Məhkəmə qərarları › İş №2-1(3-6)-1373/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1373/2026

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1373/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi XXXQanuni nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 və qeyrisinə qarşı "X6 PHŞ və cavabdeh4 olaraq FMP hesabatın təqdim edib tərtib edərək, vakansiyalar bankının işləməməsi və işaxtaran və işsiz qeydiyyat pulumu hesablayıb bu zamanadək vurduğunuz maddi və mənəvi ziyanları və əldən çıxmış faydaları hesablayıb ödəməsi və əmsalları da təyin olunması öhdəliyi qoyulması barəsində və ya müştərək cavabdehlərin üzərinə öhdəlik qoyulması və sair" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı aşağıdakı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir: 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 publik hüquqi şəxsi, 2) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu, 3) cavabdeh4, 4) Elm və Təhsil Nazirliyi, 5) Vəkillər Kollegiyası, 6) Quba Rayon Icra Hakimiyyəti, 7) Səlahiyyətli dövlət orqanları. Iddia ərizəsində aşağıdakılar üçüncü və maraqlı şəxslər qismində qeyd olunmuşlar: 1) Səudiyyə Ərəbistanı və ya aidiyyəti qurumlar, 2) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 publik hüquqi şəxsi, 3) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu. Iddiaçı İddiaçı iddia ərizəsində öz iddia tələbini aşağıdakı kimi ifadə etmişdir: "1) Mən İddiaçı 2011-ci ildən və 2014-cü ildən və 2017-ci ildən məcburi məndən asılı olmayan səbəblərdən davamlı hər ay və ya hər gün hesablanmaqla hələ də haqqı ödənmədən və yaxınlarımın hesabından ödənilməklə məşğul olduğum üçün hüquq və siyasət və beynəlxalq hüquq üzrə əlavə təhsil sənədi diplomu verilməsi barəsində, 2) 2017-ci ildən işsizlikdən sığorta stajı ödənişi ödənilməklə yanaşı və həm də bu iş saatları və staj hüquqi staj kimi elektron və rəsmi sənəd üzərində təsdiq olunması barəsində, 3) 2020-ci il və 2024-cü illərdə Quba seçki dairəsinin eyni dairəsindən millət vəkilliyinə namizəd olmaq sənədlərimi elmi və siyasi fəaliyyətimi iş stajı kimi qəbul olunması kimi qeydə alınması və elektron və rəsmi staj kimi qeydə alınması barəsində, 4) 2017-ci ildən rəsmi işsizlik pulumu və ya məcburi əlavə təhsil stajı haqqımı pulumu ödəyib və bir hissəsin bu ildən mənim və yaxınlarımın Həcc ziyarəti haqqına üçqat ödənilməklə təmin olunması və ya sərf olunması barəsində, 5) Səudiyyə Ərəbistanı və digər maraqlı Azərbaycan Respublikası inzibati dövlət orqanlarının bu iddia ərizəsi üzrə əlavə maraqlı təkliflər verməsi barəsində tam ədalətli hər bir bənd üzrə əsaslandırılmış sərəncam verilməklə və ya aydın olduğu və olmadığı halda hallar tam sərəncamla əsaslandırılmaqla ədalətli daha da gec olmadan qərar verəsiniz." Iddia tələbi belə əsaslandırılmışdır ki, yerli və beynəlxalq qanunvericiliyə əsasən, fərdi məşğulluq proqramı dedikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təklifləri özündə əks etdirir. Sığorta ödənişi alan şəxs ayda bir dəfə bu proqramın icrası ilə bağlı hesabatı şəxsən təqdim etməlidir. 2011-ci ildən işə götürənlərin və işçilərin hüquq və haqqlarını müdafiə edir, 2014-cü ildən məcburi az qala bütün inzibati dövlət orqanlarının hüquq pozuntuları barəsində həm inzibati dövlət orqanlarında, həm Bakı Inzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə və Avropa Məhkəməsində və ya digər yerli və beynəlxalq məhkəmələrdə Azərbaycan Respublikası və digər vətəndaşların hüquq haqq və tələbləri üzrə məcburi özünü və əhalini müdafiə edir. 350-dən artıq ərizələri, şikayətləri, təklifləri üzrə müraciətləri, həmçinin iddia ərizələri, apellyasiya şikayətləri və şikayətləri, kassasiya şikayətləri öz təsdiqini tapmış və əməliyyat nömrələri və kargüzarlıq nömrələri verilərək icraata alınmışdır, qərarlar, qanunlar, qərardadlar verilmək məcburiyyətində olmuşdur və hüquq sahəsinə və siyasətinə gözəl haqlı elmi tövhələr vermişdir. 10-dan artıq avropa şikayətləri aidiyyəti üzrə hüquqi və siyasi təsdiqini tapmışdır. Belə ki, məcburi ondan aslı olmayan səbəblərdən davamlı hüquqi və siyasi əlavə təhsil almaq məcburiyyətində olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 məhkəməyə verdiyi yazılı vəsatətdə iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, hazırkı iddia onun ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması prosesini çətinləşdirən formada yazılmış, iddiaçının hansı ümumi məqsəd əsasında, hansı inzibati orqandan konkret və ya dolayı yolla nə tələb etdiyi anlaşılmayan iddiadır. Iddiaçı müxtəlif cavabdehlərə qarşı əsassız, bir-biri ilə əlaqəsi olmayan, qarışıq tələblərə dair iddia ilə məhkəməyə müraciət etmişdir ki, bu iddia mümkünlük şərtlərinə cavab vermir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da məhkəməyə verdiyi yazılı vəsatətdə iddianın mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və digər cavabdehlərə qarşı eyni vaxtda iddia qaldırması, yəni müxtəlif cavabdehlərə qarşı və bir-biri ilə əlaqəli olmayan tələbləri bir iddiada birləşdirməsi, sadalanan iddialardan heç birinin Fondun səlahiyyətlərinə aid olmaması cavabdehin həmin iddiaya cavab verməsi, prosessual həmiştirakçılığın yolverilənliyi və tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü şərtlərini istisna edir. Iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsində hüquqi marağı əlavə təhsil barədə diplomun verilməsi, müxtəlif dövrlərə aid əmək stajının rəsmiləşdirilməsi və işsizlikdən sığorta ödənişinin ödənilməsi və bu ödəniş hesabına Həcc ziyarətinin maliyyələşdirilməsidir ki, bu tələblərə dair Fond səlahiyyətli inzibati orqan kimi çıxış etmir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçı İddiaçı təklif edilmişdir ki, iddia ərizəsində yol verilmiş formal xətaları aradan qaldırmaqla, iddia tələbini və iddia tələbinə cavab verməli olan inzibati orqanları dəqiqləşdirsin. Eyni zamanda, iddiaçıya izah edilmişdir ki, iddia tələbi dəqiqləşdirilmədiyi təqdirdə, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, iddianın mümkünlüyü məsələsinə baxılacaq. Bundan sonra ##.##.2026-cı ildə iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinə iddia ərizəsinə əlavə təqdim etmişdir. O, həmin əlavədə aşağıdakıları cavabdeh qismində göstərmişdir: 1) ƏƏSMN X6 PHŞ, 2) DMA-nin X3 (Bir saylı DOST Məşğulluq Filialı) Əlavədə aşağıdakılar üçüncü və maraqlı şəxslər qismində qeyd olunmuşlar: 1) cavabdeh4, 2) Elm və Təhsil Nazirliyi, 3) Vəkillər Kollegiyası, 4) Quba Rayon Icra Hakimiyyəti, 5) ƏƏSMN X6 PHŞ, 6) ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu. Həmin sənəddə "Səudiyyə Ərəbistanı və ya aidiyyəti qurumları" maraqlı şəxs qismində qeyd olunmuşlar. Iddiaçı İddiaçı iddia ərizəsinə əlavədə iddia tələbini aşağıdakı kimi ifadə etmişdir: "1) X6 PHŞ və cavabdeh4 olaraq FMP hesabatın təqdim edib tərtib edərək, vakansiyalar bankının işləməməsi və işaxtaran və işsiz qeydiyyat pulumu hesablayıb bu zamanadək vurduğunuz maddi və mənəvi ziyanları və əldən çıxmış faydaları hesablayıb ödəməsi və əmsalları da təyin olunması öhdəliyi qoyulması barəsində və ya müştərək cavabdehlərin üzərinə öhdəlik qoyulması barəsində, 2) Məcburi hüquq təhsilimi həm əlavə təhsil sənədi verilmə barəsində, həm staj təyin olunması və əmsalların təyin olunması barəsində cavabdehlərin üzərinə müştərək və ya X6 PHŞ üzərinə öhdəlik qoyulması barəsində, 3) 2017-ci ildən işsizlik və işaxtaran sığorta stajı ödənişi mənə ödənilməklə yanaşı və həm də mən 2011-ci ildən və 2014-cü ildən və 2017-ci ildən məcburi məndən asılı olmayan səbəblərdən davamlı hər ay və ya hər gün hesablanmaqla hələ də haqqı ödənmədən və yaxınlarımın hesabından ödənilməklə məşğul olduğum üçün hüquq və siyasət və beynəlxalq hüquq üzrə əlavə təhsil sənədi diplomu verilməsi və həm də iş saatları və iş stajı hüquqi staj kimi qeydə alınması və əmsallarının təyin olunması barəsində cavabdehin üzərinə öhdəlik qoyulması barəsində, 4) 2020-ci il və 2024-cü illərdə Quba DSK eyni dairəsindən millət vəkilliyinə namizəd olmaq sənədlərimi elmi və siyasi fəaliyyətimi iş stajı kimi qəbul olunması kimi qeydə və elektron və rəsmi staj kimi qeyd olunması və əmsalların elektron və rəsmi hesablanıb təyin olunması barəsində müştərək cavabdehlərin üzərinə və ya X6 PHŞ-nin üzərinə öhdəlik qoyulması barəsində, 5) 2017-ci ildən rəsmi elektron işsiz və işaxtaran sıorta pulumu və ya məcburi əlavə təhsil saat hesabı staj haqqımı pulumu ödəyib və bir hissəsinin bu ildən mənim və yaxınlarımın Həcc ziyarəti istəyi haqqına üçqat ödənilməklə təmin olunması və ya sərf olunması barəsində, 6) Səudiyyə Ərəbistanı və digər maraqlı Azərbaycan Respublikası inzibati dövlət orqanlarının və Vəkillər Kollegiyasının bu iddia ərizəsi üzrə əlavə maraqlı təkliflər verməsi barəsində, 7) Tam ədalətli hər bir bənd üzrə əsaslandırılmış sərəncam verilməklə və ya aydın olduğu və olmadığı halda hallar tam sərəncamla əsaslandırılmaqla ədalətli daha da gec olmadan düzgün qərar çıxarasınız." Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin və iddiaya cavab verməli olan orqanın dəqiqləşdirməsi təklif edilmiş, iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallar iddiaçı ilə müzakirə edilmiş, iddiaçı isə məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim etməmişdir. Iddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hər bir bəndi tutarlı sübutlara və ya hər bir bənd üzrə tutarlı əsaslar rəqəmsal informasiya və ya dövlət qurumlarının elektron gov.az portallarında əsaslandırılmış sübut təqdim olunmaqla iddia ərizəsinə əlavə vermiş, lakin məhkəmə universal qərarlar verməklə iddianı mümkün saymamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 nümayəndəsi X2 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi XXXQanuni nümayəndə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə, eləcə də şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda, onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Yuxarıda sadalanan normalardan görünür ki, iddianın mümkün sayılmasının şərtlərindən biri iddiaçının öz iddia tələbini aydın şəkildə ifadə etməsi və cavabdeh qismində göstərdiyi şəxsin həmin iddiaya cavab verməli olan şəxs olmasıdır. Lakin müəyyən edilir ki, iddiaçı İddiaçı öz iddia ərizəsində cavabdeh qismində 6 ayrı-ayrı inzibati orqanı göstərməklə yanaşı, 7-ci bənd kimi "Səlahiyyətli dövlət orqanları"nı göstərmiş, ərizənin nəticə hissəsində isə 4 bənddən ibarət tələblər sadalasa da, hansı tələbin hansı cavabdehə aid olmasını dəqiqləşdirməmiş, eyni zamanda, cümlələrdə fikirlərini qarışıq, anlaşılmaz tərzdə ifadə etmişdir. Bu səbəbdən iddiaçının hansı inzibati orqandan nəyi tələb etdiyini ayırd etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin yazılı yardımından sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə vermişdir. O, həmin əlavədə cavabdehlərin sayını azaldaraq yalnız ƏƏSMN X6 PHŞ-i və DMA-nin X3 (Bir saylı DOST Məşğulluq Filialı) göstərsə də, iddia tələblərinin sayını artırmış və yenə də hansı cavabdehdən nəyi tələb etdiyini aydın şəkildə göstərməmişdir. Iddia ərizəsinə əlavənin əsaslandırma hissəsindən də bunu ayırd etmək mümkün deyil. Göründüyü kimi, iddia ərizəsi və iddia ərizəsinə əlavə formal tələblərə cavab vermir. Məhkəmənin etdiyi yardıma baxmayaraq, iddiaçı formal xətanı aradan qaldırmamışdır. Bu çatışmazlıq iddianın mümkün sayılmasını istisna edir və belə olan halda, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Iddiaçı iddia ərizəsində və iddia ərizəsinə əlavədə olduğu kimi, apellyasiya şikayətində də fikirlərini qarışıq cümlələrlə ifadə etmişdir. Şikayətdən anlaşılan budur ki, o, tələbinin hər bir bəndini iddia ərizəsinə əlavədə tutarlı sübutlarla əsaslandırdığını bildirir. Lakin kollegiya bu dəlili əsaslı hesab etmir və qeyd edir ki, iddianın əsaslarına dair təqdim edilmiş sübutların araşdırılması iddianın əsaslılığının yoxlanılması mərhələsinə aiddir. Həmin mərhələ isə iddianın mümkünlüyünün yoxlanılması mərhələsindən sonra gəlir. Iddia mümkün sayılmadıqda iddianın əsaslılığının yoxlanılmasına və sübutların araşdırılmasına zərurət qalmır. Odur ki, apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas vermir. Qərardadın ləğv edilməsi üçün digər əsaslar da müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar