Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1351/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, onun nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Icra və Probasiya Şöbəsi və cavabdeh2 qarşı “alternativ yaşayış sahəsi ilə təmin etmə” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Naqzirliyi Bakı Şəhər Qaradağ Rayon Icra və Probasiya Şöbəsi və cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin mənzildə məskunlaşmış qaçqın ailəsi üçün alternativ yaşayış sahəsi ayırmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun üzərinə düşən vəzifəni icra etməyəalternativ yaşayış sahəsi təmin etməyə məcbur edilməsi, Qaradağ rayonu Icra və Probasiya Şöbəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyə məcbur edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin ##.##.2018-ci il tarixli Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, qeyd olunan mənzilin boşaldılması müəyyən edilmişdir. Həmin qərar üzrə icra vərəqəsi təqdim edilsə də, qərar bu günədək icra olunmamışdır. Icra və Probasiya Şöbəsi tərəfindən ona bildirilib ki, icranın həyata keçirilməməsinin əsas səbəbi Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən mənzildə məskunlaşmış qaçqın ailəsi üçün alternativ yaşayış sahəsinin ayrılmamasıdır. Bu məqsədlə Komitəyə bir neçə dəfə yazılı müraciət etmişdir. Lakin Komitə real tədbir görülmədən formal cavabla kifayətlənilmişdir. Nəticədə: qanuni qüvvəyə minmiş məhkəmə qərarı uzun müddətdir icra olunmur; mülkiyyət hüququ məhdudlaşdırılır və faktiki olaraq istifadə edə bilmir; cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Qaçqınların sosial müdafiəsi dövlətin öhdəliyi olsa da, bu öhdəlik şəxsi mülkiyyət hesabına və qeyri-müəyyən müddətə həyata keçirilə bilməz. Komitənin bu vəziyyətdə hərəkətsiz qalması inzibati hüquq pozuntusu xarakteri daşıyır. Cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qaradağ rayon Icra Şöbəsinə qarşı qarşı "mənzilində məskunlaşmış məcburi köçkün ailəsi üçün alternativ yaşayış sahəsi ayırmaması ilə bağlı Komitənin hərəkətsizliyinin qanunsuz hesab ediməsi, həmin ailəyə cavabdeh Komitə tərəfindən yaşayış sahəsinin verilməsinin təmin edilməsi, icra şöbəsi tərəfindən məhkəmə qərarının icrası, məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı" təsdiq edilmişdir. X4 Tədbirlər Planının 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizin bərpası, müvafiq ərazilərdə yaşayış üçün şəraitin və zəruri infrastrukturun yaradılması istiqamətində məqsədyönlü iş aparılaraq, məcburi köçkünlərin həmin ərazilərdə mərhələli şəkildə, könüllü, təhlükəsiz, ləyaqətli qayıdışı və daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Iddiaçı İddiaçı ərizəsinə Komitə tərəfindən verilən cavab məktubunda bildirilmişdir ki, "... Şuşa şəhərindən məcburi köçkün X1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594-də yerləşən ** saylı evin ** nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. X1 vəfat etmişdir. Nəzərinizə çatdırırıq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatmışdır. Növbəti mərhələlərdə köçürülmələr başlanan zamanı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 da ailəsinin doğma yurduna köçürülməsi məsələsinə baxılacaqdır." Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi onların daimi qeydiyyatı nəzərə alınmaqla mərhələli qaydada həyata keçirilir. Köçürülmə prosesindən əvvəl köçürülməsi nəzərdə tutulan ailələr Komitəyə dəvət olunaraq evlərin bölgüsü ilə bağlı püşkatma prosesində iştirak edirlər. Püşkatma prosesi ailə tərkibi nəzərə alınmaqla, şəffaflıq və ədalətlilik prinsipi əsasında həyata keçirilir. Bildirilir ki, Şuşa rayonundan məcburi köçkünlər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 növbəti mərhələlərdə digər məcburi köçkünlər kimi öz doğma torpaqlarına qayıtmaqları təmin olunacaqdır. Bildirilir ki, torpaqlar işğaldan azad edildikdən sonra Bakı şəhəri, o cümlədən ətraf ərazilərdə məcburi köçkün şəxslər üçün evlərin tikintisi dayandırılmış, onların öz dədə-baba torpaqlarına tez zamanda yerləşdirilmələri üçün işğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunvericiliyin tələblərinə uyğun deyil, iddia tələblərinin (o cümlədən kompensasiya hissəsinin) hüquqi qiymətləndirilməsi aparılmadan qəbul olunmuşdur. Qərardadın ləğvi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunur. Məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə nəticəyə gəlinmişdir. Lakin iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyət hüququna malikdir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi uzun müddətdir icra olunmur və icra orqanı tərəfindən real icra tədbirləri görülməmişdir. Eyni zamanda cavabdeh inzibati orqanların hərəkətsizliyi davam edir. Bundan əlavə, iddia ərizəsində irəli sürülmüş kompensasiya tələbi üzrə (27,000 AZN və aylıq ödəniş tələbi) məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bu hal işin faktiki hallarının tam və obyektiv qiymətləndirilmədiyini göstərir və qəbul edilmiş nəticə iş materialları ilə uyğunluq təşkil etmir. Hazırkı apellyasiya şikayətinə əlavə edilən Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmin sübut iddianın aidiyyət və səlahiyyət məsələsinin düzgün müəyyən edilməsi baxımından iş üçün mühüm əhəmiyyət kəsb edir. Sözügedən sənədin ilkin instansiyada təqdim edilməməsi texniki və prosessual səbəblərlə bağlı olmuşdur. Lakin həmin sənəd mövcud mübahisənin mahiyyətinə birbaşa təsir etdiyindən və aidiyyət məsələsində ziddiyyətləri təsdiq etdiyindən, apellyasiya mərhələsində təqdim edilməsi zəruri hesab edilmişdir. Bu sübut işin düzgün hüquqi qiymətləndirilməsi və ədalətli qərarın qəbul edilməsi üçün əhəmiyyətlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında cavabdehlər nümayəndələrinin iştiraklarını təmin etməmiş, üçüncü şəxslər isə iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin və üçüncü şəxslərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki ,inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı inzibati işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Sözügedən mənzildə məcburi köçkün ailə məskunlaşmışdır. Iddiaçı tərəfindən mənzilin boşaldılmasına dair iddia tələbi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış, lakin icra edilməmişdir. Iddiaçı cavabdeh2 müraciət edərək mənzilində yaşayan məcburi köçkün ailəsinin alternativ yaşayış sahəsi ilə təmin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırkı iddia tələbinə nəzər yetirdikdə məlum olur ki, iddiaçı: 1) cavabdeh2 tərəfindən onun mənzilində məskunlaşan qaçqın ailəsi üçün alternativ yaşayış sahəsi ayrılmasını; 2) Qaradağ rayon Icra və Probasiya Şöbəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, iddia tələbi hər iki cavabdeh inzibati orqana münasibətdə mümkün sayılmamalıdır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Işin faktiki hallarından görünür ki, iddiaçı üçüncü şəxslərin alternativ yaşayış sahəsi ilə təmin edilməsini tələb etsə də, iddiaçının üçüncü şəxs barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı və düzgün sayaraq bir daha diqqətə çatdırır ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi onların daimi qeydiyyatı nəzərə alınmaqla dövlət proqramına uyğun olaraq mərhələli qaydada həyata keçirildiyindən, Şuşa rayonundan məcburi köçkünlər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 növbəti mərhələlərdə digər məcburi köçkünlər kimi öz torpaqlarına qayıtmaqlarının təmin olunacağı cavabdeh tərəfindən bilavasitə bildirilmişdir. Belə olan halda inzibati iş materiallarından cavabdeh cavabdeh2 tərəfindən hazırkı halda iddiaçının hüquq və mənafeyini pozan hərəkət və ya hərəkətsizliyə yol verildiyi müəyyən olunmur. Qaradağ rayon Icra və Probasiya Şöbəsinə qarşı iddiaçının iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırır: «Inzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Işin faktiki hallarından məlumdur ki, iddiaçı tərəf olduğu Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı cavabdeh icra qurumunun hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab edir və bu hərəkətləri inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. Icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımından, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Bu səbəbdən Məhkəmə kollegiyası bildirir ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxarılmaqla yol verilən, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulduğu hallarda, həmin şəxslərin icra orqanının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən hərəkəti (hərəkətsizliyi) icra sənədinin birbaşa icrası ilə bağlı məsələdir. Ona görə də, həmin hərəkətin (hərəkətsizliyin) hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin (hərəkətsizliyin) qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Iddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia tələblərinin mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1351/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1351/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver