Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1365/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı (Üçüncü şəxs və Əlizadə İzzət Nüsrət oğlu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Üçüncü şəxs və Əlizadə İzzət Nüsrət oğlunun Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən heç bir sənədi olmayan fərdi yaşayış evinə qanunsuz və əsassız olaraq pasport qeydiyyatına götürüldüklərinə görə onların həmin ünvandan pasport qeydiyyatdan götürüldüklərinə görə onların həmin ünvandan pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı Şəhər Surqaxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi anası X2 məxsus olmuş və o, vəfat edənədək orada onunla birlikdə yaşamışlar. Əmlakları hal-hazırda da, həmin evdədir. Evi öz vəsaiti hesabına təmir etdirmişdir. Ev özbaşına tikili olduğuna görə heç bir sənədi olmamışdır. Anası sağ olarkən onunla birlikdə gedərək həmin evə pasport qeydiyyatına düşməyini xahiş etsə də, evin heç bir sənədinin olmadığını əsas tutaraq və Qanunvericilikdə sənədsiz evlərə qeydiyyata düşmək nəzərdə tutulmadığı üçün bundan imtina edilmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Pasport qeydiyyatı şöbəsi yaşadığı sənədi olmayan həmin ünvanda yerləşən fərdi yaşayış evinə orada bir gün də, belə yaşamayan əvvəl Üçüncü şəxs, sonradan isə Əlizadə İzzət Nüsrət oğlunu qanunsuzvə əsassız olaraq pasport qeydiyyatına götürmuşdür. Halbuki, həmin şəxslər ailə üzvüləri ilə birlikdə başqa unvanda yaşayırlar. Ehtiyac yaranarsa qeyd edilənləri qonşular təsdiq edə bilərlər. Bundan əlavə mübahisəli fərdi yaşayış sahəsində yaşamadıqlarına görə kommunal xidmətlərdən istifadə edilmədiyi üçün vəsait ödənilmir. Üçüncü şəxslər qeydiyyatda olduqlarını əsas tutaraq sahə müvəkkilinin köməkliyi ilə giriş qapısının açarlarını dəyişdirərək onu oradan çıxarmışlar və evin onlara məxsus olduğunu bildirirlər. Belə vəziyyətdə isə o, həmin yaşayış sahəsindən, orada yerləşən əmlaklarından və həmin fərdi yaşayış sahəsinə çəkdiyi xərcdən məhrum olmuşdur. Ona görə də, həmin şəxslərin sənədsiz evə hansı əsasla pasport qeydiyyatına götürülməsinə dair Suraxanı rayon Polis İdarəsinin rəisinə, Daxili İşlər nazirinə və Prezidentə ərizə ilə müraciət etmiş və oradan bildirmişdir ki, bu barədə müvafiq məhkəməyə müraciət etməlidir. Bununla yanaşı Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi ##.##.2023-cu il tarixli məktubla bildirmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 8-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilmədikdə Daxili İşlər Nazirliyi orqanı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Eyni zamanda yuxarıda adıçəkilən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 6cı bəndinə görə qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə yol verdiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Daxili İşlər Nazirliyi orqanı tərəfindənşəx yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs və Əlizadə İzzət Nüsrət oğlu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
4. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
5. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
6. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əvvəla məhkəmənin ilk iclasında məhkəmə təklif etmişdir ki, mübahisəli mənzilin iddiaçının anasına məxsus olmasına və iddiaçının mənzilin sahibinin qızı olmasına dair (qonşuların təsdiq etdiyi akt, doğum haqqında şəhadətnamə və s) sənədlər təqdim edəndən sonra məhkəmə iclası barədə məlumat veriləcəkdir. Sonradan bayramlara görə iş günləri olmadığı üçün məhkəmə iclası barədə məlumat ala bilməmiş, bayarmdan sonra məhkəmənin dəftərxanasına müraciət etmiş ona bildirilmişdir ki, hal-hazırda elektron məhkəmə sistemi işləmədiyinə görə aprel ayında müraciət etsin. 2026-cı ilin aprel ayının 14də dəftərxana ona ##.##.2026-ci il tarixli qərardadı təqdim etmişdir. Bundan əlavə məhkəmə, hazırkı iddia ərizəsi ilə əlaqədar 3-cü şəxsləri məhkəməyə dəvət etmədən, onların hansı əsasla hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış sahəsinə necə, hansı əsasla qeydiyyata düşmələrini aydınlaşdırmamışdır. Onun həmin mənzildə yaşayıbyaşamamağıma, əmlaklarının orada olub-olmamasına və evin kim tərəfindən təmir edilməsinə dair 3-cü şəxslərin münasibətini öyrənmədən səhv nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin heç bir hüquqmüəyyənedici sənədi olmamışdır və cavabdeh İnzibati orqan həmin fərdi yaşayış sahəsində bir gündə belə yaşamayan 3-cü şəxsləri ora pasport qeydiyyatına götürmüşdür. Anası iflic xəstəsi olmuş və o, vəfat edənədək onunla birlikdə yaşamış, sonradan isə həmin fərdi yaşayış sahəsini təmir etdirərək oğluyla birlikdə yaşamış, qonşular göstərilənləri təsdiq edə bilərlər. Bundan əlavə orda yaşadığı müddətdə bütün kommunal xərclər onun adına olduğundan onun tərəfindən ödənilmişdir. Cavabdeh İnzibati orqan qanunsuz və əsassız olaraq qardaşı oğlu və həddi-buluğa çatmamış bacısı oğlu olan 3-cü şəxsləri posport qeydiyyatına götürəndən sonra, onlar sahə müvəkkilinin köməkliyi ilə qeydiyyatda olduqlarını əsas tutaraq fərdi yaşayış sahəsinin giriş qapısının aşarlarını dəyişərək, şəxsi əmlakları həmin evdə olmasına baxmayaraq onu ora buraxmamışlar. Həmin yaşayış sahəsindən, orada yerləşən əmlaklarından və həmin fərdi yaşayış sahəsinə çəkdiyi xərcdən məhrum olduğuma görə Suraxanı rayon Polis İdarəsinin rəisinə, Daxili İşlər nazirinə və Prezidentə ərizə ilə müraciət etmiş və oradan bildirmişdir ki, bu barədə müvafiq məhkəməyə müraciət etməlidir. Göründüyü kimi cavabdeh Suraxanı rayon Polis İdarəsi üçüncü şəxslər Üçüncü şəxs və Əlizadə İzzət Nüsrət oğlunu sənədsiz evə pasport qeydiyyatına alarkən, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının onun hüquqları pozulmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində hüquq və azadlıqlarının pozulması bütün şikayət etdiyi orqanlar tərəfindən təsdiq edilərək, məhkəməyə müraciət etməyi bildirsələr də, birinci instansiya məhkəməsi onu Məhkəmədə müdafiə olunmaq hüququndan məhrum etmişdir.
Tərəflərin izahatları
7. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarıını etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxslər Üçüncü şəxs və Əlizadə İzzət Nüsrət oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
11. Hazırki işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı tələbi “Üçüncü şəxs və Əlizadə İzzət Nüsrət oğlunun Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” barədədir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.(5.1-ci bənd) Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. (5.2ci bənd) İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”.
14. İş materiallarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı adları çəkilən üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də özü həmin ünvanda qeydiyyatda deyildir və mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda ünvan üzrə mülkiyyət hüququ mövcud olmayan iddiaçının üçüncü şəxsləri həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməyə subyektiv hüququ müəyyən olunmur.”
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir:
17. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan evdən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur.
21. Nəzərə alınmalıdır ki, ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva edir.
22. Hazırkı işin hallarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşnən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də, həmin ünvanın ona məxsus olması ilə bağlı hüquqmüəyyənedici sənədi nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
23. İnzibati prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
24. Hazırki işdə iddiaçının müvafiq iddia növü üzrə subyektiv hüququnun mövcudluğu sübuta yetirilmədiyindən və bu hal onun özü tərəfindən yetəri qədər əsaslandırılmadığından məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev