Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1353/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı "iddiaçının atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatın aparılması haqqında məlumatın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1985-ci il təvəllüdlüdür. Onun atası X3 ##.##.2024-cü ildə "X2" publik hüquqi şəxsin Cərrahi profilli reanimasiya şöbəsinə qəbul olunmuş və ##.##.2024-cü ildə vəfat etmişdir. Iddiaçının atası X3 ##.##.2024-cü ildə Bakı şəhəri Sabunçu rayonu X4 ev 7/4a ünvanına yaşayış yeri üzrə qeydiyyata götürülmüş və şəxsin ölməsi səbəbindən onun şəxsiyyət vəsiqəsi ##.##.2024-cü ildə deaktiv edilmişdir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə ərizə ilə müraciət edərək mərhum atasının göstərilən ünvana qeydiyyata götürülməsinə əsas olan sənədlər barədə ona məlumat verilməsini xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli cavab məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, "Informasiya əldə etmək haqqında" Qanunun 15.3-cü maddəsinə əsasən, fərdi məlumatların verilməsi "Fərdi məlumatlar haqqında" Qanuna müvafiq qaydada həyata keçirilir. "Fərdi məlumatlar haqqında" Qanunun 13.1-ci maddəsinə əsasən, bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin razılığı əsasında yol verilir. Odur ki, müraciətdə qeyd olunan xüsusatlarla bağlı müvafiq məlumatlar hüquq-mühafizə, məhkəmə orqanları və ya vəkil sorğusu əsasında təşəbbüskar quruma təqdim edilə bilər. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı iddiaçının atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatın aparılması haqqında məlumatın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, atası X3 ölümündən sonra araşdırma nəticəsində görmüşdür ki, atasının pasport qeydiyyatı mövcud olmayan bir ünvana aparılmışdır. Ortada bir çox cinayətə bağlı şübhəli məqamlar olduğu üçün ərizə ilə cavabdehə müraciət etmişdir ki, mövcud olmayan bir ünvana qeydiyyat hansı sənədlər əsasında aparılmışdır. Lakin ona rəsmi imtina gəlmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız fərdi məlumat subyektinin razılığı ilə yol verilir. Iddiaçı isə mərhum atasına aid məlumatları tələb etməklə üçüncü şəxs qismində çıxış edir. Iddiaçının vərəsəsi olmasına dair müvafiq sənədlər mövcud deyil. Qanunvericilikdə nəzərdə tutulmuş digər halların (məsələn, məhkəmə qərarı, və s.) iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Təkcə qohumluq münasibətinin mövcudluğu fərdi məlumatların açıqlanması üçün müstəqil hüquqi əsas təşkil etmir. Inzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış məlumatın açıqlanması inzibati orqan üçün hüquq d eyil, əksinə, hüquqi məsuliyyət yarada biləcək haldır. Bu baxımdan cavabdehin imtinası qanunauyğun davranış kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, iddiasını atasının sağlığında adından saxta yolla notariusda bağışlanma müqaviləsi icra edilərək əmlakının ələ keçirilməsi, atasının 24 aprel-## ### 2024-cü illər aralığında komada yatdığı və ayılmayaraq vəfat etdiyi müddətdə özünün iştirak etmədiyi halda və rəsmi olaraq mövcud olmayan bir ünvana 29 apreldə ünvan dəyişikliyi edilərək onun miras hüququndan məhrum edilməsi ilə əsaslandırmışdır. Ortada bəlli mütəşəkkil cinayət olduğu üçün o inzibati məhkəməyə müraciət edərək hansı sənədlər əsasında dəyişiklik edilməsi haqda məlumatların cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmədə etirazını bildirmiş, öncədən rəsmi formada vəsatət təqdim etsə də, hakim etirazını qəbul etməmiş və vəsatəti təmin etməmişdir. Hakim vəsatəti təmin etmədiyi halda, qərardad çıxarmalı olsa da, bunu etməmişdir. Əsas göstərilmişdir ki, MAPS idarəsi cavab məktubunda göstərilib ki, qeydiyyatın aparılmasına əsas olmuş sənədlər müəyyən edilməyib. Bu əslində baş vermiş cinayətin tərkib hissəsidir. Atasının özünün iştirakı olmadan əmlakının ələ keçirilməsi, mövcud olmayan ünvana qeydiyyat aparılması (qanunvericiliyə görə pasport qeydiyyatı yalnız və yalnız sənədli evlərə aparıla bilər) və şübhəli ölümü planlı və mütəşəkkil cinayətin hissələridir. Şikayəti əsasında pasport qeydiyyatı aparmış polis əməkdaşı barəsində rəsmi olaraq tədbir görülmüşdür. O, rəsmi sübutları və vəsatəti təqdim etsə də, hakim bu şikayəti təmin etməmiş və iddianı düzgün və obyektiv qiymətləndirməmişdir. Bununla da hakim onun miras hüququndan məhrum edilməsinə qanunsuz əsas verən bu saxta sənədə və ünvan dəyişikliyinə göz yummuşdur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdehin ##.##.2026-cı il tarixli məktubda ifadə olunmuş xahişi nəzərə alınaraq, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. ... 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. ... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 4.1. IPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. ... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. ...
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, hazırkı iddianın mümkünlüyünün əsasları mövcud deyil. Həm Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin məzmunundan, həm də "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarının müddəalarından görünür ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt həmin iddianın mümkün olmasıdır. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirməni ehtiva edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur və bu yoxlamanın aparılması məhkəmənin xidməti vəzifəsinə daxildir. Inzibati mübahisəyə dair istənilən iddianın mümkünlük şərtlərindən biri iddiaçının hüququnun pozulmasıdır ki, bu şərtin mövcudluğu üçün iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacı olmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olur ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə qaldırdığı iddia ilə deyil, başqa predmetli iddia qaldırmaqla, yaxud başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, onun mövcud olan iddiası mümkün sayıla bilməz. Inzibati mübahisələrdə iddiaçının hüquqi marağı dedikdə, onun məhkəmədən müdafiəsini istədiyi və qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının mövcud olması nəzərdə tutulur. Başqa sözlə, müəyyən edilmiş olmalıdır ki, inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi məhz onun hüquqlarına və ya qanuni maraqlarına təsir edir. Hazırkı işin faktiki halları bundan ibarətdir ki, iddiaçının atası X3 ##.##.2024-cü ildə tibb müəssisəsinin reanimasiya şöbəsinə qəbul olunduğu və ##.##.2024-cü ildə orada vəfat etdiyi halda, ##.##.2024-cü ildə Bakı şəhəri Sabunçu rayonu X4 ev 7/4a ünvanına yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" piblik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli arayışı ilə müəyyən edilir ki, göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehin ##.##.2026-cl il tarixi arayışı ilə isə müəyyən edilir ki, mərhum X3 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandan əsassız olaraq qeydiyyatdan çıxarmış Abşeron Rayon Polis Şöbəsinin təqsirkar əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, cavabdehin ##.##.2025-ci il tarixli arayışında göstərilmişdir ki, mərhum X3 qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. Iddiaçının həm iddia ərizəsindən, həm də sonradan birinci və apellyasiya instansiya məhkəmələrinə yazdığı müraciətlərdən görünür ki, o, mərhum atasının başqa bir ünvana qeydiyyata götürülməsini qanunsuz sayır və bunun törədilməsində X5 adlı şəxsi təqsirkar hesab edir. Məhkəmə iclası zamanı iddiaçı izahatında bildirdi ki, atası 1-ci qrup gözdən əlil olmuş və atasının əmlakı ələ keçirilmişdir. Belə ki, notariat ofisinə atası getməmiş, atasının əvəzinə başqa adam aparılmış, həmin adam bağışlama müqaviləsinə imza etmiş və əmlak atasının beşinci həyat yoldaşı X5 bağışlanmışdır. 6 ay sonra atası koma halında xəstəxanaya yerləşdirilmişdir. Nailə atasını elə ünvana qeydiyyata salmışdır ki, belə bir ünvan mövcud deyil. Nailənin məqsədi bu olmuşdur ki, atası öləndən sonra sorğu verildikdə atasının evi və ünvanı tapılmasın. O, prokurorluğa müraciət etmiş, lakin ona bildirilmişdir ki, məhkəmədən sonra məsələyə baxılacaq. Hazırkı iddiada tələb etdiyi sənədlər ona prokurorluğa təqdim etmək üçün lazımdır. Bundan başqa, o, bağışlama müqaviləsini Bakı Şəhəri Xətai Rayon Məhkəməsində mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddianı verməkdə məqsədi cavabdehdən qeydiyyatın aparılması üçün qanuni əsasların olmaması barədə yazılı məlumat alıb onu prokurorluq orqanlarına təqdim etməklə X5 cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddiada İddiaçı hüquqi marağının olub-olmamasını müəyyən etmək üçün yoxlanılmalı olan ən vacib məsələ iddiaçının tələb etdiyi məlumatın onun hüquqi vəziyyətində hər hansı dəyişiklik yaradıb-yaratmayacağı və ona hər hansı hüquqi fayda veribverməyəcəyidir. Nəzərə alınmalıdır ki, inzibati icraatda hüquqi maraq məhkəmə qərarının iddiaçı üçün real hüquqi nəticə doğurmaq qabiliyyətini ifadə edir. Başqa sözlə, iddianın təmin ediləcəyi halda, iddiaçı bununla hansısa konkret hüququnu reallaşdıra bilməli, onun hüquqi vəziyyəti yaxşılaşmalı, yaxud pozulmuş hüququ bərpa olunmalıdır. Lakin iddiaçının elə bir reallaşmamış, yaxud pozulmuş hüququ müəyyən edilməmişdir ki, hazırkı iddianın təmin edilməsi həmin hüquqların reallaşmasına, yaxud bərpasına və ya iddiaçının hüquqi vəziyyətinin hər hansı şəkildə yaxşılaşmasına səbəb ola bilsin. Iddiaçının özünün də bildirdiyi kimi, o, cavabdehdən yazılı məlumatı yalnız prokurorluq orqanlarına təqdim etmək üçün tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, qüvvədə olan cinayət prosessual qanunvericiliyin normalarında törədilmiş cinayətlər haqqında məlumatlara baxılması ilə əlaqədar cinayət təqibi orqanlarının səlahiyyətləri nəzərdə tutulmuşdur. Bu səlahiyyətlər iddiaçının bəhs etdiyi məlumatı əldə etmək üçün kifayət edir və həmin məlumatın cinayət təqibi orqanlarına məhz iddiaçı tərəfindən təqdim edilməsi zərurəti yoxdur. Beləliklə, iddiaçı İddiaçı məhkəməyə verdiyi iddiada hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Onun çatmaq istədiyi məqsədə qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Bu hal isə iddianın mümkünlüyünü istisna edir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət yetirməyərək səhvən iddianı mümkün hesab etmiş və iddianın əsaslılığına qiymət vermişdir. Ona görə də apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı "iddiaçının atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatın aparılması haqqında məlumatın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.