Məhkəmə qərarları › İş №2-1(3-6)-1389/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1389/2026

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1389/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sevdimalıyeva Günel Arif qızının sədrliyi və məruzəsi ilə, X2 və Hüseynov Pərviz Aktiv oğlundan ibarət tərkibdə, X5 Əziz qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon X8 ##.##.2005-ci il tarixli, ****/* saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində 100 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Buna görə tərəfindən 400.000 manat cavabdehin hesabına mədaxil etmiş və bu barədə ****** saylı qəbz vardır. Torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə ona verilmiş torpaq sahəsini X1 şirkətinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olması öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, cavabdehə ödədiyi 2005-ci ildə 400.000 manat indeksasiya olunmaqla hal-hazırda isə 15000 manat ona ödənilməlidir. Tərəfindən cavabdehə bu barədə müraciət olunmuş və onun tərəfindən ##.##.2025-ci il tarixdə imtina məktubu verilmişdir.

3. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı Inzibati Məhkəməsinin 2-1(112)-18642/2025 iş üzrə ##.##.2026-ci il qərarı ilə iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsini tələb etsə də, iddia edilən torpaq sahəsinin ayrılması barədə Cavabdeh ##.##.2005-ci il tarixli ****/* nömrəli qərarı qüvvədədir, qərar ləğv edilməmiş, qərarın etibarsız hesab edilməsi barədə qanuni qüvvəsini almış inzibati məhkəmə icraatında qərar qəbul edilməmiş və qərarla ayrılmış torpaq sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindən geri alınmamışdır. Sadalanan hallar olmadığı təqdirdə iddiaçının hazırkı iddia tələbində əsaslandığı dəlil-torpaq sahəsinin neft şirkətinə ayrılmış torpaq sahəsi olması ilə bağlı dəlil iddiaçının faktiki istifadəsinə olan torpaq sahəsindən çıxarılma və ya iddiaçının hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələr zamanı baxılıb qiymət veriləcək məsələlərdir və qeyd edilən nəticələr baş vermədiyi təqdirdə (zərər yaranmadığı halda) iddiaçının hazırkı kompensasiya tələbinin hüquqi və faktiki əsas mövcud deyildir. Beləliklə, hazırkı halda cavabdeh orqanın iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasına səbəb olan hərəkət və hərəkətsizliyinin olması müəyyən edilməmiş, iddiaçı tərəf cavabdeh orqanın onun hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyini müəyyən edən sübut və əsaslandırma təqdim etməmişdir.

6. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

7. Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Binəqədi rayon X8 ##.##.2005-ci il tarixli, ****/* saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində 100 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Buna görə 400.000 manat cavabdehin hesabına mədaxil edilib və bu barədə ****** saylı qəbz vardır. Torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə verilmiş torpaq sahəsini Binəqədi OIL Company şirkətinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olması öz təsdiqini tapmışdır. Ona görə cavabdehə ödədiyim 2005-ci ildə 400.000 manat indeksasiya olunmaqla hal-hazırda isə 15000 manat ona ödənilməlidir. Cavabdehə bu barədə müraciət olunmuş və onun tərəfindən ##.##.2025- ci il tarixdə imtina məktubu verilmişdir. Bakı Inzibati Məhkəməsi çıxarmış olduğu ##.##.2026-cı il tarixli 2-1(112)- *****/**** saylı qərardadla heç bir qanuna istinad etmədən subyektiv əsaslarla qanunsuz qərardad çıxarmışdır. Ona görə də çıxarılmış bu qərardad ləğv olunmalıdır və torpağa görə kompensasiya ödənilməlidir.

IV. Tərəflərin izahatları:

8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

VI. Məhkəmənin mövqeyi

11. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

12. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

13. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Iddiaçı hazırki iddia tələbində mülki məhkəmə icraatında ekspert rəyinə əsasən ona ayrılmış 100 kv.m torpaq sahəsinin X3 Şirkətinin kontrakt sahəsində yerləşdiyinin müəyyən olunduğunu əsas gətirərək torpaq sahəsinə görə kompensasiya ödənilməsini mübahisələndirir.

15. Iş materiallarından müəyyən olunur ki: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli 3- **- *F/*-M-****-*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X4 barəsində Binəqədi Rayon X8 arxiv fondu üzrə ##.##.2005-ci il tarixli ****/* saylı sərəncamı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. -Cavabdeh ##.##.2005-ci il tarixli ****/* nömrəli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqısatqı qaydasında ayrılması haqqında” Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 100 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqısatqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. -Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı 100 kv.m təklif olunan torpaq sahəsinin situasiya planına əsasən nəzərdə tutulan 100 kv.m sahə ştrixlənmiş olaraq göstərilmiş, plan Binəqədi qəsəbə bələdiyəsinin mütəxəssisi V.S.Xəlil tərəfindən imzalanmış və X8 möhürü ilə təsdiq edilmişdir. -Torpaqların Alqı-Satqısına dair Akta əsasən İddiaçı 2005-ci ilin noyabr ayında torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 100 kv.m torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli ****/* nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin hesabına 400000 manat haqq ödənilmişdir.

16. Cavabdeh Binəqədi Rayonu X8 ##.##.2025-ci il **/M*/* nömrəli məktubunda bildirilmişdir ki, X8 ****/* saylı, ##.##.2005-ci il tarixli qərarına əsasən İddiaçı istifadəsinə torpaq sahəsi ayrılmışdır. Istifadəsində ayrılmış 100 kv.m torpaq sahəsinin eskiz-sxemində koordinat nöqtələri olmadığından iddiaçı olduğu ərazinin coğrafi hüdudlarının müəyyən olunması imkanları xaricindədir. Əlavə olaraq qeyd olunur ki, fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrinin ümumi və ya inzibati məhkəmə qaydasında araşdırıldığını nəzərə alaraq aidiyyatı üzrə müraciət olunması tövsiyyə olunur.

17. Cavabdeh Binəqədi Rayonu X8 iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli **/MA-**** nömrəli məktubunda bildirilmişdir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə və Torpaq Məcəlləsinin 4-cü və 7-ci maddələrinə əsasən bələdiyyənin kompensassiya ödəmək səlahiyyəti yoxdur.

18. Məhkəmə Kollegiyası qeyd edir ki, «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## ##### 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd).

19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

20. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

21. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

22. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

23. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (IPM-in 1.1, 2, 3-cü maddələri, IPM-in XV-XIX fəsilləri).

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla qorunan hüquqlarına ən azı müdaxilə olduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı başqa iş üzrə mülki məhkəmə qətnaməsinə əsaslanaraq torpaq sahəsinin Binəqədi OIL Company şirkətinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olduğunun müəyyən edildiyini iddia edir. Halbuki qeyd edilən mülki iş üzrə məhkəmə qətnaməsinə əsasən İddiaçı marağını təmin etməyən aktın qəbul edilməsini əsaslandıran digər hallar olmuş (bax Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2025-ci il tarixli məhkəmə qətnaməsi, 40-cı bənd), qeyd edilən iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (43-cü bənd) və Binəqədi OIL Company şirkətinin (44cü bənd) arqumentləri qeyd edilmişdir. Iddiaçının dəlillərindən müəyyən olunur ki, qeyd edilən torpaq sahəsi hazırda onun sahibliyində və istifadəsindədir və iddiaçı ona ayrıldığını iddia etdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün mümkün hüquqi müdafiə vasitələrini tükəndirməmişdir (torpaq sahəsinə dair cizginin təqdim edilməsi, eləcə də hüququn qeydiyyatı üçün məhkəmə iddiası). Belə olan təqdirdə, kollegiya iddiaçının qanunla hüquqlarına müdaxilə olduğu qənaətinə gəlmir. Odur ki, konkret halda kompensasiyanın ödənilməsi iddia tələbi üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur.

26. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qənəati ilə razılaşır və hesab edir ki, iddia mümkün sayılmamalıdır.

Nəticə hissəsi

27. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Orxan Ismayılov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar