Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1398/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1960-
1. cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. ГЛ ****** nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1980-##.##.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.
3. İddiaçı məxsus ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, ##.##.1977-ci ildə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodu ** saylı sexə avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, ##.##.1980- ##.##.1982-ci ildə hərbi xidmətdə olmuş, ##.##.1982-ci ildə təmir-mexanika sexinə 3-cü dərəcəli çilingər-təmirçi vəzifəsinə işə qəbul edilmiş, ##.##.1983-cü ildə işdən azad edilmiş, ##.##.1983-cü ildə texnik vəzifəsinə işə qəbul edilmiş, ##.##.1984-cü ildə tutduğu vəzifədən azad edilib, ##.##.1984-cü ildə Şirnotreb Sexinə kəsici şagirdi kimi işə qəbul edilmiş, ##.##.1987-ci ildə işdən azad edilmiş, ##.##.1987-ci ildə Xaricdəki həmvətənlərlə mədəni əlaqələr şöbəsinə referent vəzifəsinə qəbul edilmiş, ##.##.1989-cu ildə azad edilmiş, ##.##.1989-cu ildən ##.##.1991-ci ilədək NDRİ-də ərəb dili tərcüməçisi kimi çalışmış, ##.##.1991-ci ildə Azərbyacan Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqədar Cəmiyyətinin referenti vəzifəsinə təyin edilmiş, ##.##.1991-ci ildə vəzifədən azad edilmiş, ##.##.1992-ci ildə Mədəniyyət və Turizm Şöbəsinin Baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, ##.##.1992-ci ildə işdən azad edilmiş, ##.##.1992-ci ildə kommersiya məslələri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş, ##.##.1994-cü ildə işdən azad edilmiş, ##.##.1995-ci ildə “xxxx” firmasına tərcüməçi vəzifəsinə qəbul edilmiş, ##.##.1999-cu ildə tutduğu vəzifədən azad edilmiş, ##.##.1999-cu ildə “xxxx” şirkətinə tərcüməçi vəzifəsinə qəbul edilmiş, ##.##.2003-cü ildə tutduğu vəzifədən azad edilmiş, ##.##.2019- cu ildə “xxxx” MMCyə korrektor vəzifəsinə təyin edilmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı ## #### 2025-ci il tarixli *-**-*/*-Ə******/**** nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması” haqqında məktubu ilə bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsində cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq “##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1991-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.1999-cu il tarixinədək, ##.##.1999-cu il tarixindən ##.##.2003-cü il tarixinədək işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1960-cı il tarixində Bakı şəhərində doğulmuş, ##.##.2025-ci il tarixində 65 yaşı tamam olmuş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina məktubu rəsmi olaraq mənə ##.##.2025-ci il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ##.##.2025ci il tarixli məktubu ilə iddiaçının müraicətindən imtina edilmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala daxil olmuş yaşa görə əmək pensiyanın təyin edilməsinə dair müraciətinə aidiyyəti üzrə baxılaraq, ##.##.2025-ci il tarixli *-**-*/*-Ə******/**** nömrəli məktubla bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən, iddiaçının mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. İddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, 05.11,1980-ci il tarixindən ##.##.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 19 il 11 ay təşkil edir. Eyni zamanda, iddiaçının ##.##.2006-cı il tarixinədək 14 il 6 ay 11 gün sığorta stajına uyğun olaraq pensiya kapitalı 15015,28 manat, ##.##.2019- cu il tarixindən 31,03.2025-ci il tarixinədək 5 il 4 ay 11 gün sığorta stajına uyğun olaraq fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10864,89 manat olmaqla, ümumilikdə 25880,17 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Bununla yanaşı, iddiaçı İddiaçı təqdim etdiyi ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək (qeydlərdə qaralamalar var) və ##.##.1989-cu il tarixindən ##.##.1991-ci il tarixinədək (işə daxilolma qeydinin əmr tarixi yoxdur, eyni zamanda qaralamalar var) olan dövrlərin doldurulma qaydası pozulduğundan sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan"nın 3.1 və 4.1-ci bəndlərinə əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1995-ci il tarixindən ##.##.1999-cu il tarixinədək (qeydlər rus dilində yazılıb, eyni zamanda işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmayıb) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrün də sığorta stajında nəzərə alınması mümkün olmamışdır. Eyni zamanda, əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" şirkətində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1999-cu il tarixindən ##.##.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın keçirdiyi monitorinq nəticəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli aktda "xxxx" şirkətinin hüquqi ünvanında baxış keçirildiyi, şirkətin hazırda fəaliyyət göstərmədiyi, həmçinin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı qeyd edilmişdir. Bundan əlavə, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən "xxxx" şirkətinə aid "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" məlumatları Filiala təhvil verilməmişdir. Qeyd olunanlara əsasən, ##.##.1999-cu il tarixindən ##.##.2003-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçı İddiaçı fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1991-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.1999-cu il tarixinədək, ##.##.1999-cu il tarixindən ##.##.2003-cü il tarixinədək işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Cavabdeh həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 18.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı 65 yaşının tamam olduğu tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
22. Cavabdeh orqan isə imtina əsası kimi 2 hala istinad edir: 1) İddiaçının ##.##.2006-cı il tarixinədək 14 il 6 ay 11 gün sığorta stajına uyğun olaraq pensiya kapitalı 15015,28 manat, ##.##.2019-cu il tarixindən ##.##.2025-ci il tarixinədək 5 il 4 ay 11 gün sığorta stajına uyğun olaraq fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10864,89 manat olmaqla, ümumilikdə 25880,17 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan verməmişdir. 2) “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək (qeydlərdə qaralamalar var), ##.##.1989-cu il tarixindən ##.##.1991-ci il tarixinədək (işə daxilolma qeydinin əmr tarixi yoxdur, eyni zamanda qaralamalar var) və ##.##.1995-ci il tarixindən ##.##.1999-cu il tarixinədək (qeydlər rus dilində yazılıb, eyni zamanda işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmayıb) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrlərin də sığorta stajında nəzərə alınması mümkün olmamışdır.
23. İş materiallarından görünür ki, ##.##.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 6 ay 11 gün sığorta stajına uyğun olaraq 15015,28 manat, ##.##.2019-cu il tarixindən 31,03.2025-ci il tarixinədək 5 il 4 ay 11 gün sığorta stajına uyğun olaraq fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10864,89 manat olmaqla, ümumilikdə 25880,17 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir.
24. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 25 il sığorta stajının olması zəruridir.
25. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, ##.##.1977-ci ildə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodu ** saylı sexə avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, ##.##.1980- ##.##.1982-ci ildə hərbi xidmətdə olmuş, ##.##.1982-ci ildə təmir-mexanika sexinə 3-cü dərəcəli çilingərtəmirçi vəzifəsinə işə qəbul edilmiş, ##.##.1983-cü ildə işdən azad edilmiş, ##.##.1983-cü ildə texnik vəzifəsinə işə qəbul edilmiş, ##.##.1984-cü ildə tutduğu vəzifədən azad edilib, ##.##.1984-cü ildə Şirnotreb Sexinə kəsici şagirdi kimi işə qəbul edilmiş, ##.##.1987-ci ildə işdən azad edilmiş, ##.##.1987-ci ildə Xaricdəki həmvətənlərlə mədəni əlaqələr şöbəsinə referent vəzifəsinə qəbul edilmiş, ##.##.1989-cu ildə azad edilmiş, ##.##.1989-cu ildən ##.##.1991-ci ilədək NDRİ-də ərəb dili tərcüməçisi kimi çalışmış, ##.##.1991-ci ildə Azərbyacan Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqədar Cəmiyyətinin referenti vəzifəsinə təyin edilmiş, ##.##.1991-ci ildə vəzifədən azad edilmiş, ##.##.1992-ci ildə Mədəniyyət və Turizm Şöbəsinin Baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, ##.##.1992-ci ildə işdən azad edilmiş, ##.##.1992-ci ildə kommersiya məslələri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş, ##.##.1994-cü ildə işdən azad edilmiş, ##.##.1995-ci ildə “xxxx” firmasına tərcüməçi vəzifəsinə qəbul edilmiş, ##.##.1999-cu ildə tutduğu vəzifədən azad edilmiş, ##.##.1999-cu ildə “xxxx” şirkətinə tərcüməçi vəzifəsinə qəbul edilmiş, ##.##.2003-cü ildə tutduğu vəzifədən azad edilmiş, ##.##.2019- cu ildə “xxxx” MMCyə korrektor vəzifəsinə təyin edilmişdir.
26. Lakin, ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1991-ci il tarixinədək və ##.##.1995-ci il tarixindən ##.##.1999-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğundan sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir.
27. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.
28. Odur ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmiş, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunmuş və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir.
29. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının ## #### 2020-ci il tarixli, 2- *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarları)
28. Odur ki, iddiaçının 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixə 25 ildən çox sığorta stajı olmuş, buna görə də onun həmin tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.