Məhkəmə qərarları › İş №2-1(3-6)-1386/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1386/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1386/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X8 və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs Üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Xətai rayon Icra Hakimiyyətinə qarşı “sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Xətai rayon Icra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanın yerləşdiyi torpaq sahəsinin Üçüncü şəxs ayrılmasına dair cavabdehin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayon Icra Hakimiyyətinin ##.##.1998ci il tarixli ** saylı sərəncamı ilə hazırda Üçüncü şəxs mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,01 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında isə göstərilən torpaq sahəsində dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən Üçüncü şəxs adma Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xüsusi mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyən edici sənəd verilmişdir. Sözügedən torpaq sahəsinin yerləşdiyi ünvan 1 ünvanda əraziyə SOCAR əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi X1 məxsus neft məhsulları nəql olunan Dş-300mm boru kəmərinin mühafizə zonasında, kəmərdən 17.30 metr aralı məsafədə yerləşir və torpaq sahəsində Üçüncü şəxs tərəfindən mişar daşlarından istifadə edilməklə 1130X8.20X2 metr ölçüdə fərdi yaşayış evi inşa olunur. Hesab edirik ki, neft məhsulları nəql edən boru kəmərindən göstərilən məsafədə yerləşən torpaq sahəsinə Bakı şəhəri Xətai rayon Icra Hakimiyyəti tərəfindən verilmiş sözügedən sərəncam əsassızdır. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir (6.19-cu bənd). Xətai Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.1998-ci il tarixli sərəncamla mübahisəli torpaq sahəsinə dair ilkin hüquq müəyyən edilərkən, torpağın neft kəmərlərinin mühafizə zonasında yerləşməsi nəzərə alınmamış, bununla bağlı iddiaçıya məlumat verilməmiş, razılığı alınmamış, qəbul edilmiş qərar iddiaçıya təqdim etməmişdir. Xətai Rayon Icra Hakimiyyəti neft kəmərlərinin mühafizə zonasından həyətyanı sahə üçün mübahisəli sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Üçüncü şəxs iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər məlumatlar yalandır. 1998-ci ildə 12 sot torpaq sahəsi üçüncü şəxsin adına ayrılmayıb. Torpaq sahəsi Qarabağ müharibəsi veteranı, müharibədə bir ayağını itirən, X7 Zirəddin oğluna ayrılıb. Üçüncü şəxs sadəcə 2022-ci ildə həmin daşınmaz əmlakdan, ev tikintisi üçün 1 sot torpaq almışdır. Bu işlə bağlı 2000-ci illərin əvvəllərində iddiaçının hüquqi varisi olduğu SOCAR “xxxx” X1 ilə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinin 2014-cü il ## ###### tarixli əmrinə əsasən “xxxx” X1 2015-ci il ######ın #dən Heydər Əliyev adına Bakı X1 qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb), X7 Zirəddin oğlu arasında uzun illər sürən məhkəmə çəkişmələri olub. Nəhayət, ## ####### 2007-ci ildə, tərəflər arasında əldə olunan barışıq sazişi əsasında, Bakı şəhəri Xətai rayon məhkəməsinin ****/**** saylı qərardadı (Əlavə 1) ilə X7 Zirəddin oğlu daşınmaz əmlakını dövlət qeydiyyatına aldıra bilib. O çıxarış və texniki pasport alıb. Yəni bu məsələ ilə bağlı artıq qüvvəyə minmiş məhkəmə qərarı var. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Digər bir tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1. maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Yəni ümumi iddia müddəti də ötürülüb. Üçüncü şəxs qeydiyyatda olduğu ünvanda, M.Ə.Rəsulzadə qəsəbəsində gecə qondu məhəlləsində (keçmiş Xutor massivi), dövlət qeydiyyatı olmayan evdə yaşayır. Yaşayış şəraitini yaxşılaşdırmaq üçün, 2021-ci ilin sonlarında çalışdığı Xəzər TV MMC-nin yaxınlığında, ev tikintisi üçün icazəsi olan, sənədli torpaq sahəsi axtarmağa başladı. Həmin ərazidə yaşıyan qohumları onu, ev tikintisi üçün müvafiq sənədləri olan 1ci Qarabağ müharibəsinin veteranı X10 ilə tanış etdilər. Üçüncü şəxs X10, maddi imkanım çatan qədər yəni, onun 12 sot torpağından 1 sot torpağı qanunla müəyyən edilmiş qaydada 10 000 (on min) manata almağa hazır olduğumu bildirdi. Üzərindən təxminən 1 ay vaxt keçəndən sonra, 2022-ci ilin yanvar ayının 8-də, şənbə günü o, X10 və onun həyat yoldaşı X9 ilə alqı-satqı etmək üçün * saylı Bakı ASAN Xidmət mərkəzində fəaliyyət göstərən xüsusi notarius X6 qəbulunda oldu. Notarius alqı-satqı əməliyyatını həyata keçirmək üçün heç bir problem olmadığını bildirdi. Lakin notarius alqı-satqıdan öncə mütləq bölgü sxeminin tərtib olunmalı olduğunu qeyd etdi. Elə həmin gün X10 həyat yoldaşı, 12 sot torpağın 1 sotunun 10000 (on min) manata satılmasına orda razılıq ərizəsi verdi. 2022-ci ilin ## ###### tarixində, üçüncü şəxs və torpaq sahəsinin mülkiyyətiçi X10, ona satılacaq 0.01 hektar (1 sot) torpaq sahəsinin bölgü sxeminin tərtib olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə (Əmlak Xidməti Məkanına) müraciət etdilər. Üçüncü şəxs və mülkiyyətçi X10 DƏDRX * saylı Bakı Ərazi Idarəsinə bərabər getmişlər. Evin texniki pasportunda göstərilən, torpaq sahəsinin planında, alqısatqısını həyata keçirmək istədiyi 0.01 hektar (1 sot) torpaq sahəsinin yerini, həmin idarənin mütəxəssislərinə bərabər göstərmişlər. Bu bölgünü həmçinin, * saylı Bakı Ərazi idarəsindən əraziyə baxış keçirən mühəndisə də bildirmişlər. Məhkəməyə təqdim olunan * nömrəli əlavədə qeyd olunduğu kimi bölgü sxemi ## ###### 2022-ci ildə hazır olmalı idi. Lakin ## ###### 2022-ci il torpağın mülkiyyətçisi X10 vəfat etdiyi üçün * saylı ASAN Xidmət mərkəzində başlatdığı alqı-satqı prosesi yarımçıq qaldı. ## ###### 2022-ci ildə mərhumun oğlu X3 mərhum atasının telefonuna Əmlak Məsələləri Dövlət Xidmətindən (EMDX) bölgü sxeminin hazır olması barədə gələn sms-in fotosunu ona göndərdi. X7 yas mərasimlərini keçirdikdən sonra, alqı-satqı prosesi davam olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Dövlət Xidməti tərəfindən ərazidə hansısa mühafizə zonası olması barədə heç bir məlumat verilməyib. Üçüncü şəxs göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı (hakim M.Hacıbəyova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Üçüncü şəxs fərdi yaşayış evi üçün ayrılmış qeyd edilən torpaq sahəsi X1 məxsus olan neft kəmərlərinin mühafizə zonasında yerləşir. Həmin sahəyə dair Xətai Rayon Icra Hakimiyyəti buna səlahiyyəti olmadığı halda, mühafizə zonasına aid olan torpaq sahəsinin Üçüncü şəxs ayrılması barədə inzibati akt qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, qeyd edilən torpaq sahəsinin Üçüncü şəxs ayrılmasına dair Xətai Rayon Icra Hakimiyyətinin ##.##.1998-ci il tarixli ** saylı sərəncamı etibarsızdır. Xətai Rayon Icra Hakimiyyəti tərəfindən Üçüncü şəxs ayrılmış torpaq sahəsinin X1 məxsus olan neft kəmərnin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğu, fərdi yaşayış evi tikilməsi üçün ayrılmasının yolverilməz olduğu və qanunvericiliklə birbaşa qadağan olunduğu işin mübahisəsiz halıdır. Xətai Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.1198-ci il tarixli sərəncam ilə X4 Xətai rayonu ərazisi hüdudları daxilində fərdi yaşayış tikintisi üçün torpaq sahəsi ayrılarkən, torpağın Dövlət Neft Şirkətinin neft kəmərlərinin mühafizə zonasında yerləşməsi nəzərə alınmamış, Dövlət Neft Şirkətinə məlumat verilməmiş, razılığı alınmamış, qəbul edilmiş qərar SOCAR-a təqdim etməmişdir. Məhkəmə isə iddianın mümkün sayılmaması qənaətinə gələrkən, bu halı nəzərə almamışdır. Xətai Rayon Icra Hakimiyyəti Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinin mühafizə zonasından fərdi yaşayış evi tikintisi üçün Üçüncü şəxs torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Xətai Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.1998-ci il tarixli sərəncamla mübahisəli torpaq sahəsinə dair ilkin hüquq müəyyən edilərkən, torpağın neft kəmərlərinin mühafizə zonasında yerləşməsi nəzərə alınmamış, bununla bağlı iddiaçıya məlumat verilməmiş, razılığı alınmamış, qəbul edilmiş qərar iddiaçıya təqdim etməmişdir. Xətai Rayon Icra Hakimiyyəti neft kəmərlərinin mühafizə zonasından həyətyanı sahə üçün mübahisəli sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edirik ki, vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməklə, verilməsinə səlahiyyəti olmadan verilmiş qərarla dövlət tərəfindən ölkədə aparıcı sənaye sahəsi olan neft-qaz sektorunun inkişafı üçün Dövlət Neft Şirkətinin istismarına verilmiş torpaq sahələrinin mühafizə zonalarında yerləşən torpaq sahələrinə dair qərar qəbul etməsi açıq şəkildə göstərir ki, həmin qərar qəbul olduğu andan etibarsızdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərtinin ödənilməməsi əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə uyğun olaraq, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcələnin 36.3-cü maddəsinə uyğun olaraq, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Iddia tələbindən görünür ki, iddiaçı Xətai Rayon Icra Hakimiyyətinin ## ###### 1998ci il tarixli, ** nömrəli sərəncamının qanunsuz (etibarsız) hesab edilməsini tələb edir. Kollegiya əvvəla qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində XRIH tərəfindən 1998-ci ildə səlahiyyətsiz olaraq sözügedən sərəncamla Üçüncü şəxs torpaq sahəsinin ayrıldığını bildirir. Halbuki, işin araşdırılmış hallarından müəyyən olunur ki, Xətai Rayon Icra Hakimiyyətinin ## ###### 1998- ci il tarixli, ** nömrəli sərəncamı ilə X10 torpaq sahəsi ayrılmış, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqi ilə X10 adına reyestrdə qeydiyyata alınmış, vərəsəlik qaydasında əmlak X9 adına keçmiş, daha sonra isə onunla alqı-satqı müqaviləsi əsasında mövcud torpaq sahəsindən 0,01 ha torpaq sahəsi Üçüncü şəxs satılmışdır. Sonuncu tərəfindən də sözügedən torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Bugünki gündə mövcud torpaq sahəsinin ilkin qeydiyyatına əsas olan inzibati aktın mübahisələndirilməsi həyata keçirilir. Inzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Xətai Rayon Icra Hakimiyyətinin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamının etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, sözügedən inzibati akt Inzibati Prosessual Məcəlləsi və “Inzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmin dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il ## ######## tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSRnın Mülki Prosessual Məcəlləsinin müddəaları əsasında həll olunurdu. Inzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və # ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Iddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. Iş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102)- ***/**** nömrəli ##.##.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə verilmişdir. Iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar