Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1328/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili İskəndərli Könül Teyyub qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci ildən 2019-cu ildək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsini öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Komissiyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, ##.##.1999-cu il təvəllüdlü İddiaçı qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllıqkəskin imbesillik dərəcəsində oligofreniya, kobud nitq və davranış pozuntuları ilə tez-tez qıcolma tutmaları ilə nitq artikulyasiyasının pozuntusu xəstəliyi vardır. O, birinci qrup əlildir. Buna müvafiq olaraq, ## ####### 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsi tərəfindən ****** saylı əlillik vəsiqəsi təqdim edilmişdir.##.##.1999-cu il təvəllüdlü İddiaçı Səbail Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda, mərhum anası İsgəndərova Vəfa Teyyub qızı Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli, ** saylı Sərəncama əsasən fəaliyyət qabiliyyətsiz ##.##.1999-cu il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir. Onun vəfatından sonra 2024-cü il tarixində mən Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamına əsasən fəaliyyət qabiliyyətsiz ##.##.1999-cu il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir .Həmçinin qeyd edilir ki, ##.##.1999-cu il təvəllüdlü qardaşı İddiaçı təyin olunmuş 2019-cu ilin oktyabr ayından etibarən əlillər üçün nəzərdə tutulmuş sosial müavinəti alıram. Belə ki, İddiaçı əlilliyi dayandırılmışdır. Qeyd edir ki, əlilliyin hansı səbəbdən dayandırılması barədə məlumat almaq üçün müraciət etdiyində araşdırılma aparılması üçün dayandırılmışdır deyə məlumat verilmişdir. Beləliklə bir müddət gözlədikdən sonra araşdırmanın nə yerdə olduğunu nəticəsini bilmək istəsə də məlumat verilməmişdir, hələdə araşdırılma aparıldığı məlumat verilmişdir. Bundan sonra dəfələrlə müvafiq inzibati orqanlara şikayətlər edilsə də, cavabsız qalmışdır. Bundan sonra mərhum anası İsgəndərova Vəfa Teyyub qızı tərəfindən X2 şikayətimdən sonra nəhayət 2019-cu ildə Tibbi Sosial Komissiya onu dəvət edərək baxış keçirmiş və lazım olduğu kimi əlillik 1-ci qrup müəyyən edilərək müddətsiz hesab olunmuşdur. Qeyd edir ki, ambulator çıxarışdan da görünür ki, anadangəlmə ağır dərəcəli kəmağıllıq kəskin nəzərə çarpan inbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu ilə tez-tez qıc olma tutmaları xəstəliyi vardır və bu xəstəlik həmin ambulator çıxarışında da görünür ki doğuş travması ilə anadangəlmədir. Buna baxmayaraq hər dəfə müayinə keçərək müvafiq cavabdeh orqana göndərilsə də, nə imtina verilmiş, nə də müavinət təyin edilməmişdir. Daha sonra Prezident Administrasiyasına etdiyi şikayət nəticəsində 2019- cu ilin oktyabr ayında övladının əlilliyi yenidən müəyyən edilərək ona sosial müavinət təyin edilmişdir. Lakin həmin andan etibarən ona ödənilən müavinət yalnız 2019-cu ildən etibarən hesablanılır, almadığı yəni neçə illər ərzində qanunsuz dayandırılmış əlillik səbəbindən o dövlətin ona ayrılmalı olduğu müavinət və ya pensiyadan məmurların özbaşına hərəkətləri ilə məhrum olunmuşdur. Onun qardaşı həssas qrupa aid olan Azərbaycan Respublikasının vətəndaşıdır. Bunun üçün xüsusi diqqət və qauğıya ethiyacı olan şəxsdir dövləti bunun layiqincə dəyərləndirsə də, Tibbi-Sosial Komissiya bunu göz ardı edərək qanunsuz əməllərinə yol vermişdir. Hal-hazırda hesablanmamışdır. Son üç il üçün, yəni 2016-ci ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabrın ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləği ödənilməsi üçün mütləq şərt olaraq ilkin 2015-cı ildən 2019cu il aralığında dayandırılmış əlillik həmin dövrdə bərpa edilməlidir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, aylıq müavinətlər müraciət etmə vaxtında asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. Yuxarıda qeyd olunanlara əsasən, pozulmuş hüququnun bərpası məqsədi ilə 2015-ci ildən 2019-cu ilin oktyabrın ayının 10-dək dayandırılmış əlilliyin bərpa edilməsi zəruridir.Dayandırılmanın bərpa edilməsi ilə bağlı dəfələrlə inzibati orqana müraciət etsədə buna məhəl qoyulmamışdır. Göründüyü kimi cavabdehin imtinası ##.##.1999-cu il təvəllüdlü övladı İddiaçı hüquqlarını pozmaqdan başqa bir şey deyildir. Buna görədə cavabdehin imtinası əsassız hesab edilməlidir.Odur ki, 1-ci qrup əlil ##.##.1999-cu il təvəllüdlü övladı İddiaçı, 2015-ci ildən 2019-cu ildək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsini öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qanunauyğun hesab edir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, hesab edir ki, onun Konstitusiya ilə qorunan hüquqları bərpa olunmalıdır. Cavabdeh yazılı etiraz ilə məhkəməyə müraciət edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə ** saylı Poliklinikanın ##.##.2019-cu il tarixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik səbəbi ilə 1-ci dərəcə müddətsiz əlillik verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı İddiaçı əlillik vəziyyətinə ##.##.2019-cu ildə baxıldıqdan sonra ##.##.2019-cu il tarixdə verilən əlillik təyinatı barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, ##.##.2024-cü ildə qərardan məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2- ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsində birinci icraat Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadını ləğv edərək iddianın mümkün sayılması və həmin inzibati mübahisəyə dair işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilib iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin ikinci icraat zamanı gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli (sədrlik edən hakim Bəhlul Cəlalov) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadının tam ləğv edilməsi və işin iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci qrup əlil ##.##.1999-cu il təvəllüdlü İddiaçı 2015-ci ildən 2019-cu ilədək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsi öhdəliynin Dövlət Tibbi SReabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı hüquqları cavabdeh orqanın təqsiri üzündən pozulmuşdur. İddiaçı həssas qrupa aid olan Azərbaycan Respublikası vətəndaşıdır. Bunun üçün xüsusi diqqət və qayğıya ehtiyacı olan şəxsdir. Dövlətimiz bunu layiqincə qiymətləndirsə də, Tibbi-Sosial Komissiya bunugöz ardı edərək, qanunsuz əməllərinə yol vermişdir. Hər dəfə müayinə keçərək müvafiq cavabdeh orqana göndərilsə də, nə imtina verilmiş, nə də müavinət təyin edilməmişdir. Belə ki, son üç il üçün, yəni 2016-cı ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabr ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləği ödənilməsi üçün mütləq şərt olaraq ilkin 2015-ci ildən 2019-cu il aralığında dayandırılmış əlillik həmin dövrdə bərpa edilməli idi. İddiaçı pozulmuş hüququnun bərpası məqsədilə 2015-ci ildən 2019-cu ilin oktyabr ayının 10-dək dayandırılmış əlilliyin bərpası zəruridir. Lakin cavabdeh orqan bu vəzifəsini yerinə yetirməmiş, 2015-ci ildən 2019-cu ilin oktyabr ayının 10-dək dayandırılmış əlilliyi bərpa etməmişdir. İddiaçı əlilliyi 2015-ci ildən əsassız olaraq dayandırılmışdır. Ambulator çıxarışdan da görünür ki, ##.##.1999-cu il təvəllüdlü İddiaçı anadangəlmə ağır dərəcəli kəmağıllıq kəskin nəzərə çarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu ilə tez-tez qıcolma xəstəliyi var və bu xəstəlik doğuş travması ilə anadangəlmədir. İddiaçı mərhum anası İsgəndərova Vəfa Teyyub qızı dəfələrlə cavabdeh orqana müraciət etmiş, onlar müvafiq sənədləri qəbul etsələr də, lakin onu canlı müayinəyə qəbul etməmişlər. Daha sonra dəfələrlə TSEK-ə getsələr də,onlar hazırki vəziyyətdə müayinə aparılmasının mümkün olmadığı və cavabdeh orqan tərəfindən yerdəyişmə etdikləri və yerdəyişmə tamamlanana qədər araşdırılma aparılmayacağı bildirilmişdir. Bundan sonra TSEK-in müvafiq yeni inzibati binalarına getmişlər və Ceyhuna dair müayinə keçirildi, bu səfər isə cavabın gəlməməsi problemi yaşanmışdır. Dəfələrlə getsə də, bildirilmişdir ki, * saylı Bakı şəhər Psixiatriya Xəstəxanasından cavabın gəlməməsini bildirmişlər. Bundan sonra dəfələrlə müvafiq inzibati orqanlara şikayətlər edilsə də, cavabsız qalmışdır. İddiaçı mərhum anası V.İsgəndərovanın X2 şikayəti nəticəsində, nəhayətki, 2019-cu ildə Tibbi Sosial Komissiya İddiaçı dəvət edərək baxış keçirmiş və əlilliyinin 1-ci qrup olduğu müəyyən edilərək müddətsiz hesab olunmuşdur. Beləliklə, 2019-cu ilin oktyabr ayında İddiaçı əlilliyi yenidən müəyyən edilərək ona sosial müavinət təyin edildi. Buna baxmayaraq, müavinət yalnız 2019-cu ildən etibarən hesablanır. Neçə illər ərzində qanunsuz dayandırılmış əlillik səbəbindən dövlət tərəfindən İddiaçı ayrılmalı olan müavinət və ya pensiyadan İddiaçı məmurların özbaşına hərəkətləri ilə məhrum olunmuşdur. Belə ki, son üç il üçün, yəni 2016-cı ilin oktyabr ayının 10dan 2019-cu ilin oktyabr ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləği ödənilməsi üçün mütləq şərt olaraq ilkin 2015-ci ildən 2019-cu il aralığında dayandırılmış əlillik həmin dövrdə bərpa edilməli idi. İddiaçı pozulmuş hüququnun bərpası məqsədilə 2015-ci ildən 2019-cu iln oktyabr ayının 10-dək dayandırılmış əlilliyin bərpası zəruridir. İddiaçı xəstəliyi anadangəlmədir və xəstəliyinin düzəlmə ehtimalı yoxdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı əlilliyin verilməsi üçün Tibbi-Sosial Komissiya tərəfindən müəyyən prosedurlardan keçirilməli və Tibbi Sosial Komissiya tərəfindən rəy verilməsi üçün müəyyən hərəkətləri etmişlər. Nəticədə, sözügedən müddətin keçməsində onların heç bir təqsiri olmamışdır. Habelə 2020-ci il tarixdə ölkə ərazisində karantin hökm sürdüyündən və daha sonra İkinci Qarabağ müharibəsi başlandığından məhkəməyə müraciətləri mümkün olmamışdır. İddiaçı mərhum anası İsgəndərova Vəfa Teyyub qızı Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli, ** saylı Sərəncama əsasən fəaliyyət qabiliyyətsiz ##.##.1999-cu il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir. Onun (V.İsgəndərova) vəfatından sonra 2024-cü il tarixində İddiaçı bacısı İsgəndərova X5 Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamına əsasən fəaliyyət qabiliyyətsiz ##.##.1999cu il təvəllüdlü İddiaçı qəyyum təyin edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci qrup əlil ##.##.1999-cu il təvəllüdlü İddiaçı 2015-ci ildən 2019-cu ilədək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün və İddiaçı hüquqlarının bərpası naminə məhkəməyə müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən İddiaçı hüquqlarının pozulması azmış kimi, ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən də bir daha onun hüququ kobud surətdə pozulmuşdur. Məhkəmə AR İnzibatiProsessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddia tələbini mümkünsüz hesab etmişdir. Lakin qeyd edilən norma İddiaçı hüquqlarının realizə edilməsini birbaşa olaraq təsdiq edir, inzibati aktın mübahisələndirilməsi ilə bağlı isə hər hansı bir məhdudlaşdırıcı, qadağanedici hal nəzərdə tutmamışdır. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərardadını ləğv edərək iddianın mümkün sayılması və həmin inzibati mübahisəyə dair işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının hüquqi marağı 2015-ci ildən 2019-cu ildək dayandırılmış 1-ci qrup əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə, iddiaçının arzuladığı məqsəd ##.##.2019-cu il tarixli qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirməsinə yönəlib. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...İddiaçı əlilliyi 2015-ci ildən əsassız olaraq dayandırılmışdır. Ambulator çıxarışdan da görünür ki, ##.##.1999-cu il təvəllüdlü İddiaçı anadangəlmə ağır dərəcəli kəmağıllıq kəskin nəzərə çarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu ilə tez-tez qıcolma xəstəliyi var və bu xəstəlik doğuş travması ilə anadangəlmədir. İddiaçı mərhum anası İsgəndərova Vəfa Teyyub qızı dəfələrlə cavabdeh orqana müraciət etmiş, onlar müvafiq sənədləri qəbul etsələr də, lakin onu canlı müayinəyə qəbul etməmişlər. Daha sonra dəfələrlə TSEK-ə getsələr də,onlar hazırki vəziyyətdə müayinə aparılmasının mümkün olmadığı və cavabdeh orqan tərəfindən yerdəyişmə etdikləri və yerdəyişmə tamamlanana qədər araşdırılma aparılmayacağı bildirilmişdir. Bundan sonra TSEK-in müvafiq yeni inzibati binalarına getmişlər və Ceyhuna dair müayinə keçirildi, bu səfər isə cavabın gəlməməsi problemi yaşanmışdır. Dəfələrlə getsə də, bildirilmişdir ki, * saylı Bakı şəhər Psixiatriya Xəstəxanasından cavabın gəlməməsini bildirmişlər. Bundan sonra dəfələrlə müvafiq inzibati orqanlara şikayətlər edilsə də, cavabsız qalmışdır. İddiaçı mərhum anası V.İsgəndərovanın X2 şikayəti nəticəsində, nəhayətki, 2019cu ildə Tibbi Sosial Komissiya İddiaçı dəvət edərək baxış keçirmiş və əlilliyinin 1-ci qrup olduğu müəyyən edilərək müddətsiz hesab olunmuşdur. Beləliklə, 2019-cu ilin oktyabr ayında İddiaçı əlilliyi yenidən müəyyən edilərək ona sosial müavinət təyin edildi. Buna baxmayaraq, müavinət yalnız 2019-cu ildən etibarən hesablanır. Neçə illər ərzində qanunsuz dayandırılmış əlillik səbəbindən dövlət tərəfindən İddiaçı ayrılmalı olan müavinət və ya pensiyadan İddiaçı məmurların özbaşına hərəkətləri ilə məhrum olunmuşdur. Belə ki, son üç il üçün, yəni 2016-cı ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabr ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləği ödənilməsi üçün mütləq şərt olaraq ilkin 2015-ci ildən 2019-cu il aralığında dayandırılmış əlillik həmin dövrdə bərpa edilməli idi. İddiaçı pozulmuş hüququnun bərpası məqsədilə 2015-ci ildən 2019-cu iln oktyabr ayının 10-dək dayandırılmış əlilliyin bərpası zəruridir. İddiaçı xəstəliyi anadangəlmədir və xəstəliyinin düzəlmə ehtimalı yoxdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı əlilliyin verilməsi üçün Tibbi-Sosial Komissiya tərəfindən müəyyən prosedurlardan keçirilməli və Tibbi Sosial Komissiya tərəfindən rəy verilməsi üçün müəyyən hərəkətləri etmişlər. Nəticədə, sözügedən müddətin keçməsində onların heç bir təqsiri olmamışdır. Habelə 2020-ci il tarixdə ölkə ərazisində karantin hökm sürdüyündən və daha sonra İkinci Qarabağ müharibəsi başlandığından məhkəməyə müraciətləri mümkün olmamışdır....” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan tibbi sənədlərən müəyyən edilir ki, iddiaçı ##.##.2013-cü il tarixdə 2 il müddətinə sağlamlıq imkanları məhdud şəxs müəyyən edilmiş, sonuncu müayinə tarixi ##.##.2015-ci il tarixi qeyd edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyətinə ** saylı Poliklinikanın ##.##.2019-cu il tarixli göndərişi əsasında baxılmış və ##.##.2019-cı il tarixdən ümumi xəstəlik səbəbi ilə 1-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ##.##.2023-cü il sağlamlıq imkanları məhdudluğunun 2 il müddətinə müəyyən edilməsinə, sonuncu müayinə tarixinin ##.##.2015-ci il tarixi olmasına, eləcə də 2015-ci ildən ona birinci qrup müddətsiz əlilllik təyin edildiyi 2019-cu ilədək keçən müddət ərzində sosial müavinət almayaraq əlilliyin olmamasından məlumatlı olmuşdur. İddiaçının dayandırılmış əlilliyin bərpası ilə bağlı 2015-2018-ci illərdə cavabdeh orqana müraciətinin olub-olmaması araşdırılmış və müəyyən olunmuşdur ki, onun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində 2015- 2018-ci illərə dair göndəriş və məlumat aşkarlanmamışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2026-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildiririk ki, İddiaçı əlillik vəziyyəti Bakı ** nömrəli Şəhər Poliklinikasının *******AACK* nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ##.##.2019-cu il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildiririk ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində 2015-2018-ci illərə dair göndəriş və məlumat aşkarlanmamışdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı qanunla müəyyən edilmiş müddətdə qaldırmamışdır. Həmçinin iddiaçı tərəfindən də bununla bağlı müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçı 2015-ci il tarixdən 2019-cu il tarixədək əlilliyinin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müracət etməmiş, həmin müddət ərzində cavabdehin hərəkət və ya hərəkətsizliyini mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələr göndərilən icmal məktubunda da qeyd edilmişdir ki, “...tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir. Eyni zamanda, işlərin təhlili ilə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunmasından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır (bənd 14-16)”. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli, ##.##.2015-ci il tarixli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1328/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1328/2026
18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver