Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1379/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X17 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh qarşı X7 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın və ona əsasən tərtib edilmiş cizginin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 torpaq sahəsi ayrılması barədə sərəncamın və ona əsasən tərtib edilmiş cizginin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Iddiaçılar tələbini bununla əsaslandırmışdırlar ki, iddiaçı iddiaçı2 cavabdehlər Cavabdeh (üçüncü şəxslər X7, X8, X9, X1) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Iddia tələbi üzrə e-*-*(***)-****/**** saylı inzibati iş Bakı Inzibati Məhkəməsinin icraatında olmuşdur. Belə ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən iddiaçı2 Alavutdinovanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsi barədə əvvəlki JN13094H (kod 00400016) və alqı-satqıdan sonrakı JN-17225D (kod 00400016) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Cavabdeh başçısının ##.##.1994-cü il tarixli **** saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmadığı nəzərə alınmaqla) ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Cavabdeh başçısının ##.##.1994-cü il tarixli **** saylı sərəncamında və ona əlavə edilmiş plan cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Icra Hakimiyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə“ ## ###### 1994-cü il tarixli **** saylı sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa Icra hakimiyyəti tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN- ****H saylı (kod 00400016) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi ona verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi "400" nömrəlidir. Həmin cizgi plana və hazırkı yerləşməyə elə vizual baxanda da onun evinin yerləşməsi və yanıdakı yoldan da görünür ki, əmlakı elə ona təqdim edilən *** nömrəli torpaq sahəsində yerləşir. Iddaçı orada 1995-ci ildən ev inşa etmişdir, ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsininin ətrafını bütövlükdə hasarlamışdır. Daha sonra evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m hissəsini satmaq qərarına gəlmişdir. ## ####### 2004-cü il tarixli "daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m hissəsini Ariz Xasıyevə satmışdır, alqısatqıdan sonra Ariz Xasıyevə satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Ariz Xasıyev ## ###### 2005-ci il tarixli alqısatqı müqaviləsi əsasında 0.03 ha torpaq sahəsini iddiaçı2 satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair ## ###### 2008-ci il tarixli çıxarış verilmişdir. O da həmin torpaq sahəsini daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə almışdır. O. 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış, ayıraraq alıcıya vermişdir. Həmçinin torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. Iddiaçı X3 cavabdehlər X10, X9, X8, iddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı (hakim N.Abıyev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 torpaq sahəsinin ayrılması Cavabdeh Başçısının ## ###### 1994-cü il tarixli **** saylı sərəncamı əsasında həyata keçirilmişdir ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd qismində çıxış edir və iş materiallarından qüvvədə olduğu görünür. Həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu müddətdə həmin sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. iddiaçı2 və X4 eyni cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Səbail RIH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2-l(112)- ****/**** saylı qərar ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-l(***)-***/**** saylı qərar ilə apellyasiya şikayəti təmin olunmayaraq Bakı Inzibati Məhkəməsinin 2- 1(112)- ****/**** saylı ##.##.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Məhkəmə qeyd edilən işə əsaslanaraq IPM-in 45.5.1-ci maddəsi ilə iddianı mümkün saymamışdır. Sözügedən maddənin məzmununa əsasən tərəflər eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Halbuki qeyd edilən iddia tələbi sərəncamın etibarsız hesab edilməsi - Inzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) aiddir. Hazırkı iş üzrə iddia tələbi isə üçüncü şəxsə məxsus sərəncamın və ona əsasən tərtib edilmiş cizginin ləğv edilməsi - Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aiddir. Sözügedən iddia tələblərinin hüquqi mahiyyəti və yönəldiyi nəticə fərqli olduğundan həmin iddiaların eyniləşdirilərək IPM-in 45.5.1-ci maddəsinin tətbiqi ilə mümkün sayılmaması ciddi prosessual pozuntudur. Etibarsızlıq inzibati aktın əvvəlcədən hüquqi qüvvəyə malik olmamasının tanınmasıdır, inzibati Prosessual Məcəllənin 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Ləğv etmə isə qüvvədə olan inzibati aktın gələcək üçün hüquqi qüvvəsinin aradan qaldırılmasıdır. Inzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Birinci instansiya məhkəməsi iddianın hüquqi mahiyyətini düzgün müəyyən etməmiş, müxtəlif iddia növlərini eyniləşdirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə iclasının təxirə salınması barədə ərizə ünvanlamışdır. Lakin məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəbləri barədə sübutları təqdim etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın mümkünlük şərtinin ödənilməməsi əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. Inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. Inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. Inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırkı inzibati işin faktiki hallarından görünür ki, iddiaçı2 və X3 eyni cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Səbail RIH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki: “...təqdim edilmiş Cavabdeh ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamının tam mətnindən müəyyən olunur ki, Badamdar qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün bir sərəncamla eyni vaxtda bir neçə vətəndaşa- X18, X13, X2, X7 və X25 hər birinə ayrı-ayrılıqda 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın işlənildiyi 1998-ci il üçün Səbail rayonu Icra Hakimiyyəti Başçısının **-**** nömrəli sərəncamlarının qeydiyyat kitabında 99-cu vərəqdə ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamının adı və qısa məzmunu qrafasında “Məhərrəmova....” adı qeyd olunmuşdur. Göründüyü kimi mübahisəli sərəncam eyni vaxtda 5 nəfərə (o cümlədən sıra üzrə 4-cü Yeganə Quluyevaya) torpaq sahəsinin ayrılması barədə olduğundan, həmin sərəncamla sadalanan vətəndaşlardan birinci sırada vətəndaş X18 torpaq ayrılması göstərildiyindən sərəncamların qeydiyyat kitabında da bütün vətəndaşların deyil, məhz birinci sırada gələn vətəndaş- Məhərrəmovanın soyadının qeyd edilməsi mümkündür və bu halda sərəncamın məzmununun qısa şəkildə qeyd edilməsi ağlabatandır. Başqa sözlə, qeydiyyat jurnalında qısa olaraq sərəncamla torpaq ayrılanlardan yalnız bir vətəndaşın, eləcə də sıra üzrə birinci şəxsin adının qeyd edilməsi digər 4 vətəndaşa, eləcə də üçüncü şəxsə torpaq ayrılmadığını deməyə hüquqi əsas vermir.” iddiaçı2 və X3 apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Səbail RIH-nin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmayaraq Bakı Inzibati Məhkəməsinin 2-1(112)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki: “...Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Başcısının ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamının X6 aid hissədə etibarsız hesab edilməsi və sərəncam əsasında verilmiş cizginin ləğv edilməsini xahiş etmiş və ona istinad etmişdir ki, onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə X11 torpaq sahəsinin koordinatları və naturada yerləşməsi üst-üstə düşür. Məhkəməyə təqdim edilmiş hər iki Məhkəmə Ekspertiza Mərkəzinin ekpert rəydən görünür ki, iddiaçı2 ayrılmış torpaq sahəsi ilə Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsinin mövqelərində fərq mövcuddur. Belə ki, ilkin torpaqayırma qeyd olunan məlumatlara əsasən, Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsi X3 ayrılan (sonradan 0.03 ha hissəsi iddiaçı2 ayrılmışdır) torpaq sahəsindən aralıda qərb istiqamətində ayrılmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) qərarı ilə iddiaçı X3 cavabdeh DƏDKR * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər X10, X9, X8, iddiaçı2, X1) “koordinatların uyğunlaşdırılması” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs iddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, əvvəllər də iddiaçılar sözügedən sərəncamla bağlı mübahisə qaldırmışlar. Apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qeyd edilən məhkəmə aktlarından da aydın olur ki, hazırkı mübahisələndirilən sərəncam və ona əlavə edilmiş cizgi ilə bağlı ekspert rəyləri alınmış və müəyyən edilmişdir ki, mübahisələndirilən sərəncam qanuni olmuş və ona əlavə edilmiş cizgi ilə iddiaçıların hüquqlarının pozulması müəyyən olunmamışdır. Bununla belə kollegiya diqqətə çatdırır ki, iddiaçıların hazırkı tələbi mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialarda isə tələb olunan mümkünlük şərtlərindən biri də müddətlə bağlıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in ## #### 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti IPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Iddiaçının mübahisə açdığı sərəncam 1998-ci ildə qəbul edilmişdir. Iddiaçıların iddia ərizəsindən və işin araşdırılmış hallarından bəlli olur ki, iddiaçılar ən geci 2021-ci ildə məhkəmə mübahisələri zamanı sözügedən sərəncamdan məlumatlı olmuş olsalar belə hazırkı iddia ilə 2025-ci ildə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçıların hazırkı növ iddia qaldırmaqda qanunla müəyyən olunmuş müddət şərti də ötürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdeh qarşı X7 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın və ona əsasən tərtib edilmiş cizginin ləğv edilməsi” barədə iddiasının mümkünlük şərtlərinə cavab vermədiyi üçün iddianı mümkün saymamaqla gəldiyi qənaəti düzgün və haqlı hesab edir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
NƏTICƏVI HISSƏ:
Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli