Məhkəmə qərarları › İş №2-1(3-6)-1404/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1404/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1404/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “cavabdehin üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu günədək hesablanmalı olan əmək pensiyasının birdəfəlik qaydada iddiaçıya ödənilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsində cavabdeh cavabdeh1 qarşı iddia qaldıraraq “cavabdehin üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu günədək hesablanmalı olan əmək pensiyasının birdəfəlik qaydada iddiaçıya ödənilməsi” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı DOST mərkəzinə yaşa görə əmək pensiyasının təyin olunması əlaqədar ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatlı üzrə Mərkəzi Filialının ## ##### 2025-ci il traixli cavab məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, “xxxx”ASC-nin Idarə Heyətinin sədri tərəfindən ərizəçi onun 1996-2000-ci illər aralığında “xxxx” ASC-də işləməsi barədə arayış verilmişdir. Digər bir arayışda isə onun ##.##.1996-cı ildə təchizatçı mühəndis kimi işə qəbul olduğu və ##.##.1998-ci ildə **k saylı əmr ilə mühafizə bölməsinin rəisi vəzifəsinə təyin olunması və işlədiyi illər üzrə əməkhaqqı cədvəlini əhatə edir. Ərizəçi həmin orqana eyni əsaslarla yenidən müraciət etmiş həmin orqanın ##.##.2024-cü il tarixində rəsmi cavabında isə ona sığorta stajının 24 il 21 gün fərdi şəxsi hesabının sığorta hissəsində qeyd alınan pensiya kapitalının 25722,72 manat təşkil etdiyi bildirildi. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun * saylı X1 filialının “xxxx” ASC ilə 22.08.24-cü il tarixində birgə tərtib etdiyi akt əsasən ərizəçi işə girmə və işdən çıxma əmirinin aşkarlanmadığından, əmək kitabçasında qeyd olunan ##.##.1996 tarixəndən ##.##.2000-ilə kimi dövrün dondurulma qaydaları pozulduğu üçün sözügedən dövr ərizəçinin əmək stajına daxil edilə bilmədiyi qeyd olunub. Iddiaçı Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən keçirilən vətəndaş qəbulu zamanı yaşa görə əmək pensiyasının təyin olunması əlaqədar müraciət ünvanlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatlı üzrə Mərkəzi Filialı ## ##### 2025-ci ildə ərizəçinin müraciətinə olan cavabında əlavə olaraq qeyd etmişdir ki, Fondunun * saylı X1 filialının Kürdəmir Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi 28.02.25-ci tarixli akta əsasən “xxxx” ASC-nin əmrlərinə kitabı və əməkhaqq cədvəlləri sözügedən arxivə təhvil verilməmiş, həmçinin Fondun * saylı X1 filialının “xxxx” ASC ilə birgə tərtib etdiyi 27.02.25-ci il tarixli akta əsasən 1996- 2000-ci illər tarixində işçilərin əməkhaqqı jurnalları surğuclanmamış, möhürlə təsdiqlənməmişdir. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, ##.##.2024-cü il tarixli *-**-*/*-Ş- *****/**** nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (##.##.2023-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Iddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir: mübahisələndirilməyən dövrlər- 24 il 1 ay 21 gün - iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1977-ci il tarixindən ## ##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və ##.##.1979-cu il tarixindən ##.##.1982-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 24 il 1 ay 21 gün təşkil edir; mübahisələndirilən dövrlər İddiaçı təqdim etdiyi ##.##.2024-cü il tarixli əmək haqqı arayışında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1996-cı il tarixindən ##.##.2000-ci il tarixinədək “xxxx” ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun * saylı X1 filialının “xxxx” ASC ilə ##.##.2024-cü il tarixində birgə tərtib etdiyi akta əsasən iddiaçının işə girmə və işdən çıxma əmri aşkarlanmadığından, həmçinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1996-cı il tarixindən ##.##.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (##.##.2000-ci il tarixində işdən çıxma əmri qeyd olunmadığından) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 19 il 8 ay 2 gün sığorta stajına uyğun olaraq 19822,66 manat, ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək (4 il 4 ay 19 gün sığorta stajına uyğun) 5900,06 manat olmaqla, ümumilikdə 25722,72 manat təşkil edir ki. bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd etmək lazımdır ki, iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli Dövlət Sosial Müdafiə Fondunun * saylı X1 filialının “xxxx” ASC ilə birgə tərtib etdiyi aktdan görünür ki, “xxxx" ASC-nin 1996-cı ilə aid əmr kitabında vətəndaşın işə girmə əmri aşkarlanmamış, ## ##.1998-ci il tarixli **k saylı əmrlə İddiaçı təchizatçı mühəndis vəzifəsindən mühafizə bölməsinə rəis təyin edilmiş, işdən çıxma əmri isə əmrlər kitabında aşkar edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi qismən təmin edilərək İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və bu günədək hesablanmalı olan əmək pensiyasının iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Iddiaçı İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmət müddəti, ****** nömrəli diplomun surətinə əsasən onun ##.##.1979-cu il tarixindən ##.##.1982-ci il tarixinədək təhsil dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixinədək və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək qeydə alınmış pensiya kapitalı üzrə əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 24 il 1 ay 21 gün mübahisələndirilməyən sığorta stajı nəzərə alınmışdır. Fondun * saylı X1 Filialının ##.##.2025-ci il tarixli aktına əsasən “xxxx” ASC-nin əmrlər kitabı və əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmiş, həmçinin Fondun * saylı X1 Filialının ##.##.2025-ci il tarixli aktına əsasən 1996-2000-ci illər üzrə işçilərin illik əməkhaqqı jurnalları surğuclanmamış və möhürlə təsdiqlənməmişdir. Bu səbəbdən iddiaçı İddiaçı ##.##.1996-cı il tarixindən ##.##.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. MEIS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçı İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilməmişdir. Məhkəmə qərarının 10-cu səhifəsində qeyd edilmiş “göründüyü kimi, adıçəkilən Qaydalara əsasən əmək kitabçasında mütləq qeyd olunmalı məlumatlar: işçinin işə qəbul olması, işdən azad olmasıdır; digər məlumatların (imtina üçün əsas kimi göstərilmiş hallar) əmək kitabçasında göstərilməsinin mütləq olması barədə göstəriş mövcud deyildir.” hissəsinə münasibətdə bildiririk ki, ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Yəni işçilərin əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumatın hökmən tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə aparılması mütləqdir. Həmin qaydaya riayət edilməməsi əmək kitabçasının qeyd olunan dövrlərinin mötəbərliyinə əsaslı şübhələrin olması və həmin dövrlərin mübahisələndirilməsi üçün əsasdır. Qeyd etmək lazımdır ki, "xxxx" publik hüquqi şəxsi ilə qüvvədə olan əmək müqaviləsi olduğundan iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamış, lakin əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən xitam verildiyindən ona ##.##.2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. Iddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçı sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu, yəni ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. IPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; … - 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Apellyasiya şikayətinin dəlillərinə münasibət: Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Iddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı ##.##.1958-ci il tarixdə doğulmuşdur. Iddiaçının 65 yaşı ##.##.2023-cü ildə tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. Cavabdehin imtina məktubundan, iddiaya dair yazılı etirazından və apellyasiya şikayətindən görünür ki, iddiaçının hərbi xidmət müddəti (##.##.1977-##.##.1979) + təhsil dövrü (##.##.1979-##.##.1982) + əmək kitabçasına əsasən müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə olan əmək fəaliyyəti dövrləri (##.##.1976-##.##.1977; ##.##.1982- ##.##.1996; ##.##.2020-##.##.2024) cavabdeh tərəfindən mübahisələndirilməməkdədir (ümumilikdə 24 il 1 ay 21 gün). Iş materiallarında olan: H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı ## ##### 1977-ci ildən ## ###### 1979-cu ilədək hərbi xidmətdə olmuşdur. ДТ-İ ****** nömrəli diplomdan görünür ki, İddiaçı ## ######## 1979-cu il tarixdə Kirovabad politexnik texnikumuna daxil olmuş və ## ##### 1982-ci ildə “Avtomobilin təmiri və texniki qulluq” ixtisası üzrə tam kursu bitirmişdir. ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, - ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tarixədək Kürdəmir kolxozlararası tikinti idarəsində, ##.##.1982-ci il tarixdən ##.##.1996-cı il tarixədək Kürdəmir ixtisaslaşmış avtonəqliyyat müəssisəsində (müəssisənin adı bir neçə dəfə yenidən təşkil edilməklə dəyişdirilmişdir), ##.##.1996-cı il tarixdən ##.##.2000-ci il tarixədək xxxx ASC-də, ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək “xxxx” ASC-nin “Bakı Sukanal” Idarəsinin Biləcəri 1 və Biləcəri 2 nasos stansiyalarında işləmişdir. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 24 il 1 ay 21 gündür. Cavabdeh tərəfindən mübahisələndirilən dövr isə ##.##.1996-cı il tarixdən ##.##.2000-ci il tarixədək olan müddətdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı təqdim etdiyi ##.##.2024-cü il tarixli əmək haqqı arayışında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1996-cı il tarixindən ##.##.2000-ci il tarixinədək “xxxx” ASCdə olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun * saylı X1 filialının “xxxx” ASC ilə ##.##.2024-cü il tarixində birgə tərtib etdiyi akta əsasən iddiaçının işə girmə və işdən çıxma əmri aşkarlanmadığından, həmçinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1996-cı il tarixindən ##.##.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (##.##.2000-ci il tarixində işdən çıxma əmri qeyd olunmadığından) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı əmək kitabçasının əslini məhkəməyə təqdim etmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Iş materiallarında olan: “xxxx” ASC-nin ** nömrəli ## #### 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ##.##.1996-cı il tarixində X5 Kombinatına işə girmiş və ##.##.2000-ci il tarixində işdən çıxmışdır. “xxxx” ASC-nin ** nömrəli ## #### 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “İddiaçı ##.##.1996-cı il tarixində X5 Kombinatına təchizatçı mühəndis işə qəbul edilmiş və ##.##.1998-ci il tarixində **/k saylı əmr ilə mühafizə bölməsinin rəisi təyin edilmişdir. ##.##.2000-ci ildə həmin işdən çıxmışdır. İddiaçı işlədiyi illər üzrə əmək haqqısı aşagıdakı cədvəl formasında qeyd olunur: 1996-ci il: dekabr- 41624 manat; 1997-ci il: yanvar 62436 manat, fevral- iyul hər ay 95000 manat, avqust 58809 manat, sentyabr-0, oktyabr-dekabr hər ay 95000 manat; 1998- yanvar- aprel hər ay 95000 manat;may 159000 manat, iyun 459759 manat, iyul 422999 manat;avqust 302885 manat; sentybar 374930 manat; oktyabr 389351 manat, noyabr 199000 manat, dekabr 239000 manat; 1999-cu il yanvarfevral hər ay 219000; mart-avqust hər ay 199000 manat, sentyabr 100000manat, oktyabr 118000 manat, noyabr -dekabr hər ay 109000 manat; 2000-ci il yanvar-may hər ay 109000 manat . DSMF-nin * saylı X1 filialının mütəxəssislərinin və Kürdəmir rayon “xxxx” ASC-nin sədrinin imzaladığı ## ###### 2024-cü il tarixli aktda göstərilmişdir ki, Kürdəmir “xxxx” ASC-nin 1996-cı ilə aid əmr kitabında vətəndaşın işə girməsi əmri aşkarlanmadı, ##.##.1998-ci il tarixli **k saylı əmrlə İddiaçı təchizatçı mühəndis vəzifəsindən mühafizə bölməsinə rəis təyin edilmiş, işdən çıxması əmri əmr kitablarında aşkar edilməmişdir. Aktda 1996-2000-ci illərdə əmək haqqı kitablarına əsasən vətəndaşın aldığı əmək haqqları göstərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş Dövlət Vergi Xidmətinin *-**-*-*/*-M-****-**/**** nömrəli ##.##.2025-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) ##.##.1997-ci il tarixdə D-2019 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin ##.##.2021-ci il tarixdən ##.##.2096-cı il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Eyni zamanda nümayəndə vasitəsilə məhkəməyə təqdim olunan DSMF-nin * saylı X1 filialının mütəxəssislərinin və Kürdəmir rayon Dövlət arxivinin müdirinin imzaladığı ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 1996-2000-ci illərdə Kürdəmir rayon “xxxx” ASC-də işləməsi faktının araşdırılması zamanı məlum olmuşdur ki, “xxxx” ASC əmrlər kitablarını və əmək haqqı cədvəllərini Kürdəmir rayon Dövlət arxivinə təhvil verməmişdir. Bu səbəbdən də vətəndaş İddiaçı həmin təşkilatda işləməsi faktını araşdırmaq mümkün olmamışdır. Araşdırmalar zamanı müəssisənin əmrlər kitabları və əmək haqqı cədvəlləri arxivdə tapılmasa da, kollegiyanın qənaətinə görə bu hal müəssisənin ümumiyyətə mövcud olmaması anlamına gəlmir. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin sorğuya cavab məktubunun məzmunundan da aydın olur ki, “xxxx” ASC müəssisə kimi mövcud olmuşdur. Həmçinin, apellyasiya baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsi müəssisənin mövcudluğunu mübahisələndirmədiklərini, sadəcə əmək kitabçasının doldurulma qaydası pozulduğundan və əmək haqqı cədvəllərinin və əmrlər kitabının dövlət arxivinə verilməməsindən dolayı iddiaçının mövcud müəssisədə işləməsi şübhə altında olduğundan, həmin müəssisədə işlədiyi dövrü mübahisələndirdiklərini qeyd etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının ##.##.1996-cı il tarixdən ##.##.2000-ci il tarixədək olan işlədiyi dövrün onun sığorta stajına əlavə edilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda istinad olunan normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, əmək kitabçasının lazımi qaydada doldurulması, müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi vəzifəsinin işəgötürən tərəfindən lazımınca yerinə yetirilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Istinad olunan sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən hazırki iddia ilə mübahisələndirilən dövrün (1996-2000-ci illər) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı 1996-2000-ci illərdə işlədiyi dövrün onun sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «Inzibati icraat haqqında» Qanunun 12, 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdır. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı tam həyata keçirsə də, iddiaçıya təyin ediləcək pensiyanın tarixi barədə məlumatı qeyd etməmiş, həmçinin iddiaçı apellyasiya baxışı zamanı da iddia tələbində dəqiqləşdirmə apararaq hüquqi marağının məhz 65 yaşının tamam olduğu, yəni ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməli, iddiaçıya 65 yaşının tamam olduğu, yəni ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh cavabdeh1 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı 65 yaşının tamam olduğu, yəni ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh cavabdeh1 üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar