Məhkəmə qərarları › İş №2-1(3-6)-1414/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1414/2026

27.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1414/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI surəti İddiaçı İddiaçı cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair işi üzrə Açar sözlər: (mənzil növbəsinə götürülmə) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X13 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı və arvadı X5 şəhid ailə üzvləridir. İddiaçı İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyata alındığını və Bakı şəhəri Sabunçu rayonu məskunlaşdığını əsas gətirərək Füzuli Rayon İcra Hakimiyyətindəki mənzil növbəsindən çıxarılmasını və Sabunçu rayon İcra Hakimiyyətində uçota götürülməsinə köməklik göstərilməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinə İddiaçı şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsi iə bağlı müraciət edilmişdir. Cavabdeh Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırıldığı əsas gətirilərək müraciət təmin edilməmişdir. Belə ki, iş materiallarında olan: -AZ-III seriyalı ****** nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X2 ##.##.2003-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2003-cü il tarixdə 23 nömrəsi ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X6r. -AZ-II seriyalı ****** nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X2 ##.##.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2022-ci il tarixdə 416 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli *** saylı “2022-ci ildə döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Füzuli rayonundan olan əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları barədə”Sərəncamından Çıxarışa əsasən qərara alınmışdır:

1. "Azərbaycan Respublikasının ərazi butövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun mudafiəsi ilə əlaqədar əlillıyı müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitının yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentının ## ###### 2021-ci il tarixli Sərəncamının 2-ci bəndi və 2.1-ci yarımbəndı rəhbərlik və icra üçun qəbul edilsin. 2 Füzuli rayonundan olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünun, mustəqilliyinin və konstitusiya quruluşunun mudafiəsı ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin müvafiq inzibatı ərazı dairələri uzrə nümayəndəliklər tərəfindən təqdim edilmiş adlı siyahıları nəzərə alınsın və həmin şəxslər sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində adlı siyahıda göstərilən ardıcıllıqla uçota alınsınlar (adlı siyahı əlavə olunur - 1 (bir) vərəq) Qeyd: a) İddiaçı adı sıyahıda 1-dir. b) İddiaçı03 11 1970-cı ildə anadan olub, X1 ##.##.2022-ci il tarixində döyuş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur Fuzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatdadır. Hazırda Bakı şəhərı, Sabunçu rayonu. X19 yaşayır Ailəsı 4 nəfərdən ibarətdir. -Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Raman qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən ##.##.2025-ci il tarixli **** nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür, 2004-cü ildən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda məskunlaşıb. Ailə tərkibi: X3, X4, X7r. -Füzuli Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı müraciəti əsasında Füzuli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli, ** nömrəli sərəncamı ilə mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmüşdür. İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, yaranmış zərurət ilə əlaqədar ## ###### 2024-cü il tarixdən ünvan 1 ünvanına köçmüş və həmin ünvanda daimi qeydiyyata alınmışdır. O, ünvan 2 növbəsinə götürülməsi barədə sənədlərin Sabunçu Rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bu müraciət nəzərə alınaraq, İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli, ** nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülməsinə xitam verilmiş və qeydiyyatda olduğu ərazi üzrə Sabunçu rayonunda menzil uçotuna alınması barədə Füzuli RIHB-nin ## ###### 2024-cu il tarixli 5-43/2-X-25- ****/**** saylı məktub ilə müraciət göndərmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin ## ###### 2024-cü il tarixli, *-**/*-****/**** saylı cavab məktubunda bildirilib ki, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddesinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun perilmasi qaydaları müvafiq Icra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır."

Birinci instansiya məhkəməsində icraat

İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəhid ailəsinin üzvü kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan imtiyazlı şəxs kimi Füzuli Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin yaşayış yeri üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə keçirilməsi və əvvəlki mənzil uçot tarixi saxlanılmaqla onun ##.##.2022-ci il tarixdən 4 (dörd) nəfər ailə üzvü (özü, arvadı, oğlu və qızı) ilə şəhid ailəsinin üzvü kimi güzəştli mənzil uçot siyahısına daxil edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu ##.##.2003-cü il təvəllüdlü X2 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır və Laçın rayonunda yerləşən N saylı hərbi hissədə Xüsusi təyinatlı Dağ komando taborunda xidmət etmişdir. X1 ##.##.2022-ci il tarixində Laçın rayonunda yerləşən 2558 metr hündürlüyündə olan Sarıbaba dağ yüksəkliyində "Qisas əməliyyatı" zamanı döyüş əməliyyatı zamanı şəhid olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli vəsiqələrə əsasən o və həyat yoldaşı X5 şəhid ailəsi hesab edilir. Ailə üzvləri 4 nəfərdən ibarətdir özü, həyat yoldaşı X5, oğlu ##.##.1999-cu il təvəllüdlü X4 və ##.##.2012-ci il təvəllüdlü X7 ibarətdir. Onlar ailəlikcə Füzuli rayonundan məcuri köçkündür və 1993-cü ildən Bakı şəhərində məskunlaşmışdır. 2008-ci ildən isə Bakı şəhəri, Sabunçu rayonu, X20 yaşayır. Övladları X4 2018-ci ildə, şəhid X2 isə 2020-ci ildə Ramana qəsəbəsində yerləşən Elşən Məhərrəmov adına *** nömrəli tam orta məktəbinin 11-ci sinfini bitirmişlər, qızı X7 isə hal-hazırda həmin məktəbin 7-ci sinfində təhsil alır. Füzuli rayon İcra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən, İddiaçı 4 nəfər ailə üzvləriylə birlikdə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi qərara alınmışdır. O və ailə üzvləri ##.##.2024-cü il tarixdən yaxın tanışı X10 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmüşdür. Lakin ev sahibinin ailəsi böyük olduğundan və ev darısqal olduğundan bir yerdə yaşamağında çətinlik yaradır. İmtiyazlı şəxs kimi dövlət tərəfindən mənzillə təmin olunana kimi ailəsiylə bərabər Bakı şəhəri, Sabunçu rayonunun ərazisində yaşadığıyla əlaqədar etdiyi müraciətə əsasən, Füzuli RİH başçısı tərəfindən mənzil növbəliliyinin yaşayış yeri üzrə Bakı Şəhəri Sabunçu RİH-ə köçürülməsi barədə 2024-cü ilin dekabr ayının 23-də Sərəncam imzalanmaqla, mənzil uçotu sənədlərinin əsilləri aidiyyəti qaydada Bakı Şəhəri Sabunçu RİH-ə göndərilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti ona ##.##.2025-ci il tarixli imtina məktubu verərək, imtiyazlı şəxs kimi mənzil növbəsinin Sabunçu rayonuna köçürülməsini təmin etməmişdir. Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil növbəliyinin Füzuli Rayon İcra Hakimiyyətindən yaşayış yeri üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə köçürülmələri ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7- ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onların mənzil növbəliyinin köçürülməsi qanunla tənzimlənmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinn rədd edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Aygün Əhədova) iddia tələbi qismən təmin edilərək, İddiaçı 4 nəfər ailə üzvü tərkibi ilə (özü, arvadı, oğlu, qızı) şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının tələbi mənzil növbəsinin Füzuli Rayon İcra Hakimiyyətindən Sabunçu Rayon İcra Hakimiyyətinə köçürülməsindən ibarət olmuşdur. Lakin məhkəmə mahiyyətdən qırağa çıxaraq iddiaçının şəhid ailəsi kimi yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı öhdəliyi cavabdehin üzərinə qoymuşdur. İddiaçı və ailə üzvləri Sabunçu rayonunda ##.##.2024-cü il tarixdə qeydiyyata düşmüşlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Pezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi barədə məhkəmə qərarı qanunsuzdur.

Tərəflərin izahatları, prosessual məsələlər

Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. ... 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. ... Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə;

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, hazırda iddiaçının hüquqi marağı 4 ailə üzvü ilə tərkibdə (özü,arvadı,oğlu və qızı) şəhid ailəsi üzvü kimi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınmasına nail olmaqdan ibarətdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının tələbi “əvvəlki mənzil uçot tarixi saxlanılmaqla, onun ##.##.2022-ci il tarixdən 4 ailə üzvü ilə tərkibdə (özü,arvadı,oğlu və qızı) şəhid ailəsi üzvü kimi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınması” olsa da, iddiaçının iddia tələbi qismən təmin edilmiş və iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Görünən odur ki, iddiaçı bu halla razılaşmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pasport qeydiyyatı ##.##.2024-cü ildən Bakı şəhəri olsa da Bakı şəhəri ərazisində daimi yaşaması müəyyən olunur. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı 2004cü il tarixdən fasiləsiz olaraq Bakı şəhərində yaşayır və ünvan 1 ünvanında daimi məskunlaşmışdır. Belə ki, iddiaçı Bakı şəhərində əmək müqavilələri ilə işləmiş, övladları X2- 2009-2020-ci illərdə, X4 2007-2018-ci illərdə Bakı şəhər *** saylı məktəbdə təhsil almış, qızı X7 isə hazırda həmin məktəbin 7-ci sinfində təhsilini davam etdirməkdədir. Həmçinin iddiaçı tərəfindən əsilləri məhkəməyə təqdim edilən Abşeron rayonu Südlük Maldarlıq üzrə X8 Təsərrüfatı İstehsal Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayışlar da iddiaçının 2004-cü il tarixdən hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında fasiləsiz yaşadığını sübut edir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki “...iddiaçının tələbi mənzil növbəsinin Füzuli Rayon İcra Hakimiyyətindən Sabunçu Rayon İcra Hakimiyyətinə köçürülməsindən ibarət olmuşdur. Lakin məhkəmə mahiyyətdən qırağa çıxaraq iddiaçının şəhid ailəsi kimi yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı öhdəliyi cavabdehin üzərinə qoymuşdur. İddiaçı və ailə üzvləri Sabunçu rayonunda ##.##.2024-cü il tarixdə qeydiyyata düşmüşlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Pezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi barədə məhkəmə qərarı qanunsuzdur. ...” Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmasını zəruri sayır. İş materiallarından görünür ki, iddiaçının pasport qeydiyyatı ##.##.2024-cü ildən Bakı şəhəri olsa da Bakı şəhəri ərazisində daimi yaşaması müəyyən olunur. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı 2004-cü il tarixdən fasiləsiz olaraq Bakı şəhərində yaşayır və ünvan 1 ünvanında daimi məskunlaşmışdır. Belə ki, iddiaçı Bakı şəhərində əmək müqavilələri ilə işləmiş, övladları X2-2009-2020-ci illərdə, X4 2007-2018-ci illərdə Bakı şəhər *** saylı məktəbdə təhsil almış, qızı X7 isə hazırda həmin məktəbin 7-ci sinfində təhsilini davam etdirməkdədir. Həmçinin iddiaçı tərəfindən əsilləri məhkəməyə təqdim edilən Abşeron rayonu Südlük Maldarlıq üzrə X8 Təsərrüfatı İstehsal Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayışlar da iddiaçının 2004-cü il tarixdən hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında fasiləsiz yaşadığını sübut edir. Apellyasiya instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Füzuli rayon İcra Hakimiyyətinin ## #### 2026-cı il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunan ## ###### 2024-cü il tarixli sərəncamdan görünür ki, İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli, ** nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata götürüldüyü mənzil növbəsindən çıxarılmışdır. Bundan əlavə, hazırkı halda iddiaçının adına respublika ərazisində hər hansı yaşayış sahəsi ilə bağlı əmlaka olan hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğundan həmin əmlaklar yaşayış üçün nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının 2004-cü ildən Bakı şəhəri ərazisində faktiki və daimi yaşadığı sübut olunduğundan onun Bakı şəhərində qeydiyyatda olduğu ünvan üzrə şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar