Məhkəmə qərarları › İş №2-1(3-6)-1368/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1368/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1368/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu arvadı X3 ilə birlikdə Çernobil AES əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı ilə bağlı sərəncam verilmə öhdəliyinin Sabunçu RİH-yə həvalə edilməsi bağlı qərar çıxarılmasını xahiş etmişdir. ##.##.2025-ci il tarixli məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı ailə üzvləri (arvadı ##.##.1956-cı il təvəllüdlü X3) ilə birlikdə “Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar” əlilliyi müəyyən edilmiş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti məhkəmə kollegiyasına ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar