Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1380/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5rşı “rəyin ləğv edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iddiaçı1 nümayəndəsi X1 və iddiaçı iddiaçı4 iştirakları ilə, İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5rşı “rəyin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçılar iddiaçı4 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5rşı ##.##.2025-ci il tarixli nömrəsiz rəyi qanunsuz, savadsız və ədalətsiz olduğundan ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Dövlət Nəzarət Agentliyi Azerdövlətsənayəlayihə Dövlət layihə İnsititunun * saylı memar-inşaat, * saylı memar inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Anar Vahid, Seymur Məmmədov, Nicat Qarayev tərəfindən Tikintidə Dövlət Nəzarət Agentliyinin ##.##.2025 ci il tarixli, 3-18-#/# ****/**** nömrəli tapşırığına əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evinə vizual texniki baxış keçirilib.## ##### 2025 ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin əməkdaşları, onların mülkiyyət hüquqlarını kobud sürətdə pozaraq, özlərindən qondarma bir akt tərtib ediblər ki, guya mülkiyyətləri qəzalı vəziyyətdədir. Belə ki, şəkillərini təqdim etdikləri binalar indi mövcud deyil. Bu binalar, yəni B.Sərdarov küçəsində və 4-cü N.Nərimanov döngəsi ev 35 yerləşən binaların mülkiyyətçiləri eyni şəxslər deyildir, ikinci bu binalar çoxdan, inşa olmuşdurlar, lakin daşınmaz əmlakın altındakı topaq sahələri şəxsi mülkiyyətdə olduğundan Bakı şəhər İcra Hakimiyyətinin 2011-ci il sərancamına əsasən mülkiyyətçilər tərəfindən hər iki ünvanda olan binalar əsaslı təmir ediliblər. Binalar tam şəkildə yerləşdiyi yer quruluşuna əsasən dəmir beton və aqlayla tikilib, heç bir aqlay örtüyü ilə örtülməyib. Bu tərtib edilən aktda isə yalandan göstərilib ki, qədimdən tikilənlər guya kimdənsə gizlətmək məqsədi ilə aqlayla örtülüb. Bakı şəhərinin hər yerində relyefli sahədir. Anar Vahid isə binalara baxışdan sonra onlara bildirmişdir ki, o qəzalı olması barədə heç bir rəy verilməsi mümkün deyil. Sonradan isə uydurma bir akt tərtib edib, gizli olaraq Səbail rayon İcra Hakimiyyətinə verib. Onlar İcra Hakimiyyətinin məsul şəxslərindən bu rəyi tələb etdikdə, rəyin sürətini verə bilmədilər. Fövqəladə Hallar Nazirliyinin Tikinti Nəzarət Agentliyinin mühəndislərindən B.Sərdarov küçəsində və 4 cü N.Nərimanov döngəsi ev 35 baxışda ancaq iştirak edib Anar Vahid ona binanın içəri hissəsi, çöl hissəsi, 4cü N.Nərimanov döngəsi ətraflı göstərilib, nöqtələr izah olunub, həmçinin Anar Vahid onlarda olanda əsaslı təmir gedirdi, çəkdiyi şəkillərdə həmin vaxtındır, yəni binadan da görsənir ki əsaslı təmir gedir. İndi həmin binaların görünüşü tam başqa gözəl təmir olunmuş vəziyyətdədir. Ekspertiza keçirilərək rəy verilməsi üçün, Binaların Ekspertizası haqqında qanuna əsasən divarlar oyulmalı orada hansı materiallardan tikilən materiallar götürülərək laboratoriyada yoxlanmalı sonradan rəy verilməlidir. Heç kimin vizual baxışına əsasən rəy verilə bilməz. Həmçinin bu qondarma rəyə əsasən heç kim öz şəxsi mülkiyyətindən məhrum edilə bilməz. Qanuna əsasən rəy verən ekspert Yalan rəy vermək və rəy verməkdən qanunsuz imtina barədə məsuliyyət ekspertə elan olunmalı olduğu halda olunmayıb. Burda isə rəy əvəzinə akt tərtib olunub. Ən əsası vətəndaşın şəxsi mülkiyyətinin qəza vəziyyətində olması barədə rəyin sürəti vətəndaşdan gizlədilir. 5 aydan sonra məhkəmədə vətəndaşa elan olunur. Bu isə vətəndaşların mülkiyyət hüquqlarənın, müdafiə hüquqlarının, məhkəmədə bərabər qanuna uyğun olaraq çəkişmə prinsiplərini, ekspertiza haqqında qanun tələblərini pozmaq deməkdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2024 cü il tarixli Qərarı da bu cür məsuliyyətsiz məmurlar tərəfindən buraxılan səhvlər nəticəsində Azərbaycan Respublikası cərimələnir, adı İnsan hüquq və azadlıqlarnı pozan ölkələr sırasına düşür. Anar Vahid XX əsrdən bəhs edib, İnsanların mülkiyyət hüquqlarını kobud sürətdə pozmasına baxmayaraq, bilmir ki, XXI əsrdə yaşayırıq Azərbaycan Respublikası Hüquqi, Dünyəvi və demokratik Respublikadır. Daşınmaz əmlaklar 4-cü N.Nərimanov döngəsi ilə B.Sərdarov küçəsinin kəsişməsində yerləşir. Akt tərtib edən şəxslər hətta daşınmaz əmlakın harda və kimə məxsus olmasını belə bilmədən, heç bir texniki ekspertiza keçirmədən, binaların nə vaxt inşa edilməsindən və bərpa belə olunmasindan xəbərləri yoxdur. Sərəncamda Yasamal rayonu Abdulla Şaiq küçəsi ilə S.Tağızadə küçələrinin kəsişməsi yerlər göstərilib. Bakı şəhər salmanın planında Nərimanov döngəsi göstərilib, lakin adı yazılmayıb, çünki planla bu küçə zəbt edilib plana salınıb, bu İnsan hüquqlarını pozan komissiya isə bizim yerləşdiyi yerin sərəncama aid olmayan bir küçələr olduğu halda nə üçün və hansı səbəbə araşdırma aparmaları belə sual altındadır. Özləri göstərdikləri kimi bu daşınmaz əmlaklar Səbail rayonunda B.Sərdarov küçəsində, N.Nərimanov döngəsində yerləşir. Sərəncamda isə Abdulla Şaiq küçəsi ilə N.Nərimanov prospekti, SüleymanTağızadə küçələrinin kəsişməsində yerləşən daşınmaz əmlaklardan bəhs edir. Həmçinin bu binalar qədim vaxti inşa edilsə də sonradan onlar bu binaları bərpa etmişdirlər, ancaq aqlay və betondan. Şəxsi mülkiyyətdə olan torpağıda, səxsi mülkiyyətində olan daşınmaz əmlaki bərpa etmişlər yenidən FHN-nin vizual rəyi ilə mülkiyyətçilər tanış edilmədən, birbaşa məhkəməyə müraciət etmişlər. Cavabdehin etirazından görünür ki, ## ##### 2025-ci il tarixində Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mühəndisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinə vizual texniki baxış keçirilərək müvafiq rəyi tərtib etmişdilər. Həmin evdə yaşayan iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən sözügedən rəyin ləğv edilməsi tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdılar.Yuxarıda qeyd olunan rəy tədqiqat nəticələrini özündə əks etdirir və yalnız texniki akt olaraq birbaşa heç bir hüquqi nəticə yaratmadığından, bu iddiada iddiaçıların hüquqi maraqlarının pozulmasının nədən ibarət olduğunu müəyyən etmir.Bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci və 90-cı maddələrində nəzərdə tutulan “tikintiyə icazə icraatı” çərçivəsində Agentlik yalnız müvafiq rəy vermək səlahiyyətinə malikdir və onun hansısa icraat çərçivəsində müvafiq sənədləşmələr aparıb hüquqi nəticə doğuran inzibati akt qəbul etmək kimi bir səlahiyyəti qanunla müəyyən edilməmişdir.Qeyd olunduğu kimi, "tikintiyə icazə icraatı” çərçivəsində inzibati orqanın müvafiq rəyinin alınması (Agentliyin İnstitutlarının rəylərini daxil olmaqla) tikintiyə icazənin verilməsi ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, sonda inzibati aktın qəbul edilməsinə xidmət edir. Belə rəylər maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Bu sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə sadəcə yardım edir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Lakin, qeyd olunan rəy tədqiqat nəticələrini özündə əks etdirir və birbaşa heç bir hüquqi nəticə yaratmadığından inzibati akt kimi hesab oluna bilməz.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1- ci və 35.1-ci maddələrinə əsasən iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsi ilə inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər və inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddiası mümkün sayılır. Bununla da hesab edirik ki, iddiaçılar yalnız o halda məhkəməyə müraciət etmək hüququna malik ola bilərdi ki, aparılan vizual texniki baxışın onların hüquqlarını əhəmiyyətli dərəcədə pozduğu istisnasız görünərdi və bu hal iddiaçının qanunla qorunan hüquqlarına real və ciddi müdaxilə edərdi.Beləliklə, hazırkı işdə iddiaçılarının cavabdeh quruma ## ##### 2025-ci il tarixli rəyin ləğv edilməsi barədə tələbi qeyri-müəyyən olmaqla yanaşı, “tikintiyə icazə icraatı” çərçivəsində cavabdeh qurumun həmin rəyi heç bir hüquqi nəticə doğurmadığı üçün onun iddiaçıların hüquqlarına konkret hansı formada təsir etdiyini və bu təsirin hüquqi baxımından müdaxilə və ya pozuntu təşkil etdiyi əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçılarının məhkəməyə müraciət etmək üçün tələb olunan hüquqi marağının mövcudluğu təsdiq olunmamışdır.Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32-ci, 35-ci və 47.2-ci maddələrini nəzərə alaraq, iddianın mümkün hesab edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli (sədrlik edən hakim Aysev Almazova) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Dövlət Nəzarət Agentliyinin aktnın ləğv edilməsi, onların müstəqil ekspert rəyinə münasibət bildirilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fövqaladə Hallar Nazirliyinin verdiyi akt inzibati akt deyilsə, heç bir nəticə yaratmırsa, nə üçün Səbail rayon məhkəməsi bu rəyi əsas götürüb, icraata qəbul edir, baxışa təyin edir, geri qaytarmır. Fövqaladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin rəyi onların mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Fövqaladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin mənzillərin qəzalı vəziyyətdə olması barədə rəy və akt vermə hüququ yoxsa, həmçinin minlərlə insanın evləri söküldüyü zaman bu firmada qondarma akt verib insanların mülkiyyət hüquqlarını pozması vəzifə səlahiyyətlərini kobud formada pozmaqla, vətandaşlara küllü miqdarda ziyan vurmaq deyilmi, məhkəmə ədalət mühakiməsi bu faktlarla bərabər xüsusi Qərardad çıxarıb prokurora göndərmir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 nümayəndəsi X1 və iddiaçı iddiaçı4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Dövlət Nəzarət Agentliyinin aktnın ləğv edilməsi, onların müstəqil ekspert rəyinə münasibət bildirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar iştirak etməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC ## ###### 2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasını iştirakları olmadan keçirilməsinə etirazları olmadığını, Bakı İnzibati Məhkəməsinin qərarının tam qanuni və əsaslı olduğunu qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər iddiaçıların, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçıların hüquqi marağı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin ##.##.2025-ci il tarixli rəyinin ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıların apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Fövqaladə Hallar Nazirliyinin verdiyi akt inzibati akt deyilsə, heç bir nəticə yaratmırsa, nə üçün Səbail rayon məhkəməsi bu rəyi əsas götürüb, icraata qəbul edir, baxışa təyin edir, geri qaytarmır. Fövqaladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin rəyi onların mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İnzibati Prosessual Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:
1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;
2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);
3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 2.0.9. aralıq inzibati akt- konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun 2№li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 1 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Nicat Qaraşov Tikintidə X5 Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli tapşırığına əsasən ünvan 2 ünvanda yerləşən yaşayış evinə vizual texniki baxış keçirdik.Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış evi relyefi ərazidə XX əsrin əvvəllərindən başlayaraq müxtəlif illər ərzində inşa edilmişdir. Yaşayış evi ərazinin relyefinə uyğun olaraq Nəriman Nərimanov prospektinə baxan hissəsi 2 mərtəbəli, 4-cü Nəriman Nərimanov döngəsinə baxan hissəsi isə 3 mərtəbəlidir. Yaşayış evinin arxa və sol yan fasad hissələri ( 3 mərtəbəli sahə) sonradan müxtəlif illər ərzində inşa edilmişdir. Yaşayış evi müxtəlif inşaat materiallarından inşa edilmişdir. Tikililərin damı ön fasad hissəsində çardaq tipli olub dalğavari metal vərəqələrlə, arxa və yan hissələri isə yastı tipli olub yumşaq materiallar ilə örtülmüşdür. Yaşayış evinin fasadları aqlay materialı ilə üzlənmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023cü il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, Abdulla Şaiq və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən 0.71 ha torpaq sahəsi “xxxx" MMC-nin istifadəsinə verilmişdir. İcarəyə verilmiş torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırılması ## ###### 2024-cü ildə *-**/*-*-**/**** nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Təsdiq edilmiş şəhərsalma əsaslandırılmasındakı 18;19;20;21; və ** nömrəli nöqtələrə əsasən “xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi ünvan 2 ünvanda yerləşən yaşayış evinin bir hissəsinin üzərinə - 4-cü Nəriman Nərimanov döngəsinə baxan hissəsinə düşür. Belə ki, yaşayış evinin sol yan hissəsi 18 və ** nömrəli nöqtələrdə 1,8 metr, ** nömrəli nöqtədə 4,0 metr, 21 və ** nömrəli nöqtələrdə isə 6,0 metr ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. Əraziyə baxış təsdiq edilmiş şəhərsalma əsaslandırılması və ayrılmış torpaq sahəsinin Sərəncamına əsasən aparılmışdır. Fərdi yaşayış evinin çıxarışı və texniki pasportu təqdim edilmədi.Keçirilən baxış zamanı yaşayış evinin daxilinə tam şəkildə baxış keçirilməsi və fotoşəkillərin çəkilməsi üçün şərait yaradılmadı.Yaşayış evinə xaricdən keçirilən baxışı zamanı aşağıdakı qüsurlar müşahidə edildi: Yaşayış evi relyefli ərazidə heç bir mühəndisi tədbirlər görülmədən inşa edilmişdir; Yaşayış evinin arxa və sol yan fasad hissələri müxtəlif illər ərzində müxtəlif inşaat materiallarından inşa edilmişdir; Yaşayış evinin XX əsrin əvvəllərindən başlayaraq müxtəlif illər ərzində inşa edildiyinə nəzərə alsaq ev qüvvədə olan tikinti norma və qaydaların tələblərinə cavab vermir; Bakı şəhəri, əsasən ünvan 2 yerləşən yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin yaşayış evinə yaxın ərazidə yerləşməsini, evin bir hissəsinin (sol yan) ayrılmış torpaq sahəsinin hüdudlarının daxilində olmasını nəzərə alsaq gələcəkdə aparılacaq tikinti- quraşdırma işləri həmən ünvanda yerləşən yaşayış evinin mövcudluğuna mənfi təsir göstərərək evin uçulması təhlükəsini yarada bilər.Yaşayış evinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının *** nömrəli ##.##.2023-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, Abdulla Şaiq və Süleyman Tağızadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,71 ha torpaq sahəsi həmin ərazidəki özəlləşdirilmiş obyektin yerləşdiyi 0,00523 ha dövlət mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyə uyğun özəlləşdirilməsi, orada qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonalarına dair tələblərin gözlənilərək, aidiyyəti qurumlarla razılaşdırılması şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün icarə əsasında “xxxx“ MMC-nin istifadəsinə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin ## #### 2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC Səbail Rayon İcra Hakimiyyətinə bir müddət əvvəl müraciət edərək, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, Abdulla Şaiq və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən 0.71 ha torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin *** saylı, ##.##.2023-cü il tarixli sərəncamı əsasında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin istifadəsinə verildiyini bildirmişdir. Müvafiq sərəncam əsasında ayrılmış torpaq sahələrində tikinti işlərinin aparılması nəzərdə tutulan ərazilərdən Bünyad Sərdarov, ev 32 ünvanı Səbail rayonunun inzibati ərazisinə aid olduğundan sözügedən ünvana yerində baxış keçirilməsi və həmin tikilinin qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı müvafiq rəyin verilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə rəsmi müraciət olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin ## #### 2026-cı il tarixli məktubu ilə ##.##.2025-ci il tarixli rəy və onun verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, rəy müvafiq sərəncam əsasında və sərəncam verildikdən sonra onun icrası ilə əlaqədar tərtib edilmişdir. Odur ki, rəyin mübahisələndirilməsi hissəsində iddia tələbi mümkün sayıla bilməz. Eyni zamanda məhkəmə tərkibi iddiaçılara izah edir ki, iddiaçılar onların hüquq və mənafelərinə toxunan hissədə Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının *** nömrəli ##.##.2023-cü il tarixli sərəncamını mübahisələndirə bilərlər. Həmçinin, məhkəmə tərkibi iddiaçılara izah edir ki, iddiaçıların qeyd olunan əraziyə giriş-çıxışına üçüncü şəxs tərəfindən hansısa formada maneə yaradılırsa, bununla əlaqədar mülki məhkəmə icraatı qaydasında müvafiq iddia qaldırmaqla maneənin aradan qaldırılmasını tələb edə bilərlər. Nəzərə almaq lazımdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-polulmadığnın müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçılar iddiaçı4 və iddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.