Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1337/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X7 (sədrlik edən və məruzəçi), X9 və X11 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 201, ** saylı mənzilin ¼ hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ** saylı qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
2. Iddiaçı İddiaçı yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunması üçün Bakı şəhəri Cavabdeh müraciət etmiş, cavabdeh ##.##.2025-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Imtinaya əsas kimi qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir”.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi mənzil ehtiyacı olduğu üçün 1979-cu ildə qeydiyyata götürülmüşdür. Respublika Əhaliyə Xidmət Hazırlığı Kollegiyasının və Həmkarlar Ittifaqı Komitəsinin ## #### 1990-cı il tarixli * nömrəli qərarına əsasən və Nəsimi rayon X5 Icraiyyə Komitəsinin ## ######## 1990- ci il tarixli ***/* nömrəli qərarı ilə ****** saylı orderlə ailəsinin Nəsimi rayonunda yerləşən 1 may küçəsi (indiki D.Əliyeva), ev 225, mənzil 38, üç otaqlı, yaşayış sahəsi 50 kv.m mənzilə köçmək hüququ verilmişdir. Lakin həmin evə köçə bilməmişlər. 5 il (1991- 1995-ci ilə kimi) işlərinə məhkəmədə baxılmışdır. Mənzilin keçmiş sahibi X4 1989-cu ilin aprelində vəfat etmişdir. Orada ondan başqa heç kim pasport qeydiyyatında olmamışdır. Sonra məlum olmuşdur ki, orada yaşayan Petrosovun oğlu Yuridir. Yuri 1983-ci ildə Bakıda pasport qeydiyyatından çıxmış, Rusiyaya getmişdir. Yuri orada altı ildən çox yaşamış, bununla da əvvəl yaşadığı yerdə mənzilə dair hüququnu itirmişdir. Yuri Petrosov həmin mənzilə həqiqi haqqını itirmiş bir şəxs kimi qeyriqanuni olaraq qeydiyyata alınmış və qeyri-qanuni olaraq arvadı Kuznetsova Irinanı da qeydiyyata götürmüşdür. Əslində isə bütün bunlar qabaqcadan düşünülmüş bir oyun idi. Mənzili ələ keçirmək üçün X3 bütün variantlardan istifadə edərək mübahisəli evi öz adına keçirmək istəyirmiş. Axırda mənzili ev dəyişmə orderinə əsasən əldə etmişdir. ## ####### 1992-ci il Nəsimi rayon Xalq Məhkəməsinin *-**** saylı iş üzrə qərarı ilə təsdiq olunmuşdur ki, Petrosov yaşayış hüququnu itirmiş biri kimi tanınmış, onun Kuznetsova ilə nikahı qeyri-hüquqi sayılmış və Kuznetsova Irina 1990-cı ilin avqustunda həmin mənzildə Y.H.Petrosovun arvadı kimi qeydiyyata götürülməsi ləğv edilmişdir. Bundan sonra da mənzilə köçə bilməmişdir. ## ###### 1994-cü il tarixli *q-** saylı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Reyasət Heyəti öz qərarı ilə iddiaların düzgün olduğunu əks etdirmiş və iş üzrə Bakı Şəhər Məhkəməsinin 1993-cü il ## ###### tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1994-cü il ## ###### tarixli qərarı ləğv edilmişdir. Bakı şəhər prokurorunun iddiaçıya vermiş olduğu orderin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Bundan başqa, Nəsimi rayon prokurorundan tələb olunmuşdur ki, əks tərəfin Y.M.Petrosova və İ.V.Kuznetsovaya mənzil yaşayış hüququnu itirdikləri və İ.V.Kuznetsova ilə X3 arasında mənzil dəyişdirilməsinin etibarsız olması nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Kollegiyasında 3/1-1995-ci il tarixli xüsusi qərardadı X1 bu işlərdə onun heç bir günahı olmadığı üçün Nəsimi Icra Hakimiyyəti təcili surətdə mənzil məsələsinin həll edilməsinə köməklik etsin. Bakı şəhəri IH-in başçısı müavini B.T.Rəhimov cənablarından xahiş etmişdir ki, boşalmış mənzil fondundan istifadə edərək mənzil məsələsi həll edilsin. Cavab məktubu 5 ay keçdikdən sonra göndərilmişdir. ##.##.1995-ci il tarixdə mənzillərdə qaçqın ailələrinin məskunlaşmasına görə mənzilin olmadığını bildirmiş və xahiş etmişdir ki, mənzil məsələsinin həlli üçün Bakı şəhər Icra Hakimiyyəti özü konkret mənzil ayırsın və məsələyə münasibətini bildirsin. Bakı şəhər IH iddiaçının boş mənzil fondundan təmin olunmalı olduğunu ərz etmişdir. Lakin bu məsələdə öz həllini tapmamışdır.
5. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
6. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
7. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və qərarın ləğv olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBIQ EDILƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotadurmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.
52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
54. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək və ya bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş uçotdan çıxarmaq üçün əsaslar aşkar edilənədək saxlanılır.
12. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
14. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
16. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdehin imtinası ##.##.2025-ci il tarixlidir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. Iddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.
17. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı tələbi “yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
19. Yaşayış sahələrinə ehtiyacı olan hesab edilən şəxslərin dairəsi Mənzil Məcəlləsi ilə yanaşı, həm də “Gənclər siyasəti haqqında” Qanunla və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamı ilə müəyyən olunmuşdur. Buna görə, sözügedən şəxslər 3 (üç) kateqoriyadan ibarətdir: 1) Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar, 2) “Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər və 3) Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamında sadalanan kateqoriyadan olan digər vətəndaşlar.
20. Birinci qrupa aid olan şəxslərin yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları, onların uçota alınması və mənzillə təmin edilməsi qaydaları Mənzil Məcəlləsi ilə müəyyənləşdirilir. Ikinci qrupa münasibətdə yaşayış sahələrinin verilməsi məsələsi həm Mənzil Məcəlləsinin, həm də “Gənclər siyasəti haqqında” Qanunun müvafiq normaları birgə nəzərə alınmaqla həll edilməlidir. Üçüncü qrup şəxslər qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar hesab edilməklə onların dairəsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamı ilə müəyyən olunmuşdur (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər).
21. Qanunverici yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlara göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsini müəyyən etmişdir.
22. Iddiaçının Bakı Inzibati Məhkəməsinin icraatında olmuş əvvəlki iddiası (mənzillə təmin olunma) barədə iddia tələbinə baxılarkən məhkəmə tərəfindən verilən sorğuya cavab olaraq müəyyən edilmişdir ki, iddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 201, ** saylı mənzilin ¼ hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ** saylı qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
23. Iddiaçının həmin mənzillərin mülkiyətində olmadığını bildirsə də, məhkəmə iclaslarında verdiyi izahatdan müəyyən edilir ki, həmin mənziləri yaxın qohumuna bağışlamışdır. Bu da iddiaçının qəsdən mənzil şəratini suni şəkildə pisləşdirdiyini göstərərir.
24. Bundan başqa birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X8 Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubda bildirilmişdir ki, iddiaçı ##.##.1985-ci il tarixdən ##.##.2019-cu il tarixədək ünvan 2 ünvanında, ##.##.2019-cu il tarixdən ##.##.2025-ci il tarixədək ünvan 3 ünvanında, ##.##.2025-ci il tarixdən hazıradək isə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
25. Apellyasiya baxışı zamanı iddiaçı hal-hazırda Nərimanov rayonunda qeydiyyatda olduğunu bildirmişdir.
26. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər
27. Yuxarıda qeyd edilən sorğudan da görünür ki, iddiaçı yaşayış yeri üzrə sahəsinə ehtiyacı olan qismində uçota alınmasını tələb etdiyi cavabdeh Cavabdeh yurisdiksisiyasına aid olan ərazidə ümumiyyətlə yaşamamışdır. Ona görə də iddiaçının yaşamadığı ərazidə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını ilk növbədə cavabdeh Cavabdeh tələb etməsi düzgün olmamışdır.
28. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.1995-ci il tarixli xüsusi qərardadına münasibətdə qeyd edir ki, həmin qərardada əsasən Ali Məhkəmənin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.1995-ci il qərarı ilə Bakı şəhər prokurorunun iddiası təmin edilmiş, M.Y.Eyyubova Nəsimi Rayon IK-nin ***/* saylı qərarına əsasən verilmiş ##.##.1990-cı il tarixli ****** nömrəli order etibarsız hesab olunmuş, digər tələblərinin təmin olunmasından imtina edilmişdir. M.Y.Eyyubovun mənzilə orderin alınmasında təqsiri müəyyən edilmədiyindən onun yaşayış sahəsi ilə bağlı probleminin həll edilməsi və onun mənzillə təmin edilməsi Cavabdeh başçının nəzərinə çatdırılmışdır.
29. Beləliklə, müəyyən olunur ki, həmin qərardad mərhum atasına münasibətdə qəbul edilmişdir. Ona görə də birinci instansansiya məhkəməsi M.Eyyubovun həmin uçotu bərpa edilsə belə, qüvvədə olan qanunvericilik həmin uçotun vəfat etmiş M.Eyyubovun əvəzinə qızı olan iddiaçı üçün saxlanılmasını nəzərdə tutulmamasına dair mövqeyi düzgündür.
30. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır.
31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
33. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov