilmişdir. Iddiaçı həmin prosesdə iştirak etmiş, onun mülahizələri dinlənilmiş və ##.##.2024-cü ildə müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət edilmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçının nümayəndəsi vəkil Vəkil isə apellyasiya şikayəti ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası": 1.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: ... 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçı İddiaçı ##.##.2002-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmiş və ödənilməyə başlamışdır. Qanunvericilikdə aparılmış dəyişikliyə əsasən, ##.##.2007-ci ildən etibarən iddiaçıya əmək pensiyasının ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumları, hazırda cavabdeh tərəfindən həyata keçirilir. Cavabdeh iddiaçıya pensiya təyin edilərkən onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı"na əsasən uyğunlaşdırılmasında səhvə yol verildiyini və nəticədə iddiaçıya pensiyanın artıq hesablandığını müəyyən etmişdir. Bundan sonra cavabdeh ##.##.2023-cü il tarixli məktubla iddiaçının əvvəllər işlədiyi quruma sorğu verərək yeni məlumat vərəqi əldə etmiş və ##.##.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablayaraq 2262,68 manatdan 1886,83 manatadək azaltmış, daha sonra ##.##.2024-cü il tarixli qərarla yenidən hesablayaraq bir qədər artırıb 2179,72 manat müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh özünün ##.##.2024-cü il tarixli qərarı ilə əvvəlki qanunsuz əlverişli inzibati aktı ləğv etmişdir. Kollegiya qeyd edir ki, bu halda, cavabdeh bir inzibati orqan olaraq, "Inzibati icraat haqqında" Qanunun tələblərinə riayət etməli idi. Həmin Qanunun 67.4-cü maddəsində deyilir ki, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Qanunun 67.12-ci maddəsində isə deyilir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Iddiaçının Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara yol verməsi müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh yalnız inzibati aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində onu ləğv edə bilərdi. Ona görə də həmin halların məlum olduğu gün mötəbər sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bununla bağlı məlumatları bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh qeyd olunan halların ona məlum olduğu tarixi nə inzibati icraat materiallarında göstərmiş, nə də birinci instansiya məhkəməsinə bildirmişdir. Işə apellyasiya qaydasında baxıldığı zaman bu, cavabdehin nümayəndəsindən soruşulsa da, yenə məhkəməyə hər hansı dəqiq tarix bildirilməmişdir. Cavabdehin nümayəndəsi göstərilən halların mütəmadi keçirilən monitorinqlər zamanı aşkar edildiyini bildirmişdir. Lakin monitorinqlərin keçirilməsi haqqında hər hansı yazılı əmr, sərəncam mövcud olmadığına görə onların keçirildiyi vaxt da məlum deyil. Digər tərəfdən, kollegiya qeyd edir ki, iddiaçının pensiya işi ##.##.2007-ci ildən etibarən cavabdehin sərəncamındadır, mütəmadi olaraq (ən azı ildə bir dəfə pensiyaların indeksləşdirilməsi zamanı) ona baxılır, sənədlər öyrənilir. Deməli, ötən müddət ərzində cavabdeh həmin halları ya bilirdi, ya da bilməli idi. Ona görə də cavabdehin inzibati aktın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu müddətin 1 ildən az olması barədə dəlili əsaslı deyil. Bundan başqa, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sonrakı məlumat vərəqinin cavabdehə təqdim edilməsi onun üçün yeni hüquqi fakt yaratmamışdır. Cavabdeh iddiaçının işlədiyi quruma sorğu verib məlumat vərəqi tələb etdikdə vəzifənin uyğunlaşdırılmasında səhvə yol verildiyi artıq ona məlum idi və məlumat vərəqində cavabdehə bəlli olmayan hər hansı hal göstərilməmişdir. Göründüyü kimi, cavabdeh əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərmişdir. Kollegiya qeyd edir ki, cavabdehin bu davranışı özünün həyat şəraitini aldığı pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid iddiaçının etimad hüququnu zədələyəcək şəkildə ziyanına şərh edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar