Məhkəmə qərarları › İş №2-1(3-6)-1325/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1325/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1325/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. N nömrəli hərbi hissə komandirinin R Elnur Rüstəmov tərəfindən imza edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayışməlumatdan görünür ki, İddiaçı - Xidmət keçdiyi hərbi hissə (müəssisə) - N nömrəli hərbi hissə; Rütbəsi - R; Vəzifəsi - Əməliyyat bölməsinin rəisi-qərərgah rəisinin müavini; Xidmət etdiyi hərbi hissəyə daxil olması və çixması (tarix və əmrin nömrələri göstərməklə) - ##.##.2016 №***-##.##.2022 №*; Xidmət etdiyi hərbi hissədən ezam olunması və gayıtma (tarix və əmrin nömrələri göstərməklə) - ##.##.2020 №*** -20,10.2020 №***; Ezam olunduğu hərbi hissə - 054, 416 (Kürdəmir rayonu) nömrəli hərbi hissələr; Ezam olunduğu hərbi hisənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərməklə) - Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli №*** Müdafiə Nazirinin müavini Hərbi hava Qüvvələri komandanının ##.##.2020-ci il tarxli №***; Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələrini və tarixini göstərməklə - N №h/h 342 ##.##.2020- 360 № **.10.2020; Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərməklə) - N №h/h ##.##.2020 - ##.##.2020; Ezam olunmasının səbəbbi və məqsədi, həmin dövürdə döyüş təminatı ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin) 4 Hərbi Hava Qüvvələrinin Kürdəmir rayonunda yerləşən komanda məntəqəsində N nömrəli hərbi hissənin divizionlar qrupunun komanda məntəqəsi, 1- ci S-300 zenit raket divizionu və 7- ci Barak Ildırım - 8 zenit raket divizionu üzrə Istiqamətləndirici zabit kimi fəaliyyət göstərmiş, divizionlara Baytarkar TB-2 dən və keşfiyyat vasitələri olan radiolokasiya stansiyalarından alınan məlumatları (kordinatları), divizionlar grupunun komanda məntəqəsinə və divizionlara ötürmək, Barak Ildırım -8 Zrk - nin Fizuli istiqamətidə təhlükəsiz və əlverişli mövqelərə manevrlərini (yerdəyişmələrini) təşgil etmək;Şəxsi ezam olunduğu X2 bölməsinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsin göstərməklə) - Müdafiə Nazirinin müavini Hərbi hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli №***; Şəxsi ezam olunduğu X2 bölmələrinin tərkibində döyüş alışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsin göstərməklə) -/S-300 Zenit raket konpleksindən 09.10—##.##.2020-ci il tarixlərində ballestik raketlərə qarşı atışda istiqamət zabiti kimi hədəf göstərişi kəşfiyyat məlumatı ötürülmüş; Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında) - Kürdəmir rayonu;Xəsarət (yaralanma, travma. kontuziya) alma tarixi - xəsarət almayıb;Xəsarət (yaralanma, travma. kontuziya) aldığı ərazi - xəsarət almayıb; Xəsarət (yaralanma, travma. kontuziya) üzrə məlumat (diaqnoz) - xəsarət almayıb; Ehtiyyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi) - ##.##.2022-ci il №*;Göndərildiyi SHXÇDX-nın idarəsinin, şövbəsinin (bölməsinin) - Xəzər Rayon Idarəsi; Döyüşdə iştirakına görə təltifləri (tarix və adı) ##.##.2020 “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə.

2. ## ###### 2020-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin ****t nömrəli, ## ###### 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

3. N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli **** nömrəli arayışından görünür ki, İddiaçı ##.##.2020-##.##.2020-ci il tarixlərinədək KÜrdəmir rayonunda yerləşən 054 və N nömrəli hərbi hissələrə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur.

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh hazırki tələblə ##.##.2025-ci il tarixdə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmişdir.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

5. Iddiаçı İddiaçı Bakı Inzibati Məhkəməsində cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq “iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini хаhiş еtmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2016-cı il tarixdən ##.##.2022- ci il tarixədək N №-li hərbi hissədə zabit kimi həqiqi hərbi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsi vaxtı iddiaçı döyüş tapşırığının yerinə yetirilməsi üçün 054, N №-li hərbi hissələrə ezam olmuşdur. Xidmət keçdiyi N №-li hərbi hissə, habelə ezam olunduğu 054, N №-li hərbi hissələr AR Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 44 günlük Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələr hesab edilirlər. Ezam olunduğu hərbi hissələrdə iddiaçının yerinə yetirdiyi döyüş tapşırıqları aşağıdakılardan ibarət olmuşdur: Hərbi Hava Qüvvələrinin Kürdəmir rayonunda yerləşən komanda məntəqəsində N nömrəli hərbi hissənin divizionlar qrupunun komanda məntəqəsi, 1-ci S-300 zenit raket divizionu və 7- ci Barak Ildırım - 8 zenit raket divizionu üzrə Istiqamətləndirici zabit kimi fəaliyyət göstərmiş, divizionlara Bayraktar TB-2 dən və kəşfiyyat vasitələri olan radiolokasiya stansiyalarından alınan məlumatları (koordinatları), divizionlar qrupunun komanda məntəqəsinə və divizionlara ötürmüş , Barak Ildırım -8 Zenit - nin Fizuli istiqamətidə təhlükəsiz və əlverişli mövqelərə manevrlərini (yerdəyişmələri) təşkil etmişdir. -S-300 raket kompleksindən 09.10-##.##.2020-ci il tarixlərində ballistik raketlərə qarşı (atışda istiqamət zabiti kimi) hədəf göstərişi kəşfiyyat məlumatını X2 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi üçün ötürmüşdür. Lakin bu günə qədər “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qəbul edilmiş qərarın nəticəsi ona məlum deyildir. Iddiaçı hazırki tələb ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Iddiaçı gösətirlənlərə əsasən iddia tələbinin təmin edilməsini məkmədən xahiş etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) təqdim olunmamışdır.

8. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual normaların ciddi pozuntulara yol verməklə qərar qəbul edilmişdir. Hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair məhkəmənin qərarı əsassızdır. Aşağıda qeyd edilmiş hallara və hüquq normalarına əsasən ləğv olunmalıdır. üdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin ## ###### 2025-ci il tarixli *-**- **/*-N-**-**/**** nömrəli məktubundan görünür ki, Əsasnamənin qeyd hissəsinə Əsasən iddiaçı İddiaçı "Müharibə veteran" adının verilməsi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən müsbət rəy verilmiş və onun sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün ## ##### 2024-cü il tarixdə göndərilmişdir. Iddiaçının ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək döyüş Əməliyyatlarında iştirakı ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veterani, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin tələblərinə uyğun olmadığına görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. Yuxarıda qeyd olunan Əsasnamənin qeyd hissəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə düşən vəzifəsi iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün onun sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsindən ibarətdir. Qeyd olunanlardan başqa Əsasnamənin qeydinə əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə Əsasnamənin qeyd hissəsinin tələblərinə əməl etməyərək cavabdeh Cavabdeh üzərinə bir başa iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmasını qərara alınmışdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, maddi və prosessual normaların ciddi pozuntulara yol verməklə qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X9 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" # #### 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" ## ##### 2015-ci il tarixli * nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şert onun mümkün olmasıdır, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Yuxarıda qeyd olunan Əsasnamənin qeyd hissəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyini tərəfindən iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün onun sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsinə baxmayaraq (inzibati akt yəni cavabdehin imtinası olmadığı halda) məhkəmə haqsız olaraq cavabdehin üzərinə iddiaçı İddiaçı "Müharibə veteran" adı və vəsiqəsinin verilməsi vəzifəsi qoymuşdur. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraat xitam verilməsi barədə qərardad qəbul edir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılamsını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu:

3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X10 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

16. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

17. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

19. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə müraciət etmiş (bunula bağlı iş materiallarında poçt qəbzi də mövcudur), cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmiş, müraciətlə bağlı münasibət bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

20. Işin mahiyyətinə gəldikdə isə, iddiaçının tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işdəki hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının təminat üzrə tapşırıqlarının yerinə yetirməsində iştirak etdiyini təsdiqləyir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

22. Mövcud qanunvericiliyə əsasən müharibə veteranı statusunun verilməsi üçün 2 şərt tələb olunur:

1. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və

2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması.

23. Işin birinci instansiya məhkəməsi tərəfindən verilmiş məhkəmənin sorğusuna Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli */*-****/** nömrəli cavab məktubunda bildirilmişdir ki, - Azərbaycan Respublikası müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən 054, 416 və 981 (4-cü zenit-raket divizonu S125 istisna olmaqla) nömrəli hərbi hissələr ## ######## 2020-ci il tarixdən ## ###### 2020- ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. - N saylı hərbi hissə komandirinin *** nömrəli ## ### 2016-cı il tarixli əmrinə əsasən, İddiaçı Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanın ## ### 2016-cı il tarixli *** nömrəli əmri ilə 981-ci zenit-raket briqadasının komanda məntəqəsinin əməliyyat növbətçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Ağcabədi rayonu) gəlmiş hesab edilsin, ## ### 2016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin daxil edilsin, bütün növ təminatlara qoyulsun və vəzifəsinin icrasına başlanılsın. - N nömrəli hərbi hissə komandirinin *** nömrəli ## ####### 2020-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən, İddiaçı, əməliyyat bölməsinin rəisi-qərargah rəisinin müavini – ezamiyyətdən, 054, N nömrəli hərbi hissələrdən (Kürdəmir rayonu) ##.##.2020-ci il tarixdən idarənin qazan təminatına qoyulsun. - N nömrəli hərbi hissə komandirinin *** nömrəli ## ######## 2020-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən İddiaçı əməliyyat bölməsinin rəisi-qərargah rəisinin müavini, ezamiyyətə 054,N nömrəli hərbi hissələrə (Kürdəmir rayonu) ##.##.2020-ci il tarixdən hərbi hissənin ərzaq təminatından çıxarılsın ərzaq attestatı ilə təmin olunsun. - N nömrəli hərbi hissə komandirinin * nömrəli ## ###### 2022-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən R İddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəzifə və rütbə maaşının 5 (beş) misli miqdarında birdəfəlik pul müavinəti verilsin.

24. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında göstərilmişdir ki, ehtiyatda olan R İddiaçı ##.##.2020-ci il tarixdən, ##.##.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “Əməliyyat bölməsinin (A3) rəisi – qərargah rəisinin müavini” vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı komanda məntəqəsində N nömrəli hərbi hissənin divizionlar qrupunun komanda məntəqəsəi, 1-ci S-300PMU2 zenit raketi divizionu və 7-ci “Ildırım-8” zenit raket divizionları üzrə istiqamətləndirici zabit kimi fəaliyyət göstərmişdir.

25. Beləliklə,müəyyən olunur ki, iddiaçı 054, 416 və 981 (4-cü zenit-raket divizonu S125 istisna olmaqla) nömrəli hərbi hissələr ## ######## 2020-ci il tarixdən ## ###### 2020- ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Göstərilən hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının təminat üzrə tapşırıqlarının yerinə yetirməsində iştirak etdiyini təsdiqləyir. Hətta iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ****t nömrəli, ## ###### 2020-ci il tarixli əmri ilə İddiaçı Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

26. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmi şdir.

28. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

29. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir

30. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. Bundan başqa Nazirlər Kabineti ilə razılaşdırma proseduru məhkəmədən kənar hallar üçündür. Məhkəmə qərarı olduqda isə belə razılaşdırmaya lüzum qalmır.

31. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)- */**** saylı ##.##.2026-cı il tarixli qərarında da eyni mövqe ifadə olunmuşdur.)

32. Işin faktiki hallarından da görünür ki, hazırki işin birinci instaniya məhkəməsində icraatı zamanı, nə də ki apellyasiya instansiya məhkəməsində icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı məhkəmələrə hər hansı vəsatət verilməmişdir. Iddiaçının müraciət etdiyi ##.##.2025-ci il tarixdən hazırki tarixədək cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmamışdır.

33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Hazırki işdə də cavabdeh iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının mövcudluğunu sübut edə bilmir.

35. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar